29 may 2017, Bazar ertəsi
Ana Səhifə - TƏHSİL - Ali məktəblərə sənəd qəbulu bu gün başa çatır
Ali məktəblərə sənəd qəbulu bu gün başa çatır
10.04.2017, 09:14

Azərbaycanda ali təhsil müəssisələrinə qəbul mtahanında iştirak etmək üçün ərizə qəbulu bu gün axşan yekinlaşır.

Bu barədə Modern.az-a  Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2017-ci il martın 16-dan başlayıb aprelin 10-dək internet vasitəsilə aşağıdakı qaydada aparılır:

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).

Müsabiqədə iştirak ödənişlidir. "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Prezidentinin sərəncamına əsasən, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının cari ildə keçirilən iki imtahandan birində iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq. Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqdan sonra onların şəxsi kabinetlərindəki hesablarından çıxılır.

Ərizələrində I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədiyini qeyd edən abituriyentlər, ikinci imtahanda da iştirak etmək istədikləri halda mayın 15-dən 22-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə eservices.dim.gov.az/erizebak/erize internet səhifəsində qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün onlar tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə etməlidirlər. Ərizələrində birinci imtahanda iştirak etmək istədiklərini qeyd etməyən abituriyentlər isə qeydiyyatdan keçmədən ikinci imtahanda iştirak edirlər.
Abituriyentlər eyni zamanda ali təhsil müəssisələrinin I-IV ixtisas qrupuna aid olan ixtisaslar, V ixtisas qrupuna aid olan ixtisaslar və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq istəklərini bildirməlidirlər.
Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlu¬matların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).

I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki dəfə - aprel-may və iyul aylarında keçirilir. Abituriyentlər hər iki imtahanda iştirak edə bilərlər.
V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı (tam orta təhsilini əvvəlki illərdə və ya Azərbaycan Respublikasının hüdudları kənarında başa vuran abituriyentlər üçün) iyul ayında keçirilir. Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari ildə bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müvafiq qəbul imtahanı vermirlər və müsabiqədə buraxılış imtahanındakı nəticələri əsasında iştirak edirlər.

Ali təhsil müəssisələrinə tələbə qəbulu elanı ilə buradan ətraflı tanış ola bilərsiniz.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu da 2017-ci il martın 16-dan aprelin 10-dək internet vasitəsilə aşağıdakı qaydada aparılır:

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizə təsdiq edirlər (etdirirlər). Müsabiqədə iştirak ödənişlidir. "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət etmiş Azərbaycan Respublikasının vətəndaşlarının cari ildə keçirilən imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq.

Tam orta təhsil səviyyəsini əvvəlki illərdə bitirən və təhsil haqqında sənəd alan və ya tam orta təhsil səviyyəsini Azərbaycan Respub¬likasının hüdudlarından kənarda yerləşən təhsil müəs¬sisələrində bitirən abituriyentlər müsabiqədə iştirak etmək üçün Azərbaycan dili və ya rus dili (qəbul imtahanının dilinə uyğun olaraq), riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verirlər. İmtahanda abituriyentlərə hər fəndən 30 test tapşırığı təqdim olunur. Test tapşırıqlarının cavablandırılmasına ümumilikdə 2 saat 15 dəqiqə vaxt ayrılır.Tam orta təhsil səviyyəsini Azər¬baycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə Azərbaycan dili və ya rus dili (tədris dilinə uyğun olaraq), riyaziyyat və xarici dil fənlərindən buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər.
Buraxılış imtahanında tədris dili fənni üzrə imtahan verməyən cari ilin məzunları (tədris dili Azərbaycan və ya rus dili olmayan məktəblərin məzunları) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim etdikləri halda, buraxılış imtahanında digər fənlərlə yanaşı, ərizədə qeyd etdikləri qəbul imtahanı dilinə uyğun olaraq Azərbaycan və ya rus dili fənnindən imtahan verirlər.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanı ilə buradan ətraflı tanış ola bilərsiniz.


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
29.05.2017, 18:05

Şri-Lankada daşqında ölənlərin sayı 177-ə çatıb

29.05.2017, 17:21

Suriyada 17 kənd terrorçulardan azad edilib

29.05.2017, 17:00

““Azərbaycanda demokratiya boğulur” tipli fikirlər söyləmək fiksiyadır” – Əli Həsənov

29.05.2017, 16:27

Gənc Azərbaycan pianoçusu Kremldə çıxış edib

29.05.2017, 16:11

Serbiya prezidenti Eldar Həsənovu mükafatlandırdı

29.05.2017, 16:02

Cəbhədəki müşahidəçilərin kimlikləri elan olunmalıdır – Tanınmış ekspertdən ÇAĞIRIŞ

29.05.2017, 15:48

Elmar Məmmədyarov Kolumbiyaya getdi

29.05.2017, 15:25

3 erməni hərbçinin ölümünə görə hərbi hissə komandiri və  müavini işdən qovuldu

29.05.2017, 15:00

Yüksək bal toplayan polis övladları - onları siz də tanıyın - FOTOLAR

29.05.2017, 14:41

Sülh Platforması Vahan Martirosyanla bağlı bəyanat yayıb

29.05.2017, 14:37

Elmar Məmmədyarov Macarıstana səfər edəcək

29.05.2017, 14:30

Masallıda məktəb yoldaşını qətlə yetirən şagird tutulub

29.05.2017, 14:19

"Milli Ön"dən pul oğurlayan tutulub

29.05.2017, 13:57

"Koro­ğlu” Nəqliyyatı Mübad­ilə Mərkəzi yenidən fəaliyyətə başlayır

29.05.2017, 13:51

Rusiya İŞİD-lə əməkdaşlıqda ittiham olundu

29.05.2017, 13:35

İran ilk əməliyyat peykini gələn il buraxacaq

29.05.2017, 13:26

Azərbaycanlı alim Böyük İyirmiliyin Beyin Sammitində

29.05.2017, 13:23

Bakıda avtobusdan yıxılan şəxs ölüb

29.05.2017, 13:18

ADU dövlət imtahanı ilə bağlı açıqlama verdi

29.05.2017, 13:09

Mingəçevirdə oğul anasını qətlə yetirdi

29.05.2017, 12:40

Bakıda əcnəbini döyən şəxslər saxlanılıb

29.05.2017, 12:37

İsmayıllıda FACİƏ – 2 yaşlı qız su çənində boğuldu

29.05.2017, 12:31

Sabah Bakıda 28 dərəcə isti olacaq – HAVA PROQNOZU

29.05.2017, 12:22

Raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirir - FOTOLAR

29.05.2017, 12:04

Azərbaycan-Rusiya sərhədində “Sərhəd-sipər” əməliyyatı keçirilir

29.05.2017, 11:47

ABŞ-ın Yuta Ştat Senatı Azərbaycanın Respublika Günü ilə bağlı təbrik bəyannaməsi qəbul edib

29.05.2017, 11:38

Azərbaycan kinosunun əcnəbi qəhrəmanları: “Uşaqlığın son gecəsi”ndən sonra yoxa çıxan Elya  

29.05.2017, 10:33

Mədət Quliyevə yeni müavin təyin olundu

29.05.2017, 10:26

Kaliforniyada Azərbaycanla bağlı qətnamə qəbul edildi

29.05.2017, 10:18

Horadizdə Bayraq Muzeyi tikilir

29.05.2017, 10:00

Ermənistan cəbhədə təxribatları dayandırmır

29.05.2017, 09:45

Xaricdəki tələbəmiz: “Almaniyadakı universitetdə davamiyyət elə də vacib deyil” - MÜSAHİBƏ  

29.05.2017, 09:33

Deputat telekanalları qınadı: “Ramazanda "Babək" filminin nümayişindən təəccübləndim”

29.05.2017, 09:17

Təbii fəlakət 164 nəfərin öülümünə səbəb oldu  

29.05.2017, 09:10

Maşın” realiti-şousu başlayıb - 18 iştirakçının SİYAHISI

ARXİV