27 may 2018, Bazar
Ana Səhifə - MƏDƏNİYYƏT - 50 ilin “Qafqaz əsiri...” - Ninanın naşılığı, Vitsinin inadı, Nikulinin bicliyi...  
50 ilin “Qafqaz əsiri...” - Ninanın naşılığı, Vitsinin inadı, Nikulinin bicliyi...  
01.05.2017, 21:24

Az adam tapılar ki, bu filmə dəfələrlə baxmasın. Uğurlu ssenari və mükəmməl pejissor işi düz 50 ildir ki, “Qafqaz əsiri”ni tamaşaçılarına sevdirir.

Sözsüz ki, bu filmin də çəkilişlərində maraqlı məqamlar az olmayıb, filmin rejissoru Leonid Qayday “sürprizlərlə” az qarşılaşmayıb.

Modern.az-ın məlumatına görə, ilk çətinlik Nina roluna çəkilmək üçün aktrisanın seçilməsi olub. 500 namizədin içərisindən Qayday heç vaxt kinoya çəkilməyən Nataliya Varleyi “kəşf edib”. Sirkdə çalışan bu gənc qız rejissorun etimadını doğruldub.

Filmin uğurlu alınması üçün Qayday öz mükafatını da “təsis” edib. Çəkiliş zamanı aktyorlar ssenaridən kənar öz fantaziyalarından istifadə edib filmə uğur gətirə biləcək hər hərəkətə görə şampan şərabı ilə mükafatlandırılıb. Bu baxımdan daha çox Nikulinin bəxti gətirib. O, rejissorun “arsenal”ından 24 şüşə şampan şərabını əldə etməyə müyəssər olub.


Üç qəhrəmanın – Morqunov, Nikulin və Vitsinin pivə içmək epizodu da rejissora problemlər yaşadıb. Vitsin heç vaxt pivə içmədiyindən çəkilişdə də bu içkini içməkdən imtina edib. Pivənin əvəzinə itburnu bitkisindən dəmləmə düzəldiblər. Rəngini uyğunlaşdırsalar da, bu maye köpüklü olmadığından işə yaramayıb. Qərara gəliblər ki, həmin mayenin üzərinə pambıq qoysunlar. Bu dəfə də Vitsin belə qeyri-adi “pivə”ni içməkdən imtina edib. Uzun-uzadı mübahisələrdən sonra Vitsinin inadkarlığını ram edib, ona əsl köpüklü pivəni içirtməyə nail olublar.

Qəhrəmanlara peyvəndlərin vurulması səhnəsində rejissor Morqunovun kaprizləri ilə qarşılaşıb. Morqunovun ayaqlarının arasına yastıq qoyulub ki, iynə ora vurulsun. Tərəddüt keçirən Morqunov tam ciddi  şəkildə xəbərdarlıq edib: “Baxın ha, birdən səhvə yol verərsiniz...”.

Filmdəki məşhur avtomobil Nikulinin şəxsi maşını olub.

Filmin adı “Qafqaz əsiri” olsa da, çəkilişlər əsasən Krımda aparılıb.


Filmin kütləvi nümayişə buraxılmasında ssenari müəllifləri və rejissor çox böyük narahatlıq keçiriblər. Sovet ideologiyasının ən güclü vaxtlarında “qonşu rayonda bəy partiya üzvünü qaçırıb” kimi ifadəyə görə ən ağır cəzaya da məhkum olmaq mümkün idi. Amma bu narahatlıq çox uzun çəkməyib. Bazar günlərinin birində Brejnev köməkçisindən yeni bir filmə baxmaq istədiyini deyib. Köməkçi heç kimə xəbərdarlıq etmədən “Qafqaz əsiri”ni Leonid İliçin ixtiyarına buraxıb. Film Brejnevə o qədər ləzzət edib ki, hətta gülməkdən gözləri yaşarıb və elə həmin anda da filmin kütləvi nümayişinin “xeyir-dua”sını verib.

Təkcə filmin istehsal edildiyi 1967-ci ildə “Qafqaz əsiri”ni 76 milyondan çox tamaşaçı seyr edib.


İlham Cəmiloğlu


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azay Quliyevin  Cümhuriyyət haqqında məqaləsi  tanınmış dünya  portalında dərc edilib
27.05.2018, 18:37

Azay Quliyevin  Cümhuriyyət haqqında məqaləsi  tanınmış dünya  portalında dərc edilib

Ronaldu “Real”dan gedir?
27.05.2018, 17:52

Ronaldu “Real”dan gedir?

4 ayda Azərbaycanda 505 traktor, 130 avtomobil istehsal olunub
27.05.2018, 17:13

4 ayda Azərbaycanda 505 traktor, 130 avtomobil istehsal olunub

Ağır atletika üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi başa çatdı
27.05.2018, 17:02

Ağır atletika üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi başa çatdı

Biləsuvarda 16 yaşlı qız intihar etdi
27.05.2018, 16:20

Biləsuvarda 16 yaşlı qız intihar etdi

Azərbaycan XİN-dən Paşinyanın oğlunun Qarabağda hərbi xidmət keçməsinə REAKSİYA
27.05.2018, 16:11

Azərbaycan XİN-dən Paşinyanın oğlunun Qarabağda hərbi xidmət keçməsinə REAKSİYA

İsmayıllıda 60 kənd işıqsız, 7 kənd qazsız qaldı, mal-qaranı sel apardı
27.05.2018, 16:05

İsmayıllıda 60 kənd işıqsız, 7 kənd qazsız qaldı, mal-qaranı sel apardı

Türkiyənin məşhur aktyoru yol qəzasında öldü
27.05.2018, 15:57

Türkiyənin məşhur aktyoru yol qəzasında öldü

Fransalı nazir UFAZ-da oldu
27.05.2018, 15:54

Fransalı nazir UFAZ-da oldu

Məmmədyarovdan Ermənistana MESAJ: “Qoşunlarınızı dərhal Qarabağdan çıxarın!”
27.05.2018, 15:35

Məmmədyarovdan Ermənistana MESAJ: “Qoşunlarınızı dərhal Qarabağdan çıxarın!”

Gürcüstanda intihar edən azərbaycanlı tələbə haqda yeni AÇIQLAMA…
27.05.2018, 15:24

Gürcüstanda intihar edən azərbaycanlı tələbə haqda yeni AÇIQLAMA…

Makron Azərbaycana gələcək
27.05.2018, 15:18

Makron Azərbaycana gələcək

Sabahın havası - Bakıda 27 dərəcə isti olacaq
27.05.2018, 15:08

Sabahın havası - Bakıda 27 dərəcə isti olacaq

"Qarabağdakı hazırki vəziyyət münaqişənin həlli üçün yol deyil" - Fransadan ÇAĞIRIŞ
27.05.2018, 15:06

"Qarabağdakı hazırki vəziyyət münaqişənin həlli üçün yol deyil" - Fransadan ÇAĞIRIŞ

Avronest rəhbərliyindən Diaspor Komitəsinin sədrinə məktub gəldi
27.05.2018, 15:01

Avronest rəhbərliyindən Diaspor Komitəsinin sədrinə məktub gəldi

Fransa Qarabağ münaqişəsinin həllinə kömək edəcək - AÇIQLAMA
27.05.2018, 14:41

Fransa Qarabağ münaqişəsinin həllinə kömək edəcək - AÇIQLAMA

Çində 6 minə yaxın məmur cəzalandırıldı
27.05.2018, 14:04

Çində 6 minə yaxın məmur cəzalandırıldı

Emin Ağalarov Azərbaycanın Xalq artisti oldu - SƏRƏNCAM
27.05.2018, 13:48

Emin Ağalarov Azərbaycanın Xalq artisti oldu - SƏRƏNCAM

Bu mədəniyyət xadimlərinə fəxri adlar verildi - SİYAHI   
27.05.2018, 13:43

Bu mədəniyyət xadimlərinə fəxri adlar verildi - SİYAHI  

Putin canlı yayımda vətəndaşlara CAVAB VERƏCƏK  
27.05.2018, 13:32

Putin canlı yayımda vətəndaşlara CAVAB VERƏCƏK  

Suriyada 4 rus hərbçi öldürüldü, 3-ü yaralandı
27.05.2018, 13:11

Suriyada 4 rus hərbçi öldürüldü, 3-ü yaralandı

İlham Əliyev Fransanın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB
27.05.2018, 12:47

İlham Əliyev Fransanın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB

Paşinyanın öz dığasının əlinə silah verməsi populistlikdir…   
27.05.2018, 12:44

Paşinyanın öz dığasının əlinə silah verməsi populistlikdir…  

100 yaşlı bayrağı təslim alan tədqiqatçı: “Novruz müəllimə əmanətin məndə olduğunu dedim” - FOTO
27.05.2018, 12:22

100 yaşlı bayrağı təslim alan tədqiqatçı: “Novruz müəllimə əmanətin məndə olduğunu dedim” - FOTO

Qurban Məmmədov mühacirətə getdi
27.05.2018, 12:00

Qurban Məmmədov mühacirətə getdi

Çempionlar Liqasının finalından sonra 18 azarkeş saxlanılıb
27.05.2018, 11:16

Çempionlar Liqasının finalından sonra 18 azarkeş saxlanılıb

Fransanın xarici işlər naziri Bakıya gəlib
27.05.2018, 11:14

Fransanın xarici işlər naziri Bakıya gəlib

Dünya respublikaçılıq irsində Azərbaycan Xalq Cümhuriyyəti
27.05.2018, 10:40

Dünya respublikaçılıq irsində Azərbaycan Xalq Cümhuriyyəti

Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat verdi
27.05.2018, 10:38

Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat verdi

Ermənistanın baş naziri oğlunu hərbi xidmət üçün Qarabağa göndərdi
27.05.2018, 10:13

Ermənistanın baş naziri oğlunu hərbi xidmət üçün Qarabağa göndərdi

Ermənistan atəşkəsi 86 dəfə pozdu
27.05.2018, 09:42

Ermənistan atəşkəsi 86 dəfə pozdu

İlham Əliyevin oğlu məzun oldu - FOTOLAR
27.05.2018, 09:00

İlham Əliyevin oğlu məzun oldu - FOTOLAR

1904-cü ildə kimya üzrə Nobel mükafatçısı - UİLYAM RAMZAY
27.05.2018, 00:49

1904-cü ildə kimya üzrə Nobel mükafatçısı - UİLYAM RAMZAY

“Real Madrid” Çempionlar Liqasının qalibi oldu
27.05.2018, 00:40

“Real Madrid” Çempionlar Liqasının qalibi oldu

Sosial şəbəkələr insanları öldürür - ARAŞDIRMA
27.05.2018, 00:12

Sosial şəbəkələr insanları öldürür - ARAŞDIRMA

ARXİV
SORĞU
Türkiyədə səsvermə hüqüqunuz olsaydı, hansı namizədə səs verərdiniz?
Muharrem İnce (21.6%)
Meral Akşener (12.6%)
Rəcəb Tayyip Ərdoğan (58.2%)
Selahattin Demirtaş (1.58%)
Temel Karamollaoğlu (0.52%)
Doğu Perinçek (5.29%)