24 iyun 2018, Bazar
Ana Səhifə - ƏDƏBİYYAT - Bədbəxt taleli Azərbaycan filmləri - IV Yazı
Bədbəxt taleli Azərbaycan filmləri - IV Yazı
19.04.2017, 18:16

Azərbaycan kino tarixində uğursuz tale, acı aqibətlə üzləşmiş xeyli filmlər var ki, bu gün onlardan tamamilə xəbərsizik. Ən yaxşı halda adlarını eşitmiş, “üzünü” isə ekranda görməmişik. Həmin filmlərdə  yaradıcı kollektivin ağır əməyi, əziyyətinin  qalmasına baxmayaraq, televiziyalar onları qətiyyən nümayiş etdirmir. Bəzən, heç telekanalların özündə də günah olmur. 

Çünki Modern.az-ın haqqında bəhs edəcəyi “bədbəxt filmlər”dən bəziləri ümumiyyətlə kinoteatr və televiziyalara təqdim olunmayıb.

“Özgə ömür” - Dəfələrlə nüfuzlu mükafatlar almasına baxmayaraq unudulan bir filmdir. Filmdə cəmi 7-8 aktyor iştirak edib. Onların da bir neçəsi epizodik olaraq gözə dəyir. Filmin startından finişinə qədər ön planda əlil arabasına məhkum edilmiş bədbəxt ata, bu atasına görə öz gələcəyini itirmiş zavallı qız və bu qıza görə sevgisi daşa dəymiş bəxtsiz oğlan təsvir olunur. Hərdən həkim gəlir, hərdən qonşu görünür... Amma ac göyərçinlər əlil ata üçün bu həkim və qonşudan daha önəmlidir. 

Hüseyn Mehdiyev tərəfindən yüksək peşəkarlıqla lentə alınan filmdə həm rejissor, həm ssenarist işi, həm də aktyor oyunu çox gözəl tandem təşkil edib. Bu gün “Özgə vaxt” filmi Azərbaycanda öz layiqli qiymətini ala bilmir. Ən azından biz filmi heç televiziya ekranlarında da görmürük. Az qala, hər ay “Görüş”, “Ulduz”, “Əhməd haradadır” kimi banal məzmuna və zəif süjet xəttinə malik olan filmlər ekranlarda “mazol effekti”ni yaradır. Amma “Özgə vaxt” kimi dünyanın istənilən psixoloji dram filmi ilə ayaqlaşa biləcək bir ekran işi kölgədə qalıb. Amma bu indidir. Haradasa 20 il bundan əvvəl filmin qədri bilinirdi. “Özgə vaxt” Berlin Kino Festivalında mükafat qazanan yeganə Azərbaycan filmidir. O zaman festivala təqdim edilən 780 filmdən yalnız 70-ə qədəri kinoteatrlarda təqdim olunmaq üçün seçilir. Onlaırn arasında “Özgə vaxt” filmi də olur. Elə bunun sayəsində Avropa tamaşaçısı filmlə daha yaxından tanış olur. Çox keçməmiş, 1997-ci ildə Madriddə keçirilən I Beynəlxalq Kino Festivalında Hüseyn Mehdiyev ən yaxşı rejissor, Ayan Mirqasımova isə ən yaxşı aktrisa nominassiyalarında mükafat alırlar. Rejissora “Qızıl Sevilla”, aktrisaya isə “Gümüş Sevilla” mükafatı verilir. 

Ayan Mirqasımova sonrakı illərdə daha bir beynəlxalq festivalda çinli aktrisa ilə birlikdə ən yaxşı aktrisa nominassiyasının qalibi olur, “Qızıl Zanbaq” mükafatına sahiblənir. 

Lakin çox təəssüf.... “özgə ömür” adlı peşəkarlıqla çəkilən  film öz uğurğlu taleyini yarada bilmədi.

 

Ömrün ilk saatı”- Mərhum rejossor Arif Babayevin yaddaşlarda qalmayan, uğursuz taleyə uğrayan bəlkə də, yeganə filmidir. Lakin bu filmdə onun hətta “Gün keçdi”, “Uşaqlığın son gecəsi”, “Alma almaya bənzər” kimi məşhur filmlərindən də güclü aktyore heyəti çəkilib: Rasim Balayev, Rafiq Əzimov, Həsənağa Turabov, Şahmar Ələkbərov, Tofiq Mirzəyev, Leyla Şıxlinskaya, Sadıq Hüseynov və başqaları.

Amma çox təəssüflər olsun ki, film bu gün yaddaşlardan tamamilə silinib. Hətta filmdə baş qəhrəmanı oyanayan Xalq artisti Rafiq Əzimov da filmin unudulduğunu, bədbəxt taleli olduğunu dilə gətirib:

“Bunun səbəbi çox sadədir. Əvvəlki illərdən fərqli olaraq, hazırda “Ömrün ilk saatı” filmi telekanallarımız vasitəsilə nümayiş etdirilmir.  Tamaşaçı gərək, filmi görsün ki, sonra da filmlə bağlı müzakirələrə qoşula bilsin. Bu filmdə güclü aktyor oyunu ilə yanaşı, xeyli düşündürücü məqamlar da var”.

Film təkcə televiziya və tamaşaçı sarıdan deyil, həmçinin, kinematoqrafiyada da bəxtsizlər siyahısında yer alır. Azərbaycan tarixinin üç neftçi nəsli haqqında çəkilən yeganə film olmasına baxmayaraq, bu mövzuda ekranlaşdırılan "Möcüzələr adası”, “İnsan məskən salır”, “Qara daşlar” kimi filmlər qədər məşhur olmadı. Cəmi-cümlətani bir həvəsləndirmə diplomu ilə təltif edildi.

“Onun bəlalı sevgisi” - 1980-ci ildə çəkilən filmin uğursuzluğunu göstərmək üçün bir detalı demək kifayətdi: filmdə Flora Kərimova tərəfindən “Eşqimiz elə bu qədərmiş” misrası ilə başlanan musiqi sonradan filmin özünü kölgədə qoydu. Emin Sabitoğlu barmaqlarından çıxan mahnı  daha sonra müstəqil əsər kimi iofa edilməyə başlandı. Film isə çox az adamın yadına düşdü. “Onun bəlalı sevgisi” çox da məşhurluq qazana bilmədi. Çəkilib tam hazır olandan sonra Moskvaya – ilkin baxışa göndərildi. Amma Mərkəzin heç xoşuna gəlmədiyi və “səvaxətlə” kəsib-doğradığı kadrlar filmi şikəst etdi. Film ilk dəfə olaraq sovet dövründə hansısa müəssisənin neqativ fəaliyyətini, qüsurla, qanun pozuntuları ilə işlədiyini,  yararsız parçalarla geyim hazırladığını lentə almışdı. Mərkəzin fikrincə isə, sovetin heç bir müəssisəsində belə hal ola bilməzdi. Nəticədə, 150 metrlik kadrlar filmdən çıxarılır. Mərkəzin imtina etdiyi detalı filmdən çıxarmaq onu şikəst etmək kimi bir iş idi. Film elə şikəst olaraq da qaldı. Ömrünü Azərbaycan kino sənətinə həsr edən, bir müddət “Azərbaycanfilm” Kinostudiyasının direktoru işləyən rejissorunu- Ziyafət Abbasovu da tanıda bilmədi.


E.Nazimoğlu

Qeyd: Modern.az uğursuz taleli filmlərimiz barəsindəki yazıları davam etdirəcək


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Xaçmazda  5 hektar biçilməmiş taxıl sahəsi yanıb
24.06.2018, 18:38

Xaçmazda  5 hektar biçilməmiş taxıl sahəsi yanıb

AzEdu.az-ın rəsm müsabiqəsinin məktəbli qalibləri əsgərlərlə görüşdülər - FOTOLAR
24.06.2018, 18:24

AzEdu.az-ın rəsm müsabiqəsinin məktəbli qalibləri əsgərlərlə görüşdülər - FOTOLAR

Türkiyədə səsvermə YEKUNLAŞDI - SƏSLƏR SAYILMAĞA BAŞLANDI
24.06.2018, 18:03

Türkiyədə səsvermə YEKUNLAŞDI - SƏSLƏR SAYILMAĞA BAŞLANDI

Qoldan sonra siyasi jest edən İsveçrə futbolçuları cəzalandırıla bilər
24.06.2018, 17:30

Qoldan sonra siyasi jest edən İsveçrə futbolçuları cəzalandırıla bilər

Rusiya Dövlət Dumasının sədri Bakıya gəldi
24.06.2018, 17:20

Rusiya Dövlət Dumasının sədri Bakıya gəldi

Baş nazir kreslosunu hərraca çıxardacağına vəd verib
24.06.2018, 16:56

Baş nazir kreslosunu hərraca çıxardacağına vəd verib

Rusiya və ABŞ prezidentləri iyulun 15-də Vyanada görüşəcək
24.06.2018, 15:59

Rusiya və ABŞ prezidentləri iyulun 15-də Vyanada görüşəcək

Türkiyədə seçkiləri müşahidə edən azərbaycanlı deputat: “...qanun pozuntusu yoxdur”
24.06.2018, 15:33

Türkiyədə seçkiləri müşahidə edən azərbaycanlı deputat: “...qanun pozuntusu yoxdur”

Ərdoğan səsvermədə iştirak etdi
24.06.2018, 15:30

Ərdoğan səsvermədə iştirak etdi

İran Azərbaycan münasibətlərini kimlər və niyə pozur – Sensasion faktlar
24.06.2018, 14:50

İran Azərbaycan münasibətlərini kimlər və niyə pozur – Sensasion faktlar

Prezident Yavər Camalovun vəfatı ilə əlaqədar başsağlığı verib
24.06.2018, 14:40

Prezident Yavər Camalovun vəfatı ilə əlaqədar başsağlığı verib

Sabahın HAVASI: temperatur 38 dərəcəyə yüksələcək
24.06.2018, 14:28

Sabahın HAVASI: temperatur 38 dərəcəyə yüksələcək

Goranboyda maşın aşdı: xəsarət alanlar var
24.06.2018, 14:24

Goranboyda maşın aşdı: xəsarət alanlar var

Azərbaycan deputatları Türkiyədəki seçkilər haqda: “Bu dəfə də uğurlu seçim edəcəklər”
24.06.2018, 13:51

Azərbaycan deputatları Türkiyədəki seçkilər haqda: “Bu dəfə də uğurlu seçim edəcəklər”

Xırdalanda evdə yanğın: 3 azyaşlı yanıq xəsarətləri aldı
24.06.2018, 13:15

Xırdalanda evdə yanğın: 3 azyaşlı yanıq xəsarətləri aldı

Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOLAR
24.06.2018, 13:03

Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOLAR

Elçibəyin ailəsi onun 80 illiyini Kələkidə qeyd edir
24.06.2018, 12:52

Elçibəyin ailəsi onun 80 illiyini Kələkidə qeyd edir

Səs verən Muharrem İnce jurnalisti danladı: “Əlimdən tutub...”
24.06.2018, 12:27

Səs verən Muharrem İnce jurnalisti danladı: “Əlimdən tutub...”

Nazir Yavər Camalov Şüvəlanda dəfn olunacaq
24.06.2018, 11:52

Nazir Yavər Camalov Şüvəlanda dəfn olunacaq

Hərbi təyyarələrimiz Bakı buxtası üzərində uçuşlar etdi
24.06.2018, 11:27

Hərbi təyyarələrimiz Bakı buxtası üzərində uçuşlar etdi

İtaliya baş nazirinin müavini Makronu həyasız adlandırıb
24.06.2018, 11:04

İtaliya baş nazirinin müavini Makronu həyasız adlandırıb

Bakıda xəbərdarlıq edilən icra başçıları kimlərdir...
24.06.2018, 10:40

Bakıda xəbərdarlıq edilən icra başçıları kimlərdir...

Azərbaycan Ordusu 100 - VİDEO
24.06.2018, 10:38

Azərbaycan Ordusu 100 - VİDEO

Rusiya Dövlət Dumasının sədri Bakıya gəlir
24.06.2018, 10:33

Rusiya Dövlət Dumasının sədri Bakıya gəlir

“Türk ulduzları”nın Bakıda möhtəşəm şousunun vaxtı AÇIQLANDI
24.06.2018, 10:11

“Türk ulduzları”nın Bakıda möhtəşəm şousunun vaxtı AÇIQLANDI

Ermənilər atəşkəsi 92 dəfə pozdu
24.06.2018, 09:41

Ermənilər atəşkəsi 92 dəfə pozdu

İki gün əvvəl qəzada yaralanan sürücü öldü
24.06.2018, 09:34

İki gün əvvəl qəzada yaralanan sürücü öldü

Vəzifə başında ölən azərbaycanlı məmurlar...   
24.06.2018, 09:02

Vəzifə başında ölən azərbaycanlı məmurlar...  

Türkiyədə prezident və parlament seçkiləri başladı - VİDEO
24.06.2018, 09:00

Türkiyədə prezident və parlament seçkiləri başladı - VİDEO

Azərbaycanda banklar 11 milyard manatdan çox kredit verib
24.06.2018, 08:52

Azərbaycanda banklar 11 milyard manatdan çox kredit verib

Səudiyyə Ərəbistanında qadınlar maşın sürməyə başladılar  
24.06.2018, 08:47

Səudiyyə Ərəbistanında qadınlar maşın sürməyə başladılar  

Çində problem – Oğlanlar evlənməyə qız tapmırlar   
24.06.2018, 08:39

Çində problem – Oğlanlar evlənməyə qız tapmırlar  

Hacıqabulda DƏHŞƏTLİ QƏTL: xalası qızının boğazını kəsdi
24.06.2018, 08:22

Hacıqabulda DƏHŞƏTLİ QƏTL: xalası qızının boğazını kəsdi

Dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək - TƏQVİM   
24.06.2018, 08:19

Dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək - TƏQVİM  

“Sən xərçəngə qalib gəlmək gücdəsən”   - Millət vəkili
24.06.2018, 01:02

“Sən xərçəngə qalib gəlmək gücdəsən” - Millət vəkili

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(11.9%)
Braziliya(24.4%)
Almaniya(10.5%)
İngiltərə(2.39%)
Portuqaliya(11.9%)
İspaniya(5.74%)
Fransa(4.78%)
Belçika(2.39%)
Seneqal(3.82%)
Rusiya(22.0%)