21 fevral 2018, Çərşənbə axşamı
Ana Səhifə - ƏDƏBİYYAT - Siyəzənin “vizit kartı” - Xıdır Zində Baba haqqında nə bilirik?
Siyəzənin “vizit kartı” - Xıdır Zində Baba haqqında nə bilirik?
20.04.2017, 09:07

Hər bölgənin, şəhərin öz koloriti, əsrlərdən bəri formalaşan dəyərləri var. Bu dəyərləri ən yaxşı təqdim edən, müxtəlif vasitələrlə aid olduğu zonanın ruhunu çatdıran insanlar isə o yerlərin “vizit kartı” sayılır. Məsələn, Şəkinin nə olduğunu, hansı  koloritə malik olduğunu bilmək üçün məşhur Hacı dayını tanımaq kifayətdir. O cümlədən, başqa bölgələrimizin də bu cür  insanları  var ki, Modern.az özünün “Vizit kartı” rubrikasında bunlara toxunur.

Onu da qeyd edək ki, bir bölgəmizin vizit kartı onun real yox, əfsanəvi qəhərmanı da ola bilər.  Xüsusən də, Anadolu və Azərbaycan torpaqlarında qədimdə belə əfsanəvi övliyyaların, peyğəmbərlər və onların davamçılarının olduğu hamıya məlumdur.

Bu dəfə Siyəzən rayonunun “vizit kartı” hesab olunan Xıdır Zində Babadan danışacağıq. Kimi onu həqiqətən, müqəddəs əfsanəvi varlıq hesab edir, kimi isə onun adına olan piri başqa mahiyyətə görə qiymətləndirir. Hər halda Siyəzən dedikdə ağla ilk gələn həm Xızır baba, həm də onun adını daşıdığı Xıdır Zində baba piri olduğu üçün biz də rubrikamızın ikinci yazısını ona həsr edəcəyik.
 

Xızır Zində piri kimi tanınan ziyarətgah Bakı-Quba şosse yolunun solunda, Siyəzən rayonu ərazisində, Beşbarmaq dağında yerləşir. Bu yer xalq arasında Xızır Peyğəmbərin məqamı kimi qəbul olunur. “Zində” sözü ərəbcə “diri” deməkdi. “Xızır Zində” - Diri Xızır kimi tərcümə olunur.

Abbasqulu ağa Bakıxanov özünün məşhur “Gülüstani irəm” əsərində bura barəsində yazır: “Quranda adı çəkilən “Məcməül-Bəhreyn”, yəni, iki dəniz arası Şirvan vilayətində olub. Musa və Xızır peyğəmbərlərin qayası da ordadı”.

Tədqiqatçıların fikrincə, Bakıxanovun dediyi iki peyğəmbər qayası elə Xızır Zində baba piridir.

“Xızır-zində” adının tərkibindəki “zində” sözü “sağ”, “diri” anlamındadır ki, bu da qədim Şərq folklorunda tez-tez adıçəkilən “abi-zəmzəm”- “dirilik suyu” içmiş Xıdır (Xızır) peyğəmbərə işarədir. Ona görə də bəzi tarixi mənbələrdə Siyəzən bölgəsinin ərazisində, Xəzər dənizinin sahilində “Beşbarmaq” adlı beş çılpaq zirvədən ibarət olan dağa xalq arasında “Xızır-zində baba” və yaxud “Xıdır Zində dağı” da deyilir. “Beşbarmaq” sözü ilə bağlı mənbələrdə də müxtəlif fikirlər, rəvayətlər dolaşır.

 

Əfsanələrə görə, Xızır Peyğəmbər buranı özünə əbədi ibadət məskəni olaraq seçib.  Araşdırmaçı Paşa Yaqub Xıdır Zində ocağının bu keyfiyyətini aşağıdakı detalla əsaslandırmağa çalışır:

“Təsadüfü deyil ki, Xızır Peyğəmbər haqqında Quranın məhz “Mağara” surəsində xəbər verilir. Burada deyilir ki, Musa Peyğəmbər batini elmi öyrənmək üçün Allahdan bu elmə malik olan Xızır Peyğəmbəri ona yetirməsini diləyir. Rəbb onun duasını qəbul edərək, Xızır əleyhissəlamın yerini nişan verir. İki peyğəmbərin görüşü və onların arasında olan dialoq çox maraqlıdır. Belə ki, Həzrət Musa batini elmi öyrənmək üçün Xızır Peyğəmbərə şagird olmaq istəyini bildirir. Xızır əleyhissəlam etiraz edərək bildirir ki, sən ancaq zahiri elmi bildiyindən, mənimlə yoldaşlıq etməyə səbrin çatmaz, mənim gördüyüm işlərə dözə bilməzsən. Musa Peyğəmbər təkid edərək, onun heç bir əmrindən çıxmayacağına, heç bir işinə mane olmayacağına söz versə də, sonadək dözə bilmir və onlar yarı yolda ayrılmalı olurlar.

Bir başqa rəvayət

El yaddaşında isə indiyəcən belə söz gəzir ki, guya Beşbarmaq dağı bir vaxt üç qardaşın pənah yeri, məskəni, yurd-yuvası olub. Qardaşlar bir-birinə can deyib can eşidər, arxa, dayaq olarmışlar.

Böyük qardaşın sözü, tapşırığı özündən balacalar üçün qanun imiş. Onun adı Xıdır Zində, ortancıl qardaşın adı Xıdır İlyas, sonbeşiyin adı isə Xıdır Nəbi imiş. Günlərin bir günü böyük qardaş kiçik qardaşı yanına çağırır. Ona bir xəlbir uzadıb qayıdır ki, susuzluqdan dilim-dodağım quruyub. Tez ol, mənə bir su!

Xıdır Nəbi xəlbirlə su ardınca Xəzərə tərəf cumur. Xəlbiri suya salır, nə qədər əlləşirsə, su götürə bilmir. Böyük qardaş da gözləyə-gözləyə qalır. Kiçik qardaşından bir səs-soraq çıxmadığını görüb, bu dəfə su götürmək üçün Xıdır İlyası yollayır.

Ortancıl qardaşın da gəlib çıxmadığını görüb təşvişə düşür. Sonbeşiklə ortancıl qardaş böyük qardaşlarının tapşırığını yerinə yetirə bilmədiklərini görüb Allaha yalvarıb-yaxarır, daşa dönmələri üçün dualar oxuyurlar.

Belə rəvayət olunur ki, Xızır Zində baba dağı ilə üzbəüz olan Xəzərdəki sal qayalar daşa dönmüş qardaşlardır.

 

Heyrətamiz hadisə

Xıdır Zində baba pirinə gedənlərlərin bəziləri orada müəyyən möcüzəyə rastlanacaqlarını da güman edirlər. Çünki uzun müddət düşüncələrdə  Diri Baba kimi tanınan Xıdır Zindənin yenə də o dağlarda sağ-salim olduğunu düşünürlər. Araşdırmaçı Paşa Yaqub bununla bağlı maraqlı bir əhvalatı qələmə alıb:

 

“Bu ziyarətgahdan mənəvi ilham alan Quba rayonunun Əlibəyqışlaq kənd sakini Abdurahmanova Növrəstə Rəcəbalı qızının bu mövzuda danışdıqları oxucular üçün də maraqlı olacaq: - Uşaqlığımdan bu pirə böyük inamım var və imkan daxilində tez-tez ziyarət etməyə çalışıram. Hərdən yuxuma da girir. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə yuxuda gördüm ki, Xızır Zində baba Beşbarmaq dağının başında oturub, əli üzündə yollara baxır. Çox qəmgin, pərişan oturmuşdu. Sanki çiyinlərində ağır yük vardı. Fikirləşdim ki, görəsən nə baş verib ki, Baba belə qəmlidir. Səhər açılanda eşitdim ki, rus qoşunları Bakıda qırğın törədiblər”.

 

Bərmək dağı

İzaha ehtiyacı olan məsələlərdən biri də Beşbarmaq sözü ilə bağlıdır. Bəziləri bunu sözün ilkin mənasına “barmaq” olduğunu qeyd edir. Lakin bir çox tədqiqatçıların firkincə, “Bərmək” sözü qonradan müxtəlif qəliblərə düşərək, “barmaq” kimi oxunub.

Arxiv sənədlərindən məlum olur ki, 600-dan çox evi əhatə edən 24 kənd olub. Mahalın niyə məhz Bərmək adlandırılması maraqlıdır. Nizamülmülkün, A.Bakıxanovun, Z.Bünyadovun, Bartoldun əsərlərində Bərməklər haqqında müəyyən məlumatlar var. Bu müəlliflərə görə, Bərmək orta əsrlər Azərbaycanında nüfuz və adları ilə seçilən məşhur vəzir ailəsinin soyadıdır. Bu soyaddan olan sonuncu vəzir Cəfər Bərməki xəlifə Harun ər-Rəşid tərəfindən öldürülmüş, onun sağ qalan ailə üzvləri uzaq Bağdaddan qaçıb canlarını qurtararaq bu yerlərdə məskunlaşmışlar. Bəlkə də, illər keçdikcə “bərmək” dəyişərək “barmaq” olub.

1666-cı il sentyabrın 5-də Beş Barmaq dağına gələn holland dənizçisi Yan Streys yazır ki, bu dağda möhkəm qala olub:  “Bu qala Xəzər dənizi ilə bu torpağı qoruyub. Onun uçuqlarından görünür ki, divarlar qalındır və dairəvi şəkildədir. Ortada daşdan hörülmüş quyu vardır. Dağın başı çox soyuqdur. Otların üzərində buz lülələnmişdir. Dağdan aşağıda hava çox isti və xoşagələndir”.

Araşdırmaçı Rəmzi Yüzbaşovun sözlərinə görə isə Beşbarmağın tərkibindəki “barmaq” ifadəsi “şiş təpə” anlamındadır. Başqa bir fikrə görə isə “Beş barmağı” “baş barmaq” adlandırırlar.


Hazırladı: E. Nazimoğlu


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Bakuxeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
BDU-nun təsisi Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü ən mühüm işlərdən biridir 
21.02.2018, 17:06

BDU-nun təsisi Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü ən mühüm işlərdən biridir 

Bayıldakı sürüşmə ilə bağlı cinayət işi açıldı
21.02.2018, 16:55

Bayıldakı sürüşmə ilə bağlı cinayət işi açıldı

Qanunsuz ağac kəsimi ilə bağlı sənədlər Baş Prokurorluğa göndərildi
21.02.2018, 16:30

Qanunsuz ağac kəsimi ilə bağlı sənədlər Baş Prokurorluğa göndərildi

“Deyəsən, dollar krediti olanlar yaxında şad xəbər alacaqlar” - Hüquqşünas   
21.02.2018, 16:29

“Deyəsən, dollar krediti olanlar yaxında şad xəbər alacaqlar” - Hüquqşünas  

Yeni ailələrin evlə təmin olunması asanlaşır - Rusiyada
21.02.2018, 16:25

Yeni ailələrin evlə təmin olunması asanlaşır - Rusiyada

Azərbaycanda 215 MİLLİ QƏHRƏMANA ayda 1500 manat təqaüd veriləcək
21.02.2018, 16:18

Azərbaycanda 215 MİLLİ QƏHRƏMANA ayda 1500 manat təqaüd veriləcək

Əli Əliyevin sənədləri MSK-ya verildi   
21.02.2018, 16:10

Əli Əliyevin sənədləri MSK-ya verildi  

Azərbaycan Qızıl Aypara Cəmiyyəti yeni sədr seçəcək
21.02.2018, 15:54

Azərbaycan Qızıl Aypara Cəmiyyəti yeni sədr seçəcək

Azərbaycanlı zəvvarların Həcc ziyarətinin başlanma və bitmə tarixi müəyyənləşdi
21.02.2018, 15:48

Azərbaycanlı zəvvarların Həcc ziyarətinin başlanma və bitmə tarixi müəyyənləşdi

“Problemli kreditlərin amnistiyası elan olunsun” - 50 min dollar borcu olan deputatdan TƏKLİF   
21.02.2018, 15:41

“Problemli kreditlərin amnistiyası elan olunsun” - 50 min dollar borcu olan deputatdan TƏKLİF  

İlham Əliyevin imzatoplama kampaniyası BAŞA ÇATDI   
21.02.2018, 15:27

İlham Əliyevin imzatoplama kampaniyası BAŞA ÇATDI  

ABŞ səfiri və xanımı məcburi köçkün məktəbinə getdilər, kitab hədiyyə etdilər
21.02.2018, 15:21

ABŞ səfiri və xanımı məcburi köçkün məktəbinə getdilər, kitab hədiyyə etdilər

Sərdar Cəlaloğlu da prezidentliyə namizədliyini irəli sürdü
21.02.2018, 15:20

Sərdar Cəlaloğlu da prezidentliyə namizədliyini irəli sürdü

Türkiyə Afrində Suriya ilə birgə hərəkət etməlidir - ŞƏRH
21.02.2018, 15:12

Türkiyə Afrində Suriya ilə birgə hərəkət etməlidir - ŞƏRH

Daha bir azərbaycanlı idmançıda dopinq aşkarlandı
21.02.2018, 15:10

Daha bir azərbaycanlı idmançıda dopinq aşkarlandı

Azərbaycan-Ermənistan sərhədində monitorinq insidentsiz başa çatdı
21.02.2018, 14:48

Azərbaycan-Ermənistan sərhədində monitorinq insidentsiz başa çatdı

Azərbaycanlı məmur Türkiyəyə şəxsi təyyarəsi ilə gedib-gəlir
21.02.2018, 14:29

Azərbaycanlı məmur Türkiyəyə şəxsi təyyarəsi ilə gedib-gəlir

Mədət Quliyev ata oldu - FOTO
21.02.2018, 14:27

Mədət Quliyev ata oldu - FOTO

Türkiyə Afrinlə bağlı xəbərləri təkzib etdi
21.02.2018, 14:24

Türkiyə Afrinlə bağlı xəbərləri təkzib etdi

"SOCAR Trading" Londonda - VİDEO
21.02.2018, 14:00

"SOCAR Trading" Londonda - VİDEO

Şəhid leytenantın XANIMI: “Turalın öldüyünü məndən gizlətdilər, dəfnində də iştirak edə bilmədim” - FOTOLAR   
21.02.2018, 13:49

Şəhid leytenantın XANIMI: “Turalın öldüyünü məndən gizlətdilər, dəfnində də iştirak edə bilmədim” - FOTOLAR  

Sumqayıt, Gəncə və Abşeronda 1-ci sinfə gedəcək şagirdlərin sayı açıqlandı
21.02.2018, 13:46

Sumqayıt, Gəncə və Abşeronda 1-ci sinfə gedəcək şagirdlərin sayı açıqlandı

Ötən il Azərbaycana pul köçürmələri 2 dəfədən çox artıb   
21.02.2018, 13:35

Ötən il Azərbaycana pul köçürmələri 2 dəfədən çox artıb  

Bakı sakinləri narkotikə görə saxlanıldı - FOTOLAR
21.02.2018, 13:30

Bakı sakinləri narkotikə görə saxlanıldı - FOTOLAR

Əsəd qüvvələri Afrinə girib - İDDİA
21.02.2018, 13:22

Əsəd qüvvələri Afrinə girib - İDDİA

Sabahdan Bakıda birinci sinfə sənəd qəbuluna başlanılır
21.02.2018, 13:17

Sabahdan Bakıda birinci sinfə sənəd qəbuluna başlanılır

UNEC dünyanın 250 aparıcı universiteti ilə bir sırada
21.02.2018, 13:12

UNEC dünyanın 250 aparıcı universiteti ilə bir sırada

Oliqarxlar İnterpolu ələ keçirmək İSTƏYİR: Azərbaycanın da adı ÇƏKİLDİ...
21.02.2018, 13:00

Oliqarxlar İnterpolu ələ keçirmək İSTƏYİR: Azərbaycanın da adı ÇƏKİLDİ...

Cəbhə xəttində ATƏT-in monitorinqlərinin intensivliyi artırıla bilər
21.02.2018, 12:56

Cəbhə xəttində ATƏT-in monitorinqlərinin intensivliyi artırıla bilər

Türkiyə daha 2 şəhid verdi
21.02.2018, 12:54

Türkiyə daha 2 şəhid verdi

Xaləddin İsgəndərov Binəqədi ağsaqqallarını bir araya yığdı - FOTOLAR
21.02.2018, 12:38

Xaləddin İsgəndərov Binəqədi ağsaqqallarını bir araya yığdı - FOTOLAR

Bakıda maşın oğruları saxlanıldı
21.02.2018, 12:34

Bakıda maşın oğruları saxlanıldı

Sabahın havası - Bakıda külək əsəcək, çiskin olacaq
21.02.2018, 12:31

Sabahın havası - Bakıda külək əsəcək, çiskin olacaq

Devalvasiyanın 3-cü İLİ:  Azərbaycanın qazandıqları və itirdikləri 
21.02.2018, 12:26

Devalvasiyanın 3-cü İLİ:  Azərbaycanın qazandıqları və itirdikləri 

İranın müdafiə naziri İlham Əliyevin qəbulunda - YENİLƏNİB
21.02.2018, 12:14

İranın müdafiə naziri İlham Əliyevin qəbulunda - YENİLƏNİB

ARXİV