26 iyul 2017, Çərşənbə axşamı
Ana Səhifə - MƏDƏNİYYƏT - Azərbaycan kinosunun əcnəbi qəhrəmanları: Bakılı oğlanların ağlını başından alan ukraynalı gözəl  
Azərbaycan kinosunun əcnəbi qəhrəmanları: Bakılı oğlanların ağlını başından alan ukraynalı gözəl   +
28.04.2017, 21:30

Azərbaycan tamaşaçılarının uzun illərdir sevə-sevə baxdığı bir sıra milli filmlərin bəzi yaddaqalan obrazlarını əcnəbi aktyor və aktrisalar canlandırıblar. Bəzilərimiz onları filmdəki qəhrəmanların adı ilə tanıyırıq, gerçəkdə isə kim olmalarından xəbərsizik. Hətta həmin aktyor və ya aktrisanı azərbaycanlı hesab edənlər də az deyil.

Modern.az saytı “Azərbaycan kinosunun əcnəbi qəhrəmanları” adlı rubrikasında oxuculara milli filmlərimizdə əsas və epizodik rolların ifaçıları olmuş xarici aktyor və aktrisalar haqqında məlumatın təqdimatına davam edir. 

Bu dəfə Azərbaycan tamaşaçılarınının yaddaşında silinməz izlər buraxmış “Telefonçu qız” filmindən bəhs edəcəyik.

Rejissor Həsən Seyidbəylinin kinoda ilk işi olan bu ekran əsərində həyatda öz yerini tapan gənc Mehribanın taleyindən və onun ilk məhəbbətindən danışılır. Mehribanın məhəbbəti çətinliklərlə üzləşir, ona sevinc gətirmir, lakin qızı ruhdan da salmır. Sevdiyi adam bir zamanlar xəyalında yaşatdığı insanın səviyyəsinə qalxa bilmir. Ancaq Mehriban zahirən xəyal dostuna bənzəyən Zakir dərindən düşünməyə və insanlara qarşı münasibətinə yenidən nəzər salmağa vadar edir.

Film Həsən Seyidbəylinin eyniadlı povesti əsasında ekranlaşdırılıb.

“Telefonçu qız” filmindəki əsas rolllar bir sıra məşhur sənətkarlar tərəfindən ifa edilib ki, onlardan biri də Ukraynanın xalq artisti Raisa Nedaşkovskayadır. 1962-ci illərdə lentə alınmış kinopovestdə o vaxtın Ukrayna gözəli baş qəhrəmanı – telefonçu qız olan Mehriban obrazını canlandırıb. Filmin titrlərinə baxmayan azərbaycanlı tamaşaçıların böyük əksəriyyəti uzun müddət onun ukraynalı olduğunu zənn etməyiblər.


Raisa Nedaşkovskaya vaxtilə Ukrayna və Sovet kinosunun ən gözəl, ən cazibədar aktrisalarından biri olub.

O, 17 fevral 1943-ci ildə Ukraynanın Malin şəhərində doğulub. Uşaqlıqdan rəqslə məşğul olan Raisa həm də xoreoqrafiya ansamblında solistlik edib.18 yaşından isə filmlərə çəkilib: “Meşə nəğməsi”, “Yuxu”, “Onore de Balzaskın səhvi”, “Komissar” və s...

"Telefonçu Qız" filmindəki Mehriban obrazı Raya Nedaşkovskayanın ən yaxşı ifalarından biri sayılır.

Raisa Nedaşkovskaya 1965-ci ildə Kiyev Teatr İnstitutunu bitirib və Dovjenko adına Kiyev kinostudiyasında aktrisa olub.

1980-1993-cü illərdə Kiyev Gənclər Teatrında çalışıb. 1994-cü ildən 2001-ci ilə kimi  "Ulduzlu səma altında" teatrında bədii rəhbər olub.

Hazırda 74 yaşında olan R.Nedaşkovskaya Ukrayna Teatr Xadimləri İttifaqında çalışır. O, bu qurumun İdarə Heyəti sədrinin birinci müavinidir. Eyni zamanda, bu ittifaqın nəzdindəki "Qızıl Vityaz" Slavyan incəsənət forumunun vitse-prezidentidir.

Raisa Nedaşkovskaya mətbuata müsahibələrində vətənindəki hazırki vəziyyətə təəssüflənərək, “Ukrayna indi çətin günlərini yaşayır” deyib.


O, Azərbaycanda çəkildiyi "Telefonçu qız" filmindəki Mehriban obrazını karyerasının ən uğurlu rollarından biri adlandırıb.

“Azərbaycan, həqiqətən mənə əzizdir. "Telefonçu qız" filmində çəkilərkən mən institutda oxuyurdum. Çəkilişlərin uzanması, qarşıma çıxan çətinliklər dəfələrlə məni filmdən yarımçıq getməyə məcbur etmişdi. Lakin rejissor Həsən Seyidbəyli və onun həyat yoldaşı Susanna, səhv etmirəmsə adı belə idi, mənim axıradək oynamağım üçün təkid etdilər. Hətta ona qədər razılıq əldə edildi ki, semestr imtahanlarını Azərbaycan Teatr İnstitutunda verim.
Bəli, məhz təhsilimlə əlaqədar mən roldan imtina eləmək istədim. Çünki bu rola görə təhsilimi qurban vermək istəmirdim. Amma “Azərbaycanfilm”in nümayəndələri Kiyev Teatr İnstitutunun rəhbərliyi ilə hər şeyi danışdılar və mən ilk sessiyanı Bakıda verdim”.  


“Telefonçu qız"ın çəkilişlərinin Bakıda, Neft Daşlarında və Riqada aparıldığını xatırlayan ukraynalı xanım həmin vaxtlarda dəfələrlə azərbaycanlı oğlanlardan eşq təklifləri alıb. Hətta onu Bakıda evlənmək üçün qaçırmaq belə, istəyirmişlər:

“Bəli, Bakıda məni qaçırmaq istəmişdilər. O vaxt cəmi 18 yaşım vardı”, -deyə 1962-ci illərdə azərbaycanlı oğlanların ağlını başından alan ukraynalı gözəl gənclik illərini xatırlayır. Amma onu da deyir ki, özünü heç vaxt ideal gözəl saymayıb.
 
O, sonuncu dəfə Bakıda 1979-ci ildə Ukrayna incəsənəti ongünlüyü çərçivəsində olub. Raisa Nedaşkovskaya Azərbaycan plovunu çox xoşladığını vurğulayır, o, Bakı Funikulyorunu, şəhərimizin küləyini yaddan çıxarmadığnı deyir.

Raisa Nedaşkovskayanın sözlərinə görə, “Telefonçu qız" filmi məşhurlaşandan sonra Mehriban adı Azərbaycanda çox populyarlaşıb və xatırlayır ki, o zamanlar yeni doğulan qızlara tez-tez bu adı verirmişlər.


Ukraynalı aktrisa məmuniyyətlə bir daha Bakıda olmaq istədiyini də gizlətmir.

Təəssüf ki, Raisa Nedaşkovskaya şəxsi həyatda kinodakı uğurlarına nail ola bilməyib. O, iki dəfə ərdə olub, amma hər iki evliliyi uğursuzluqla nəticələnib. Bu evliliklərdən onun Pavel adlı bir oğlan övladı doğulub. Nedaşkovskayanın oğlu və gəlini hazırda dizaynerdir, onun nəvələri var.

Raisa Nedaşkovskaya müsahibələrində heç bir evliliyini  xoş xatirələrlə xatırlamayaraq, bu haqda geniş danışmaq istəmədiyini söyləyib: “Ərlərimdən danışmaq istəmirəm. Çünki onlarla bağlı yaxşı nəsə xatırlaya bilmirəm”.

Aktrisanın sözlərinə görə, birinci əri Valeri də kino sahəsində çalışıb. Lakin içki düşkünü olduğundan onunla oğlu Pavel yaş yarımlıq olanda ayrılıb. 

Raisa Nedaşkovskayanın ikinci əri Viktor Nekrasov yazıçı olub. Aktrisanın sözlərinə görə, ikinci evliliyi 7 il sürüb və ərinin psixi sağlam olmadığı səbəbindən ayrılıblar.

Sonralar aktrisaya daha bir neçə evlilik təklifi edilsə də, o daha ərə getməməyi qətiləşdirib.




A.Qorxmaz


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Təhlükəli virus 300 insanın həyatına son qoydu
26.07.2017, 00:58

Təhlükəli virus 300 insanın həyatına son qoydu

Mingəçevir sakinini döyüb tanınmaz hala saldılar
26.07.2017, 00:45

Mingəçevir sakinini döyüb tanınmaz hala saldılar

İstifadəsi qadağan olunan çimərlikdə iaşə obyektləri - VİDEO
26.07.2017, 00:28

İstifadəsi qadağan olunan çimərlikdə iaşə obyektləri - VİDEO

26.07.2017, 00:10

"Bu gün narahat olmalı bir şey yoxdur" - Qurban Qurbanov

Azərbaycan nefti cüzi bahalaşdı
25.07.2017, 23:59

Azərbaycan nefti cüzi bahalaşdı

Müəllim gəzinti zamanı öldü
25.07.2017, 23:50

Müəllim gəzinti zamanı öldü

"Öz qapımızı daha çox qorumalı olduq" - "Şerif"in baş məşqçisi
25.07.2017, 23:43

"Öz qapımızı daha çox qorumalı olduq" - "Şerif"in baş məşqçisi

Fransada 150 mühacir saxlanıldı
25.07.2017, 23:31

Fransada 150 mühacir saxlanıldı

25.07.2017, 23:16

"Türk Hava Yolları"na məxsus təyyarədə bomba həyəcanı

Türkiyədən Yunanıstana keçən miqrantların sayı 99 faiz azalıb
25.07.2017, 22:59

Türkiyədən Yunanıstana keçən miqrantların sayı 99 faiz azalıb

“Qarabağ” meydanı qolsuz bərabərliklə tərk etdi
25.07.2017, 22:46

“Qarabağ” meydanı qolsuz bərabərliklə tərk etdi

Tovuzda qatar ana və iki övladını vurdu: 3 ölü, FOTO +18
25.07.2017, 22:28

Tovuzda qatar ana və iki övladını vurdu: 3 ölü, FOTO +18

Oğru binanın şaxtasında qaldı - VİDEO
25.07.2017, 22:13

Oğru binanın şaxtasında qaldı - VİDEO

Münaqişə bəçaqlanma ilə sonuclanıb
25.07.2017, 21:57

Münaqişə bəçaqlanma ilə sonuclanıb

Qan dövranı xəstəliklərindən dünyasını dəyişənlərin sayı artıb
25.07.2017, 21:42

Qan dövranı xəstəliklərindən dünyasını dəyişənlərin sayı artıb

Ölümü ilə SSRİ rəhbərlərlərinə problem yaradan Vladimir Vısotski - MARAQLI
25.07.2017, 21:41

Ölümü ilə SSRİ rəhbərlərlərinə problem yaradan Vladimir Vısotski - MARAQLI

Moruq xərçəng şişləri hüceyrələrini məhv etməyə qadirdir - SİZİN SAĞLAMLIĞINIZ ÜÇÜN  
25.07.2017, 21:38

Moruq xərçəng şişləri hüceyrələrini məhv etməyə qadirdir - SİZİN SAĞLAMLIĞINIZ ÜÇÜN  

Dörd min nəfər müəllim işləmək üçün imtahan verdi
25.07.2017, 21:28

Dörd min nəfər müəllim işləmək üçün imtahan verdi

Qüdsdə məscidin önündəki təhlükəsizlik sistemləri ləğv edilib
25.07.2017, 21:13

Qüdsdə məscidin önündəki təhlükəsizlik sistemləri ləğv edilib

Moody’s Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəldib
25.07.2017, 20:58

Moody’s Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəldib

Nigar Həzi doğum gününü həbsxanada qeyd etdi
25.07.2017, 20:44

Nigar Həzi doğum gününü həbsxanada qeyd etdi

Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb
25.07.2017, 20:30

Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb

ABŞ İran gəmisinə atəş açdı
25.07.2017, 20:16

ABŞ İran gəmisinə atəş açdı

İmtahandan qayıdan abituriyent itkin düşdü
25.07.2017, 20:02

İmtahandan qayıdan abituriyent itkin düşdü

Avtomobil bazarında durğunluq
25.07.2017, 19:51

Avtomobil bazarında durğunluq

Ağstafada canavar qadına hücum edib
25.07.2017, 18:53

Ağstafada canavar qadına hücum edib

“Total” ın Azərbaycandakı icraçı direktoru: “Ən böyük rəqibimiz SOCAR-dır”
25.07.2017, 18:38

“Total” ın Azərbaycandakı icraçı direktoru: “Ən böyük rəqibimiz SOCAR-dır”

Hacıqabul Sənaye Məhəlləsi yaradılır
25.07.2017, 18:20

Hacıqabul Sənaye Məhəlləsi yaradılır

6 tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsində yol polisi ifadə verdi
25.07.2017, 18:15

6 tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsində yol polisi ifadə verdi

Nazirlik şikayəti yerində araşdırdı
25.07.2017, 18:05

Nazirlik şikayəti yerində araşdırdı

XİN Pakistandakı terror aktını pislədi 
25.07.2017, 17:59

XİN Pakistandakı terror aktını pislədi 

Azərbaycan və Rusiya prezidentlərinin görüşü tam vaxtında və aktual oldu
25.07.2017, 17:28

Azərbaycan və Rusiya prezidentlərinin görüşü tam vaxtında və aktual oldu

Dollar yenə UCUZLAŞDI 
25.07.2017, 17:16

Dollar yenə UCUZLAŞDI 

Azərbaycan Wikipedia-da 53-cü pilləyə yüksəlib    
25.07.2017, 17:14

Azərbaycan Wikipedia-da 53-cü pilləyə yüksəlib  

İcra başçılarının xanım müavinləri YOLA SALINIR   
25.07.2017, 17:06

İcra başçılarının xanım müavinləri YOLA SALINIR  

ARXİV
SORĞU
Builki qəbul imtahanları necə keçdi?
- İmtahanların iki dəfə keçirilməsi müsbət haldır(16.2%)
- İmtahanlar bir dəfə keçirilməliydi(2.70%)
- İmtahanların pullu keçirilməsi mənfi haldır(45.9%)
- İmtahan testləri çətinləşdirilmişdi(13.5%)
- İmtahanlar asan keçdi(2.70%)
- Təşkilatçılıq yüksək səviyyədəydi(5.40%)
- Təşkilatçılıq aşağı səviyyədəydi(13.5%)