22 oktyabr 2017, Bazar
Ana Səhifə - MƏDƏNİYYƏT - Tarixçi alim Nizami Cəfərova cavab verdi – QALMAQAL  
Tarixçi alim Nizami Cəfərova cavab verdi – QALMAQAL  
27.07.2017, 18:49

Tarixçi alim Ramin Əlizadə akademik, deputat Nizami Cəfərova cavab məqaləsi yazıb.

 

Ramin Əlizadənin Modern.az saytına göndərdiyi yazını təqdim edirik.

 

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, millət vəkili, Turan döyüş sənətini inkişaf etdirmək məqsədilə yaradılmış Alpaqut Federasiyasının prezidenti Nizami Cəfərovun Azərbaycan türklərinin tarixi ilə bağlı yeni araşdırması bir çox ziddiyyətli məqamları ilə diqqəti cəlb edir.

 

O, Azərbaycanda Atatürk Mərkəzinin “Bülleten”ində (2017-ci il, 1(61)) yayınlanmış “Azərbaycan xalqının tarixi və ya tərcümeyi-halı” adlı yazısında türklərin gəlmə etnos olmasını qeyd edir. Azərbaycan toponiminin və buradakı türk əhalisinin mənşəyi ilə bağlı N. Cəfərov üç mühüm “kəşf”ini ortaya qoyur:

 

I kəşf – “Azərbaycan toponimi yunan mənşəli Atropatena sözündən törəyib” (səh. 39);

II kəşf – “E.ə. IV minlliyin sonu – III minilliyin əvvəllərinədək türklər monqollar və tunqus-mancurlarla birlikdə Altay birliyində olublar” (səh. 40);

III kəşf – “Qafqaz dağlarını aşıb keçən hun (get-gedə daha çox qıpçaq) türkləri nə qədər Cənuba ensələr də, onların məskunlaşdıqları əsas coğrafiya Azərbaycanın Şimalı (Albaniya) idi” (səh. 43).

 

Qeyd edək ki, hələ XVIII-XIX əsrlərdə Qərbi Avropada, sonradan isə Çar Rusiyasında bütün Qafqaza, eləcə də Azərbaycana türk boylarının ilk gəlişi XI əsrin ortalarında Orta Asiyadan oğuzların axınları ilə əlaqələndirilirdi. Rus şovinizminin tüğyan etdiyi keçmiş Sovetlər Birliyində türk tayfalarının Azərbaycana gəlmə olması ilə bağlı qərəzli konsepsiya işlənib hazırlandı. Bu konsepsiyadan kənara çıxmaq olmazdı. Hətta Cənubi Qafqazda türk varlığını aradan çıxarmaq üçün gürcü əsilli sovet rəhbəri İ.V.Stalin köçürmə planı da hazırladıb.

Uzun illər Şərqi Avropa, Qara dəniz hövzəsi və Qafqazlarda qədim türk mədəniyyətinin izlərini itirmək sovet tarixçilərinin qarşısında prioritet mövzular kimi qoyulub, nəticədə onların “gərgin əməyi” nəticəsində bir çox yerli xalq ya slavyan, ya Qafqaz-iber, ya da İran mənşəli sayılıb.

 

Tarix elminin sovet ideologiyasına xidmət etdiyi dövrün ümumi mənzərəsi bu cür idi. İlk dəfə L.N.Qumilyov bu təbliğata qarşı çıxdı. Lakin onun bəhrələndiyi mənbələr iki qrupa ayrılırdı: birincisi, əsasən Çin yazılı qaynaqları, ikincisi isə Mərkəzi Asiyanın epiqrafikası və arxeologiyası ilə bağlı qaynaqlar. Lakin onun mövqeyində çatışmayan istiqamət Ön Asiyanın qədim yazılı mətnlərində türklərlə bağlı erkən məlumatları tədqiqata cəlb etməməsi olmuşdur. Hətta L.N.Qumilyov türklərin Qərb dünyası ilə ilk təmasını təbii-tarixi prosesin (passionarlığın) nəticəsi hesab edirdi.

 

Şübhəsiz ki, akademik N.Cəfərovun yazdıqlarından da göründüyü kimi o, Azərbaycan coğrafiyasında türk boylarının erkən tarixi ilə bağlı irəli sürdüyü fikirlərində L.N.Qumilyovun passionarlıq nəzəriyyəsinə əsaslanır.

 

Bu nəzəriyyə isə öz növbəsində türklərin Xəzər ətrafı bölgələrdə, əsasən də Qafqazlarda sonradan məskunlaşmasını sübut etməyə xidmət edirdi. L.N.Qumilyovun “Xəzərətrafı minilliklər” adlı əsərinin 200-cü səhifəsində oğuzların Ural hövzəsində, tayqa və çöllə (Böyük Çöl nəzərdə tutulur – R.Əlizadə) sərhəddə yaşadığı qeyd edilir. Həmin əsərin 202-ci səhifəsində oğuzların mənşəyi ilə bağlı heç bir ciddi dəlil olmadan belə bir fikir irəli sürür: “Quzlar (yəni oğuzlar – R.Əlizadə) qədim turanlıların, sarmatların və alanların varisləridir” (s.202). Məlumdur ki, alanlar müasir osetinlərin əcdadıdır.

 

Bu etnos isə İran dil qrupuna daxildir. Elə təkcə bu fakt L.N.Qumilyovun oğuzlar barəsində yanlış mövqeyini ortaya qoyur. Nəticədə, o, ciddi elmi dəlillərə söykənməyən dili, dini dünyagörüşü, maddi-mədəni irsi bir-birinə uyğun gəlməyən müxtəlif mənşəli tayfaların birləşdirilməsinə və super etnosun ortaya çıxmasına yönəlmiş qondarma bir konsepsiya ortaya qoymuşdur. E.ə. VIII əsrin əvvəllərindən Urartu mixi yazılı qaynaqlarında, e.ə. VII əsrin birinci rübündən etibarən Aşşur kitabələrində İç Oğuz elindən müvafiq olaraq, İşquq Eli və İşquz Eli kimi bəhs olunub. Diqqəti cəlb edən məqam isə odur ki, hər iki qaynaqda oğuzların Azərbaycanın əsas əhalisi olmasından bəhs edilir. Urartu çarı I Argiştinin dövrünə aid Hor-hor kitabəsinin V sütunu üzərində İşqi(u)g-ili adlı ölkədən, yəni İç Oğuz Elindən bəhs edilir. Yunan əlifbasında “ş” hərfi olmadığı üçün ellinizm dövründə bu tayfanın adı “skith” (yəni iskit – R.Əlizadə) kimi geniş yayılmış və sonrakı dövrə aid əsərlərdə məhz bu cür əks olunmuşdur. Digər tərəfdən V.V.Bartold, V.M.Jirmunski və A.Y.Yakubovski kimi dünya şöhrətli alimlər Erkən Orta çağda “Kitabi Dədə Qorqud” dastanının məhz Cənubi Qafqazda, xüsusilə də Azərbaycanda formalaşdığını qeyd ediblər.

 

Müasir Azərbaycan Respublikasının xəritəsində dövlətimizin əhatə olunduğu bütün sərhədlər tarixi Azərbaycan torpaqlarıdır. Bunu Azərbaycan tarixinin şüarı kimi başa düşmək lazımdır. Tarix elmi ciddi qaynaqlar əsasında tədqiq olunduqda dost, həmsərhəd dövlət düşmənə çevrilmir, əksinə düşməni tanımaq potensialı yaradır. Mənə elə gəlir ki, müasir Azərbaycan Respublikası özünün xarici siyasətində bütün qüvvəsini məhz gələcəkdə ərazi bütövlüyünə, müstəqilliyə əngəl yarada biləcək təhlükələrə qarşı səfərbər etməlidir. Akademik N.Cəfərov yazısının 42-ci səhifəsində qeyd edir ki, Azərbaycana gələn ilk türklər “eramızın ilk əsrlərində Altaylardan Qərbi Avropaya yürüş edən hunlar idilər”.

 

Hətta bu barədə yazısının 2-ci yarımbaşlığını “Azərbaycanın türkləşməsi” adlandırır. Sual olunur, bəs görəsən türklər gələnədək Azərbaycanın yerli xalqı hansı dil ailəsinə, etnik kökənə mənsub idi?

 

Görkəmli türkoloq L.Rasonyi Atatürkün xatirəsinə ithaf etdiyi “Tarixdə Türklük” adlı məşhur əsərində türkologiyanın demək olar ki, bütün sahələrinə nəzər yetirir. Onun türklərin ana yurdu ilə bağlı fikirləri xüsusilə maraqlıdır. L.Rasonyinin əsərinin giriş hissəsi bu sözlərlə başlayır: “Batılı millətlərin ortaya çıxmasından daha öncə türklük, dünyamızın ən böyük səhnəsini təşkil edən Avrasiyanın hər çağında və hər bucağında böyük rol oynamışdır” (s.1). Türklərin mənsub olduğu irq avropoid, tipin adı isə turani tipidir. Bu tip Uzaq Şərq və Sibirdən Mərkəzi Avropaya qədər, cənubda Hindistana, İrana və Balkanlaradək geniş yayılmışdır. Türklərin monqoloid olmamasına münasibət bildirən L.Rasonyi qeyd edir ki, türklərin arasında qərbdən şərqə doğru getdikcə bu irqin (monqoloid irqi nəzərdə tutulur – R.Əlizadə) xüsusiyyətlərinə sahib olan qruplara rast gəlinir. Azərbaycanın qədim yerli türk tayfaları hurrilər, qutilər, lullubilər, turukkilər, şubarlar, etiular (utilər), albanlar, qarqarlar və s. olmuşdur. Onların ən çox qarışdığı tiplər Mesopotamiya və Aralıq dənizi tipləridir. Orta Asiya türklərinin isə daha çox monqoloidlərlə yaxın coğrafiyanı paylaşmasını xüsusilə qeyd etmək olar.

 

Buna görə Qafqazda, eləcə də Azərbaycan ərazisində yaşayan qədim türk tayfalarında monqoloid irqinə məxsus olan göstəriciləri müəyyənləşdirmək məntiqsiz bir cəhddir. Amma Orta Asiya türklərində monqoloidlərə xas olan əlamətləri müəyyənləşdirmək təbii haldır. Hətta iskitlər kranioloji göstəricilərinə görə və Hippokratın qeydlərinə əsasən turani tipinə aid edilir (Wiesner J. Kimmerien und Skythen im Lichte neuer Indogermanen. Forschung. Forschungen und Fortschritte, 1943, s.215).

E.ə. XXIII əsrdə Akkad hökmdarı Naram-Suenin hücumuna məruz qalan ölkələr içərisində Türk dövlətindən bəhs olunur. E.ə. XVIII əsrin əvvəllərində Aşşur hökmdarı I Şamşi-Adadın və oğlu İşme-Dağanın Cənubi Azərbaycana hücumlarının qarşısını turukki (türk) tayfaları aldılar. Turukkilər Babilistan hökmdarı Hammurapinin ordusunu da darmadağın etdilər.

 

Akademik N.Cəfərov Atropatena adının yunan mənşəli olmasını qeyd edir. Buradan belə nəticə çıxır ki, Atropat yunandırsa onun mənsub olduğu etnos da yunan mənşəlidir. Azərbaycanda sovet tarix məktəbinin “sütunları”ndan sayılan İqrar Əliyevin “Atropatena tarixinin oçerki” kitabında Atropatena adının İran mənşəli olması barədə dəstəklədiyi konsepsiya bundan daha cəlbedici görünür. Qaldı ki, Atropatena adına, qeyd edək ki, bu adın ortaya çıxdığı vaxtdan (e.ə. IV əsrin ikinci yarısı) dörd əsr əvvəl, yəni e.ə. VIII əsrin ikinci yarısında Aşşur mixi yazılı qaynaqlarında Urmiya ətrafında Az(e)ri ölkəsindən bəhs olunur. Ən azından bunu diqqətdən kənarda qoymaq olmaz. Epiqrafik qaynaqları diqqətlə nəzərdən keçirdikdə məlum olur ki, Az(e)ri ölkəsi coğrafi baxımdan turukkilərin yaşadığı ərazi ilə üst-üstə düşür. Həm Ön Asiyanın qədim tarixində türklərin mühüm rol oynaması, həm də Atropatena adından xeyli əvvəl Az(e)ri (və ya Azəri) toponiminin yazılı qaynaqlarda əks olunması indiyədək Azərbaycan türklərinin genezisi ilə bağlı problemə yenidən nəzər yetirməyin vaxtı çatdığını sübut edir.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Azəri
28.07.2017, 01:48

Çox maraqlı və məntiqli məqalədir. Bu cür tarixçilərə şəarit yaradılmalıdır ki, tarixmiz düzgün və dəqiq tədqiq edilsin. Möhkəm ol, üstünə çox düşəcək "bəziləri. Uğurlar. Sanballı araşdırmalar aparmaqda Tanrı səni qorusun.

Rəhim
28.07.2017, 02:19

Nizami, qardaş, düz yoldasan. Qumilev haqında öz çayxana dostu kimi iddiala danışan, amma heç Azərbaycan türkcəsini düz-əməlli bilməyənlərə fikir vermə. A kişi, çatan tarixi təzədən yazmaq iddiasındadı. Ayıbdan da pisdi bu.

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Məktəblilər hərbi hissədə - Foto
22.10.2017, 13:47

Məktəblilər hərbi hissədə - Foto

Kaxa Kaladze Tbilisi meri seçildi
22.10.2017, 13:24

Kaxa Kaladze Tbilisi meri seçildi

“Haqqınızı halal edin” - Oqtay Bayramov FHN-dən ayrıldı
22.10.2017, 13:02

“Haqqınızı halal edin” - Oqtay Bayramov FHN-dən ayrıldı

Sabah Bakıda yağış yağacaq
22.10.2017, 12:39

Sabah Bakıda yağış yağacaq

Azərbaycanlıların yaşadığı rayonlarda seçkilərin ilkin nəticələri məlum olub
22.10.2017, 12:21

Azərbaycanlıların yaşadığı rayonlarda seçkilərin ilkin nəticələri məlum olub

Bakıda avtobusun vurduğu qadın öldü
22.10.2017, 11:58

Bakıda avtobusun vurduğu qadın öldü

İmişlidə 81 yaşlı kişi intihar etdi
22.10.2017, 11:42

İmişlidə 81 yaşlı kişi intihar etdi

Əfqanıstanda oteldə partlayış: 2 ölü
22.10.2017, 11:17

Əfqanıstanda oteldə partlayış: 2 ölü

Bakıda sərxoş kişi parkomantı sındırdı
22.10.2017, 10:55

Bakıda sərxoş kişi parkomantı sındırdı

İlham Əliyev Ərdoğanla Bakıdan Qarsa qatarla gedəcək - Video
22.10.2017, 10:39

İlham Əliyev Ərdoğanla Bakıdan Qarsa qatarla gedəcək - Video

 Cocuq-Mərcanlıya ikinci köç gözlənilir
22.10.2017, 10:20

 Cocuq-Mərcanlıya ikinci köç gözlənilir

Sloveniyada prezident seçkiləri keçirilir
22.10.2017, 09:59

Sloveniyada prezident seçkiləri keçirilir

Ermənistan silahlı bölmələri atəşkəsi 123 dəfə pozub
22.10.2017, 09:44

Ermənistan silahlı bölmələri atəşkəsi 123 dəfə pozub

Astana-Bakı sərnişin təyyarəsində  problem
22.10.2017, 09:26

Astana-Bakı sərnişin təyyarəsində  problem

“Röyal Park” yaşayış massivində partlamamış sursat aşkarlandı
22.10.2017, 09:03

“Röyal Park” yaşayış massivində partlamamış sursat aşkarlandı

Jurnalistin qatilini tapanlara 1 milyon avro mükafat veriləcək
22.10.2017, 00:48

Jurnalistin qatilini tapanlara 1 milyon avro mükafat veriləcək

Saakaşvilinin daha iki tərəfdarı yoxa çıxıb
22.10.2017, 00:32

Saakaşvilinin daha iki tərəfdarı yoxa çıxıb

Döyülən Gəncə sakini xəstəxanalıq oldu
22.10.2017, 00:14

Döyülən Gəncə sakini xəstəxanalıq oldu

Azərbaycan ağır atleti 7-ci oldu
21.10.2017, 23:55

Azərbaycan ağır atleti 7-ci oldu

Bakıda "vergi müfəttişləri" dələduzluq etdi - Video
21.10.2017, 23:38

Bakıda "vergi müfəttişləri" dələduzluq etdi - Video

Ukraynanın 70 gündə xilas planı
21.10.2017, 23:21

Ukraynanın 70 gündə xilas planı

Üzərində Ermənistan bayrağının rəngləri olan avtomobilin sahibi DANIŞDI - VİDEO
21.10.2017, 22:58

Üzərində Ermənistan bayrağının rəngləri olan avtomobilin sahibi DANIŞDI - VİDEO

Kaxa Kaladzeni Tbilisi meri seçildi
21.10.2017, 22:35

Kaxa Kaladzeni Tbilisi meri seçildi

Bəs zindan necədir, qaranlıq zindan? – SİYASİLƏRİN MƏHBƏS HƏYATI...
21.10.2017, 22:11

Bəs zindan necədir, qaranlıq zindan? – SİYASİLƏRİN MƏHBƏS HƏYATI...

Azay Quliyev ATƏT PA prezidentinin dəyişməsinin səbəbi haqqında danışdı
21.10.2017, 21:52

Azay Quliyev ATƏT PA prezidentinin dəyişməsinin səbəbi haqqında danışdı

Bəxtiyar Vahabzadə Türkiyədə anıldı
21.10.2017, 21:37

Bəxtiyar Vahabzadə Türkiyədə anıldı

Barselonada aksiyalar başlayıb
21.10.2017, 21:16

Barselonada aksiyalar başlayıb

Azərbaycanda çəkilmiş film Rusiyada qadağan edildi
21.10.2017, 20:59

Azərbaycanda çəkilmiş film Rusiyada qadağan edildi

ABŞ Dövlət katibi Asiya turuna çıxdı
21.10.2017, 20:41

ABŞ Dövlət katibi Asiya turuna çıxdı

Azərbaycandan meyvə-tərəvəz ixracı 64 faiz artıb
21.10.2017, 20:18

Azərbaycandan meyvə-tərəvəz ixracı 64 faiz artıb

Marneulidə azərbaycanlı namizədlər arasında dava olub
21.10.2017, 20:02

Marneulidə azərbaycanlı namizədlər arasında dava olub

Ərdoğan yenə ABŞ-ı hədəf aldı
21.10.2017, 19:51

Ərdoğan yenə ABŞ-ı hədəf aldı

Prezidentin Ehtiyat Fondunda nə qədər vəsait olur... - Gələn ilin məbləği məlum oldu   
21.10.2017, 17:54

Prezidentin Ehtiyat Fondunda nə qədər vəsait olur... - Gələn ilin məbləği məlum oldu  

Polis intihar etmək istəyən qızı xilas etdi   
21.10.2017, 17:49

Polis intihar etmək istəyən qızı xilas etdi  

Parisdə Azərbaycan Evinin 25 illik yubileyi qeyd edilib - FOTOLAR
21.10.2017, 17:36

Parisdə Azərbaycan Evinin 25 illik yubileyi qeyd edilib - FOTOLAR

ARXİV
SORĞU
Hansı kommunal xidmətin işindən razısınız?
“Azəriqaz”(5.28%)
“Azərişıq”(25.1%)
“Azərsu”(10.1%)
“Azəristiliktəchizat”(3.52%)
Heç biri(55.9%)