Modern.az

Azərbaycan neft hasilatının həcmini 35 min barel azaldır

Azərbaycan neft hasilatının həcmini 35 min barel azaldır

İqtisadiyyat

10 Dekabr 2016, 20:25

OPEK-ə qeyri-üzv ölkələr bu gün Vyanada keçirilən görüşdə neft hasilatının həcmi ilə bağlı yeni qərar qəbul edilib. Modern.az saytı “Blumberq”ə istinadən xəbər verir ki, OPEK-ə qeyri-üzv ölkələr neft hasilatının ümumi həcmini sutkada 600 min bareldən çox azaltmağı qərara alıblar.

OPEK-ə qeyri-üzv ölkələr neft hasilatının sutkalıq həcminin 612 min barel azaldılmasına dair razılığa gəliblər.

12 ölkənin yer aldığı siyahıda Rusiya neft hasilatının həcmini sutkada 300 min barel, Meksika – 100 min, Qazaxıstan 50 min, Oman – 45 min, Azərbaycan və Malayziya – hər biri 35 min, Bəhreyn və Ekvatorial Qvineya –  hər biri 12 min, Cənubi Sudan – 8 min, Bruney – 7 min, Sudan və Boliviya isə hər biri 4 min barel  azaltmağı qərara alıblar.

Qeyd edək ki, OPEK-ə üzv olan ölkələr noyabrın 30-da neft hasilatının həcmini sutkada 1,2 mln. barel azaldılmasına dair qərar qəbul edib.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var