23 iyun 2017, Cümə
Ana Səhifə - ÖLKƏ - Son 10 ildə yaranan PARTİYALAR,  yaxud bətndə ölənlər...
Son 10 ildə yaranan PARTİYALAR,  yaxud bətndə ölənlər...
28.12.2016, 13:01

Son 10 ilin müəyyən zaman kəsimində Azərbaycanda siyasi partiyalar gah aktiv, gah da passiv oldular. Heç şübhəsiz ki, mövcud siyasi durumda Azərbaycandakı müxalif partiyaların hər hansı aktivlik nümayiş etdirməsini gözləmək sadəlövhlük olardı.


Ona görə yox ki, onların təkcə maliyyə vəziyyəti yaxşı deyil. Həm də ona görə ki, həmin partiyaların siyasi gücü, sosial dayaqları da artıq özünün son akkordlarını vurmaqdadır.


Bu da həmin siyasi qurumları ölkə miqyaslı seçkilərin bütün növündə iştirak etməməyə vadar edir – bu isə onsuz da laxlamaqda olan sütunları bir az da silkələyir.


Ancaq etiraf edək ki, bu dalğa içərisində hələ də tam boğulmayan, mövcudluğunu qoruyub saxlayan və aktual məsələlərlə bağlı mövqelərini açıqlayan partiyalar da var.


Belə bir məqamda isə hələ də ümid işartıları sönməyən siyasətçilər partiya yaratmağa can atdılar. Söhbət son 10 ildən gedir. Şübhəsiz ki, onların gələcəyə böyük ümidləri potensiallarına uyğun olmayan  iddiaları ilə heç cür üst-üstə düşə bilmirdi.


Buna görə də son 10 ildə yaranan partiyaların cəmiyyətə böyük hədiyyə bəxş edəcəyi, siyasi həyata kolorit qatacağı gözlənilən deyildi.


Misal üçün, 2008-ci ilin sentyabrında elan olunan, dekabrından təsis qurultayını keçirən, 2009-cu ilin noyabr ayında dövlət qeydiyyatına alınan Aydınlar Partiyasının uğurları demək olar ki, yox səviyyəsindədir. Təbii ki, partiyanın sədri, hörmətli Qulamhüseyn Əlibəyli heç də belə düşünmür. Onun müsahibəsində dediyi fikirlərə diqqət edək:

 

“Aydınlar Partiyası indi də kifayət qədər güclü partiyadır. Bizim partiyanın vəziyyəti digərlərinə nisbətən pis də deyil. Amma lap yaxşı olduğunu da demək olmaz”.

 

Başa düşmək olar ki, Qulamhüseyn müəllim, siyasətçi kimi özlərinin zəif olduğunu etiraf etmək istəmir. Lakin yenidən sual etsək, partiyasının zəifliyinin ekvivalentliyini (“zəif” sözünü dilinə gətirmir) ümumi siyasi vəziyyətlə əlaqələndirəcək.


Digər belə siyasi partiya isə Açıq Cəmiyyət Partiyasıdır (ACP).  ACP 2007-ci ildə təsis edilsə də, hələ də dövlət qeydiyyatına alınmayıb. Azərbaycan parlamentinin eks-spikeri, hazırda ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyevin 2013-cü il prezident seçkisindən sonra ACP liderliyindən istefa verməsi onsuz da zəif olan təşkilatı çıxılmaz duruma saldı. Üstəgəl, bunun ardınca Sülhhədin Əkbərin də ACP sədrliyindən getməsi bu partiyanın heç gülməyən üzünü bir az da qara elədi. Yəni, hazırda ACP yox vəziyyətdədir.

 

Maraqlısı isə odur ki, Sülhəddin Əkbər bundan sonra Azad Demokratlar Partiyası (AzDP) adlı təşkilat yaratdı. 2014-cü ilin iyul ayında bu partiyanın təsis qurultayı keçirildi. Lakin AzDP bu günə qədər dövlət qeydiyyatına alınmayıb. AzDP-ni də uğursuz təşkilat siyahısına aid etmək olar. Çünki, hazırda qurumun güclü siyasi fəaliyyəti, sosial bazası nəzərə çarpmır.

 

Siyasətçi Razi Nurullayev isə Əli Kərimlinin qərarı ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini vəzifəsindən çıxarıldıqdan sonra eyni adlı partiya yaratdığını və onun sədri olduğunu bəyan etdi. Üstündən 2 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq nə Ədliyyə Nazirliyi Razi Nurullayevə “hə” deyir, nə də partiya güclü şəkildə təşkilatlana bilir.

Təbii ki, Razi bəy ənənəvi siyasi ritorika ilə çıxış edərək, AXCP adına iddia edən partiyasının  düşünüldüyü kimi zəif olmadığı qənaətindədir. Razi Nurullayevin bununla bağlı mətbuata verdiyi müsahibələrə diqqət etmək kifayətdir.

 

Müsavat Partiyasının 2015-ci ilin 27 sentyabrından keçirilən qurultayından bir müddət sonra partiyadan gedən Tural Abbaslı “Ağ blok” adlı təşkilat yaratdı. Ardınca isə bu təşkilat partiyaya çevrildi. Ad isə daha cəlbedici səslənir: Ağ Partiya. Lakin bu partiya da dövlət qeydiyyatına düşməyib. Bir sözlə Tural Abbaslı Ağ Partiya ilə öləzimiş müxalif cameəni ağ günə çıxara bilmədi. Daha bir fiasko...

 

REAL hərəkatı isə yuxarıda adları çəkilən təşkilatlardan qat-qat güclü hesab edilə bilər. Ən azından ona görə ki, REAL özü ilə Azərbaycan cəmiyyətinə  yeni bir dalğa gətirə bildi və istəyinə qismən nail oldu. Üstəgəl, REAL-a toplaşan simaların daha intellektual və savadlı olmaları diqqətdən də yayına bilməz. Bəlkə də buna görədir ki, qısa zaman kəsiyində REAL o biri siyasi təşkilatlara nisbətən sıralarına daha çox insan cəlb etdi. Buna baxmayaraq, REAL-ı da alternativ güc hesab etmək olmaz. Bunun üçün bir neçə səbəb var:

 

1) REAL-da nə qədər intellektual insanlar təmsil olunsa da, bu təşkilat özünə güclü sosial baza yığa bilməyib. Elektoratı zəifdir, yəni cəmiyyətdə AXCP, Müsavat Partiyasını dəstəkləyənlər REAL-ın tərəfdarlarından qat-qat çoxdur.

 

2) REAL kütlə şüuruna işləmir. Bəlkə də bu, daha yaxşıdır, amma tərəfdar toplamaq üçün cəmiyyətin bütün təbəqədən olan

insanlarını siyasi ritorikaya bədii, estetik şirinlik qatmaqla cəlb etmək lazımdır. REAL isə daha çox analizlərlə, dərin məzmunlu siyasi-iqtisadi mövzularla çıxış etdiyindən, bu, yalnız müəyyən qisim üçün bənzərsizdir.

 

3) REAL aktiv siyasi proseslərdə iştirakdan boyun qaçırır – məsələn, Milli Şura yarananda REAL bu qurumun üzvü olmaqdan imtina etdi. Bəlkə də ağıllı addım idi, çünki Milli Şura özü də ard-arda məğlubiyyətlərə düçar oldu. Lakin REAL Milli Şuraya qoşulmasa da, yenə də bu  ona divident gətirmədi.

 

Hazırda isə REAL partiyaya çevrilmək istiqamətində iş aparır. Lakin REAL-ın sədri İlqar Məmmədovun həbsdə olması bu prosesi ləngidir. Hər halda REAL rəsmilərinin dilindən çıxan sözlər belə deməyə əsas verir.


Ümumilikdə Azərbaycanda son ildə yaranan təşkilatların hansınınsa parlaq müvəffəqiyyətə imza atdığını demək mümkün deyil.

 

Aqşin KƏRİMOV

 

 

 

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
23.06.2017, 18:56

Bakıda polisi güllələyən şəxsə 13 il cəza istədi

23.06.2017, 18:45

Azərbaycanın Fransada yeni səfiri təyin edilib 

23.06.2017, 18:36

Dəniz nəqliyyatı işçilərinə medal və fəxri ad verilib - SİYAHI

23.06.2017, 18:31

Şirvanda bina təmirinə 3 milyon manat ayrılıb

23.06.2017, 18:27

Bakı-Sumqayıt qatarlarının əvvəlki hərəkət cədvəli bərpa olunur

23.06.2017, 18:22

İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib

23.06.2017, 18:07

Moldova prezidentinin Azərbaycana səfəri bitdi

23.06.2017, 18:05

8 şahzadəyə insan alverinə görə hökm oxundu

23.06.2017, 17:50

"ALBATROS"  mağazasında da insanları aldadırlar

23.06.2017, 17:34

Ramazan münasibətilə 500 məhbus əfv olundu

23.06.2017, 17:29

Dövlət qulluğuna qəbulda yerlibazlıq mövcud idi...

23.06.2017, 17:21

Naxçıvanski adına Hərbi Liseyin növbəti buraxılışı oldu

23.06.2017, 17:16

Formula 1 pilotlarının ikinci sərbəst yürüşü başlayıb

23.06.2017, 17:13

Dollar və manat - Üç gün üçün məzənnə dəyişmədi

23.06.2017, 17:05

Gülər Əhmədova banka qoyduğu əmanətin 30 min manatını geri alıb

23.06.2017, 17:04

Azərbaycan Avtomobil Federasiyasının rəsmiləri və Moldova prezidenti Formula 1 Paddokunda - FOTO

23.06.2017, 17:03

Kamal Abdulla Çin diplomatı ilə görüşüb

23.06.2017, 16:54

"Formula-1"in sərbəst yürüşündə qəza olub  

23.06.2017, 16:41

 “Azərbaycan ordusunda tolerantlıq” adlı tədbir keçirildi

23.06.2017, 16:39

Göyçayda polis 3 oğurluğun üstünü açdı

23.06.2017, 16:23

Tramp hər səhər ilk bu işlə məşğul olur

23.06.2017, 16:17

Ölkədə 6 min müsəlmanın dinini dəyişməsinə sərt TƏPKİ: “Onlar özlərinə zülm edənlərdir”

23.06.2017, 16:11

“Formula-1” yarışı üzrə Azərbaycan Qran-prisinin telekommunikasiya xidmətləri təchizatı təmin edilib

23.06.2017, 16:10

ADU-nun Konfutsi İnstitutunda  seçim turu keçirilib

23.06.2017, 15:59

Cavid Qurbanova medal verildi - FOTO

23.06.2017, 15:50

Azərbaycanda İsrail səfirliyi qarşısında aksiya – 20 nəfər saxlanıldı

23.06.2017, 15:44

Banklar “Formula 1”ə görə güncləndirilmiş iş rejiminə keçdilər

23.06.2017, 15:39

İlham Əliyev Gürcüstan baş nazirinin müavinini qəbul edib

23.06.2017, 15:36

Sumqayıtda xüsusi əməliyyat keçirildi - 3 nəfər zərərsizləşdirildi

23.06.2017, 15:34

Kilsədə Quran oxunması diplomatik qalmaqal yaratdı

23.06.2017, 15:20

AMEA alimlərin mənzil qalmaqalına aydınlıq gətirdi

23.06.2017, 15:16

Çexiyanın Azərbaycandakı səfiri XİN-ə çağırılacaq - QALMAQAL

23.06.2017, 15:11

Formula 1: birinci sərbəst yürüşün NƏTİCƏLƏRİ məlum oldu

23.06.2017, 15:04

Nəqliyyat Agentliyi hərəkətə keçdi-Yararsız avtobuslar və sürücüləri xətdən uzaqlaşdırıldı - FOTO

23.06.2017, 15:04

Putin gəmidən Ərdoğana zəng elədi

ARXİV
SORĞU
Qeyri-sabit hava şəraiti sizə necə təsir edir?
- İstilərdən canımız qurtarıb(5.71%)
- Dənizə gedə bilmirik(28.5%)
- Səhhətimizə mənfi təsir edir(14.2%)
- Əhvalım xoşallanır(8.57%)
- Məhsul qıtlığı yaranır(14.2%)
- Təsərrüfatıma ziyan dəyir(5.71%)
Yağış, dolu ruzi-bıərəkətdir(22.8%)