Modern.az

Energetika naziri Natiq Əliyevin vəziyyəti ağır-stabildir - YENİLƏNİB

Energetika naziri Natiq Əliyevin vəziyyəti ağır-stabildir - YENİLƏNİB

4 İyun 2017, 15:09

Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmiş energetika naziri Natiq Əliyevin vəziyyəti ağır-stabildir.

 

Modern.az xəbər verir ki, Mərkəzi Neftçilər Xəstəxanasından APA-ya verilən məlumata görə, N. Əliyev xəstəxanaya gətirilən zaman ürəyi dayanıb, süni masajla yenidən həyata qaytarılıb.

 

Hazırda N. Əliyev  reanimasiya şöbəsindədir, ürəyinə stendlər qoyulub. Yerli və xarici mütəxəssislərin iştirakı ilə konsilum aparılır və konsilumun nəticələrinə uyğun olaraq müvafiq addımlar atılacaq.  

 

***

11:35

 

Azərbaycanın energetika naziri Natiq Aliyev xəstəxanaya yerləşdirilib.

 

Modern.az-ın Lent.az-a istinadən məlumatına görə, nazir dünən səhər saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına gətirilib. Ürəyində ciddi problemləri olan nazir xəstəxananın Kardo-reanimasiya şöbəsinə yerləşdirilib.

 

Xəstəxanadan nazirin hazırda reanimasiya şöbəsində müalicə olunduğunu təsdiləyiblər. Bildirilib ki, o, kardioloqların və reanimatoloqların nəzarətindədir.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü