Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Modern.az saytı xəbər verir ki, Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib.
Fondun icraçı direktoru Vüqar Səfərli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq 33 qəzetin müsabiqəyə sənəd təqdim etdiklərini diqqətə çatdırıb. Həmin qəzetlərin layihələrinin 2016-cı ilin II yarısında da Fond tərəfindən maliyyələşdirildiyini deyən icraçı direktor müsabiqədə yeni iştirak edən KİV-lərin olmadığını bildirib. Müvafiq araşdırmalardan sonra sənəd təqdim etmiş 33 qəzetin layihə təkliflərinin müsabiqənin şərtlərinə cavab verdiyi müəyyən edilib.
Sonra qəzetlərdən daxil olmuş sənədlər Müşahidə Şurasının üzvlərinə paylanılıb və məsələ ətrafında müzakirələr başlayıb. Fondun Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə, üzvlərdən - Əflatun Amaşov, Rəşad Məcid, Müşfiq Ələsgərli, Bəxtiyar Sadıqov və Faiq Qurbanov Fondun maliyyə yardımlarının qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.
Müzakirələrin sonunda 33 qəzetin sənədlərinin müsabiqənin şərtlərinə cavab verdiyi nəzərə alınaraq, onlara 2017-cı ilin birinci yarısında maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.
Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor V.Səfərli Fondun yaxın dövr üçün fəaliyyət istiqamətləri barədə məlumat verib.
2017-ci ilin I yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibi olan redaksiyaların siyahısı:
№ | Qəzetin Adı | Ayrılmış məbləğ |
1. | "Kaspi” qəzeti | 60 000 |
2. | "Yeni Azərbaycan” qəzeti | 60 000 |
3. | "Səs” qəzeti | 60 000 |
4. | "Mövqe” qəzeti | 60 000 |
5. | "Ədalət” qəzeti | 60 000 |
6. | "525-ci qəzet” | 60 000 |
7. | "Bakı-Xəbər” qəzeti | 60 000 |
8. | "Yeni Müsavat” qəzeti | 60 000 |
9. | "Kaspiy" qəzeti | 60 000 |
10. | "Ekspress” qəzeti | 60 000 |
11. | "Palitra” qəzeti | 60 000 |
12. | "Paralel” qəzeti | 40 000 |
13. | "Həftə içi” qəzeti | 40 000 |
14. | "Azad Azərbaycan” qəzeti | 40 000 |
15. | "Şərq” qəzeti | 40 000 |
16. | "Xalq Cəbhəsi” qəzeti | 40 000 |
17. | "Futbol+Qol” qəzeti | 40 000 |
18. | "Bizim Yol” qəzeti | 40 000 |
19. | "Olaylar” qəzeti | 40 000 |
20. | "Novoye Vremya” qəzeti | 30 000 |
21. | "Futbol+” qəzeti | 30 000 |
22. | "Üç Nöqtə” qəzeti | 30 000 |
23. | "Azernews” qəzeti | 30 000 |
24. | "Unikal” qəzeti | 20 000 |
25. | "Olimpiya Dünyası” qəzeti | 20 000 |
26. | "Oxu məni” qəzeti | 20 000 |
27. | "Reytinq” qəzeti | 9 000 |
28. | "Təhsil Problemləri” qəzeti | 9 000 |
29. | "The Business Times” qəzeti | 9 000 |
30. | "Hərbi And” qəzeti | 9 000 |
31. | "Türküstan” qəzeti | 9 000 |
32. | "İqtisadiyyat” qəzeti | 9 000 |
33. | "Hürriyyət" qəzeti | 9 000 |
CƏMİ | 33 Redaksiya | 1.223.000 |
Modern.az