Modern.az

Özəl uşaq bağçalarında maksimum ödəniş müəyyənləşdirilir

Özəl uşaq bağçalarında maksimum ödəniş müəyyənləşdirilir

Təhsil

18 Oktyabr 2016, 11:13

Azərbaycanda ödənişli uşaq bağçalarında ödənilən vəsaitin maksimum həddinin müəyyənləşdirilməsi təklif olunur.

 

Modern.az-ın görə, bu təkliflə Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri İsa Həbibbəyli deyib.

Deputat maksimum ödəniş həddinin 500 manat olmasını təklif edib:

“Amma bu bizim düşündüyümüz variantdır. Bununla bağlı başqa uyğun təklif olarsa, o təklifi də dəyərləndirə bilərik”.

 

O, iclasda müzakirə olunan yeni hazırlanmış və ilk oxunuşda təqdim olunan “Məktəbə qədər təhsil haqqında” qanuna bu məsələnin salınmasını istəyib.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var