26 aprel 2017, Çərşənbə axşamı
Ana Səhifə - İQTİSADİYYAT - 2016-nın iqtisadi “bombaları” - Tarif Şurasının “tərifli xəbərləri”...
2016-nın iqtisadi “bombaları” - Tarif Şurasının “tərifli xəbərləri”...
30.12.2016, 12:03

Astanasında olduğumuz 2016-cı il daha çox iqtisadi təlatümlər, qiymət bahalaşması, çətinliklər, problemlərlə tarixin yaddaşına həkk olunmaqdadır. Çünki bu il hökumət və rəsmi qurumlar hələ ötən ilin vurduğu yaraları sarımağa macal tapmadı. Problemlər isə üst-üstə qalaqlandı. 2015-ci il 21 fevral və 21 dekabr devalvasiya şoku ilə xatırlanarkən, 2016-cı il daha çox bahalaşma dalğasına şahidlik etdi. Təəssüf ki, qeyd edilən başlıca problemlər həll olunmadan növbəti ilə transfer edilməkdədir.

Bu il proseslərdən ən çox zərər görənlər isə istehlakçılar və kommersiya banklarına dollarla kredit ödəyən vətəndaşlarımız oldu. Hər 10 vətəndaşdan 7-sinin kredit borcu olduğunu təxmini nəzərə alsaq, vəziyyətin nə dərəcədə acınacaqlı və çıxılmaz olduğunu təsəvvür etmək elə də çətin deyil. Çıxılmaz ona görə ki, vətəndaş hələ 21 fevral 2015-ci il devalvasiyasından əvvəl 0.78 manat məzənnəsilə götürdüyü dollar kreditini bugünkü 1,7707 məzənnəsi ilə ödəmək məcburiyyətindədir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Vahid Əhmədov və Əli Məsimlinin dollar kreditlərilə bağlı birgə hazırlayaraq hökumətə təqdim etdikləri 14 səhifəlik islahat paketinə isə baxan olmadı. Qeyd edək ki, həmin təkliflərdə dollarla borcu olanların ödənişi 1,05 məzənnəsilə həyata keçirməsi öz əksini tapırdı.

 

Dünyanı tərsinə fırladan neft qiymətləri ölkəmizdən də yan keçmədi. Neftin ucuzlaşması və davam edən devalvasiya nəticəsində həm də çox sayda iş yerləri qapadıldı. İnsanlar aldıqları əmək haqqı ilə gündəlik tələbatlarını çox böyük çətinliklə ödəyə bildi. İkirəqəmli inflyasiya ilin əvvəlindən sonuna qədər öz mövqeyini qoruyub saxlaya bildi.

2016-cı ildə "SOCAR-ın istiqrazları" ilə bağlı gözləntilər böyük olsa da, proqnoz özünü doğrultmadı.

İlin ən uzunmüddətli sazişi isə Azərbaycan Dövlət Neft Şirkəti ( ARDNŞ) və BP arasında imzalanan, 2050-ci ilə kimi “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsini nəzərdə tutan layihədir.

 

Tarif Şurasının gecə xəbərləri...

 

Azərbaycanda pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətlər idxaldan asılılıq səbəbindən qiymətləri qaldırmaqla öz kəsirlərini kompensasiya etdilər. Olanlar isə sadə vətəndaşa oldu...

Bütün bunlar azmış kimi, Tarif Şurasının (TŞ) keçirdiyi kollegiya iclaslarının gecə qərarları qayğıları daha da artırdı. 2016-cı ilin mayın 16-dan etibarən “Azərsu” ASC-nin müraciəti əsasında bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla, əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik, qeyri-əhali üzrə əvvəlki səviyyədə — bir kub metr üçün 1 manat, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) bir kub metr üçün 8 manat müəyyən edildi.
Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün bir kubmetr üçün 15 qəpik, qeyri-əhali üzrə 1 manat səviyyəsində təsdiq olundu.


Tarif  Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında isə təbii qaz və elektrik enerjisinin satış tariflərinə baxılaraq tənzimləmə aparıldı.

Diferensiallaşdırma nəticəsində təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanıldı. İllik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirildi.

Elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanıldı. Aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirildi.

Şuranın gözlənilməz qərarı əhali arasında ciddi narahatlıqla qarşılandı. İctimaiyyətin böyük narazılığına səbəb olan qərarla bağlı ölkə başçısı İlham Əliyevin müvafiq tapşırığı əsasında təbii qazın pərakəndə satış tarifinə görə, əhali üzrə illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrədək, əhali üzrə aylıq elektrik enerjisi istehlakı üzrə limit 250 kilovat-saatdan 300 kilovat-saatadək artırıldı.

 

Büdcənin “boğulan” xərcləri

 

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanunu təsdiqlədi.  Sənədə əsasən, 2017-ci il dövlət büdcəsinin gəlirləri 16 255 000,0 min manat, xərcləri 16 900 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 634 706,0 min manat, yerli gəlirləri 620 294,0 min manat, mərkəzləşdirilmiş xərcləri 16 211 286,0 min manat, yerli xərcləri 688 714,0 min manat) məbləğində müəyyən edildi.

2017-ci ilin proqnozlaşdırılan büdcə xərcləri 2011-ci ildən ötən dövr ərzində ən aşağı göstəricidir. Belə ki, 2011-ci ildə proqnozlaşdırılan büdcə xərcləri 12748.0 mln. manat olmuşdu. 2012-2016-cı illərdə həmin göstəricinin ən aşağı həddi 2012-ci ildə (17672.0 mln. manat), ən yüksək həddi isə 2014-cü ildə (20063.0 mln. manat) qeydə alınıb.

Beləliklə, maliyyə naziri Samir Şərifovun ilkin proqnozları özünü doğrultdu və bu, son 10 ildə ən kiçik vəsaiti əhatə edən dövlət büdcəsi oldu. Nazirin də bildirdiyi kimi təsdiqlənən büdcədə bir sıra layihələr təxirə salındı, xərclər minimuma endirildi.

 

2017-ci il üçün gözləntilər

 

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspertləri 2017-cı ilin təsdiq edilmiş dövlət büdcəsi ilə bağlı apardığı zəruri araşdırmada göstərilir ki, “Azərbaycan Respublikasının 2017-cı il dövlət büdcəsi haqqında” Qanununa əsasən, 2017-ci ildə dövlət büdcəsinin gəlirlərinin 16255.0 mln. manat olması gözlənilir.

 

Bu, 2015-ci ildə dövlət büdcəsinin faktiki gəlirləri ilə müqayisədə 1243.0 mln. manat (yaxud 7.1 faiz), 2016-cı ilin dövlət büdcəsi gəlirlərinin təsdiq edilmiş proqnoz göstəricisi ilə müqayisədə 567.0 mln. manat (yaxud 3.4 faiz) azdır.   

2017-cı ildə dövlət büdcəsi gəlirlərinin illik ÜDM-in 26.5 faizi qədər olması gözlənilir ki, bu da 2016-cı il üçün proqnozlaşdırılan müvafiq göstəricidən 2.6 faiz bəndi, 2015-ci ilin faktiki göstəricisindən 5.7 faiz bəndi azdır. 

Proqnoza əsasən, 2017-ci ildə dövlət büdcəsi gəlirlərinin 6100.0 mln. manatı (yaxud 37.5 faizi) Dövlət Neft Fondunun transferti, 4137.0 mln.manatı (25.5 faizi) əlavə dəyər vergisi (ƏDV), 2179.0 mln.manatı (13.4 faizi) hüquqi şəxslərin mənfəət vergisi, 1168.0 mln.manatı (7.2 faizi) fiziki şəxslərin gəlir vergisi, 608.0 mln.manatı (3.7 faizi) aksiz vergisi, 454.0 mln. manatı (2.8 faizi) gömrük rüsumları, 344.0 mln. manatı (2.1 faizi) sadələşdirilmiş vergi, 178.0 mln. manatı (1.1 faizi) hüquqi şəxslərin əmlak vergisi, 89.0 mln. manatı (0.5 faizi) yol vergisi, 90.0 mln. manatı (0.6 faizi) vergi qanunvericiliyinin pozulması ilə bağlı cərimə vəsanksiyalardan daxilolmalar  hesabına formalaşacaq.

2016-ci ilin proqnozu ilə müqayisədə 2017-cı ilin dövlət büdcəsi proqnozunda gəlirlər üzrə Dövlət Neft Fondundan transfertin məbləğinin 1515.0 mln. manat (-19.9 faiz), aksiz vergisi üzrə daxilolmaların 29.0 mln. manat (-4.6 faiz) az olması, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmaların 494.0 mln. manat (13.6 faiz), hüquqi çəxslərin mənfəət vergisi üzrə 264.4 mln. manat (13.8 faiz), gömrük rüsumlarının 66.0 mln. manat (17.0 faiz), fiziki şəxslərin gəlir vergisi üzrə 88.0 mln. manat (8.1 faiz), ölkədə istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən daxilolmalar üzrə 44.0 mln. manat (30.3 faiz), sadələşdirilmiş vergi üzrə 44.0 mln. manat (14.7 faiz), hüquqi şəxslərin əmlak vergisi üzrə 3.8 mln. manat (2.2 faiz), yol vergisi üzrə 2.0 mln. manat (2.3 faiz) çox olması gözlənilir.

Maliyyə Nazirliyinin məlumatına görə, 2017-ci ilin dövlət büdcəsi gəlirlərinin 7855.0 mln. manatı (48.3 faizi) neft sektorundan, 8400.0 mln. manatı (51.7 faizi) isə qeyri-neft sektorundan daxilolmalar hesabına formalaşması proqnozlaşdırılır. 2016-cı ilin proqnozu ilə müqayisədə 2017-ci ilin proqnozunda neft sektorundan dövlət büdcəsinə daxilolmaların 1370.0 mln. manat (yaxud 14.9 faiz) az olması, qeyri-neft sektorundan daxilolmaların isə 803.0 mln. manat (yaxud 10.6 faiz) çox olması gözlənilir. 2017-ci ildə dövlət büdcəsinin qeyri-neft sektorundan daxilolmalarının proqnozlaşdırılan illik qeyri-neft ÜDM-nin 20.2 faizi qədərdir.

Qanuna əsasən, 2017-ci ildə dövlət büdcəsinə daxilolmaların 15634.7 mln. manatı (96.2 faizi) mərkəzləşdirilmiş gəlirlərin, qalan 620.3 mln. manatı (3.8 faizi) isə yerli gəlirlərin hesabına baş tutacaq. 2016-cı ilin proqnozu ilə müqayisədə 2017-ci ildə dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinin 421.0 mln. manat (-2.6 faiz), yerli gəlirlərin isə 146.0 mln. manat (-19.1 faiz) az olması nəzərdə tutulur.

2017-ci ildə dövlət büdcəsi gəlirlərinin 46.2 faizi (7510.0 mln. manatı) Vergilər Nazirliyinin, 13.5 faizi (2200.0 mln. manatı) Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 37.5 faizi (6100.0 mln. manatı) Dövlət Neft Fondunun transfertinin, qalan 2.8 faizi (445.0 mln. manatı) isə digər mənbələrdən daxilolmaların payına düşür.

Maliyyə Nazirliyinin məlumatına görə 2017-cı ildə dövlət büdcəsinə Vergilər Nazirliyinin xətti ilə toplanacaq vəsaitin 1755.0 mln.manatı (23.4 faizi) neft sektorundan, 5755.0 mln.manatı (76.6 faizi) isə qeyri-neft sektorundan daxil olması proqnozlaşdırılır.

Qeyd edilməlidir ki, 2017-cı ilin büdcə gəlirləri proqnozu xam neftin 1 barelinin ixrac qiymətinin 40.0 ABŞ dolları götürülməsi əsasında işlənilib.

 

Sürprizsiz ilin trendləri...

 

Ekspertlərin 2017-ci il dövlət büdcəsinin proqnozlaşdırılan gəlirlərinin struktur, müqayisəli və trend təhlili aşağıdakıları ortaya çıxardı:

1. Ayrı-ayrı tədiyə növləri üzrə vergi daxilolmalarının məbləği ilə bağlı hökumətin qərarsızlığı müşahidə olunur;

2. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertin məbləğinin ixtisar edilməsi siyasəti davam etdirilir;

3. Dövlət büdcəsi gəlirlərinin formalaşmasında neft sektorundan birbaşa daxilolmaların məbləği və payı azalmaqda davam edir, lakin 2017-ci ildə büdcə gəlirlərinin yarıdan çoxu yenə də neft sektorunun payına düşəcək;

4. ARDNF-in transferi nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri büdcənin illik cari xərclərini və dövlət borcuna xidmətlə bağlı xərcləri ödəmək iqtidarında olmayacaq;

5. Dövlət büdcəsi gəlirlərində bir neçə mənbənin rolu, yəni gəlir mənbələrinin təmərküzləşmə səviyyəsi yüksək olaraq qalmaqdadır;

6. Vergi Məcəlləsində aksiz vergisinə cəlb olunan malların siyahısının genişləndirilməsinə və bəzi mallar üzrə aksiz dərəcələrinin artırılmasına baxmayaraq 2017-ci ildə aksizlər üzrə daxilolmaların azalması proqnozlaşdırılır;

7. Dövlət büdcəsinin 3 əsas vergi növü üzrə daxilolmalar proqnozunun artırılması ilə bağlı yetərincə izahat yoxdur;

8. Sadələşdirilmiş vergi üzrə  büdcə daxilolmalarının sürətlə artması proqnozlaşdırılır;

9. Qeyri-neft sektorundan daxilolmalarının qeyri-neft ÜDM-ə nisbəti çox aşağıdır;

10. Dövlət büdcəsinin yerli gəlirlərin azalması tendensiyası davam edir;

11. Dövlət müəssisələrinin büdcə öhdəlikləri barədə detallı məlumatlar yoxdur.

Gülşən RAUFQIZI

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
26.04.2017, 21:26

Azərbaycanda bu saytlara giriş qadağan olunur

26.04.2017, 21:11

Səfirlik açılan cinayət işindən xəbərsizdir

26.04.2017, 20:58

Həbsxanada dustaqlar arasında kütləvi dava: 12 ölü

26.04.2017, 20:43

Gəncə sakini qatarın altında qalıb

26.04.2017, 20:29

Ermənistan milyonlarla insanın həyatını nüvə təhlükəsi ilə üz-üzə qoyur

26.04.2017, 20:14

Rusiyadan alınan müasir hərbi texnika ölkəmizə gətirildi - VİDEO

26.04.2017, 20:01

"Fransa Minsk qrupunun həmsədr ölkəsi kimi öhdəliklərinə sadiqdir" - Fransa XİN rəsmisi

26.04.2017, 18:53

Azərbaycanda Turizm Reyestrinin aparılma qaydası hazırlanacaq

26.04.2017, 18:48

Bakıda imtahanlarda məzunların 8,51 %-i Ana dilindən “2” alıb

26.04.2017, 18:44

Azərbaycanda ən yaxşı məktəblərin adı açıqlandı - SİYAHI

26.04.2017, 18:25

Fransa bankları TAP-ı maliyyələşdirmək istəyir

26.04.2017, 18:17

Prezident Niderland kralını və CAR prezidentini təbrik edib

26.04.2017, 18:08

İŞİD sıralarında 4,5 min MDB vətəndaşı vuruşdu

26.04.2017, 18:00

ADU-da SABAH qruplarına seçimlə bağlı görüş keçirilib

26.04.2017, 17:51

Çernobıl faciəsi bu gün də davam edir - Faciənin 31-ci ili

26.04.2017, 17:50

Azərbaycanla Avropa İttifaqı arasında rəsmi danışıqlar prosesi BAŞLAYIR

26.04.2017, 17:45

Türkiyə Qafqaz Turizm sərgisinə xüsusi hazırlaşıb

26.04.2017, 17:44

Baş Prokurorluq Ukraynada Azərbaycan şirkətlərinə açılan cinayət işlərini araşdırır

26.04.2017, 17:35

Sarkozi Makrona səs verməyə çağırdı

26.04.2017, 17:13

Dollar sabah neçəyə satılacaq? – Məzənnə AÇIQLANDI

26.04.2017, 17:04

Əli İnsanova daha 7 il 5 gün həbs cəzası verildi

26.04.2017, 17:01

Aptek rəhbərləri: “Lisenziya almaqda problem yoxdur”

26.04.2017, 16:52

İlham Əliyev: “Kasıbçılıq, səfalət idi” 

26.04.2017, 16:50

“Vahid taksi qiymətinin tətbiqi rəqabəti boğacaq”

26.04.2017, 16:38

Prokuror Əli İnsanova daha 8 il iş istədi

26.04.2017, 16:37

Azərbaycan ədəbiyyatında bir İLK - Anadolu türkcəsində yazılmış şeirlər kitabının təqdimatı   

26.04.2017, 16:37

İranda prezidentliyə ən real namizəd Rəisi kimdir?

26.04.2017, 16:32

Türkiyədə daha bir partlayış olub

26.04.2017, 16:31

Ramil Usubov türkiyəli generalı qəbul edib

26.04.2017, 16:29

Deputatdan Azərbaycan kommunistlərinin rəhbərinə ağır SÖZLƏR: “Xəcalət çəkin”

26.04.2017, 16:21

İnterpol dövlət əmlakını mənimsəyən azərbaycanlını axtarır

26.04.2017, 16:21

Bakı meri məcburi köçkünü həbsdən buraxdırdı

26.04.2017, 16:17

“Əmək haqları 1 manat artırıldı” kimi təqdimatlar yanlışdır

26.04.2017, 16:07

“Avroviziya” qalibi müsəlman adəti ilə ərə getdi

26.04.2017, 16:06

 “Bakcell”in Ulduzum abunəçiləri “Türk Hava Yolları”ndan əlavə millər əldə edəcəklər

ARXİV