23 yanvar 2018, Çərşənbə
Ana Səhifə - ÖLKƏ - Bakıdakı məşhur pivə zavodunun direktoru: “Alkoqolsuz pivədə spirtin səviyyəsi 0,5%-dən artıq olmur” -  MÜSAHİBƏ
Bakıdakı məşhur pivə zavodunun direktoru: “Alkoqolsuz pivədə spirtin səviyyəsi 0,5%-dən artıq olmur” -  MÜSAHİBƏ
02.06.2017, 09:52

“Carlsberg Azerbaijan” şirkətinin Əməliyyat Fəaliyyəti üzrə direktor Konstantin Beluginin Modern.az-a müsahibəsi.

 

- Şirkətinizlə bağlı ilk sualımda ad dəyişikliyinə toxunmaq istəyirəm. 2017-ci il fevralından etibarən "Baltika-Bakı'' MMC “Carlsberg Azerbaijan” MMC adına dəyişdirilib. "Baltika-Bakı'' pivələri ölkəmizdə kifayət qədər məşhur olduğu halda ad dəyişikliyi hansı zərurətdən doğdu?

 

- Şirkətimiz dünyada ən böyük pivə istehsalçılarından olan “Carlsberg Group”un bir hissəsidir. Şirkətimizin adının dəyişməsi bizim üçün “Carlsberg Group”a inteqrasiya prosesində daha bir böyük addım oldu. Bu o deməkdir ki, biz öz fəaliyyətimizdə yüksək səviyyədə beynəlxalq keyfiyyət standartlarını və “Carlsberg Group”un banisi Yakob Yakobsenin 170 il öncə başlatdığı pivəbişirmə əsaslarını rəhbər tuturuq, o cümlədən də bütün sahələrdə texnologiyalarımızı təkmilləşdiririk.

 

- Hazırda mövsümlə əlaqədar sərinləşdirici içkilərə tələbat artıb. "Carlsberg Azeribaijan" şirkəti bu gün bazara hansı məhsulları çıxarır? Yeni pivə növləri istehsal etmək planlarınız varmı?

 

- Hazırda şirkətimizin portfoliosuna həm yerli, həm də lisenziya brendləri daxildir. Onların sırasında: bazarda №1 olan “Xırdalan”, “Xırdalan Export”, “Afsana”, “33 export”, “Baltika 7”, “Baltika 9”, “Baltika 0”, “Zhigulevskoe”, “Tuborg”, “Kuler” var. Yeniliklərdən olan “Xırdalan Export” azalkoqollu pivə sevən və qızmar istidə sərinləşdirici içki həvəsində olanlar üçün əla alternativdir. Bundan əlavə yaxın zamanda istehlakçıları “Kvas Taras” brendi ilə sevindirəcəyik. 

 

- Cənab Belugin, dünyada və Azərbaycanda satışı həyata keçirilən, üzərində “0 faiz spirt” olduğu göstərilən və xalq arasında "Hacı pivəsi"kimi tanınan içki barədə müxtəlif fikirlər səsləndirilir. Bəziləri onun üzərində "sıfır faiz spirt" yazılmasına baxmayaraq tərkibində 1 faiz spirt olduğunu iddia edir. Onlar israrla qeyd edir ki, pivənin tərkibində spirt olmasa, o qıcqırar və keyfiyyətini itirər. Bu iddialar nə dərəcədə realdır?

 

- Biz digər şirkətlərin istehsal etdiyi məhsul və onun tərkibində olan alkoqol haqqında heç bir fikir söyləyə bilmərik. Ümumilikdə, alkoqolsuz pivə istehsalı əlavə olaraq xüsusi filtrasiya və dealkoqolizasiya texnologiyasını nəzərdə tutur. Hansı ki, bu proseslərdən sonra içkidə spirtin səviyyəsi minimal həddə (0,5%-dən artıq olmamaqla) çatır, bu isə kvas, qatıq və digər süd məhsulları səviyyəsindədir. İstənilən pivə brendimizin etiketi üzərində onun alkoqol tərkibi qeyd olunur və bu da həqiqəti əks etdirən məlumatdır. Alkoqolsuz pivənin keyfiyyətinə gəldikdə isə, bu amil tərkibində olan spirtdən deyil, düzgün istehsal və saxlama şəraitindən asılıdır.

- Bildiyim qədərilə sizin şirkətdə də “sıfır fazi”li pivəsi istehsal olunur...

- Bəli. “Carlsberg Azerbaijan” “Baltika 0” pivə sortunun satışını həyata keçirir, hansı ki, şirkətin Sankt-Peterburqda yerləşən zavodundan təchiz edilir. Biz istehsal etdiyimiz məhsula cavabdehik.

 

- Bir məsələyə də aydınlıq gətirmənizi istərdim. Pivə həvəskarları onu içdikdən sonra kəskin yuxu gətirdiyini deyir. Və ona hansısa yuxugətirici dərman, yaxud əlavələr qatıldığını bildirirlər. Bu fikirlər nə dərəcədə doğrudur?

- Pivənin əsas inqrediyentlərindən olan mayaotunun tərkibində aromatik yağlar yuxugətirici effekt göstərə bilər. Belə ki, mayaotu ilə dolmuş yastıq yuxusuzluqla mübarizə üçün istifadə olunan ən qədim üsullardan biridir. Lakin pivə istehsalı zamanı hər hansı yuxugətirici dərmandan təbii ki, istifadə olunmur.

- Bəs pivənin tərkibinə daxil olan əsas inqridiyentlər nələrdir?

- “Carlsberg Azerbaijan” beynəlxalq şirkəti Azərbaycan qanunvericiliyi və Carlsberg Group-unbaş qərargahı tərəfindən təsdiqlənmiş reseptura və spesifikasiyaya malikdir. Pivə istehsalatı prosesində  istifadə olunan inqrediyentlərin sayı cəmi dörddür: səməni (taxıl), maya, mayaotu və su. “Beşinci element” olaraq yalnız pivəbişirənin vicdanı qeyd oluna bilər və burada heç bir başqa inqrediyentlərin istifadəsi mümkün deyil. Xammal daxil olmaq şərtilə bizim pivəmiz, o cümlədən də, hazırlanma, süzmə prosesləri və sanitar-gigiyenik prosedurlara bütün proses zamanı riayət olunması daim daxili laboratoriya, Azərbaycanın dövlət orqanları və Carlsberg Group-un Baş qərargahının nəzarəti altındadır.

 

Gülşən RAUFQIZI

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Türkiyə "Zeytun budağı" əməliyyatında şəhid verdi
23.01.2018, 00:59

Türkiyə "Zeytun budağı" əməliyyatında şəhid verdi

Bakıda 58 yaşlı kişi evində bıçaqlandı
23.01.2018, 00:50

Bakıda 58 yaşlı kişi evində bıçaqlandı

ABŞ qondarma rejimin "vətəndaşlarına" viza verir - Video   
23.01.2018, 00:37

ABŞ qondarma rejimin "vətəndaşlarına" viza verir - Video  

Türklərlə kürdlər arasında kütləvi dava
23.01.2018, 00:25

Türklərlə kürdlər arasında kütləvi dava

Oktan ədədi 95-dən az olan benzin növlərinin aksiz vergisi 200 dəfə artırılıb
23.01.2018, 00:11

Oktan ədədi 95-dən az olan benzin növlərinin aksiz vergisi 200 dəfə artırılıb

Prezident “Royal Phillips”in baş icraçı direktoru ilə müzakirə apardı
22.01.2018, 23:57

Prezident “Royal Phillips”in baş icraçı direktoru ilə müzakirə apardı

Sumqayıtda intihara cəhdin qarşısı alınıb
22.01.2018, 23:43

Sumqayıtda intihara cəhdin qarşısı alınıb

Azərbaycan nefti ucuzlaşdı
22.01.2018, 23:26

Azərbaycan nefti ucuzlaşdı

Avtobus qəzasında 18 nəfər öldü
22.01.2018, 23:15

Avtobus qəzasında 18 nəfər öldü

BMT-nin Yəmən üzrə xüsusi elçisi istefa verib
22.01.2018, 22:59

BMT-nin Yəmən üzrə xüsusi elçisi istefa verib

“Planlaşdırılmış bütün ərazilər nəzarət altına alınıb” – Bəkir Bozdağ
22.01.2018, 22:45

“Planlaşdırılmış bütün ərazilər nəzarət altına alınıb” – Bəkir Bozdağ

Ciddi və ya qeyri-ciddi saydığımız İNANCLAR
22.01.2018, 22:29

Ciddi və ya qeyri-ciddi saydığımız İNANCLAR

Tramp Davosa getməyə bilər
22.01.2018, 22:13

Tramp Davosa getməyə bilər

1 stəkan ilıq su və yarım qaşıq sarıkök – İNANILMAZ NƏTİCƏ
22.01.2018, 21:58

1 stəkan ilıq su və yarım qaşıq sarıkök – İNANILMAZ NƏTİCƏ

Cahangir Hacıyevin vəkillərinin cəzalandırılma səbəbi - Yenilənib
22.01.2018, 21:44

Cahangir Hacıyevin vəkillərinin cəzalandırılma səbəbi - Yenilənib

“LUKOİL” şirkətinin Azərbaycandakı fəaliyyəti müzakirə olundu   
22.01.2018, 21:32

“LUKOİL” şirkətinin Azərbaycandakı fəaliyyəti müzakirə olundu  

"Neftçi" 1:8 hesabı ilə uduzdu
22.01.2018, 21:16

"Neftçi" 1:8 hesabı ilə uduzdu

Prezident dünyanın ən böyük investisiya şirkətinin rəhbəri ilə görüşdü   
22.01.2018, 21:03

Prezident dünyanın ən böyük investisiya şirkətinin rəhbəri ilə görüşdü  

ABŞ-da məktəbdə atışma
22.01.2018, 20:57

ABŞ-da məktəbdə atışma

Türkiyə Afrin bölgəsində strateji yüksəkliyini ələ keçirdi
22.01.2018, 20:43

Türkiyə Afrin bölgəsində strateji yüksəkliyini ələ keçirdi

İlham Əliyev Azərbaycanın Dünya İqtisadi Forumu ilə əməkdaşlığını müzakirə etdi
22.01.2018, 20:27

İlham Əliyev Azərbaycanın Dünya İqtisadi Forumu ilə əməkdaşlığını müzakirə etdi

Avropa Şurası Ermənistana olan mövqeyinə görə qınandı
22.01.2018, 20:18

Avropa Şurası Ermənistana olan mövqeyinə görə qınandı

Yaqland Azərbaycanda görülən tədbirləri müsbət qiymətləndirdi
22.01.2018, 19:51

Yaqland Azərbaycanda görülən tədbirləri müsbət qiymətləndirdi

Bara silahlı hücum: 7 ölü
22.01.2018, 18:56

Bara silahlı hücum: 7 ölü

14 mindən çox borclunun Azərbaycandan çıxışına qadağa qoyulub
22.01.2018, 18:42

14 mindən çox borclunun Azərbaycandan çıxışına qadağa qoyulub

Gürcüstanda Qış Olimpiya Oyunları keçirilə bilər
22.01.2018, 18:36

Gürcüstanda Qış Olimpiya Oyunları keçirilə bilər

Əməliyyat Qərargahı alpinistlərlə bağlı yeni MƏLUMAT YAYDI
22.01.2018, 18:32

Əməliyyat Qərargahı alpinistlərlə bağlı yeni MƏLUMAT YAYDI

Tillerson: “Türkiyənin terrorla mübarizə hüququnu tanıyırıq”
22.01.2018, 18:21

Tillerson: “Türkiyənin terrorla mübarizə hüququnu tanıyırıq”

3 türk əsgəri yaralandı
22.01.2018, 18:10

3 türk əsgəri yaralandı

Kürdlər Moskvanın Afrinlə bağlı gizli təklifini AÇIQLADI
22.01.2018, 17:49

Kürdlər Moskvanın Afrinlə bağlı gizli təklifini AÇIQLADI

Çevik Polis Alayında MÜŞAVİRƏ - Nazir ayıq-sayıq olmağa ÇAĞIRDI   
22.01.2018, 17:39

Çevik Polis Alayında MÜŞAVİRƏ - Nazir ayıq-sayıq olmağa ÇAĞIRDI  

Manat və dolların sabahkı məzənnəsi
22.01.2018, 17:35

Manat və dolların sabahkı məzənnəsi

Yerevandakı Göy məscid YUNESKO-nun siyahısına salına bilər
22.01.2018, 17:28

Yerevandakı Göy məscid YUNESKO-nun siyahısına salına bilər

İlhamə Quliyevanın adına şərabı kim hazırlatdırıb: biri “özü” deyir, qohumunun isə bundan xəbəri yoxdur
22.01.2018, 17:24

İlhamə Quliyevanın adına şərabı kim hazırlatdırıb: biri “özü” deyir, qohumunun isə bundan xəbəri yoxdur

Azərbaycanda qanunsuz miqrasiya kanalı təşkil edənlər saxlanıldı
22.01.2018, 17:23

Azərbaycanda qanunsuz miqrasiya kanalı təşkil edənlər saxlanıldı

ARXİV
SORĞU
Hansı şirkətlər sosial layihələrə dəstək verir, xeyriyyəçilik edir?
BP Azərbaycan(42.2%)
SOCAR(13.3%)
Azersun Holding(11.1%)
Azercell(2.22%)
Bakcell(8.88%)
Nar mobile(2.22%)
Gilan Holdinq(4.44%)
Nurgun Group(2.22%)
Paşa Holding(2.22%)
Akkord(11.1%)