28 aprel 2017, Cümə
Ana Səhifə - MƏDƏNİYYƏT - Azərbaycanlı qız: “Koreyada oxuyan tələbənin nəinki işləməyə, heç gəzməyə vaxtı olmur” - MÜSAHİBƏ
Azərbaycanlı qız: “Koreyada oxuyan tələbənin nəinki işləməyə, heç gəzməyə vaxtı olmur” - MÜSAHİBƏ
11.04.2017, 14:23

Kimisi buradakı təhsilinə qane olmayıb xaricdə yaşamaq və karyera qurmaq arzusu ilə, kimisi də sadəcə yeni dostlar, yeni macəra axtarışı ilə uzaq ölkələrə üz tutur. Səbəb nə olursa olsun, nəticə budur ki, xaricdə təhsil almaq istəyənlərin sayı artıb.

Bir qrup gənc də var ki, xaricdə təhsil almağı çox istəsələr belə, haradan və necə başlayacaqlarını bilmir. Biz də onlara faydalı olsun deyə, xaricdə təhsil alan tələbələrimizlə müsahibələri davam etdirmək qərarına gəldik.

Modern.az saytı hazırda Cənubi Koreyada jurnalistika ixtisası üzrə magistr təhsili alan Nigar Eyyubova ilə söhbəti təqdim edir.

-Nigar, təhsilin üçün Cənubi Koreyanı seçməkdəən böyük səbəbin nə idi?

-Düzünə qalsa bu ölkəni seçməkdə ən böyük səbəbim Koreya serialı olub. Daha sonra Koreya musiqilərinə, Koreya mədəniyyətinə marağım artdı. Koreya dilini öyrənəndən sonra şirkətdə işlədiyim zamanlarda hər gün demək olar ki, koreyalılarla birlikdə vaxt keçirirdim. Bu amil də məhz Koreyada təhsil almaq istəyimə səbəb oldu. Fərqli mühit və fərqli insanlar axtarışında idim. Hərkəs Avropa, Amerikada təhsili üstün tutarkən Asiya mənə daha fərqli və cəlbedici görünürdü. Bəlkə də məhz buna görə bu ölkəyə üz tutdum.

-Fərz et ki, bu yazını oxuyanlardan kimsə Cənubi Koreyada magistr təhsili almaq istəyir, haradan və necə başlasın? 

-Deməli Cənubi Koreyanın təqaüdlü təhsil proqramları həddən artıq çoxdur. Bunun üçün ingilis dili və Koreya dil səviyyəsinin olmağı kifayət edir. Ancaq məsələ tək bununla bitmir. Gərək universitetdə də ümumi balı yüksək olsun. Xırdalığına kimi bütün məlumatlar Koreya səfirliyinin saytında və Facebook səhifəsində var.  Proqramlara müraciət üçün ən əsası Koreya haqqında məlumat və Koreya dil biliyi lazımdır. Ancaq onu da deyim ki, ingilis dilində də təhsil almaq mümkündür.

-Gənclərin ən çox narahatlıq yaşadığı məqam müsahibə zamanı olur. Əsas nələrə fokuslansınlar? Və səni ən çox hansı sual çətinə saldı?

-Müsahibədə normal suallar olur. Koreya haqqında suallarla başlayırlar. Bu ölkənin mədəniyyəti, tarixi, mətbəxi haqqında biliyini yoxlayırlar. Bundan əlavə, seçdiyin ixtisasla bağlı suallar verirlər. Bu ixtisası seçməkdə səbəbin və gələcəkdə alacağın təhsilinlə verə biləcəyin töhfələr. Koreya və Azərbaycanın əlaqələrinin inkişafına necə fayda verə bilərsən kimi suallar da verirlər.

- Bir ilə yaxındır ki, bu ölkədəsən. Səncə, bu ölkənin təhsilinin ən güclü tərəfləri hansılardır?

-Bəli, burada artıq 1 ildir yaşayıram. 6 aylıq dil kursum çox maraqlı və əyləncəli keçib. Müəyyən səviyyədə Koreya dil biliyim olduğuna görə heç əziyyət çəkmədim. İndisə Koreya Universitetində magistr təhsilimə başlamışam. Nəzərinizə çatdırım ki, bizdən fərqli olaraq, Koreyada ilk semestr mart ayından başlayır. Mən burada 15 koreyalı tələbə ilə “General Graduate School”da təhsil alıram. Xarici tələbələrdən mən və çinli tələbələrdən başqa heç kəs yoxdu. Koreya dilini ana dilləri kimi bilirlər deyə, çinliləri heç xarici hesab etmirəm. Təhsildə Amerikan yazarlarının kitablarından çox istifadə edirlər. Bu baxımdan da xarici tələbələr müəyyən çətinliklər yaşaya bilirlər. Xüsusilə də bizlər.


-Universitetin təhsil s
əviyyəsi necədir? İxtisasına peşəkarcasına yiyələnə bilirsənmi?

-İxtisasıma gəldikdə, mən Bakı Dövlət Universitetində jurnalistika fakültəsindən məzun olsam belə, burada təhsil aldıqdan sonar həqiqətən, ixtisasımla bağlı çox az nələrsə bildiyimi anladım. Müəyyən qədər öyrəndiklərim olsa da, Koreya ilə Azərbaycan təhsilini müqayisə etmək düzgün olmazdı. Hal-hazırda Koreya mediası dünyada ən azad, sözünü deyən media olaraq səs salıbdır. Mənim buradakı təhsilim həqiqətən jurnalistikaya olan sevgimi yenidən canlandırdı. Dərsləri seçmək və dərslərdən imtina eləmək hüququmuz var. Qısaca əsas fərqləri belə ifadə edim:

1. Azad söz
2. Fərqlilik
3. Əyləncə.

Azərbaycanda olan koreyasevərlər də Koreyanı mediasına görə sevirlər.

-Təhsil sistemini müqayisə etdik. Gəl, indi tələbələrdən danışaq. Oradakı tələbələrin dünyagörüşü, bilik səviyyəsi necədir?

-Dünyagörüşü ilə müqayisə eləmiş olsam, Azərbaycandakı tələbələrə burada olan təhsil sistemini tətbiq etsələr, həqiqətən koreyalılardan da daha yaxşı olarlar. Buradakı ən yaxşı şirkətlərdə həmyerlilərimiz də çalışır. Hansı ki o şirkətlərə koreyalılar çətinliklə daxil olmağa çalışırlar. Düzdür, bilikləri bizdən çoxdur. Bunun səbəbləri yaxşı təhsil sistemləridir.

-Gələk, əsas və vacib məsələyə. Nə qədər təqaüd alırsan? Aldığın təqaüd maddi ehtiyaclarını nə qədər təmin edəbilir?

-Təqaüd proqrama görə müəyyən olunub. KGSP ( KoreyadaTəqaüd proqramı) adlandırılan bu proqram magistr üçün hər ay 900 dollara yaxın təqaüd verir. Maddi ehtiyaclarımı təmin edir demək olarki. Bu təqaüd tam tələbə üçün təyin olunmuş məbləğdir.


-T
ələbələrin işləmək imkanı varmı? Varsa harada və necə?

-Əlbəttə, işləmək imkanları çox olan ölkədir. Amma Koreya dilini mükəmməl bilən tələbələrə. Bundan əlavə professorların proyektlərində yarımştat olaraq işləmək də mümkündür. İnanın, Koreyada təhsil alan tələbənin nəinki işləməyə,  heç gəzməyə belə, çox zamanı olmur.

-Bəs Cənubi Koreya səndə nələri dəyişdi? Bu ölkənin fərqliliyi və qəribəlikləri haqqında nə deyə bilərsən?

-Həyatımda çox şeyləri dəyişdi bu ölkə. Əsas da düşüncələrimi. Kollektivdə işləməyi öyrəndim. İnsanlara tamam başqa prizmadan baxmağı öyrəndim. Təhsilin, kitabların insanın həyatındakı əsas önəmini öyrəndim. Koreya qəribəlikləri də çox olan ölkədir. “Culture shock” yaşadığım da oldu.
Oğlanlarla qızların gözəllik salonlarına getməyi, oğlanların da kosmetika dükanlarında olmağı, restoranlarda dadlı, fərqli menyu olanda insanların saatlarla qapının ağzında növbə gözləməyi kimi.Ən əsası da öz ölkəmdə  görmədiyim ictimai yerlərdəki nizam-intizam burada məni yaxşı mənada təəccübləndirir.

- Nigar, sonda nələr əlavə etmək istərdin?

-Sonda onu demək istəyirəm ki, hazırda təhsil üçün Avropaya, Amerikaya marağı olan çoxlu tələbələr var ki, istərdim onlar bir az da Asiya ölkələrinə, bu ölkələrin dərin mədəniyyətlərinə nəzər salsınlar. Buradakı təhsil müddətimdə araşdırıb, öyrəniləsi o qədər şeyin olduğunu fərqinə vardım ki... Ən əsası, bunu demədən bitirmək istəmirəm. Oxuduğunuz kitabların sərhədini keçin. Mənim ən çox peşman olduğum məqamdır. Tələbə vaxtı başımız sevgi romanları oxumağa qarışır, ancaq dünyada baş verən hadisələrdən, proseslərdən xəbərdar olmağa gecikirik.
Müsahibə üçün təşəkkür edirəm. Kiməsə az da olsa faydası olmağını çox istərdim.


Ülviyyə Alıxanova

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
28.04.2017, 15:48

XİN-dən Məmmədyarov-Lavrov-Nalbandyan görüşü haqda AÇIQLAMA  

28.04.2017, 15:33

At əti satmaq istəyən daha bir nəfər tutuldu

28.04.2017, 15:24

Zərərçəkmiş: "MTN-də məndən 300 min dollar aldılar"

28.04.2017, 15:20

Vilayət Eyvazov Dağıstanda nazirlərlə görüşdü

28.04.2017, 14:58

Azərbaycanın nazlı komandası - Futbolçu qızların məşqindən REPORTAJ

28.04.2017, 14:44

Rusiya, Azərbaycan və Ermənistanın Qarabağ görüşü başa çatıb - BƏYANAT

28.04.2017, 14:39

Yanukoviçdən müsadirə olunmuş pullar Ukrayna ordusuna sərf olunacaq

28.04.2017, 14:34

Şuşada konsert verən musiqiçilər “qara siyahı”ya salınacaq

28.04.2017, 14:21

UNEC-də Zərifə Əliyeva yad edildi

28.04.2017, 14:00

Sosial mənzil almaq üçün sənədlərin siyahısı müəyyənləşdi

28.04.2017, 13:57

“Milyonerlər məhəlləsi”ndə toy

28.04.2017, 13:13

Baş katib Savitskinin AŞPA-da gizli kəşfiyyat xidməti

28.04.2017, 13:13

Özünü ölümə atıb əsgərlərini xilas edən komandir - “Aprel şəhidi” Elnur Əliyevin həyat yolu - FOTOLAR

28.04.2017, 13:09

AŞPA sədrinə təşkilatın adından danışmaq qadağan olundu

28.04.2017, 13:08

Deputatlardan TƏNDİQ: "İnsaflı yanaşma olmalıdır"

28.04.2017, 13:03

“Pul qıtlığı yaranıb”

28.04.2017, 13:00

Polis olmaq istəyən jurnalistlərin NƏZƏRİNƏ

28.04.2017, 12:57

Qalmaqallı qanun layihəsi dəyişdirildi

28.04.2017, 12:49

Sabah hava necə olacaq?

28.04.2017, 12:45

May ayının hava PROQNOZU

28.04.2017, 12:38

İslam Oyunlarında xarici vətəndaşlar rabitə xidmətindən rahat istifadə edəcək

28.04.2017, 12:28

Bakıdakı islamiadada  247 “London Taxi”si qonaqlara xidmət göstərəcək

28.04.2017, 12:27

Ağır atletika üzrə ölkə birinciliyi keçirilir

28.04.2017, 12:19

İlham Əliyev Sumqayıtda zavod tikintisi ilə tanış oldu - YENİLƏNİB

28.04.2017, 12:17

Qarabağda daha bir erməni hərbçi məhv edildi

28.04.2017, 12:13

Ermənilər Azərbaycan mövqelərinə zenit raketi atdılar - FOTOLAR

28.04.2017, 12:12

BDU-da “Mirzə Ələkbər Sabirin sənət dünyası” adlı kitabının təqdimat mərasimi keçirilib

28.04.2017, 12:06

Xarici musiqiçilər Şuşada konsert verdilər - FOTOLAR

28.04.2017, 12:01

Şəhid polkovnikin xanımı mediadan narazılıq etdi: “Heç bir vəzifəyə təyinat almamışam”

28.04.2017, 11:57

Hacı İbrahimin milyonluq maşını satışa çıxarıldı - Kreditdə imiş

28.04.2017, 11:53

Senatorun qızı: “Obama çirkin kapitalistdir”

28.04.2017, 11:50

“Fərqli ölkə, fərqli mühit, fərqli insanlar…”

28.04.2017, 11:48

Azərbaycan Xarici İşlər Nazirliyindən Zaxarovaya CAVAB

28.04.2017, 11:35

Elmar Məmmədyarovla macar həmkarı məktublaşdı

28.04.2017, 11:14

QHT-lərin ödəniş problemi: Maliyyə Bazarına Nəzarət Palatasından AÇIQLAMA

ARXİV