25 iyul 2017, Çərşənbə
Ana Səhifə - MƏDƏNİYYƏT - 21 dekabr - Qədim türklərin Yeni il kimi qeyd etdiyi TARİX
21 dekabr - Qədim türklərin Yeni il kimi qeyd etdiyi TARİX
21.12.2016, 10:46

Aida Eyvazlı

Lap qədim dövrlərdə  türklər 21 dekabrı Yeni il kimi qarşılayardılar. Macarıstanda yaşayan türklər hazırda bu bayramı tədqiq edib, araşdırır və yenidən günümüzə  qaytarmaq istəyirlər. 
“Macarıstan-Tyran” fondunun rəhbəri Andrios Bironun dedikləri əsasında yazdığım bu yazıda oxucularımız türklərin Yeni ilinin 21 dekabr olduğunu biləcəklər.  
Yeni ilin keçirilməsinin bir çox variantları mövcuddur.  Onlardan biri də  Kara-Tun bayramıdır.  Qədim türk mənbələrində və bu gün də bir çox türkdilli xalqlar  21 dekabrda bu bayramı qeyd edirlrər. Çünki soyunu-kökünü itirməyən türklər bilir ki, türk xalqlarına bu bayram əcdadlarından qalıb. 

Qədim köçəri xalqlar- hunlar, türklər və həm də qazaxların əcdadları arasında təbiət hadisələrinə inanc güclü olub. Köçəri insanlar təbiətin harmoniyası və qanunları ilə həmahəng yaşayırdılar. Onlar Ana Təbiətə hörmət edir və özlərini bu canlı sistemin bir hissəsi sayırdılar. Yaşamaq və təbiətlə həmahəng ömür sürmək üçün onlar təbiəti müşahidə etdikləri zaman öyrəndikləri bilgiləri gələn nəslə ötürürdülər. Onların inancına görə, Yaradan, Ruh, həyatı idarə edən (enerji) də bir çox hallarda özünü müxtəlif  təbiət hadisələrində göstərir, bunu hətta görüb, müşahidə də edirdilər.  Köçərilərin ən çox inandıqları simvollar onları həyatını idarə edən, həyat tərzlərinə müdaxilə edən planetlər idi. Onlar belə hesab edirdilər ki, Ay, Günəş, ulduz sistemi, hündür  dağlar, çaylar, meşələr və göllər öz güclərindən insanlara və heyvanlara - bütün canlılara paylayır. Təbiətdə baş verən bütün proseslər insanla tam təmasda olur. Bu baxımdan onlar güclü heyvanlara daha çox üstünlük verir və hətta onlara itaət edirdilər. Məsələn, ovçulara güc verən canavar, maral, şahin və bayquş idi.


Türklərin sahib olduqları ərazilərdə yayılan inanclara görə də belə təsəvvür edilirdi ki, tayfaların əcdadlarının ruhu da o heyvanların ruhundan qidalanıb. Köçərilər  hündür, qocaman ağaçlara xüsusi qayğı ilə yanaşırdılar. Qədim inanclara görə ağaclar hündürə boy atdıqca, onların ruhu da Yer və Göy arasında birləşir. Buna görə də Həyat ağacı simvolu bütün türk tayfaları və millətləri arasında bu günə qədər qorunub saxlanmaqdadır.
Məsələn, ağacların budağına müxtəlif əşyalar, parçalar bağlamaq o inanclardan bəhrələnir. Və yaxud da qartal və ya qarğaları göydən yerə məlumat gətirən bir canlı hesab edirdilər. Türklərin anlamında insanın dünyaya gəlişi və gedişi, həyatını burulğana bənzədirdilər.  Doğulub, ölüb və yenidən dirilmək sistemini təbiətlə tam bir harmoniyada qəbul edirdilər. Ən çox inanılan Günəş sistemi və Günəş idi. Günəşin təbiətin hər sahəsinə sirayət etdiyini, Günəşin səmada nə qədər görünməsinin, şüalarının çoxalıb-azalmasının da öz mənası var idi. Belə ki, yay qurtarana yaxın  günlərin qısalması, payızda isə günlərin uzanması, qışda isə gecələrin daha uzun olmasını  da türklər Günəşin ölçü sistemi ilə yəqin etmişdilər. Məlum olduğu kim, qışda gündüzlər qısalır, gecələr uzun olur.
Dekabr ayının axırında 20, 21 və 22 dekabr günlərində gecə ən uzun, gündüz ən qısa ömürə malik olur.

    
Türk və qədim yunan mənbələrində “kara”, “qara” sözləri qaranlıq mənasını daşıyır. Buna görə də bu gün macarların dilində işlədilən “karaçon” sözü, daha çox günün qaraya çevrilməsi, qaranlığın artması, gecənin tez düşməsi ilə əlaqədardır. Qədim balkar dilində də də “karaçon” sözü işlədilməkdə idi. Yalnız  buradakı türklər slavyanlaşmağa başlayandan sonra,  onların leksikonundan və həyat tərzindən “karaçon” sözü və adəti  yavaş-yavaş çıxmağa başladı. Macarların qədim mənbələrində və folklorlarında göstərilir ki,qədim macarlar 21-22 dekabr günlərində Kara tun bayramını xüsusi coşqu ilə qed edərlərmiş. Həmin uzun gecəni heç kəs yatmaz, qaladıqları tonqalın ətrafına yığışıb, işığın qaranlığa qalib gəldiyini, səhərin açıldığını gözləyərmişlər.  Onların Günəşin  yenidən doğmasını, şəfəqlərinin yayılmasını, bahar gəlməsini canlanma kimi bayram edərdilər. Bu bayram onlarda işıq və ümid ənənəsi idi.

Bu gün Kara Tun bayramını bütün Avropa dillərində  “rojdestvo” (doğuluş) sözü ilə əlaqələndirilir. Və bütün  xaçpərəstlər 24 dekabr gecəsini  Müqəddəs  sayırlar. Onların inamına görə, həmin gecədə İsa dünyaya gəlib. Lakin macarların leksikonunda olan “karatun, karaçun”  sözü belə müqəddəslik mənasını vermir. Bu bayram əhval-ruhiyyəsi macarların məişətində o qədər güclü yer almışdı ki,  hətta rəsmi olaraq xristianlığı qəbul edəndən sonra belə, onu xaçpərəst bayramı anlamına gətirməyi bacardılar. Təbii ki, bir neçə gün gec olmaqla. Lap elə İsa peyğəmbərin dünyaya gəlməsi gününə saldılar. Əlbəttə, çox qədimlərdə bu bayramın neçə keçiriılməsi haqqında əlimizdə dəqiq və səhih məlumatlar  və mənbələr yoxdur. Lakin bizim əcdadlarımızın bu bayramı necə keçirmələrindən asılı olmayaraq, bu gün mədəniyyətimizə, məişətimizə gəlib çıxan adətlər onu deməyə əsas verir ki, Kara tun bayramı da  böyük tonqallar qalanmaqla, şadyanalıqla, səhəri dirigözlü açmaqla keçirilib.
Bu gün də bizim ətrafımızda olan türük kökənli xalqların nümayəndələri yenə də 21 dekabrda Kara tun günü böyük tonqallar qalayıb, səhərin açılmasını gözləyir. Tonqallar ətrafında şadyanalıq edirlər .Əfsanələrə görə, gərək ağ atı 7 və ya 9 dəfə tonqalın başına hərləyəsən. Bu, macarlarda artıq ənənə halını almağa başlayıb. İldən ilə tonqallar  və bayramı keçirənlərin sayı çoxalır. Bu tonqallar türk xalqlarını bir araya yığır, birliyi, doğmalığı, qardaşlığı təsbit edir.

Kara tun bayramlarının ləğvi əslində bütpərəst xalqlar arasında çox böyük üsyanlar və narazılıqlar yaratmışdı. Bu da onunla əlaqədardır ki, türklər öz keçmişlərini heç vaxt unutmurlar. Ona görə də bu günə kimi folklorlarında, nağıllarında qədim  dinlər  və əfsanələrindən, əsatirlərdən  parçaları bu günümüzə qədər gətirib çıxarıblar. Macarıstan da bir sivil dövlət kimi qədim dinlərin qorunub saxlanmasında insanlara hətta kömək edir. Xristian dininin rəsmi qəbulunundan sonra bu yerlərtə Tanrıçılıq inancı  itib getmədi. O özünü Şamançılıq kimi bir yeni inancda büruzə verdi. Macar dilində “Allah” “İşten” deməkdir.  “İş və Ten” sözünü araşdıranda görürsən ki, onun özü elə “Tanrı” sözü ilə bağlıdır.  Hətta qaraçaylar və balkarlar da “İştenqri” sözünü öz leksikonlarında işlədirlər.

Lakin qədim macar mənbələrini arayanda görürük ki,  xristianlıq dinini qəbul edəndən sonra  Roma Papası və bir çox krallar  bu ölkədə  köçərilərə  bütpərəstlik və tanrıçılıq adətləri olan qurbankəsmə,  müqəddəs ağacların, qayaların qarşısında ayinlər keçirmək kimi adətləri qadağan etdilər. Qadağalar o qədər çoxalmışdı ki, hətta xristianların da  kilsələrdə  və ya dini ehkamlar üçün qurduqları çadırlarda ayinlərini keçirməyə icazə verilmirdi. Bu onu göstərir ki, əslində xristianlığa keçməyin yolu da çox məşəqqətli olub. Etnoloq  Vilmoş Dioseqnin şaman adət-ənələri haqqında  maraqlı elmi kitabı var.  O kitab bu gün qədim macar mədəniyyətinə işıq tutur. Sevindirici haldır ki, bu gün macarların  etnoloq alimləri də bu məsələ ilə bağlı araşdırmalar aparırlar.
 İnsanların əksəriyyəti kökünə və tarixinə daha çox bağlıdır. Kara tun bayramının əsasını  təşkil edən Gecənin yerini Gündüzə verməsi bir təbiət hadisəsi kimi həmişə mövcud olacaq. Bu təbiət hadisəsini heç kim qadağan edə bilməz. İnsanlar  yenə də hiss etməyə başlayanda ki, onların həyat harmoniyası, yaşamı daha çox təbiətlə bağlıdır və bu bayramın özəlliyini də anlayacaqlar. Bu bayram heç bir dinə, irqə sığışmayan təbiətin anı, məqamıdır. Bu bayramı keçirməklə, biz heç kimin dini inancına qarşı çıxmırıq, sadəcə, soyumuza-kökükmüzə, adət-ənənmizə qayıdırıq. Biz çalışacağıq ki, bacardıqca bu bayram haqqında maraqlı məlumatlar yayaq. Çünki bu bizim- türklərin, qazaxların, azərbaycan türklərinin, qırğızların... mədəni irsidir.Və bunu yaymaq kütləviləşdirmək lazımdır.


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb
25.07.2017, 20:30

Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb

ABŞ İran gəmisinə atəş açdı
25.07.2017, 20:16

ABŞ İran gəmisinə atəş açdı

İmtahandan qayıdan abituriyent itkin düşdü
25.07.2017, 20:02

İmtahandan qayıdan abituriyent itkin düşdü

Avtomobil bazarında durğunluq
25.07.2017, 19:51

Avtomobil bazarında durğunluq

Ağstafada canavar qadına hücum edib
25.07.2017, 18:53

Ağstafada canavar qadına hücum edib

“Total” ın Azərbaycandakı icraçı direktoru: “Ən böyük rəqibimiz SOCAR-dır”
25.07.2017, 18:38

“Total” ın Azərbaycandakı icraçı direktoru: “Ən böyük rəqibimiz SOCAR-dır”

Hacıqabul Sənaye Məhəlləsi yaradılır
25.07.2017, 18:20

Hacıqabul Sənaye Məhəlləsi yaradılır

6 tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsində yol polisi ifadə verdi
25.07.2017, 18:15

6 tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsində yol polisi ifadə verdi

Nazirlik şikayəti yerində araşdırdı
25.07.2017, 18:05

Nazirlik şikayəti yerində araşdırdı

XİN Pakistandakı terror aktını pislədi 
25.07.2017, 17:59

XİN Pakistandakı terror aktını pislədi 

Azərbaycan və Rusiya prezidentlərinin görüşü tam vaxtında və aktual oldu
25.07.2017, 17:28

Azərbaycan və Rusiya prezidentlərinin görüşü tam vaxtında və aktual oldu

Dollar yenə UCUZLAŞDI 
25.07.2017, 17:16

Dollar yenə UCUZLAŞDI 

Azərbaycan Wikipedia-da 53-cü pilləyə yüksəlib    
25.07.2017, 17:14

Azərbaycan Wikipedia-da 53-cü pilləyə yüksəlib  

İcra başçılarının xanım müavinləri YOLA SALINIR   
25.07.2017, 17:06

İcra başçılarının xanım müavinləri YOLA SALINIR  

Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinin püşkatma mərasimində
25.07.2017, 16:55

Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinin püşkatma mərasimində

“İrəli” gəncləri “Feel Like a European” layihəsində
25.07.2017, 16:39

“İrəli” gəncləri “Feel Like a European” layihəsində

Qənirə Paşayevaya Aksaray və Kapadokyanın fəxri vətəndaşlığı verildi
25.07.2017, 16:29

Qənirə Paşayevaya Aksaray və Kapadokyanın fəxri vəndaşlığı verildi

Qərb Universitetindən müəllimlər üçün VAKANSİYA 
25.07.2017, 16:24

Qərb Universitetindən müəllimlər üçün VAKANSİYA 

Yol polisi plonkaya görə 14 sürücünü cərimələdi
25.07.2017, 16:17

Yol polisi plonkaya görə 14 sürücünü cərimələdi

Turizmdə gürcü sindromu   
25.07.2017, 16:10

Turizmdə gürcü sindromu  

Azərbaycan dövlətinin uğurlu media siyasəti
25.07.2017, 16:00

Azərbaycan dövlətinin uğurlu media siyasəti

İcra başçısının xanım müavini vəzifədən çıxarıldı   
25.07.2017, 15:47

İcra başçısının xanım müavini vəzifədən çıxarıldı  

Ermənistan təxribata əl atdı - əsgərimiz yaralandı   
25.07.2017, 15:20

Ermənistan təxribata əl atdı - əsgərimiz yaralandı  

Mərakeş səfiri Tərcümə Mərkəzində
25.07.2017, 15:10

Mərakeş səfiri Tərcümə Mərkəzində

XXI əsrin qadınları tüklənir - PROBLEM   
25.07.2017, 15:00

XXI əsrin qadınları tüklənir - PROBLEM  

Amişlər kimlərdir? - MARAQLI
25.07.2017, 14:39

Amişlər kimlərdir? - MARAQLI

Bakı Ali Neft Məktəbinin məzunu Almaniya təqaüdçüsü oldu
25.07.2017, 14:36

Bakı Ali Neft Məktəbinin məzunu Almaniya təqaüdçüsü oldu

DİM Kooperasiya Universitetindən təxliyə edilən abituriyentlərə müraciət etdi   
25.07.2017, 14:35

DİM Kooperasiya Universitetindən təxliyə edilən abituriyentlərə müraciət etdi  

Xəzərdən daha bir meyit çıxarıldı   
25.07.2017, 14:10

Xəzərdən daha bir meyit çıxarıldı  

BMT-də Azərbaycanla bağlı məsələ müzakirə olundu -
25.07.2017, 13:58

BMT-də Azərbaycanla bağlı məsələ müzakirə olundu - "Ermənilərə tutarlı cavab verildi”

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin dekanı: “Tibb Universitetindən geri qalmırıq” - MÜSAHİBƏ
25.07.2017, 13:41

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin dekanı: “Tibb Universitetindən geri qalmırıq” - MÜSAHİBƏ

Yol polisi cəriməsi olan sürücülərlə bağlı SƏRT YOLA əl atdı   
25.07.2017, 13:23

Yol polisi cəriməsi olan sürücülərlə bağlı SƏRT YOLA əl atdı  

Azərbaycanda şpris zavodu TİKİLƏCƏK
25.07.2017, 13:03

Azərbaycanda şpris zavodu TİKİLƏCƏK

Sabah hava necə olacaq? - PROQNOZ  
25.07.2017, 12:48

Sabah hava necə olacaq? - PROQNOZ  

Surət Hüseynov yeni şəkillərini paylaşdı - FOTOLAR
25.07.2017, 12:40

Surət Hüseynov yeni şəkillərini paylaşdı - FOTOLAR

ARXİV
SORĞU
Builki qəbul imtahanları necə keçdi?
- İmtahanların iki dəfə keçirilməsi müsbət haldır(16.6%)
- İmtahanlar bir dəfə keçirilməliydi(2.77%)
- İmtahanların pullu keçirilməsi mənfi haldır(44.4%)
- İmtahan testləri çətinləşdirilmişdi(13.8%)
- İmtahanlar asan keçdi(2.77%)
- Təşkilatçılıq yüksək səviyyədəydi(5.55%)
- Təşkilatçılıq aşağı səviyyədəydi(13.8%)