22 oktyabr 2017, Bazar
Ana Səhifə - İQTİSADİYYAT - Nazirlik: İstehlak bazarında bütün məhsul bahalaşıb, ət necə ucuz olsun...
Nazirlik: İstehlak bazarında bütün məhsul bahalaşıb, ət necə ucuz olsun...
06.08.2017, 14:26

Ötən ildən başlayaraq ölkədə ətin bahalaşması alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olub. Eyni zaman da, yay mövsümündə ətin ucuzlaşmasına adət edən insanlar bu il əksi ilə qarşılaşıb. Devalvasiyadan əvvəl 7 manat-7 manat 50 qəpiyə, devalvasiyadan sonra 10 manat 50 qəpiyə təklif edilən dana əti hazırda 12 manata, devalvasiyadan əvvəl 9 manata, devalvasiyadan sonra 11 manata təklif edilən qoyunəti isə hazırda 13 manata qədər bahalaşıb. Fermerlər bunu otun bahalaşması ilə əlaqələndirir. Biçin mövsümü olmasına baxmayaraq, ot bağlamasının qiymətlərində də artım müşahidə edilir. Onlar deyir ki, 2 manat-2 manat 50 qəpiyə satılan ot bağlamasının qiyməti hazırda 4 manat 50 qəpiyədir. Eyni zamanda, sahələrdə yoncanın yetərincə olmadığını bildirirlər. Bunu əsas gətirən fermer süd istehsalının da sərfəli olmadığını qeyd edir. Belə ki, fermer 1 litr süd üçün bağlaması 4 manat 50 qəpiyə olan otun alınmasının sərfəli olmadığını bildirir. Qeyd edək ki, yerli istehsal azaldığından bu ilin birinci altı ayında ət idxalı iki dəfə, süd və süd məhsulları idxalı 60 faiz artıb. Yerli istehsal azalmaqda,qiymətlər bahalaşmaqda davam edir...

 

Kənd Təsərrüfatı Nazirliyi isə bütün deyilənlərlə razılaşmır. Nazirliyin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri vəzifəsinə Qalib Abduləliyev Modern.az-a deyib ki, sadalananlarla bağlı otun ilk biçin vaxtında müəyyən çətinlik olub:

 

“Mövsümün sonuna qədər ot tədarükü imkanları var”

 

“Yonca, arpa, buğda biçinindən sonra problem aradan qalxdı. Hazırda kəndlinin otla bağlı problemi yoxdur. Mövsümün sonuna qədər fermerlərin ot tədarük etmək imkanları var”.

 

Süd istehsalının baha başa gəlməsinə qaldıqda, nazirlik rəsmisi bununkəndlinin saxladığı heyvanlardan asılı olduğunu deyib:

“Bəzi fermerlər azməhsuldar heyvan saxlayırlar. Hazırda bu istiqamətdə məqsədyönlü iş gedir ki, hər bir adamın saxladığı heyvanda artım olsun. Respublika göstəricilərinə görə, hər gün bir inəkdən  beş litr süd sağılır. Amma mümkündür ki, gündə hər inəkdən 18-20 litr süd sağaq. 18-20 litr süd istehsalına nail olan fermer həm öz gündəlik tələbatlarını ödəyər, həm də məhsulu satışa çıxarar. Ötən müddət ərzində süd məhsulalrının 1, 6 faizlik illik artımına nail olmuşuq. Ət və süd istehsalının hərəsinin 4 faiz artımı qeydə alınıb. Eyni zamanda süd və süd məhsullarının, damazlıq heyvanların ixracı həyata keçirirlir. Biz dünya ticarət sisteminə inteqrasiya edirik. Ona görə də idxal və ixrac, tələb və təklifdən asılı olaraq dəyişir”.

 

İstehsal artır, qiymətlər bahalaşır...

 

Əgər doğurdan da Azərbaycanda ət və süd istehsalı artıb, hətta ixrac əməliyyatlarını icra ediriksə, daxili bazarda qiymətlər niyə ucuzlaşmır?

Q.Abduləliyev qeyd edib ki, qiymətlərin artıb-azalması təkcə məhsulun maya dəyərindən asılı deyil:

 

“Eyni zamanda istehlak bazarında bütün qiymətlərdən asılıdır. Bir fermer bütün fermerlərin adından danışa bilməz. Digər tərəfdən, müqayisdə etsəz, görərsiniz ki, digər mal-məhsulda nə qədər bahalaşma var”.

 

“Yanacağın bahalaşması ətin qiymətinə təsir edib”

 

Nazirlik rəsmisinə konkret olaraq müzakirə mövzusunun ətin qiyməti olduğunu bildirdikdə:

“Rayonlardakı topdansatış bazarlarından Bakıya diri heyvanı, ət və ət məhsullarını daşımaq üçün əlavə xərc tələb olunur. Bu yaxınlarda da yanacağın qiyməti dəyişib. Bu səbəbdən də nəqliyyat xərcləri artıb. Bu da ətin qiymətinə təsir etməlidir ya yox?” cavabını verib.

 

İnəyi Bərdədən dollarla alırıq?...

O qeyd edib ki,  bəzi məhsullar xaricdən dollarla alınır:

“Biz əti və ya südü yerli mal kimi istehsal edib, ondan gələn gəlir hesabına digər idxal mallarını almaq məcburiyyətindəyik. Ona görə də digər xaricdən gələn malların qiyməti dəyişirsə, kəndli də öz istehsal etdiyi məhsulun qiymətini dəyişməyə məcburdur.Bunun günahı təkcə ət istehsalçısında deyil”.

 

“Məqsəd intensiv heyvandarlığın inkişafıdır”

 

Q.Abduləliyev otlaqların, örüş sahələrinin pambıqçılıq, baramaçılıq, tütünçülük üçün ayrıldığı fikirlərinə də aydınlıq gətirib:

 

“Yox, buna alınmaq da deməzdim. Onsuz da bizim qarşımızda duran vəzifələrdən biri intensiv heyvandarlığın inkişaf etdirilməsidir. Normativə görə, otlaq sahəsinin bir hektarında 4 xırdabuynuzlu heyvan saxlanıla bilər. Amma biz müvafiq tədbirləri həyata keçirsək, bundan beş dəfə artıq heyvan saxlaya bilərik. Ona görə reallıq yetişir ki, biz yarımintensiv və intensiv heyvandarlığa keçək. Bunun da hamısı heyvanların məhsuldarlığının artırılması ilə əlaqədardır. Məhsuldarlıq artdıqca problemlər də aradan qalxacaq. Amma bu bir ilə həll olan məsələ deyil. Dinamika son illərdə bizim məhsul istehsalında heyvanın sayı dəyişmədən məhsul istehsalında artım olduğunu deməyə əsas verir. Bu da ayxşı göstəricidir”.

 


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Kaxa Kaladze Tbilisi meri seçildi
22.10.2017, 13:24

Kaxa Kaladze Tbilisi meri seçildi

“Haqqınızı halal edin” - Oqtay Bayramov FHN-dən ayrıldı
22.10.2017, 13:02

“Haqqınızı halal edin” - Oqtay Bayramov FHN-dən ayrıldı

Sabah Bakıda yağış yağacaq
22.10.2017, 12:39

Sabah Bakıda yağış yağacaq

Azərbaycanlıların yaşadığı rayonlarda seçkilərin ilkin nəticələri məlum olub
22.10.2017, 12:21

Azərbaycanlıların yaşadığı rayonlarda seçkilərin ilkin nəticələri məlum olub

Bakıda avtobusun vurduğu qadın öldü
22.10.2017, 11:58

Bakıda avtobusun vurduğu qadın öldü

İmişlidə 81 yaşlı kişi intihar etdi
22.10.2017, 11:42

İmişlidə 81 yaşlı kişi intihar etdi

Əfqanıstanda oteldə partlayış: 2 ölü
22.10.2017, 11:17

Əfqanıstanda oteldə partlayış: 2 ölü

Bakıda sərxoş kişi parkomantı sındırdı
22.10.2017, 10:55

Bakıda sərxoş kişi parkomantı sındırdı

İlham Əliyev Ərdoğanla Bakıdan Qarsa qatarla gedəcək - Video
22.10.2017, 10:39

İlham Əliyev Ərdoğanla Bakıdan Qarsa qatarla gedəcək - Video

 Cocuq-Mərcanlıya ikinci köç gözlənilir
22.10.2017, 10:20

 Cocuq-Mərcanlıya ikinci köç gözlənilir

Sloveniyada prezident seçkiləri keçirilir
22.10.2017, 09:59

Sloveniyada prezident seçkiləri keçirilir

Ermənistan silahlı bölmələri atəşkəsi 123 dəfə pozub
22.10.2017, 09:44

Ermənistan silahlı bölmələri atəşkəsi 123 dəfə pozub

Astana-Bakı sərnişin təyyarəsində  problem
22.10.2017, 09:26

Astana-Bakı sərnişin təyyarəsində  problem

“Röyal Park” yaşayış massivində partlamamış sursat aşkarlandı
22.10.2017, 09:03

“Röyal Park” yaşayış massivində partlamamış sursat aşkarlandı

Jurnalistin qatilini tapanlara 1 milyon avro mükafat veriləcək
22.10.2017, 00:48

Jurnalistin qatilini tapanlara 1 milyon avro mükafat veriləcək

Saakaşvilinin daha iki tərəfdarı yoxa çıxıb
22.10.2017, 00:32

Saakaşvilinin daha iki tərəfdarı yoxa çıxıb

Döyülən Gəncə sakini xəstəxanalıq oldu
22.10.2017, 00:14

Döyülən Gəncə sakini xəstəxanalıq oldu

Azərbaycan ağır atleti 7-ci oldu
21.10.2017, 23:55

Azərbaycan ağır atleti 7-ci oldu

Bakıda "vergi müfəttişləri" dələduzluq etdi - Video
21.10.2017, 23:38

Bakıda "vergi müfəttişləri" dələduzluq etdi - Video

Ukraynanın 70 gündə xilas planı
21.10.2017, 23:21

Ukraynanın 70 gündə xilas planı

Üzərində Ermənistan bayrağının rəngləri olan avtomobilin sahibi DANIŞDI - VİDEO
21.10.2017, 22:58

Üzərində Ermənistan bayrağının rəngləri olan avtomobilin sahibi DANIŞDI - VİDEO

Kaxa Kaladzeni Tbilisi meri seçildi
21.10.2017, 22:35

Kaxa Kaladzeni Tbilisi meri seçildi

Bəs zindan necədir, qaranlıq zindan? – SİYASİLƏRİN MƏHBƏS HƏYATI...
21.10.2017, 22:11

Bəs zindan necədir, qaranlıq zindan? – SİYASİLƏRİN MƏHBƏS HƏYATI...

Azay Quliyev ATƏT PA prezidentinin dəyişməsinin səbəbi haqqında danışdı
21.10.2017, 21:52

Azay Quliyev ATƏT PA prezidentinin dəyişməsinin səbəbi haqqında danışdı

Bəxtiyar Vahabzadə Türkiyədə anıldı
21.10.2017, 21:37

Bəxtiyar Vahabzadə Türkiyədə anıldı

Barselonada aksiyalar başlayıb
21.10.2017, 21:16

Barselonada aksiyalar başlayıb

Azərbaycanda çəkilmiş film Rusiyada qadağan edildi
21.10.2017, 20:59

Azərbaycanda çəkilmiş film Rusiyada qadağan edildi

ABŞ Dövlət katibi Asiya turuna çıxdı
21.10.2017, 20:41

ABŞ Dövlət katibi Asiya turuna çıxdı

Azərbaycandan meyvə-tərəvəz ixracı 64 faiz artıb
21.10.2017, 20:18

Azərbaycandan meyvə-tərəvəz ixracı 64 faiz artıb

Marneulidə azərbaycanlı namizədlər arasında dava olub
21.10.2017, 20:02

Marneulidə azərbaycanlı namizədlər arasında dava olub

Ərdoğan yenə ABŞ-ı hədəf aldı
21.10.2017, 19:51

Ərdoğan yenə ABŞ-ı hədəf aldı

Prezidentin Ehtiyat Fondunda nə qədər vəsait olur... - Gələn ilin məbləği məlum oldu   
21.10.2017, 17:54

Prezidentin Ehtiyat Fondunda nə qədər vəsait olur... - Gələn ilin məbləği məlum oldu  

Polis intihar etmək istəyən qızı xilas etdi   
21.10.2017, 17:49

Polis intihar etmək istəyən qızı xilas etdi  

Parisdə Azərbaycan Evinin 25 illik yubileyi qeyd edilib - FOTOLAR
21.10.2017, 17:36

Parisdə Azərbaycan Evinin 25 illik yubileyi qeyd edilib - FOTOLAR

Cümhuriyyət parlamentinin yeganə qadını - Mollaların təhdid etdiyi başıaçıq xanım kim idi?..   
21.10.2017, 17:03

Cümhuriyyət parlamentinin yeganə qadını - Mollaların təhdid etdiyi başıaçıq xanım kim idi?..  

ARXİV
SORĞU
Hansı kommunal xidmətin işindən razısınız?
“Azəriqaz”(5.28%)
“Azərişıq”(25.1%)
“Azərsu”(10.1%)
“Azəristiliktəchizat”(3.52%)
Heç biri(55.9%)