Modern.az

Yalançı Elmə Qarşı Mübarizə Komissiyası kimlərisə qorxuya salıb - AÇIQLAMA

Yalançı Elmə Qarşı Mübarizə Komissiyası kimlərisə qorxuya salıb - AÇIQLAMA

Mədəni̇yyət

14 Yanvar 2017, 09:44

7 dekabr 2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) tərkibində Yalançı Elmə Qarşı Mübarizə üzrə Komissiyası yaradılıb. Bu komissiyanın yaranmasından 1 aydan da artıq vaxt keçib. Bu müddət ərzində komissiyanın fəaliyyəti nələrdən ibarət olub?

 

Məsələ ilə bağlı Yalançı Elmə Qarşı Mübarizə üzrə Komissiyasının sədri, akademik Dilqəm Tağıyev Modern.az-a danışıb.

 

O bildirib ki, Komissiyaya 1 ay ərzində heç bir müraciət daxil olmayıb.

 

“Müraciət olmadan da biz heçbir fəaliyyət göstərə bilmirik. Gərək müraciət olsun ki, biz hansısa işlər görək.  Bizim fikrimiz var ki, bu məsələ ilə bağlı televiziya verilişi hazırlayaq.  Yalançı Elmə Qarşı Mübarizə  üzrə Komissiyanın yaradılmasının səbəbi , yalançı elmlə necə mübarizə aparılması haqqında danışmaq istəyirik. Bu veriliş vasitəsi ilə əhalini yalançı elmə mübarizə sahəsində maarifləndirməyi düşünürük .  Bəlkə də komissiyanın yaradılması kimlərisə qorxuya salıb. Hələ ki müraciət yoxdur”.

 

Komissiyanın yaradılmasında məqsəd yalançı elmi iddiaların əsl mahiyyətini şərh etmək və ictimaiyyətə çatdırmaq, həmçinin yalançı elmə qarşı mübarizə üçün maarifləndirmə tədbirləri həyata keçirməkdir.

 

Qafar Ağayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı