23 may 2017, Çərşənbə
Ana Səhifə - İQTİSADİYYAT - Azərbaycanda benzinin qiyməti düşə bilər?...
Azərbaycanda benzinin qiyməti düşə bilər?...
12.05.2017, 13:37

Dünyada izlənilən tendensiyaya görə, bazarlarda neftin qiyməti ucuzlaşanda yanacaq, o cümlədən benzin ucuzlaşır. Yaxud əksinə, neft bahalaşanda benzin də bahalaşır. Amma nə hacətdirsə, Azərbaycandakı yanacaqdoldurma məntəqələrində satılan benzinin qiymətinə nə manatın dəyər qazanması, nə neftin bahalaşması, nə də ucuzlaşması təsir edir. Bir sözlə, yanacaq qiymətlərində təsir əks təsirə bərabər olur.

Hazırda milli valyutanın – manatın məzənnəsinin sabitliyi və neftin qiymətinin 50 dollar səviyyəsində qərarlaşması benzinin ucuzlaşması üçün zəmin yaradır...

Maraqlıdır ki, dünya bazarında “qara qızıl” bahalaşanda Azərbaycanın müvafiq qurumları buna adekvat operativ reaksiya verir və benzinin də qiymətini qaldırırlar. Əsas səbəb kimi də yüksək oktanlı benzinin bir hissəsinin xaricdən alınması göstərilir. Dünya bazarında neftin qiyməti ucuzlaşanda isə buna müvafiq olaraq benzinin qiyməti ucuzlaşmır. Həm də diqqətçəkən məqam, hətta qiyməti tənzimlənən malların, müxtəlif məntəqələrdə cüzi də olsa fərqli satılmasıdır ki, bu hal yanacaq qiymətlərində müşahidə olunmur.

Hazırda Azərbaycanın bütün yanacaqdoldurma məntəqələrində “SUPER” markalı benzinin qiyməti 1.20 manat, “Aİ-95 Premium”un qiyməti 1.15 manat, “Aİ-92” markalı benzinin qiyməti 70 qəpikdir. Yəni heç bir yanacaqdoldurma məntəqəsi benzini 1 qəpik baha, yaxud ucuz satmır, ya da sata bilmir...

 

Bazara kim nəzarət edir?..


Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Modern.az
-a deyib ki, məsələ ətrafında yaranmış sualları hökumət cavablandırmalıdır:


“2014-cü il 1 aprel tarixindən yüksək oktanlı yanacağın qiyməti dövlət tərəfindən tənzimlənmir. Aidiyyatı qurumlar heç olmasa, bircə dəfə maraqlanıbmı ki, niyə “Aİ-95 Premium” Bakı şəhərindən Böyük Kəsiyə qədər olan yanacaqdoldurma məntəqələrinin hamısında eyni qiymətədir. Axı onun qiyməti dövlət tərəfindən tənzimlənmir?.. Əgər kimsə kapitalizmin əsaslarını oxuyubsa, bunun “Kartel sazişi” olmasını anlayır. Bu o deməkdir ki, bazara yalnız bir və ya bir neçə monopolist nəzarət edir. Əgər hökumət buna reaksiya vermirsə, deməli onlarla əlbirdir”.

 

“Qonşu ölkələrə baxın...”

 

Ekspert fərqi izah etmək üçün qonşu ölkələri misal gətirir:


“Ən azından qonşu ölkələrə - İrana, Gürcüstana, Rusiya təcrübəsinə baxmaq lazımdır. Bu ölkələrin hamısında yanacağın qiyməti mənətəqələrə görə dəyişir. Buna uyğun olaraq Azərbaycanda da heç olmasa bir-iki yanacaqdoldurma məntəqəsindəki qiymətlər fərqlənməli idi. Ölkəmizdə 700-ə yaxın yanacaqdoldurma məntəqəsi var.  SOCAR, “Azpetrol”, “Lokoyl” cavab versin ki, niyə “Aİ-95 Premium”un qiymətini 1 qəpik ucuzlaşdırmır, yaxud bahalaşdırmır?


Cavabları budur: “Müştəri itirmək istəmirik”. Onda 1 qəpik ucuz satın. Ona da getmirsiniz axı... Mənə maraqlıdır, antimonopol qurumların işi nədən ibarətdir? Yalnız ətin qiymətinə nəzarət etmək? Axı ət də təxminən hər yerdə eyni qiymətə ya 10 manat 50 qəpiyə, ya da 11 manata satılır. Bakıda da, Şəkidə də, Gəncədə də eynidir. Əslində bütün bunlar göstərir ki, bizdə sosializmdir, heç bir kapitalist münasibətləri formalaşmayıb”.

 

“Tənzimlənən qiyməti dəyişmək olmaz”

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məsələ ilə bağlı Modern.az-a deyib ki, bu, sual doğuran məsələdir:

“Burada bölgələrə görə qiymət yoxdur. Məsələn, Bakıda da, hansısa bölgədə də yanacağın qiyməti eynidir. Çünki Azərbaycanda yanacağın qiyməti tənzimləndiyindən hər yerdə eynidir. Buna heç kim toxuna bilməz. Hökumətin qərarına qarşı çıxmaq olmaz”.

 

Gülşən RAUFQIZI


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
23.05.2017, 09:08

Bakıda qadın özünü 8-ci mərtəbədən atdı, sağ qaldı

23.05.2017, 08:53

İngiltərədə dəhşətli terror - 19 ölü, 50 yaralı...

23.05.2017, 08:50

Bu gün 11-ci sinif şagirdləri imtahan verir

23.05.2017, 08:46

Bakıda 66 yaşlı kişi qətlə yetirilib

23.05.2017, 08:45

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

23.05.2017, 00:52

Daha 4 PKK terrorçusu zərərsizləşdirildi

23.05.2017, 00:39

Azərbaycan ilbiz ixracına başlayır

23.05.2017, 00:33

“Ölülərdən ordenləri geri almırlar” - İntihar edən nazirin son yazısı - MARAQLI

23.05.2017, 00:28

Qatıq və qarabaşaq qarışığı, sağlamlıq üçün UNİKAL VASİTƏ

23.05.2017, 00:25

Abituriyentlərə verilən müddət bitdi

23.05.2017, 00:14

Dollar zəifləyəcək

23.05.2017, 00:00

Münaqişə qanlı sonluqla bitdi

22.05.2017, 23:45

Xırdalan sakini şəhərdə canavarla gəzir - VİDEO

22.05.2017, 23:24

İsrail ABŞ-la  İranın nüvə silahı əldə etməsininin qarşısını ala bilər

22.05.2017, 23:07

İslamiadanın bağlanış mərasimi yekunlaşdı - FOTOLAR

22.05.2017, 22:53

Türkiyə və ABŞ arasında qalmaqal böyüyür - VİDEO

22.05.2017, 22:34

İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı Türkiyəyə təqdim olunub

22.05.2017, 22:21

İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi təşkilatçılıqdan razı qalıb

22.05.2017, 22:05

"Azərbaycan növbəti tarixi qələbəyə imza atdı" - Mehriban Əliyeva

22.05.2017, 21:54

BMT baş katibi Koreyanı raket sınaqlarını dayandırmağa çağırıb

22.05.2017, 21:40

Medvedevlə  Ərdoğan arasında qapalı görüş olub

22.05.2017, 21:24

IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi -YENİLƏNİR, FOTOLAR (CANLI YAYIM)

22.05.2017, 20:59

"İran heç vaxt nüvə silahına malik olmayacaq" - Tramp

22.05.2017, 20:46

Azərbaycanda baş həkim xərçəngdən vəfat edib

22.05.2017, 20:30

İki nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı RƏSMİ MƏLUMAT

22.05.2017, 20:16

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında anlaşma memorandumu imzalandı

22.05.2017, 20:02

Azərbaycana qanunsuz siqaret gətirilməsinin qarşısı alınıb

22.05.2017, 19:50

İslamiadanın bağlanış mərasiminin detalları ...

22.05.2017, 18:53

Tehranda Rusiya və Azərbaycanın iştirakı ilə beynəlxalq forum keçiriləcək

22.05.2017, 18:42

Türkiyədə dizel yanacağının qiyməti qaldırılır

22.05.2017, 18:30

Prezident Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirini qəbul edib

22.05.2017, 18:27

İran Trampın Ərəbistan səfərini “tamaşa” adlandırdı

22.05.2017, 18:14

Prezident bu şəxsləri “Şərəf” ordeni ilə təltif etdi

22.05.2017, 18:04

Fatma Səttarovaya prezidentin fərdi təqaüdü verildi

22.05.2017, 17:52

Bədbəxt taleli Azərbaycan filmləri - VII Yazı

ARXİV