17 dekabr 2017, Bazar
Ana Səhifə - TƏHSİL - Aprel döyüşləri “Azərbaycan tarixi” dərsliyinə salınacaq
Aprel döyüşləri “Azərbaycan tarixi” dərsliyinə salınacaq
31.12.2016, 15:27

“Araşdırmalar göstərdi ki, Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin 8-ci sinfində “Azərbaycan tarixi” adlı yalnız bir fənn tədris olunur. Fənnin dərsliyi AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun rəhbərliyi ilə hazırlanıb və müvafiq tələblərə cavab verir. “Azərbaycan tarixi” dərsliyində Qarabağın tarixi və müasir vəziyyəti ilə də bağlı mövzular özünə yer tapıb. Tədris prosesində də müəllimlər dərslikdəki elmi cəhətdən əsaslandırılmış müddəalara istinad edərək şagirdlərə Qarabağın tarixi və Qarabağdakı müasir hərbi-siyasi vəziyyət haqqında geniş məlumat verirlər”.

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik  İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, “Azərbaycan tarixi” fənninin tədrisi prosesində xalqımızın ən qədim dövrlərindən başlanan, orta əsrlərdə və XIX-XX əsrlərdə xüsusi mərhələlər üzrə inkişaf edən, müstəqillik tarixi də daxil olmaqla çoxəsrlik tarixi proseslərindən və görkəmli şəxsiyyətlərindən geniş və əhatəli şəkildə bəhs edilir.

“Ona görə də istər-istəməz “Azərbaycan tarixi” dərsləri proqram əsasında keçirildiyi və bütün inkişaf mərhələlərini əhatə etdiyi üçün, orada tarixi hadisələr və şəxsiyyət haqqında vahid qaydada bilik verilməsi nəzərdə tutulur. Şübhəsiz ki, müəllimlərimiz proqram çərçivəsində Qarabağ mövzusuna xüsusi diqqət göstərir, üstünlük verirlər.

Bununla belə, Təhsil Nazirliyinin Qarabağ mövzusunu fakultativ kurs mövzusu kimi müəyyən etməsi həmin problemin xüsusi əhəmiyyət daşıdığını və bu mövzuda yeni nəslə daha geniş və dərin biliklər vermək məqsədi daşıyır. Bildiyimiz kimi, fakultativ kursun ayrıca dərsliyi olmur, hazırlanmış tədris vəsaiti əsasında tədris edilir. Və “Qarabağ tarixi” köməkçi tədris vəsaitinin Akademiyanın Tarix İnstitutunun professional alimi tərəfindən hazırlanması da fakultativ kurs vasitəsilə şagirdlərə əsaslı biliklərin çatdırılmasına təminat verir. Fakultativ kurs dərsliklərində qazanılan biliklər əsas fənn üzrə dərslərdə əldə olunan bilikləri tamamlayır və möhkəmləndirməyə xidmət edir. Məsələnin taleyüklü olması, aktuallığı, azərbaycançılıq baxımından xüsusi əhəmiyyəti Qarabağ mövzusunu fakultativ kurs mövzusu kimi müəyyən etməyə əsas verir. Əgər Azərbaycan tarixi üzrə fakultativ kurs üçün saat ayrılıbsa, fikrimcə, indiki zamanda Qarabağ mövzusunu seçməmək daha böyük narahatlıq doğurmalı idi”.

İsa Həbibbəylinin fikrincə, həm “Azərbaycan tarixi” dərsliyində, həm də “Qarabağ tarixi” fakultativ kursun – seçmə-köməkçi fənnin tədris vəsaitlərində 2016-cı ilin Aprel döyüşlərinə xüsusi yer ayrılmalı, xalqımızın və ordumuzun bu zəfər döyüşləri məktəb illərindən yeni nəslə çatdırılmalıdır.

“Məndə olan məlumata görə bu mövzu ilə əlaqədar dərsliklərdə və tədris vəsaitlərində yeni dərs ili üçün bu istiqamətdə müvafiq iş aparılır”.
 
Qeyd edək ki, Milli Məclisin dünən keçirilən iclasında deputat Siyavuş Novruzov orta məktəblərin rus dilli bölmələrinin 8-ci sinfində Azərbaycan və Qarabağ tarixinin ayrıca tədrisinin düzgün olmadığını bildirib.

 


Modern.az


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Qazaxda avtoqəza: iki əcnəbi yaralandı
17.12.2017, 17:28

Qazaxda avtoqəza: iki əcnəbi yaralandı

Ərdoğan ABŞ-ın nüvə dövləti statusuna qarşı çıxıb
17.12.2017, 17:12

Ərdoğan ABŞ-ın nüvə dövləti statusuna qarşı çıxıb

Orxan Zeynalovun atası : ““Səbrli ol” deyirlər, amma...”
17.12.2017, 16:25

Orxan Zeynalovun atası : ““Səbrli ol” deyirlər, amma...”

Kiyevdə Saakaşvili tərəfdarlarının aksiyası başlayıb
17.12.2017, 16:02

Kiyevdə Saakaşvili tərəfdarlarının aksiyası başlayıb

Yeni il ərəfəsində əfv gözləntilərinə NÖQTƏ QOYULDU
17.12.2017, 15:24

Yeni il ərəfəsində əfv gözləntilərinə NÖQTƏ QOYULDU

Avropa üçün daha bir “İsgəndər” TƏHLÜKƏSİ...
17.12.2017, 15:11

Avropa üçün daha bir “İsgəndər” TƏHLÜKƏSİ...

“Bizim nəsildə belə şey olmayıb” - arvadını bıçaqlayan qısqanc ərin cəzası azaldıldı   
17.12.2017, 15:07

“Bizim nəsildə belə şey olmayıb” - arvadını bıçaqlayan qısqanc ərin cəzası azaldıldı  

Azərbaycan jurnalistlərinin müəllimi  Şirməmməd Hüseynov 93 yaşında
17.12.2017, 15:02

Azərbaycan jurnalistlərinin müəllimi  Şirməmməd Hüseynov 93 yaşında

“Sarı İt ilində rüşvətxor məmurlarımız üzlərini sərt silləyə hazır tutsunlar” - PROQNOZ - MÜSAHİBƏ
17.12.2017, 14:42

“Sarı İt ilində rüşvətxor məmurlarımız üzlərini sərt silləyə hazır tutsunlar” - PROQNOZ - MÜSAHİBƏ

Yol polisi peşəkar velosipedçiləri saxlayıb cərimə meydançasına apardı - VİDEO
17.12.2017, 14:06

Yol polisi peşəkar velosipedçiləri saxlayıb cərimə meydançasına apardı - VİDEO

Deputatların “BAZAR GÜNÜ”: “Bəzən bazar günləri belə yorğunluğu çıxartmağa kömək etmir”
17.12.2017, 13:48

Deputatların “BAZAR GÜNÜ”: “Bəzən bazar günləri belə yorğunluğu çıxartmağa kömək etmir”

Avropalı deputatdan çağırış: “Azərbaycan qaz borusuna qarşı çıxanlar dəmir yumruqla əzilməlidir”
17.12.2017, 13:16

Avropalı deputatdan çağırış: Azərbaycan qaz borusuna qarşı çıxanlar dəmir yumruqla əzilməlidir

Sabaha olan hava PROQNOZU: YAĞIŞ YAĞACAQ
17.12.2017, 13:06

Sabaha olan hava PROQNOZU: YAĞIŞ YAĞACAQ

Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu   
17.12.2017, 12:56

Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu  

Dünyanın ən dik  funikulyoru istifadəyə veriləcək - İSVEÇRƏDƏ - FOTOLAR
17.12.2017, 12:38

Dünyanın ən dik  funikulyoru istifadəyə veriləcək - İSVEÇRƏDƏ - FOTOLAR

Surət Hüseynov enerji və maliyyə biznesi ilə məşğuldur 
17.12.2017, 11:53

Surət Hüseynov enerji və maliyyə biznesi ilə məşğuldur 

Yavər Camalov Ermənistanı qorxuya salacaq açıqlama verdi 
17.12.2017, 11:39

Yavər Camalov Ermənistanı qorxuya salacaq açıqlama verdi 

Əkrəm Əylisli: “Xəstə olduğumu desəm, Rasim Balayevin gününə düşəcəm”
17.12.2017, 11:35

Əkrəm Əylisli: “Xəstə olduğumu desəm, Rasim Balayevin gününə düşəcəm”

22 yaşlı gənc intihar etdi - GÖYGÖLDƏ
17.12.2017, 11:32

22 yaşlı gənc intihar etdi - GÖYGÖLDƏ

O biri “dünyadan” oğurluq edənlər
17.12.2017, 10:32

O biri “dünyadan” oğurluq edənlər

Cakartada Qüdsə görə etiraz aksiyaları başlayıb
17.12.2017, 10:25

Cakartada Qüdsə görə etiraz aksiyaları başlayıb

Övladı autizm olan tanınmış jurnalist: “Dəstək versələr, 2 ilə ciddi nəticə əldə etmək olar”
17.12.2017, 09:57

Övladı autizm olan tanınmış jurnalist: “Dəstək versələr, 2 ilə ciddi nəticə əldə etmək olar”

Azərbaycanda iki silah zavodu açılacaq
17.12.2017, 09:49

Azərbaycanda iki silah zavodu açılacaq

Müdafiə Nazirliyi cəbhədəki son durumla bağlı məlumat yaydı
17.12.2017, 09:41

Müdafiə Nazirliyi cəbhədəki son durumla bağlı məlumat yaydı

Rəsulzadəni qınadığı üçün sonralar ondan üzr istəyən nazir oğlu- Tarixi sənəd
17.12.2017, 01:14

Rəsulzadəni qınadığı üçün sonralar ondan üzr istəyən nazir oğlu- Tarixi sənəd

“Qoçu” ifadəsinin maraqlı yaranma tarixçəsi- Köhnə Bakı xatirələri
17.12.2017, 00:35

“Qoçu” ifadəsinin maraqlı yaranma tarixçəsi- Köhnə Bakı xatirələri

17.12.2017, 00:16

"Real Madrid" 3-cü dəfə qalib oldu

Fransada məscid bağlandı
16.12.2017, 23:57

Fransada məscid bağlandı

Saakaşvilidən Poroşenkoya barışıq təklifi
16.12.2017, 23:41

Saakaşvilidən Poroşenkoya barışıq təklifi

Bakıda bahalı qırqovul əti
16.12.2017, 23:23

Bakıda bahalı qırqovul əti

Azərbaycanda qeyri-adi toy - Video
16.12.2017, 23:11

Azərbaycanda qeyri-adi toy - Video

“Qarabağ”ın futbolçusu evləndi - Foto
16.12.2017, 23:05

“Qarabağ”ın futbolçusu evləndi - Foto

Şəki sakini gənc qonşusunun qanını tökdü
16.12.2017, 22:58

Şəki sakini gənc qonşusunun qanını tökdü

Qurban Qurbanov hər il üçün 1 milyon manat alacaq
16.12.2017, 22:46

Qurban Qurbanov hər il üçün 1 milyon manat alacaq

Bitkoinin qiyməti 19 min dolları ötüb
16.12.2017, 22:33

Bitkoinin qiyməti 19 min dolları ötüb

ARXİV
SORĞU
Xaricdəki hansı iş adamı Azərbaycana daha çox bağlıdır?
Vahid Ələkbərov(0.12%)
Araz Ağalarov (12.9%)
Mübariz Mənsimov (16.9%)
Fərhad Əhmədov(13.3%)
Füzuli Məmmədov(53.6%)
Telman İsmayılov (0.12%)
İsgəndər Xəlilov(0.08%)
Vaqif Məmişov(0.08%)
Heç biri(1.79%)
Digərləri(0.87%)