Modern.az

Azərbaycanlı milyarderin oğlu Rusiyanın ən zəngin varisi oldu

Azərbaycanlı milyarderin oğlu Rusiyanın ən zəngin varisi oldu

İqtisadiyyat

25 May 2017, 16:46

“Forbes” jurnalının Rusiya versiyası ölkənin ən zəngin varislərinin reytinqini tərtib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunun üçün milyarderlərinə sərvəti onların övladlarının sayına uyğun bölünüb.

 

Nəticədə reytinqin zivəsində “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov durub. Belə ki, ailəsində yeganə övlad olan Yusif 14,5 milyard dollarlıq sərvətə təkbaşına yiyələnəcək.

 

İkinci pillədə iş adamı Andrey Melniçenkonun qızı Tara (14,2 milyard dollar), üçüncü pillədə isə “Novateka” şirkətinin sahibi Leonid Mixelsonun qızı Viktoriya (9,2 milyard dollar) gəlir.

 

 Vüqar İSMAYILOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü