Modern.az

Azərbaycanda ən gəlirli sahə HANSIDIR?

Azərbaycanda ən gəlirli sahə HANSIDIR?

2 Noyabr 2016, 13:47

Hər bir insan şəxsi biznesini qurmadan əvvəl biznesin hansı növünün daha gəlirli olacağını düşünür. Bəzən isə səhv bir yatırım həmin şəxsin iflasına səbəb ola bilir. Maraqlıdır, Azərbaycanda ən gəlirli sahə hansıdır?

 

Modern.az bu məsələ ilə bağlı iqtisadçı ekspert Azər Mehtiyevin fikirlərini öyrənib.

Ekspert bildirib ki, Azərbaycanda uzun müddət ən gəlirli sahələrdən biri neft sektoru olub.

 

“Neft sahəsinə qoyulan gəlirlər çox yüksək gəlirlər qazandırıb. Neftin qiymətinin vaxtı ilə 100 dollardan yüksək olması ölkəyə çox böyük gəlirlər gətirib. Yəni bu sahə digərlərində olan resursları özünə cəlb edib”.

Azər Mehtiyev deyib ki, daha sonra isə ən gəlirli sahə tikinti sektoru idi.

“Söhbət mənzil tikintisindən gedir” – deyə əlavə edib.

O, bank sektorunun da Azərbaycanda ən gəlirli sahələrdən biri olduğunu deyib.

 

“Çünki bu sektorda ciddi bir iş görülmədən sadəcə olaraq vətəndaşların vəsaitlərinin cəlb olunması və onların təkrar dövriyyəyə buraxılması ilə yüksək gəlirlər əldə olunub. Məhz bu sahələr ölkədə bir çox sahələrin inkişafının qarşısını alıb”.

 

Azər Mehtiyev hazırda ticarət və məişət xidmətləri sektorunun ən gəlirli sahələrdən  hesab olunduğunu qeyd edib.

 

“Hələ ki, istehsal sektorunda isə ciddi bir maraq yoxdur. Məişət xidmətləri sektoru dedikdə isə restoranlar, kafelər başa düşülür. Ona görə də əsas diqqət hal-hazırda bu sahələrə yönəlib. Bir çox sahələr isə inkişaf etdirilməsi üçün dövlət tərəfindən qayğı tələb edir”.

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü