Modern.az

Rusiya telekanallarının tariximizə diqqəti

Rusiya telekanallarının tariximizə diqqəti

Mədəni̇yyət

17 Oktyabr 2016, 09:56

Cəlaləddin Qasımov

Rusiyanın iki məşhur telekanalı- “Mir” və “Format” son zamanlar apardığım tarixi tədqiqatlarla, tarixə aid yazdığım yazılarla bağlı bağlı 40 dəqiqəlik veriliş hazırladı. 24 sual hazırlamışdılar. Yəqin ki, bir neçə günə yayımlanacaq.

Tovuz ətrafında aşkar etdiyimiz  Soltan şəlaləsi onları çox maraqlandırdı. Azərbaycan xəritəsində adı və mövcudluğu olmayan bu şəlalə haqqında, daha sonra  Xınna dərəsində Abdal çayının üstündə qədim piramida və 6 tarixi abidə haqqında danışdım.

Moskvadan mənə zəng edəndə də ən birinci həmin ərazilərin Bakıdan neçə km məsafədə yerləşdiyini soruşdular, mənsə onlara o ərazilərin çox yüksəklikdə yerləşdiyini və ora ancaq yay aylarında getmək mümkün olduğunu dedim. Xəbərdarlıq etdim ki, ora çıxmaq üçün dağların arası ilə 20 km piyada yol getməliyik. Onlar da cavab verdilər ki, belə bir yerdə hazırlanan proqram daha maraqlı olar. Amma hələlik mən onlara həmin ərazilərin ancaq fotoşəkillərini verdim.

Təəssüf ki, bu ərazilər əsrlər boyu yazılı tariximizdən kənarda qalıb. Tariximiz milli sərvətimizdir. Bəzən tariximizdə izah olunmaz və sirli hadisələrə tez-tez rast gəlirik. Vaxt keçdikcə bəzi sirlərin üstü açılır . Lakin elə hadisələr də var ki, uzun illərdi, izah oluna bilmir. 

Bes bizim telekanallarımızın bir-ikisindən başqa demək olar ki, hamısı müğənnilərin həyatından verilişlər hazırlayır. Biz gənc nəsli milli vətənpərvərlik ruhunda yetişdirməliyik. Hər bir insan üçün ən gəzməli- görməli yer elə onun öz vətənidir. Vətənin gözəl təbiətidir. Bütün araşdırma sahələrinin içərisində də ən şərəflisi və ən gözəli öz Vətəninin tarixini araşdırmaqdır.


Araşdırdığım 100-ə yaxın tarixi mövzulardan Xınna dərəsi ilə bağlı 6 tarixi araşdırmalarım olub:

 

Atilla varisləri yurdunun açılmayan sirləri;

Tovuzda qədim şəhər aşkarlandı. 20 ildir ki, bu şəhəri axtarırdım. Nəhayət 20 gün bundan öncə tapdım;

Müqəddəslərin - Tanrıların işarəsi;

Əsrlər boyu axtarılan qədim Hunan şəhəri Azərbaycanda tapıldı;

7 şəlalə;

Azərbaycanda qədim piramida tapıldı.

Twitter
Sizə yeni tvit var
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik