21 may 2018, Bazar ertəsi
Ana Səhifə - İQTİSADİYYAT - Azərbaycanda parfümeriya bazarı hərc-mərclik içində boğulur
Azərbaycanda parfümeriya bazarı hərc-mərclik içində boğulur
15.03.2017, 16:45

Keyfiyyətli ətirə sahib olmaq hər kəsin istəyidir. Ancaq ətir bazarının bugünkü durumu çoxlarını çaşbaş salıb. Söhbət təbii ki, Azərbaycandan gedir. İnsanlar ətirə çəkinmədən pul xərcləsələr də, əksər hallarda aldadılırlar.  Çünki indi satışda istənilən məşhur brendin məhsullarına rast gəlmək olar, amma onlar orijinal deyil, saxtadırlar.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da Modern.az-a açıqlamasında bu sahədə alıcıların hər addımda aldadıldığını deyib.

 

“Bəzən məhsulun qiymətinin ucuz olması onun keyfiyyətinin xəbərçisidir. Amma buna baxmayaraq, yüksək qiymətə satılan keyfiyyətsiz məhsullar da az deyil. Ucuz məhsullar kustar üsulla hazırlanır, ya da vaxtı keçmiş olur. Ümumiyyətlə, dünyada parfümeriyanın 10%-i saxtadır. Saxta ətirlər Çin, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, Ukrayna və digər ölkələrdə istehsal edilir. Saxta parfümeriyanın böyük hissəsi Çində istehsal olunur. Keyfiyyətli məhsulu saxtadan ayırmaq üçün məhsulun qiymətinə və qablaşdırılmasına diqqət vermək lazımdır. Orijinal ətir bahalı və keyfiyyətli qutularda qablaşdırılır. Onun üzərindəki yazılar daha dəqiq olur, qutu səliqəli sellofan paketlərə bükülür. Onların üzərində istehsalçı ölkənin, şirkətin adı, keyfiyyət göstəriciləri və istehsal tarixi qeyd olunur.  Üzərində istehsal tarixi və yararlılıq müddəti olmayan məhsulları almaq məsləhət deyil. Bu, məhsulun saxta olmasının göstəricisidir”.

 

Eyyub Hüseynov bildirib ki, ölkənin əmtəə bazarında olan ən brend dükanlarda da saxta mallara rast gəlmək olar.

“Ölkədə sahibkarlar toxunulmazlıq şəraitindən sahibkarlar istifadə edir. Azərbaycanda istənilən ətiri  beş dəqiqəyə hazırlayan şəbəkələr də yaranıb. Monitorinq aparsaq, görərik ki, 90 faiz ətirlərin üzərində buraxılma tarixi, son yararlılıq müddəti yoxdur. Bu o deməkdir ki, qeyri-standart olan ətirlər Azərbaycan bazarına gətirilir. Parfümeriya biznesində əgər yaxşı bir brend bazara gələrsə, təxminən bir həftə sonra onun saxta variantı meydana çıxarılır. Hətta saxtaları ondan da yaxşı düzəldilir. Parfümeriya bazarı ümumiyyətlə hərc-mərclik içində boğulur. Təəssüflər olsun ki, ətirlər geri qaytarılmayan mallar siyahısındadır. Alıcı onu aldısa, artıq geri qaytara bilməz. İndi ən brend ətirin saxtasını ən zövqlü dükanlarda tapmaq olar. İDEAL parfüm və kosmetika mağazalar şəbəkəsində satılan bəzi ətirlərin brendə uyğun olmaması barədə bizə şikayətlər daxil olur. Metro çıxışlarında, yeraltı keçidlərdə və s. yerlərdə satılan saxta parfümeriya malları müxtəlif növ dəri xəstəliklərinə gətirib çıxarır. Saxta ətirlərin satılması daha çox bayramlar ərəfəsində baş verir. Çünki bu mallara təlabat artır. Satıcılar hardan və necə gəldi gətirib əhaliyə satırlar”.

 

Mirmahmud KAZIMOĞLU


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Rusiyada təyyarə sərt eniş etdi - ölən var
21.05.2018, 00:45

Rusiyada təyyarə sərt eniş etdi - ölən var

"Liverpulu"u  türkiyəli məşqçi "çalışdıracaq"
21.05.2018, 00:34

"Liverpulu"u  türkiyəli məşqçi "çalışdıracaq"

Simeone: “Qarabağ”la oyunlardan sonra...”
21.05.2018, 00:23

Simeone: “Qarabağ”la oyunlardan sonra...”

Premyer Liqada məşqçi istefası - O da getdi
21.05.2018, 00:11

Premyer Liqada məşqçi istefası - O da getdi

Çin və ABŞ razılaşdı - “Müharibə” başa çatdı
21.05.2018, 00:00

Çin və ABŞ razılaşdı - “Müharibə” başa çatdı

Onun əşyalarına toxunanlar ölür - Məşhur alimin dəfnində ortaya çıxan DƏHŞƏT
20.05.2018, 23:48

Onun əşyalarına toxunanlar ölür - Məşhur alimin dəfnində ortaya çıxan DƏHŞƏT

Xəzər Dənizində zəlzələ olub
20.05.2018, 23:15

Xəzər Dənizində zəlzələ olub

Qarabağda erməni əsgər öldürülüb
20.05.2018, 23:05

Qarabağda erməni əsgər öldürülüb

İki kanadalı milli lotereyada 4 milyona yaxın dollar udub
20.05.2018, 22:52

İki kanadalı milli lotereyada 4 milyona yaxın dollar udub

Xırdalanda yaşayış binasında yanğın - 20 nəfər təxliyə edilib
20.05.2018, 22:40

Xırdalanda yaşayış binasında yanğın - 20 nəfər təxliyə edilib

Ağ Ev: Trampla Kim Çen Inın görüşü ləğv edilməyib
20.05.2018, 22:21

Ağ Ev: Trampla Kim Çen Inın görüşü ləğv edilməyib

Ötən il axtarışda olan 55 insan alverçisinin 32-si tutulub
20.05.2018, 21:40

Ötən il axtarışda olan 55 insan alverçisinin 32-si tutulub

Mahmud Abbas xəstəxanaya yerləşdirilib
20.05.2018, 21:35

Mahmud Abbas xəstəxanaya yerləşdirilib

Ramazanın 5-ci gününün duası, imsak və iftar vaxtı
20.05.2018, 21:30

Ramazanın 5-ci gününün duası, imsak və iftar vaxtı

İŞİD Qroznıda kilsəyə hücuma görə məsuliyyəti üzərinə götürüb
20.05.2018, 21:02

İŞİD Qroznıda kilsəyə hücuma görə məsuliyyəti üzərinə götürüb

Abramoviç İngiltərədən çıxarılacaq
20.05.2018, 20:17

Abramoviç İngiltərədən çıxarılacaq

“Neftçi” Avroliqada
20.05.2018, 20:10

“Neftçi” Avroliqada

Qazaxıstanda neft yatağında yanğın: 1 ölü, 3 yaralı
20.05.2018, 18:07

Qazaxıstanda neft yatağında yanğın: 1 ölü, 3 yaralı

XİN: Yaranmış vəziyyətə görə məsuliyyət Ermənistanın üzərinə düşür
20.05.2018, 17:36

XİN: Yaranmış vəziyyətə görə məsuliyyət Ermənistanın üzərinə düşür

Gəncədə əmi qardaşı qızının evindən oğurluq etdi
20.05.2018, 17:29

Gəncədə əmi qardaşı qızının evindən oğurluq etdi

Belqrad Universitetində AXC-nin 100 illiyi bağlı TƏDBİR
20.05.2018, 16:52

Belqrad Universitetində AXC-nin 100 illiyi bağlı TƏDBİR

İcra Hakimiyyətlərinin torpaq, mənzil alveri - PROBLEM
20.05.2018, 16:45

İcra Hakimiyyətlərinin torpaq, mənzil alveri - PROBLEM

Türkiyədə partiya və itifaqlar seçki bülletenində belə QƏRARLAŞACAQ   
20.05.2018, 16:34

Türkiyədə partiya və itifaqlar seçki bülletenində belə QƏRARLAŞACAQ  

Ordumuzun əsgəri ŞƏHİD OLUB
20.05.2018, 16:02

Ordumuzun əsgəri ŞƏHİD OLUB

Sel Əfqanıstanda 9 nəfərin canını ALDI
20.05.2018, 15:46

Sel Əfqanıstanda 9 nəfərin canını ALDI

Bərdədə 20 iribuynuzlu heyvan tələf olub
20.05.2018, 15:40

Bərdədə 20 iribuynuzlu heyvan tələf olub

Avropa ölkələri İranla yeni müqavilə imzalamaq istəyir
20.05.2018, 15:14

Avropa ölkələri İranla yeni müqavilə imzalamaq istəyir

Sabahın HAVASI küləkli və yağışlı olacaq
20.05.2018, 14:34

Sabahın HAVASI küləkli və yağışlı olacaq

I və IV ixtisas qrupları üzrə qəbul imtahanı BİTDİ
20.05.2018, 14:00

I və IV ixtisas qrupları üzrə qəbul imtahanı BİTDİ

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi MONTENEQRODA
20.05.2018, 13:33

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi MONTENEQRODA

Türkiyə Silahlı Qüvvələri 3 PKK-lını zərərsizləşdirib
20.05.2018, 13:27

Türkiyə Silahlı Qüvvələri 3 PKK-lını zərərsizləşdirib

Ağdaşda yaşayış evi əşyaları ilə birgə yanaraq kül olub
20.05.2018, 13:22

Ağdaşda yaşayış evi əşyaları ilə birgə yanaraq kül olub

“Sahil” stansiyası vaxtından tez açılacaq - RƏSMİ
20.05.2018, 13:13

“Sahil” stansiyası vaxtından tez açılacaq - RƏSMİ

Misirlə Sudanın münasibətləri seriala görə POZULDU
20.05.2018, 13:09

Misirlə Sudanın münasibətləri seriala görə POZULDU

Hərbi hissədə Cümhuriyyətin 100 illiyi qeyd olunub
20.05.2018, 12:48

Hərbi hissədə Cümhuriyyətin 100 illiyi qeyd olunub

ARXİV
SORĞU
Türkiyədə səsvermə hüqüqunuz olsaydı, hansı namizədə səs verərdiniz?
Muharrem İnce (31.8%)
Meral Akşener (22.7%)
Rəcəb Tayyip Ərdoğan (45.4%)
Selahattin Demirtaş (0%)
Temel Karamollaoğlu (0%)
Doğu Perinçek (0%)