Modern.az

Bakıda 17 121 şagird üçün “Son zəng” çalınacaq

Bakıda 17 121 şagird üçün “Son zəng” çalınacaq

Hadisə

18 May 2017, 12:13

Bu il Bakı şəhəri üzrə 1-ci və 11-ci sinifləri nə qədər şagirdin bitirəcəyi məlum olub.


Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.azın sorğusuna cavab olaraq bildirilib ki, ümumilikdə Bakı şəhəri üzrə 62.000-dən çox şagird birinci və 11-ci sinfi bitirir.

“2016-2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəbləri üzrə I sinfi 45 321 şagirdin, XI sinfi isə 17 121 şagirdin bitirməsi gözlənilir”,-idarədən bildirilib.

 Qeyd edək ki, bu il “Son zəng” iyunun 14-də keçiriləcək.

 

Namidə BİNGÖL

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü