22 noyabr 2017, Çərşənbə axşamı
Ana Səhifə - CƏMİYYƏT - Kəlbəcərdə öldürülən girovun ailəsinə verilən evi geri aldılar
Kəlbəcərdə öldürülən girovun ailəsinə verilən evi geri aldılar
07.12.2016, 09:32

İşğal altındakı Kəlbəcər rayonunda erməni silahlıları tərəfindən öldürülən Həsən Həsənovun ailəsinə verilən ev Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən geri alınıb.

Bu haqda Modern.az-a Həsən Həsənovun qardaşı Nail Həsənov məlumat verib.

O deyib ki, Həsənin ailəsinə ev “Dövlətqaçqınkom”un sədri Əli Həsənov tərəfindən verilmişdi:


“Evi Həsənin ailəsinə Müşviqabad qəsəbəsində salınmış yeni şəhərcikdən vermişdilər. Dilqəm və Şahbazın ailəsi ilə bir qonşuluqda. Hətta evin orderinə kimi təqdim etmişdilər. Biz cənab Əli Həsənovun dəfələrlə mətbuatda həmin ailələrin öz istəklərinə uyğun yerdən evlə təmin olunacaqları barədə sözlərini əsas tutaraq, həmin mənzilin Mehdiabaddakı şəhərciyə dəyişdirilməsini xahiş etdik. Çünki Həsənin 2 qızı və yoldaşı orada tək yaşaya bilməzdi. Mehdiabadda yaxınlarımız, qohumlarımız var. Təəssüf ki, “Dövlətqaçqınkom” Həsənin ailəsini nəinki evlə təmin etdi, hətta onun ailəsinə Müşviqabad qəsəbəsindən verilmiş mənzilin başqasına verildiyini söylədilər”.

Komitədən mənzilin boş qalmasını əsas gətirərək, başqa birinə verildiyi açıqlanıb:

“Biz dəfələrlə müraciət etsək də, heç olmasa Müşviqabad qəsəbəsindəki evi götürmək istədiyimizi söyləsək də, heç nə alınmır. Sadəcə olaraq bizə deyilir ki, gözləyin. Nəyi gözləyək, kimi gözləyək bilmirik.

“Dövlətqaçqınkom”dan deyirlər ki, “biz gördük ki, ev 4-5 aydır boş qalıb, köçən yoxdu, onu başqasına verdik”. Cənab Əli Həsənov dəfələrlə mətbuatdakı çıxışlarında deyib ki, həmin şəxslərin ailələrinin öz istəklərinə uyğun yerdən evlə təmin olunmasını şəxsən Prezidentimiz İlham Əliyev tapşırıb. Bəs niyə həmin ailələr öz istəklərinə uyğun yerdən mənzillə təmin olunmadılar?”.

 

Xatırladaq ki, 2015-ci ilin noyabrında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bəzi məcburi köçkünlərə evlərinin onlardan geri alınacağı ilə bağlı xəbərdarlıq etmişdi. Xəbərdarlıq bir neçə yerdə evi ola-ola, məcburi köçkünlər üçün salınan qəsəbələrdə də qeydiyyata düşənlərə şamil edilirdi. Bildirilirdi ki, vətəndaşlar 10 gün müddətində həmin mənzillərdə yaşayışı təmin etməsələr və yaxud təhvil verməsələr, onların yemək xərci müavinətləri, kommunal xidmətlərə (elektrik enerjisi, qaz, su) görə ödənişləri müvəqqəti dayandırılacaq. Amma bu qərarın Dağlıq Qarabağda girov düşən və orada ölən şəxslərin ailələrinə şamil edildiyi qeyd olunmamışdı.

 

Qeyd edək ki, 2014-cü il iyul ayında soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Cəbrayıl sakini Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

 

 

Gülşən RAUFQIZI


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Yolu keçən qardaş-bacı vuruldu: 1 ölü
22.11.2017, 00:59

Yolu keçən qardaş-bacı vuruldu: 1 ölü

Separatçı rejimdə çevriliş - Video
22.11.2017, 00:43

Separatçı rejimdə çevriliş - Video

İraqdakı partlayışda 32 nəfər öldü
22.11.2017, 00:31

İraqdakı partlayışda 32 nəfər öldü

Bankdan oğurluq etmək üçün 6 ay tunel qazdılar
22.11.2017, 00:14

Bankdan oğurluq etmək üçün 6 ay tunel qazdılar

Qısa ömürdə böyük işlər görən azərbaycanlılar- MARAQLI
21.11.2017, 23:59

Qısa ömürdə böyük işlər görən azərbaycanlılar- MARAQLI

İŞİD-in məğlubiyyəti təkcə bu terror qruplaşmasının məğlubiyyəti deyil
21.11.2017, 23:44

İŞİD-in məğlubiyyəti təkcə bu terror qruplaşmasının məğlubiyyəti deyil

Tovuz sakinindən maraqlı ixtira - Video
21.11.2017, 23:18

Tovuz sakinindən maraqlı ixtira - Video

"Beşiktaş" klubu Çempionlar Liqasının 1/8 finala vəsiqə qazandı
21.11.2017, 23:02

"Beşiktaş" klubu Çempionlar Liqasının 1/8 finala vəsiqə qazandı

Dövlət Komitəsi Hava limanındakı problemə aydınlıq gətirdi - VİDEO
21.11.2017, 22:46

Dövlət Komitəsi Hava limanındakı problemə aydınlıq gətirdi - VİDEO

Deputat tələbələrin problemlərinin həllini istəyir
21.11.2017, 22:30

Deputat tələbələrin problemlərinin həllini istəyir

Apteklərdə yoxlama aparılmasına səbəb olan şikayətlər daxil olmayıb
21.11.2017, 22:14

Apteklərdə yoxlama aparılmasına səbəb olan şikayətlər daxil olmayıb

Kazan Məhkəməsi Azərbaycan vətəndaşını həbs etdi
21.11.2017, 21:57

Kazan Məhkəməsi Azərbaycan vətəndaşını həbs etdi

Toydan qayıdan iki maşın qəzasında yaralanan azyaşlı öldü - Yenilənib
21.11.2017, 21:43

Toydan qayıdan iki maşın qəzasında yaralanan azyaşlı öldü - Yenilənib

"Bizim üçün “Qarabağ”la oyun daha önəmlidir" - Antonio Konte
21.11.2017, 21:29

"Bizim üçün “Qarabağ”la oyun daha önəmlidir" - Antonio Konte

Fitch Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəltdi
21.11.2017, 21:16

Fitch Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəltdi

Moskvanın 1-ci katibinə görə babasından qulaqburması alan Putin – PREZİDENTİN ETİRAFI
21.11.2017, 21:00

Moskvanın 1-ci katibinə görə babasından qulaqburması alan Putin – PREZİDENTİN ETİRAFI

Oğuzda təbiətə zərər vuranlar cəzalandırıldı
21.11.2017, 20:42

Oğuzda təbiətə zərər vuranlar cəzalandırıldı

Zimbabve prezidenti istefa verdi - Video
21.11.2017, 20:28

Zimbabve prezidenti istefa verdi - Video

Paytaxtın bu rayonu qazsız qalacaq
21.11.2017, 20:02

Paytaxtın bu rayonu qazsız qalacaq

Zimbabve prezidentinə impiçment elan edildi - Yenilənib
21.11.2017, 19:50

Zimbabve prezidentinə impiçment elan edildi - Yenilənib

Ən təhlükəli parollar açıqlandı
21.11.2017, 18:58

Ən təhlükəli parollar açıqlandı

Deputatdan kəskin İTTİHAM: “Bank sistemi dağılır, 40 min insan küçədədir”
21.11.2017, 18:52

Deputatdan kəskin İTTİHAM: “Bank sistemi dağılır, 40 min insan küçədədir”

Əkrəm Həsənov: Vəkillər Kollegiyasında ciddi islahatlar qaçılmazdır — MÜSAHİBƏ
21.11.2017, 18:41

Əkrəm Həsənov: Vəkillər Kollegiyasında ciddi islahatlar qaçılmazdır — MÜSAHİBƏ

Fədayə Laçının vəkili: “O, ev dustağı olmaq istəyir”
21.11.2017, 18:21

Fədayə Laçının vəkili: “O, ev dustağı olmaq istəyir”

Jirinovski Rusiya prezidenti olmaq istəyir
21.11.2017, 18:04

Jirinovski Rusiya prezidenti olmaq istəyir

“Yol polisinin cərimədən 25 faiz qazanmaq üçün canfəşanlıq etməsi fikri əsassızdır”   
21.11.2017, 17:59

“Yol polisinin cərimədən 25 faiz qazanmaq üçün canfəşanlıq etməsi fikri əsassızdır”  

BDU müəllimlərin maaşını qaldırdı
21.11.2017, 17:53

BDU müəllimlərin maaşını qaldırdı

Saakaşvilinin işinə baxan hakim qovuldu
21.11.2017, 17:51

Saakaşvilinin işinə baxan hakim qovuldu

Hikmət Babaoğlu tələbələrlə bağlı təklif irəli sürdü   
21.11.2017, 17:39

Hikmət Babaoğlu tələbələrlə bağlı təklif irəli sürdü  

Deputat tıxacların aradan qaldırılması üçün təklif verdi
21.11.2017, 17:31

Deputat tıxacların aradan qaldırılması üçün təklif verdi

“4600 məcburi köçkün qəzalı binada yaşayır, kişi ilə qadın eyni tualet növbəsində dayanır”
21.11.2017, 17:27

“4600 məcburi köçkün qəzalı binada yaşayır, kişi ilə qadın eyni tualet növbəsində dayanır”

Amerikalı alim Aşıq Şəmşir muzeyində
21.11.2017, 17:19

Amerikalı alim Aşıq Şəmşir muzeyində

Dolların sabahkı məzənnəsi
21.11.2017, 17:19

Dolların sabahkı məzənnəsi

Azərbaycan Cümhuriyyəti Mədəniyyət Nazirliyi yaratmaqdan niyə çəkindi…
21.11.2017, 17:07

Azərbaycan Cümhuriyyəti Mədəniyyət Nazirliyi yaratmaqdan niyə çəkindi…

Misir Kiprdəki tarixi əsərləri geri alır
21.11.2017, 17:07

Misir Kiprdəki tarixi əsərləri geri alır

ARXİV