Modern.az

Neft 5 faizdən çox bahalaşıb

Neft 5 faizdən çox bahalaşıb

İqtisadiyyat

16 Noyabr 2016, 00:12

Noyabrın 15-i axşam neftin dünya qiymətləri sürətlə artmağa başlayıb. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, hərraclarda WTI-nin ardınca "Brent" markalı neft də 5%-dən çox bahalaşıb.

Bakı vaxtı ilə 23.19-a olan vəziyyətə görə, "Brent" markalı Şimal dəniz neft qatışığının yanvar fyuçerslərinin qiyməti 5,02% artaraq bir barel üçün 46,66 dollara çatıb.

WTI markalı neftin dekabr fyuçerslərinin qiyməti bir barelə görə 5,22% bahalaşaraq 45,58 dollar təşkil edib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü