Modern.az

Əməkdar artist vəfat edib

Əməkdar artist vəfat edib

12 Fevral 2017, 20:54

Gənc Tamaşaçılar Teatrının aktrisası, Azərbaycanın əməkdar artist Kübra Dadaşova vəfat edib. Modern.az saytı xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.

Əməkdar artist Kubra Məmmədağa qızı Dadaşova uzun sürən xəstəlikdən sonra 2017-ci il  fevral aynın  12-də 59 yaşında vəfat edib.   

K.Dadaşova 1957-ci il avqustun 31-də tanınmış  teatr xadimi, aktyor, Əməkdar artist Məmmədağa Dadaşovun ailəsində anadan olub.

O, 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. Yaradıcılıq fəaliyyətinə tələbə ikən – 1982-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında başlayan aktrisa, ömrünün sonuna qədər bu sənət ocağında  çalışıb,  bir-birindən maraqlı dramatik və komik rollar ifa edib.   

Cicixanım (“Qonşu qonşu olsa, kor qız ərə gedər”,  R.Əfəndiyev), Bibi  (“Ruhlar qapını döyür”,  R.İçərişəhərli), Mənzərə  (“Pul dəlisi”,  Ə.Orucoğlu), Nazlı  (“O da mənəm, bu da”,  D.Mehdi), Küpəgirən  (“Mağara”,  A.Həsənoğlu), Mürəbbiyə (“Danışan gəlincik”,  A.Şaiq), Xeyransa  (“Nəsrəddin”,  Y.Əzimzadə), Gövhər  (“Məhəbbət bir bəladır”,  Ə.Orucoğlu), Qulməmməd  (“Cənnətin üç alması”,  N.Kazımov), Qəmərbanu, Ziba xala, Zübeydə (“Mahmud və Məryəm”, “Ağ dəvə”, “Buzovna kəndinin əhvalatları”, Elçin), Rəhilə (“Ah, qadınlar, qadınlar”,  M.Haqverdiyev), Ana (“Ələddinin sehrli çırağı”,  ərəb xalq nağılı), Ögey ana  (“Göyçək Fatma”, Azərbaycan xalq nağılı), Zümrüd  (“Mən səni sevirəm”, Ə.Əmirli) və digər obrazlar aktrisanın zəngin yaradıcılığının bir hissəsidir.

İstedadlı aktrisa gənc yaşlarından bir sıra televiziya tamaşalarında və filmlərdə müxtəlif rollara çəkilib.

K.Dadaşova milli səhnə mədəniyyətimizin inkişafındakı xidmətlərinə, qazandığı sənət uğurlarına görə 16 may 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

Kubra Dadaşovanın əziz xatirəsi onu tanıyanların qəlbində  yaşayacaq.

Allah rəhmət eləsin!

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü