29 iyun 2017, Cümə axşamı
Ana Səhifə - İQTİSADİYYAT - Azərbaycana görə milyardlarla dollar təhlükə altına düşdü, BP məyus oldu – “Financial Times”
Azərbaycana görə milyardlarla dollar təhlükə altına düşdü, BP məyus oldu – “Financial Times”
11.03.2017, 23:34

Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündən (MHŞT) çıxması Avropaya qaz kəməri tikintisi üçün kreditə verilmiş milyardlarla dolları təhlükə altına qoyur.

 

Modern.az saytının xəbərinə görə, bu haqda Böyük Britaniyanın nüfuzlu “Financial Times” nəşri yazıb.

 

Bildirilib ki, MHŞT-da ölkələrin üzvlüyü könüllü əsasda olur və bu təşkilatın qərarları hüquqi öhdəliyə malik deyil.

Lakin Azərbaycanın təşkilatdan çıxması beynəlxalq maliyyə institutlarını kredit ayırmaq məsələsində düşünməyə vadar edəcək.

 

 

Məsələ burasındadır ki, burada hər hansı bir ölkənin üzvlüyü şəffaflıq üçün əlavə zəmanətdir.

 

Lakin Avropanın Yenidənqurma və İnkişaf Bankının nümayəndəsi “Financial Times”ə bildirib ki, Azərbaycanın qurumdan çıxmasından sonra vəziyyət dramatikləşməyə başlamayıb.

 

“Hər hansı layihəyə pul qoymazdan əvvəl biz öz daxili və kifayət qədər ciddi normativlərimizə baxırıq”-deyə nümayəndə bildirib.

 

Azərbaycanın ən böyük kreditorlarından biri olan Dünya Bankının nümayəndəsi isə yayğın fikir səsləndirib:  

 

“Biz bundan sonra hasilat sahəsində gəlirlərin idarə olunmasında şəffaflığı təmin etmək üçün Azərbaycanın səylərini dəstəkləyəcəyik”-deyə bildirib.

 

Yalnız PB şirkəti Azərbaycanın qərarından təəssüfləndiklərini etiraf edib.

 

“Biz Azərbaycanın qərarından sonra məyus olduq. Azərbaycanın bu təşkilatdan çıxması heç kimin maraqlarına cavab vermir”- BP-dən belə deyiblər.

 

Martın 8-9-da Kolumbiyanın paytaxtı Boqota şəhərində MHŞT Beynəlxalq İdarə Heyətinin 36-cı iclası keçirilib.

 

Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru, MHŞT üzrə hökumət Komissiyasının və Çoxtərəfli Qrupun sədri Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti iclasda iştirak edib.

 

Şahmar Mövsümov bundan sonra bəyanatla çıxış edib. Bəyanatda bildirilib:

 

“MHŞT prosesinə güclü təkan vermək və beynəlxalq səviyyədə Təşəbbüsü dəstəkləmək məqsədilə Azərbaycan hökuməti 2008-ci il sentyabrın 11-də MHŞT-ni dəstəkləyən Qətnaməni Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında irəli sürmüş və bu Qətnamə 2008-ci il sentyabrın 11-də yekdilliklə qəbul edilib.

 

Astanadakı son toplantı zamanı MHŞT üzrə beynəlxalq İdarə Heyəti 2015-ci ildə keçirilmiş Qiymətləndirmə ilə müqayisədə Azərbaycanın 2016-cı il üzrə MHŞT Standartının tətbiqi istiqamətində və bir neçə fərdi tələbin yerinə yetirilməsi sahəsində qənaətbəxş irəliləyişlər əldə etdiyi qənaətinə gəlib. MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin qərarına əsasən Azərbaycanın namizəd ölkə statusu saxlanılıb.  Beynəlxalq İdarə Heyəti növbəti toplantıya qədər ölkəmizə bir neçə istiqamətdə yerinə yetiriləcək İslahedici tədbirlər planını təqdim edib.

 

Biz inanırıq ki, cari qaydalara edilmiş mühüm dəyişikliklər ilə Azərbaycan  İslahedici tədbirlərin bütünlüklə yerinə yetirməsinə müvəffəq olub. Biz İdarə Heyətinin Azərbaycanın fəaliyyətini dayandırmaqla bağlı qərarını ədalətsiz hesab edirik. Hazırda MHŞT öz ilkin mandatından-hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi istiqamətindən xeyli uzaqlaşıb.  Müxtəlif sahələrdə fəaliyyət göstərən qrupların hər imkanda əlaqəsiz faktları təqdim etməsi artıq Təşəbbüsün öz ilkin missiya və məqsədlərindən uzaqlaşdığının göstəricisi hesab edilə bilər. 

 

2003-cü ildə Azərbaycan hökuməti maliyyə şəffaflığı və hesabatlılığı ilə bağlı təşəbbüsə qoşulmuş və hər zaman yaxşı idarəetmə, hasilat sahəsində şəffaflıq və hesabatlılıq prinsiplərinə yüksək səviyyədə əməl edib. Azərbaycan bundan sonra da hasilat sənayesindən əldə etdiyi gəlirlərlə bağlı bütün məlumatları dərc etməyə davam edəcək.  Mən çox böyük təəssüf hissi ilə Azərbaycanın MHŞT-ni rəsmi şəkildə tərk etdiyini bəyan edirəm. Dərhal qüvvəyə minməklə MHŞT üzrə Beynəlxalq Katiblikdən Azərbaycanın adını MHŞT tətbiq edən ölkələr siyahısından çıxarmağı xahiş edirəm".

 

Aqşin KƏRİMOV

 

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
29.06.2017, 14:39

AMİP-in keçmiş sədri: “Siyasətdən getməmişəm” – MÜSAHİBƏ

29.06.2017, 14:31

Azərbaycanda "Petya" virusu təhlükəsi varmı? - RƏSMİ CAVAB

29.06.2017, 14:26

Bakıda həkim səhvinin qurbanı olan xəstənin atası nazirlə görüş istəyir

29.06.2017, 14:22

Gigiyena və Epidemiologiya Mərkəzi qarpızdan zəhərlənməni inkar edir

29.06.2017, 14:17

Xanım çempionun öldüyü qəzanın dəhşətli VİDEOSU  

29.06.2017, 14:13

Putin Türkmənistana səfər edəcək

29.06.2017, 13:59

Tramp Putinə güzəştə gedəcək

29.06.2017, 13:42

Azərbaycanlı məşqçinin faciəvi ölümü - Meyiti hələ tapılmayıb

29.06.2017, 13:37

“Mən Vətən yolunda şəhid olmağa gedirəm” - Talış yüksəkliyində həlak olan xüsusi təyinatlı - FOTO

29.06.2017, 13:27

ADU-da “Azərbaycan və Çinin qabaqcıl gəncləri”…

29.06.2017, 13:16

Putin Almaniya xarici işlər naziri ilə görüşəcək

29.06.2017, 12:56

6 tələbəni öldürən sürücü: "Ölüm hökmünə də razıyam"

29.06.2017, 12:50

Cocuq Mərcanlıya köçənlərə hələlik kupça verilməyəcək

29.06.2017, 12:44

Sabahın hava PROQNOZU - 35° isti…

29.06.2017, 12:43

Tiflis 120 il əvvəl - FOTOLAR

29.06.2017, 12:38

Milli Məclisin hansı komitəsi məhsuldar işlədi…

29.06.2017, 12:35

Leyla Əliyeva Bakı zooparkında – yenidənqurma işləri başlayır - FOTOLAR

29.06.2017, 12:32

Qalmaqallı qanun layihəsi payızda müzakirəyə çıxarılacaq

29.06.2017, 12:30

Məktəbəqədər hazırlıq qruplarına cəlb olunacaq uşaqlar - AÇIQLAMA

29.06.2017, 12:25

Bir qrup ziyalı Azərbaycanda Sevgililər gününün təsis olunması üçün Prezidentə müraciət edib

29.06.2017, 12:22

Yerevan Moskvadan üz döndərir: “Onlar özlərini düşmən kimi aparır”

29.06.2017, 12:10

Nazir və komitə sədrləri iyulda bu rayonlarda qəbul keçirəcəklər - SİYAHI

29.06.2017, 12:06

"Universitetlərin daxilində yeni idarəetmə strukturları yaradılır"

29.06.2017, 12:03

26 ədəd kondisioneri oğurlayan tapıldı

29.06.2017, 11:57

“Bəzi valideynlər üstünlüyü lisey və gimnaziyalara versələr də, uşaqları I sinfə qəbul olunmayıb”

29.06.2017, 11:53

Astroloji proqnozlara maraq niyə azalır? - Səbuhi Rəhimli: “Falçılıq şeytan işidir”

29.06.2017, 11:47

“Kanal13”ün rəhbəri barədə apellyasiya şikayəti təmin olunmadı

29.06.2017, 11:29

İnsan meymun növüdür – Təkamülün DƏLİLLƏRİ 

29.06.2017, 11:28

Təhsil İdarəsinin müdiri: "Bəzi məktəblərdə vəziyyət həqiqətən gərgindir"

29.06.2017, 11:16

Deputatlar sabah son iclasa toplanır, ardınca tətilə çıxırlar

29.06.2017, 10:57

Natiq Əliyevi nazir postunda kim əvəz edir?

29.06.2017, 10:53

Rusiyanın populyar müğənnisi vəfat etdi

29.06.2017, 10:51

Azərbaycanlı çempion qəzada öldü

29.06.2017, 10:46

Şagirdlərin qiymətləndirilməsində dəyişiklik ediləcək - AÇIQLAMA  

29.06.2017, 10:43

BŞBPİ-nin saytında Arif Məmmədov və Elnur Nağızadənin axtarışı barədə məlumat yerləşdirilib

ARXİV