18 iyul 2018, Çərşənbə axşamı
Ana Səhifə - MƏDƏNİYYƏT - Pulları çin-çin olan SSRİ rəhbərləri - MARAQLI  
Pulları çin-çin olan SSRİ rəhbərləri - MARAQLI  
31.07.2017, 22:09

SSRİ rəhbərlərinin şəxsi həyatı, yaşam tərzi sovetlər birliyi dönəmində nə qədər gizli və qapalı saxlansa da, ölkə dağıldıqdan sonra açılan arxivlər bu nəhənglərin həyat tərzlərinin bütün məqamlarını geninə-boyuna ictimaiyyətə təqdim etdi. Hətta arxivlər sovet liderlərinin ciblərini də açıb göstərdi.

Kommunizmə doğru gedən bu siyasilərin nə qədər əmək haqqı aldıqları, əlavə gəlirləri və bu pulların nəyə sərf edildiyi təbii ki, bu gün də maraq doğurur.

Modern.az saytı bu marağı nəzərə alaraq, sovet liderlərinin qazancları haqqında yazını təqdim edir.

Vladimir İliç Leninin aylıq maaşı 500 rubl olub. Proletariatın rəhbəri bütün mükafatlardan, dövlət büdcəsi hesabına digər güzəştlərdən qəti şəkildə imtina edib və bunu yolverilməz sayıb, ən adi məişət xərclərinin dövlət hesabına ödənilməsinə yol verməyib. Hətta 1918-ci ildə infilyasiya ilə bağlı maliyyə məmuru Leninin maaşını 800 rubla qaldıranda rəhbər ona bu “səxavətinə” görə şiddətli töhmət verib.

 

Stalin bir müddət 225 rublla kifayətlənib. 1935-ci ildə onun maaşı 500 rubla qaldırılıb. Daha bir müdətdən sonra isə Stalin ölkəni idarə etməyinə görə 1200 rubl maaş alıb.
Stalinin qızı Svetlana atasının pula münasibətilə bağlı xatirələrində yazıb: “Atamın pullarını konvertlərdə gətirirdilər. Bu konvertlərə atamın yaşadığı bağın istənilən otaqlarında rast gəlmək mümkün idi. Atam demək olar ki, pul xərcləmirdi. Daha doğrusu xərcləməyə yeri yox idi. Ev, bağ, məişət xərcləri, ərzaq, paltar, xidmət personalının maaşları, bir sözlə bütün xərclər dövlət hesabına ödənilirdi. Bunlarla məşğul olmaq üçün KQB-də xüsusi idarə yaradılmışdı. Onların bütün bunlara nə qədər vəsait xərclədikləri isə məlum deyildi”.

Stalin heç vaxt özü ilə pul gəzdirməyib. Əgər qəfil pul lazım olubsa, mühafizəçilərindən götürüb. Təbii ki, qaytarmaq şərtilə. Bu haqda mühafizəçisi Aleksey Rıbin xatirələrində də yazıb: 
“Stalinin üstündə heç vaxt pul olmazdı. Təcili pul lazım olduqda isə bizdən götürərdi. Belə hadisələr əsasən səfərlərdə olurdu. Yaxşı xatırlayıram, Soçidə olarkən Stalin parkın yanında maşını saxlatdırıb düşdü. Onu görcək ətrafdakılar başına yığışdı. Uşaqlar daha çox idi. Stalin Vlasikə göstəriş verdi ki, uşaqları konfetə qonaq etsin. Yaxınlıqda şirniyyat köşkü var idi. Satıcısı da gürcü idi. Vlasik həmin köşkdən iki iri qutu konfet gətirib uşaqlara payladı. Bir azdan biz geri döndük. Axşamüstü Stalin Vlasikdən soruşdu:

- Sən o satıcının pulunu ödədinmi?

- Xeyr, yoldaş Stalin, imkan tapa bilmədim.

- Təcili get satıcı ilə hesablaş.

Vlasik elə həmin andaca köşkə gedib konfetlərin pulunu ödəmişdi. Ancaq Stalin onu pul ödəməyə göndərəndə pul verməmişdi. Çünki üstündə pulu yox idi”.

Nikita Xruşov ölkəni idarə etdiyinə görə 800 rubl alıb. Bu məbləğ həmin dövrdə orta aylıq əmək haqqından 9-10 dəfə çox olub. Xruşovun da qəfil xərclərini mühafizəçiləri ödəyib. Nikita Sergeyeviç bir neçə dəfə kütlələr qarşısında bəyan edib ki, dövlət başçısının cibində pul olması o qədər də vacib deyil.

Leonid İliç Brejnevin pula münasibəti tamam fərqli olub. O, pulla yanaşı böyük pullara alınmış mükafatları da sevib. Leonid İliç yaratdığı durğunluğa görə hər ay 1200 rubl qazanıb. Onun dövlətdən aldığı pullar bununla yekunlaşmayıb. 1973-cü ildə özünü Lenin mükfatına layiq görən baş katib 25 min rublu bu vasitə ilə əldə edib. 1979-cu ildən başlayaraq Brejnev “yazdığı” “Kiçik torpaq”, “Dirçəliş” və “Xam torpaq” kitablarına görə böyük məbləğlərdə qonorarlar alıb. Qeyd edək ki, bu kitablar hər birisi ayrı-ayrılıqda 15 milyon tirajla çap olunub. Bu tirajdan əldə olunan qonorarın məbləğini təsəvvür etmək o qədər də çətin deyil.

1956-1996-cı illərdə Dövlət Təhlükəsizlik Komitəsinin 9-cu idarəsində zabit kimi xidmət etmiş Aleksey Salnikov SSRİ rəhbərlərinin pula münasibəti haqqında xatirələrini bölüşəndə Brejnevlə bağlı bəzi hadisələri xüsusilə vurğulayıb:

“Digər rəhbərlər kimi, Leonid İliç də üstündə pul saxlamırdı. Əvvəlkilər hardasa pul ödənişi etmək lazım olanda mühafizəçilərinə və köməkçilərinə bu haqda göstəriş verirdilər. Brejnev isə heç bunu da etmirdi. Brejnevə pulları, maaşını, qonorarları, mükafatları konvertlərdə gətirirdilər. Konvertləri seyfə yığırdıq. Axşam isə yaşadığı evə bir topa konvertlə qayıdırdıq. Brejnev özünəməxsus kişi idi, pula, vara-dövlətə meylliliyi də özünəməxsus idi”.

Yuri Andropovu aylıq maaşı o qədər də maraqlandırmayıb. Rəhbərliyə gəlişindən sonra o əmək haqqısının 800 rubla endirilməsi haqqında göstəriş verib. Çünki keçmiş KQB şefi əlavə gəlir yerini müəyyənləşdirib. Brejnevin qonorar qazancından nümunə götürən Andropov elə ay olub ki, 8 min rubl qonorara qol çəkib. Bu həmin dövr üçün böyük məbləğ sayılıb.
 

Konstantin Çernenkonun aylıq maaşı 1250 rubldan 1720 rubla qədər olub. Çernenko da siyasi nəşrlərindən az qazanmayıb. Müntəzəm aldığı qonorarların məbləği 4-5 min rubla çatıb.

SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov 500 rubl maaş alıb. O, 1990-cı ildə baş katib və prezident vəzifələrini birləşdirəndə aylıq maaşı 3 min rubla qalxıb.

 


İlham Cəmiloğlu
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
ABŞ-da silahlı insident
18.07.2018, 01:03

ABŞ-da silahlı insident

Yarım milyon qızılgüldən piramida ucaldıldı
18.07.2018, 00:49

Yarım milyon qızılgüldən piramida ucaldıldı

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılır - Video
18.07.2018, 00:36

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılır - Video

“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi məlum oldu
18.07.2018, 00:20

“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi məlum oldu

Heydər Əliyev prospektində gənc oğlanı maşın vurdu
18.07.2018, 00:04

Heydər Əliyev prospektində gənc oğlanı maşın vurdu

ABŞ Dünya Ticarət Təşkilatından icazə gözləyir
17.07.2018, 23:48

ABŞ Dünya Ticarət Təşkilatından icazə gözləyir

İran nüvə proqramını davam etdirəcək, əgər ...
17.07.2018, 23:26

İran nüvə proqramını davam etdirəcək, əgər ...

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
17.07.2018, 23:12

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Bakıda zəncirvari qəza - VİDEO
17.07.2018, 22:56

Bakıda zəncirvari qəza - VİDEO

Dənizdə batan 2 nəfər xilas edilib
17.07.2018, 22:41

Dənizdə batan 2 nəfər xilas edilib

İtaliya prezidenti Azərbaycana gəlib - FOTOLAR
17.07.2018, 22:23

İtaliya prezidenti Azərbaycana gəlib - FOTOLAR

Ukrayna dairəsində təmir başa çatır
17.07.2018, 22:11

Ukrayna dairəsində təmir başa çatır

“Qarabağ”a  sürpriz etməyi düşünmürəm” – Rəqib baş məşqçi
17.07.2018, 21:54

“Qarabağ”a  sürpriz etməyi düşünmürəm” – Rəqib baş məşqçi

BMT: Bir milyarddan çox insan risk altındadır
17.07.2018, 21:40

BMT: Bir milyarddan çox insan risk altındadır

Sumqayıt Dövlət Dram Teatrının yeni direktoru kollektivə təqdim edilib
17.07.2018, 21:26

Sumqayıt Dövlət Dram Teatrının yeni direktoru kollektivə təqdim edilib

Xoşqədəm Hidayətqızının tapdığı  uşağı “tok” vurub öldürdü
17.07.2018, 21:26

Xoşqədəm Hidayətqızının tapdığı  uşağı “tok” vurub öldürdü

105 dövlət əmlakı özəlləşdirilir
17.07.2018, 21:19

105 dövlət əmlakı özəlləşdirilir

Qırğızıstanı 4,7 ballıq zəlzələ silkələdi
17.07.2018, 21:04

Qırğızıstanı 4,7 ballıq zəlzələ silkələdi

Pakistanlı turistlər Qəbələdə qəzaya düşdülər
17.07.2018, 20:55

Pakistanlı turistlər Qəbələdə qəzaya düşdülər

İŞİD-çilər kütləvi şəkildə  güllələndi
17.07.2018, 20:41

İŞİD-çilər kütləvi şəkildə  güllələndi

Sabah Bakınınbu rayonunda qaz olmayacaq
17.07.2018, 20:28

Sabah Bakınınbu rayonunda qaz olmayacaq

“Öz oyunumu həll etməmiş rəqib haqqında düşünmürəm” - Qurban Qurbanov
17.07.2018, 20:14

“Öz oyunumu həll etməmiş rəqib haqqında düşünmürəm” - Qurban Qurbanov

Bu il Azərbaycanda 6 min yeni ev tikilib
17.07.2018, 20:01

Bu il Azərbaycanda 6 min yeni ev tikilib

Sumqayıtda yanğın olub
17.07.2018, 19:29

Sumqayıtda yanğın olub

Azərbaycan və Hindistan Hökumətlərarası Komissiyasının tərkibi dəyişdirilib
17.07.2018, 19:21

Azərbaycan və Hindistan Hökumətlərarası Komissiyasının tərkibi dəyişdirilib

Oğuzda avtomobil çaya düşdü
17.07.2018, 18:59

Oğuzda avtomobil çaya düşdü

Rüsum ödəmədən alkoqollu içki və siqaret gətirənlərin NƏZƏRİNƏ: Miqdarı AZALDILDI
17.07.2018, 18:55

Rüsum ödəmədən alkoqollu içki və siqaret gətirənlərin NƏZƏRİNƏ: Miqdarı AZALDILDI

İlham Əliyev Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb
17.07.2018, 18:47

İlham Əliyev Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb

Prezidentdən Azərbaycan dilinin elektron məkanda geniş istifadəsi ilə bağlı SƏRƏNCAM
17.07.2018, 18:40

Prezidentdən Azərbaycan dilinin elektron məkanda geniş istifadəsi ilə bağlı SƏRƏNCAM

Dənizdə batan iki gəncin meyiti tapıldı - YENİLƏNİB
17.07.2018, 18:32

Dənizdə batan iki gəncin meyiti tapıldı - YENİLƏNİB

Qəbələdə yol tikintisinə 6,8 milyon manat ayrılıb
17.07.2018, 18:29

Qəbələdə yol tikintisinə 6,8 milyon manat ayrılıb

Prezident “Yanar dağ”a görə 1,2 milyon manat ayırdı
17.07.2018, 18:20

Prezident “Yanar dağ”a görə 1,2 milyon manat ayırdı

Rezidenturaya qəbul yerləri artırılacaq - Nazirlər Kabinetinə müraciət edildi
17.07.2018, 17:52

Rezidenturaya qəbul yerləri artırılacaq - Nazirlər Kabinetinə müraciət edildi

Bakıda Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin növbəti tədbiri keçirilib
17.07.2018, 17:40

Bakıda Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin növbəti tədbiri keçirilib

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
17.07.2018, 17:16

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

ARXİV