Modern.az

Lisenziyasi ləğv edilmiş “Parabank” haqda qərar DƏYİŞDİ

Lisenziyasi ləğv edilmiş “Parabank” haqda qərar DƏYİŞDİ

İqtisadiyyat

26 Oktyabr 2016, 15:27

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının oktyabrın 26-da qəbul etdiyi qərarına əsasən, “Günay Sığorta” ASC və “Qala Sığorta” ASC-yə bir sıra icbari sığorta növləri üzrə fəaliyyətlərin aparılması üçün icazə verilib.

 

Bu haqda Palatanın mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Belə ki, “Günay Sığorta” ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Daşınmaz əmlakın icbari sığortası” və “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növləri, “Qala Sığorta” ASC tərəfindən isə “Sərnişinlərin icbari fərdi qəza sığortası” növü üzrə fəaliyyətin aparılmasına dair icazənin alınması ilə bağlı müraciət edilib.

 

Hər iki sığortaçı tərəfindən Palataya daxil olmuş müraciətlər müsbət dəyəndirilib və qeyd olunan icbari sığorta növləri üzrə fəaliyyətlərin aparılmasına dair qərar qəbul edilib.

Direktolar Şurasının iclası zamanı həmçinin lisenziyası ləğv edilmiş “Parabank” ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) transformasiyası və müvafiq fəaliyyət planı müzakirə olunub və bankın BOKT-yə çevrilməsinə dair razılıq verilib.

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü