26 may 2018, Şənbə
Ana Səhifə - ÖLKƏ - Dilqəm, Şahbaz, Həsən... Onların ermənilərin üstünə getməsindən 3 il ötür...  
Dilqəm, Şahbaz, Həsən... Onların ermənilərin üstünə getməsindən 3 il ötür...  
10.07.2017, 12:47

11 iyul... Dilqəm, Şahbaz, Həsən... 3 azərbaycanlının Vətənə qovuşduğu gün. Bəli, məhz 2014-cü il iyulun 11-də kəlbəcərli Dilqəm Əsgərov və Şahbaz Quliyev öz yaxınlarının qəbrini ziyarət etmək üçün erməni təhlükəsini göz önünə alıb, işğal altındakı ata-baba yurduna üz tutmuşdular. İşğal altındakı digər rayonumuzdan olan Həsən Həsənov da bu təhlükəli səfərdə onlara qoşulmuşdu...
 

Modern.az-ın məlumatına görə, düz üç il əvvəlin bu günlərində əslən Kəlbəcərdən olan Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev doğma torpaqlarda Ermənistanın işğalçı əsgərləri tərəfindən girov götürülüblər. İşğal altındakı Dağlıq Qarabağda həmvətənlərimiz üzərində qurulan “məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Digər Vətən aşiqi Həsən Həsənov isə ermənilər tərəfindən güllələnib. Onun nəşi ölkə başçısı və aidiyyatı qurumların apardığı danışıqlar nəticəsində 3 ay sonra - 2014-ci il oktyabrın 2-də qarşı tərəfdən alınmışdı. H.Həsənov həmin il oktyabrın 4-də Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.
Ondan geriyə isə Ləman və Özləm adlı iki qız balası, hələ də onun ölümü ilə barışmayan xanımı Vüsalə, gözü yaşlı Gilas ana, atası Fərman dayı, Həsən deyəndə qəhərdən dodaqları əsən qardaşı Nail, bir də Həsənin Vətənə olan sevgi salnaməsi qalır! Gilas ana hər nə qədər “Həsən Vətəni məndən çox sevirdi” deyib özünü ovundurmağa çalışsa da, oğul həsrəti ona dağdan da ağır gəlir. Vüsalənin gözləri isə hələ də qapıda, qulağı səsdədir: “bəlkə Həsən ölməyib?..” düşüncəsi onu rahat buraxmır. İnansalar da, inanmasalar da Həsən yoxdur aralarında. İndi onların bircə təsəllisi var, Həsənin qəbiri... Darıxanda baş çəkməyə, dərd danışmağa gedəcəkləri ünvan, Həsənin əbədi evi...

Həmvətənlərimiz Dilqəm və Şahbazın ailələri də hər şeydən əllərini üzüblər. Çünki 57 yaşlı Dilqəm Əsgərovun erməni əsarətində baş qaldıran xəstəliklərinin ona nə qədər yaşamaq imkanı verəcəyi məchuldur. 49 yaşlı Şahbaz Quliyevin cəzasının qalan 19 ilində erməni zülmünə daha nə qədər dözəcəyinə heç kim təminat vermir.


Beynəlxalq Qırmızı Xaç Komitəsinin hər ay açıqladığı “Giovlara növbəti başçəkmə baş tutub. Onlara ailələrindən məlumatlar çatdırılıb. Ailələrinə çatdırılması üçün də məlumatlar götürülüb” məlumatlarına da doyublar!

İndi onların təsəlli alacaqları bir yer, bir ümid də qalmayıb... Beynəlxalq təşkilatlara edilən müraciətlər, əməl olunması gərəkən konvensiyalar həmvətənlərimizi düşmən əlindən geri almağa yetmir. Bizimsə tək təsəllimiz onların Şuşada olması, gözləri o gözəlliyi görməsə də, havasını udması, bəlkə də Şuşada...

Nə qədər pozitivə yüklənmək, girovlarımız geri qaytarılacaq sözlərinə inanmaq istəsək də, gedişat onları bizdən daha da uzaqlaşdırır.

Bəlkə də onları bizdən uzaqlaşdıran zaman Dilqəm və Şahbazı 3ilin girovuna yox, tarixin Vətəndə yaşayan qəhrəmanına çevirir! Axı 25 ildir əsarətdə olan torpaqlara həsrətli, niskilli dəfn etdiyimiz yüzlərlə qarabağlının nail ola bilmədiyinə onlar nail olur...

 

Gülşən RAUFQIZI


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Dostlarımdan biri vardı, biri yox...” – Xankəndi məzunlarının görüşü
26.05.2018, 15:52

“Dostlarımdan biri vardı, biri yox...” – Xankəndi məzunlarının görüşü

Şimali və Cənubi Koreya liderləri yenidən GÖRÜŞDÜ
26.05.2018, 15:41

Şimali və Cənubi Koreya liderləri yenidən GÖRÜŞDÜ

Kral ailəsi 70 ildən sonra ilk dəfə...
26.05.2018, 15:20

Kral ailəsi 70 ildən sonra ilk dəfə...

Cənubi Koreya azərbaycanlıları “AXC 100”lə bağlı geyim şousu keçirdi
26.05.2018, 15:12

Cənubi Koreya azərbaycanlıları “AXC 100”lə bağlı geyim şousu keçirdi

Gürcüstanda meyiti tapılan tələbə  intihar edibmiş - TƏFƏRRÜAT
26.05.2018, 14:51

Gürcüstanda meyiti tapılan tələbə  intihar edibmiş - TƏFƏRRÜAT

Sabah Bakıya yağış yağacaq
26.05.2018, 14:40

Sabah Bakıya yağış yağacaq

Bu ölkədə ordu çevrilişə cəhd etdi: 28 ölü
26.05.2018, 14:34

Bu ölkədə ordu çevrilişə cəhd etdi: 28 ölü

Rəsulzadə və Şəfi bəy Rüstəmbəylinin düşmənçiliyi  - TARİX
26.05.2018, 14:22

Rəsulzadə və Şəfi bəy Rüstəmbəylinin düşmənçiliyi  - TARİX

Çempionlar Liqasının qalibi bu gün müəyyən olunacaq
26.05.2018, 13:54

Çempionlar Liqasının qalibi bu gün müəyyən olunacaq

Ötən gün ölkədə 107 cinayət törədilib
26.05.2018, 13:38

Ötən gün ölkədə 107 cinayət törədilib

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşları artırılacaq
26.05.2018, 13:31

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşları artırılacaq

Sosial şəbəkələrdə qadınları şantaj edən şəxs saxlanıldı
26.05.2018, 13:21

Sosial şəbəkələrdə qadınları şantaj edən şəxs saxlanıldı

Marseldə atışma: 2 ölü
26.05.2018, 13:14

Marseldə atışma: 2 ölü

Ərdoğan seçki mitinqlərinə strart verdi
26.05.2018, 13:03

Ərdoğan seçki mitinqlərinə strart verdi

“Qaçqınkom”da YENİLİK: Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq...
26.05.2018, 12:49

“Qaçqınkom”da YENİLİK: Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq...

Qərbi Kaspi Universitetində robotlar yarışıb
26.05.2018, 12:37

Qərbi Kaspi Universitetində robotlar yarışıb

Müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilir
26.05.2018, 12:32

Müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilir

Bakıda gecə klubunun qarşısında kütləvi dava olub
26.05.2018, 12:16

Bakıda gecə klubunun qarşısında kütləvi dava olub

Türkiyə-Rusiya yaxınlaşması güclənəcək - SƏBƏB
26.05.2018, 12:08

Türkiyə-Rusiya yaxınlaşması güclənəcək - SƏBƏB

Astarada polisi silahla hədələyən şəxs tutuldu
26.05.2018, 11:59

Astarada polisi silahla hədələyən şəxs tutuldu

Amerikalılardan etiraf: Yaxın Şərqdə Rusiya, İran  və Çinə təslim olduq
26.05.2018, 11:49

Amerikalılardan etiraf: Yaxın Şərqdə Rusiya, İran  və Çinə təslim olduq

İlan sancmalarının STATİSTİKASI: 138 min ölü, 400 min əlil
26.05.2018, 11:40

İlan sancmalarının STATİSTİKASI: 138 min ölü, 400 min əlil

Neft ucuzlaşıb
26.05.2018, 11:28

Neft ucuzlaşıb

Dondurma alarkən bunlara mütləq DİQQƏT EDİN   
26.05.2018, 11:11

Dondurma alarkən bunlara mütləq DİQQƏT EDİN  

Aya insan göndərilir – 46 il sonra
26.05.2018, 11:04

Aya insan göndərilir – 46 il sonra

Bakıda 2 küçədə hərəkət məhdudlaşdırılır
26.05.2018, 11:00

Bakıda 2 küçədə hərəkət məhdudlaşdırılır

Şopinq Festivalı – ailəvi alış-verişin və əyləncənin ünvanı
26.05.2018, 10:47

Şopinq Festivalı – ailəvi alış-verişin və əyləncənin ünvanı

Gəncədə Xalq Cümhuriyyətinin 100 illiyi geniş qeyd olunur
26.05.2018, 10:41

Gəncədə Xalq Cümhuriyyətinin 100 illiyi geniş qeyd olunur

Gənclik calağı   
26.05.2018, 10:37

Gənclik calağı   

Bu şəhərdə 2 gündə 62 nəfər öldürülüb
26.05.2018, 10:29

Bu şəhərdə 2 gündə 62 nəfər öldürülüb

Baş Prokurorluq işə qəbulla bağlı müsabiqənin vaxtını açıqladı
26.05.2018, 10:23

Baş Prokurorluq işə qəbulla bağlı müsabiqənin vaxtını açıqladı

Azərbaycanın “İnterpol”a verdiyi Burak Bilgili İstanbulda şirkət açıb
26.05.2018, 10:09

Azərbaycanın “İnterpol”a verdiyi Burak Bilgili İstanbulda şirkət açıb

Putin söz verdi
26.05.2018, 09:53

Putin söz verdi

Cəbhədə atışma – Pulemyotlar işə düşdü
26.05.2018, 09:43

Cəbhədə atışma – Pulemyotlar işə düşdü

Qusarda kanalda batan şəxsin axtarışına başlanılıdı
26.05.2018, 09:25

Qusarda kanalda batan şəxsin axtarışına başlanılıdı

ARXİV
SORĞU
Türkiyədə səsvermə hüqüqunuz olsaydı, hansı namizədə səs verərdiniz?
Muharrem İnce (21.7%)
Meral Akşener (12.8%)
Rəcəb Tayyip Ərdoğan (58.1%)
Selahattin Demirtaş (1.67%)
Temel Karamollaoğlu (0.55%)
Doğu Perinçek (5.02%)