Modern.az

Azərbaycanda bir ildə 12858 sərxoş sürücü CƏRİMƏLƏNİB

Azərbaycanda bir ildə 12858 sərxoş sürücü CƏRİMƏLƏNİB

Ölkə

30 Yanvar 2017, 14:16

2016-cı il ərzində Azərbaycanda 2.861.880 yol hərəkəti qaydalarının pozuntusu baş verib.

Bu barədə Modern.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, ötən il nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 12.858, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 1.429.784, ötmə, manevr və qarşıdan gələn nəqliyyatın yoluna çıxma qaydalarının pozulması üzrə 147.498, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 131.663, svetoforun qadağanedici siqnallarının pozulması üzrə 68.998, sərnişin daşıma qaydalarının pozulması üzrə 7.157 fakt aşkar edilib. Yol hərəkəti qaydalarının pozuntusuna görə 8.111 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb. 

İl ərzində aparılan yoxlamalar nəticəsində 3736 avtomobilin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkar olunaraq müvafiq inzibati tədbirlər görülüb.

Ötən il ərzində «Siqnal ili» tərəfindən 30 svetofor obyekti quraşdırılıb, 24.236 yol nişanı qoyulub  və ya yenisi ilə əvəz edilib, boya ilə küçə və yollarda 3.161.882 pm cizgiləmə işi aparılıb.

Baş idarənin əməkdaşları tərəfindən ötən il ərzində hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürücülük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılıb, 10.457 avtomobil ilkin qeydiyyata alınıb, 50.308 ilkin sürücülük vəsiqəsi verilib, respublikanın avtomobil parkının sayı 1.347.812 təşkil edib.

Ötən il ərzində respublika ərazisində 2006 yol nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 759 nəfər həlak olub, 2003 nəfər yaralanıb. 2015-ci illə müqayisədə yol nəqliyyat hadisəsinin sayı 214 fakt  (9,6 %), həlak olanların sayı 135 nəfər (15 %), yaralananların sayı isə 262 nəfər (11,6 %) azalıb.

Bakı şəhəri ərazisində 684 yol nəqliyyat hadisəsi qeydə alınıb, bunların nəticəsində 192 nəfər həlak olub, 691 nəfər yaralanıb. 2015-ci illə müqayisədə yol nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 113 fakt (14,2 %), 37 nəfər (16,2 %) və 159 nəfər (18,7 %) azalıb.

Respublika üzrə qeydə alınmış YNH-nin 95,2 %-i (1910) sürücülərin YHQ pozmaları, o cümlədən 38,1 %-i (764) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 22,6 %-i (453) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,8 %-i (257) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,7 %-i (34) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. YNH-nin 44 %-ni (882) piyadaların vurulması təşkil edib, nəticədə 319 piyada həlak olub, 643-ü yaralanıb. 59 YNH-i piyadaların YHQ pozmaları nəticəsində baş verib. Respublika üzrə qeydə alınmış YNH-i nəticəsində 53 nəfər uşaq və yeniyetmə həlak olub, 186 nəfər yaralanıb. Ümumiyyətlə qeydə alınmış YNH-i nəticəsində həlak olub, 759 nəfərdən 583-nü kişilər, 176-ni qadınlar, xəsarət almış 2003 nəfərdən isə 1414-nü kişilər, 589-nu qadınlar təşkil edib.

DYP əməkdaşları tərəfindən 7 ədəd avtomat silah («Kalaşnikov» tipli), 2 tapança, 20 ədəd tüfəng, 18 (F1) əl qumbarası, 21 ədəd avtomat sandıqçası, 2.909 ədəd müxtəlif kalibirli patron aşkar edilərək istintaq orqanlarına təhvil verilib.

Ötən il ərzində axtarışda olan 20 şəxs və 57 avtomobil saxlanılıb, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 1104 fakt və 94 fakt saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib.

2016-ci ildə polisin digər xidmətləri ilə birgə 49 fakt üzrə: 47 kiloqramdan çox (o cümlədən 4,5 kq-dan artıq heroin, 23,9 kq-dan artıq tiryək,  18,1 kq-dan artıq marixuana, 720 qr həşiş və 95 ədəd çətənə kolu) narkotik maddə aşkar olunub.

İl ərzində baş idarəyə 280 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olub ki, onlardan 227-si tapılıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü