Modern.az

Azərbaycanda baş redaktor, redaktor və müxbir həbs edildi  

Azərbaycanda baş redaktor, redaktor və müxbir həbs edildi   

Media

15 Noyabr 2016, 11:50

Daxili İşlər Nazirliyi Biləsuvarda jurnalistlərin həbs olunduğu barədə xəbər yayıb.

Modern.az xəbər verir ki, DİN-in məlumatına görə, noyabrın 13-də Biləsuvar rayonunun Bəydili kənd sakini Leyli Xudaverdiyeva polisə müraciət edərək həmin gün "Tərəqqi TV" informasiya agentliyinin baş redaktoru Aygün Həsənovanın, redaktor müavini Nahid Babayevin və müxbir Elmir Əsgərovun Xırmandalı kəndində ona məxsus yeməkxanaya gəldiklərini, obyektdə əxlaqsızlıq yuvasının olduğunu iddia edərək bununla bağlı videoçəkiliş apardıqlarını və görüntünü sosial şəbəkədə yayacaqları ilə hədələyərək ondan 500 manat pul tələb etdiklərini bildirib.

Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adları çəkilən şəxslər noyabrın 14-də L.Xudaverdiyevadan 200 manat pul alarkən tutulublar.  

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların noyabrın 12-də rayonun Arazbarı kəndində kənd sakini Əli Quliyevə və Hacırüstəmxanlı kəndində İmişli rayon sakini Fazilə Səfərovaya məxsus yeməxanalara da gələrək eyni üsulla Ə.Quliyevdən 100 manat pul aldıqları, F.Səfərovadan isə 500 manat tələb etdikləri müəyyənləşdirilib.

RPŞ tərəfindən araşdırma aparılır.


Modern.az



Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü