Modern.az

Rauf Mirqədirov İsveçrədən sığınacaq istəyib

Rauf Mirqədirov İsveçrədən sığınacaq istəyib

Media

1 Noyabr 2016, 13:18

Sentyabrın 16-da ölkədən gedən jurnalist Rauf Mirqədirovun İsveçrə hökumətinə sığınmaq məqsədilə müraciət etdiyi bildirilir.

Bu haqda “Azadlıq” radiosuna vəkil Fuad Ağayev danışıb.

Vəkilin bildirdiyinə görə, R.Mirqədirov İsveçrə hökumətindən siyasi mühacir statusu almaq istəyir: «Mənim bu haqda informasiyam ancaq bu qədərdir», - deyə F.Ağayev bildirib.

2014-cü ilin aprelində Türkiyədən Azərbaycana deportasiya edilən jurnalist Rauf Mirqədirov həbs edilib. Ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində R.Mirqədirova 6 il həbs cəzası verilib. Amma bu il Bakı Apellyasiya Məhkəməsi jurnalistlə bağlı hökmü dəyişdirərək, 6 il həbs cəzasını 5 il şərti cəza ilə əvəz edib və o, azadlığa çıxıb. R.Mirqədirov bu il sentyabrın 16-da ölkədən gedib.

Qeyd edək ki, R.Mirqədirovun ailəsi hələ o, həbsdə olanda İsveçrəyə getmişdi.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü