20 noyabr 2017, Bazar ertəsi
Ana Səhifə - MEDİA - ANS-in jurnalları niyə bağlandı? - Teleşirkətdən CAVAB: “O qədər borclarımız var ki...”  
ANS-in jurnalları niyə bağlandı? - Teleşirkətdən CAVAB: “O qədər borclarımız var ki...”  
09.08.2017, 13:22

Ötən ilin iyulunda ANS telekanalının bağlanması gündəmi zəbt edən əsas məsələlərdən idi. Telekanalın qapadılmasına səbəb Türkiyədə baş verən  hərbi çevrilişə cəhd hadisələrindən sonra ANS əməkdaşının bu olaylara rəhbərlik etməkdə şübhəli bilinən Fətullah Gülənin ABŞ-da keçirdiyi mətbuat konfransında iştirak etməsi olub.

Müsahibədən sonra “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən, televiziya vasitəsilə terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi və dini ayrı-seçkiliyin təbliğinə yol verildiyi üçün ANS-in fəaliyyəti  dayandırıldı. Milli Televiziya və Radio Şurası (MTRŞ) 2016-cı il iyulun 18-də «ANS Müstəqil Yayım və Media» Şirkətinin yayımının dayandırılması barədə qərar qəbul edib. MTRŞ həmçinin, ANS-ÇM radiosunun lisenziyasını ləğv edib.

Lakin telekanal və radio ilə yanaşı, “ANS PRESS Nəşriyyat Evi” MMC müxtəlif jurnallar da dərc etdirib. “Hesabat”, “Bala dili”, “Elli”, “Elman”, “Aysel” kimi jurnallar oxuculara təqdim edilirdi.

Maraqlıdır, hazırda ANS şirkətlər qrupuna məxsus olan həmin jurnallardan hansısa fəaliyyət göstərirmi? Bu jurnalların aqibəti necə olub?

ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, maliyyə qaynağı olmadığı üçün şirkətə məxsus olan jurnallar da öz fəaliyyətini dayandırıb:

“Hazırda bizim fəaliyyətimiz tam şəkildə dayanıb. Bu səbəbdən bir qəpik də qazana bilmirik. Belə olduğu halda hansı vəsaitlə jurnal dərc etdirə bilərik? O qədər borclarımız var ki... Camaatın maaşını necə verək?...Yaxşı bilirsiniz ki, jurnal dərc etdirmək üçün işçi, vəsait, maliyyə qaynağı lazımdır”.

AMEA Zoologiya İnstitutunun direktoru Elman Yusifov dəfələrlə Modern.az-a açıqlamasında ANS-in avadanlıqları ilə bağlı məsələdə qeyri-müəyyənlik olduğunu və şirkətin binadan əmlakını çıxarmadığını bildirib.  Hətta institut direktoru açıqlamasında avadanlıqların köçürülməsi üçün ANS-ə yer təklif etdiyini də qeyd edib.

M.Məmmədov bununla bağlı ünvanladığımız sualı belə cavablandırıb:

“Avadanlıqlarla bağlı hər hansı irəliləyiş yoxdur, hamısı eyni yerdədir. Tutaq ki, biz bu avadanlıqları binadan çıxartdıq, bəs hara qoyacağıq, küçəyə?...Axı bizim binamız da yoxdur. Zoologiya İnstitutu çox şey deyə bilər. ANS-in əmlakı ilə əlaqəli məsələ məhkəməlikdir”.


Günay RƏSULQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Sabah paytaxtın bu rayonu qazsız qalacaq
20.11.2017, 21:15

Sabah paytaxtın bu rayonu qazsız qalacaq

Böyük şəhərlərdə tıxaclardan qurtulmağın YOLLARI
20.11.2017, 21:01

Böyük şəhərlərdə tıxaclardan qurtulmağın YOLLARI

Ərdoğan Putinlə Qarabağ münaqişəsini yalnız təkbətək görüşdə müzakirə edib
20.11.2017, 20:44

Ərdoğan Putinlə Qarabağ münaqişəsini yalnız təkbətək görüşdə müzakirə edib

Balakəndə oğurluqla məşğul olan dəstə zərərsizləşdirildi
20.11.2017, 20:29

Balakəndə oğurluqla məşğul olan dəstə zərərsizləşdirildi

Bakı Metropoliteni” "Qarabağ"a görə gücləndirilmiş iş rejiminə keçir
20.11.2017, 20:15

Bakı Metropoliteni” "Qarabağ"a görə gücləndirilmiş iş rejiminə keçir

İlham Əliyev:
20.11.2017, 20:02

İlham Əliyev: "Futbol Azərbaycanda prioritet sahələrdən biridir" - Yenilənib

Lökbatandakı partlayışla bağlı RƏSMİ MƏLUMAT
20.11.2017, 19:51

Lökbatandakı partlayışla bağlı RƏSMİ MƏLUMAT

Samuxda zəlzələ olub
20.11.2017, 19:00

Samuxda zəlzələ olub

Xəzəryanı ölkələrin XİN başçılarının Moskva görüşünün vaxtı açıqlanıb
20.11.2017, 18:53

Xəzəryanı ölkələrin XİN başçılarının Moskva görüşünün vaxtı açıqlanıb

Bakıda FIFA sammiti keçiriləcək
20.11.2017, 18:42

Bakıda FIFA sammiti keçiriləcək

Azərbaycan OPEK-in iclasına dəvət olunub
20.11.2017, 18:32

Azərbaycan OPEK-in iclasına dəvət olunub

Avropa Birliyinin maliyyələşdirdiyi layihə fəaliyyətə başlayıb
20.11.2017, 18:14

Avropa Birliyinin maliyyələşdirdiyi layihə fəaliyyətə başlayıb

Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi
20.11.2017, 18:00

Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi

Türkiyəli jurnalist azərbaycanlı yol polisindən yazdı: ”Dedi, pulun yoxdursa...”
20.11.2017, 17:49

Türkiyəli jurnalist azərbaycanlı yol polisindən yazdı: ”Dedi, pulun yoxdursa...”

Yalçın İmanov Vəkillər Kollegiyasından çıxarıldı
20.11.2017, 17:45

Yalçın İmanov Vəkillər Kollegiyasından çıxarıldı

Azərbaycan ordusu döyüşə hazır vəziyyətdə - FOTOLAR
20.11.2017, 17:40

Azərbaycan ordusu döyüşə hazır vəziyyətdə - FOTOLAR

Bakı Dövlət Universitetinin professoru vəfat edib
20.11.2017, 17:26

Bakı Dövlət Universitetinin professoru vəfat edib

Dollar sabah neçəyə satılacaq? - MƏZƏNNƏ
20.11.2017, 17:19

Dollar sabah neçəyə satılacaq? - MƏZƏNNƏ

“Azərbaycan bu sahədə ilk yerləri tutur” – Avropa İttifaqının səfiri
20.11.2017, 16:57

“Azərbaycan bu sahədə ilk yerləri tutur” – Avropa İttifaqının səfiri

Şadlıq sarayları toy menyularının qiymətini dəyişir? - Restoranlardan AÇIQLAMA   
20.11.2017, 16:54

Şadlıq sarayları toy menyularının qiymətini dəyişir? - Restoranlardan AÇIQLAMA  

Bakıda xərçəngdən əziyyət çəkən jurnalist üçün aksiya  
20.11.2017, 16:42

Bakıda xərçəngdən əziyyət çəkən jurnalist üçün aksiya  

Erməni hüquq müdafiəçisi Sarkisyanı qudası ilə İFŞA ETDİ
20.11.2017, 16:29

Erməni hüquq müdafiəçisi Sarkisyanı qudası ilə İFŞA ETDİ

“Kəlbəcər: ömrüm, həyatım” - FOTOLAR           
20.11.2017, 16:24

“Kəlbəcər: ömrüm, həyatım” - FOTOLAR           

“Azərbaycandan neft, qaz almaq istəyirik” – Polşalı rəsmi
20.11.2017, 16:17

“Azərbaycandan neft, qaz almaq istəyirik” – Polşalı rəsmi

Qadını bıçaqlayıb, soyan qohumu yaxalandı
20.11.2017, 16:16

Qadını bıçaqlayıb, soyan qohumu yaxalandı

Merkeli istefaya çağırdılar
20.11.2017, 16:01

Merkeli istefaya çağırdılar

Cocuq Mərcanlıda “Azərsu”nun  xidmət binasına baxış keçirildi
20.11.2017, 15:49

Cocuq Mərcanlıda “Azərsu”nun  xidmət binasına baxış keçirildi

Əli Həsənov Brüsseldəki Qarabağ Forumunda: “Bu cür mövqe ilə razılaşmaq mümkün deyil”   
20.11.2017, 15:48

Əli Həsənov Brüsseldəki Qarabağ Forumunda: “Bu cür mövqe ilə razılaşmaq mümkün deyil  

ADU-nun professorunun rəyi Çin mətbuatında
20.11.2017, 15:46

ADU-nun professorunun rəyi Çin mətbuatında

Sabah Azərbaycanda toz dumanı olacaq
20.11.2017, 15:42

Sabah Azərbaycanda toz dumanı olacaq

Əhliman Əmiraslanov AMEA-da  ümumi yığıncaq keçirdi
20.11.2017, 15:27

Əhliman Əmiraslanov AMEA-da  ümumi yığıncaq keçirdi

Meriya süpürgəçilərin həyatını təhlükəyə atır - elə sürücülərin də...
20.11.2017, 15:15

Meriya süpürgəçilərin həyatını təhlükəyə atır - elə sürücülərin də...

Azərbaycan Avstraliyadakı Beynəlxalq milli  mətbəx festivalında- ilk dəfə
20.11.2017, 15:13

Azərbaycan Avstraliyadakı Beynəlxalq milli  mətbəx festivalında- ilk dəfə

Barama Lissabon veb-sammitində
20.11.2017, 15:08

Barama Lissabon veb-sammitində

İmtahanlara hazırlaşanlara yeni XƏBƏR: qəbul proqramları təsdiqləndi   
20.11.2017, 15:00

İmtahanlara hazırlaşanlara yeni XƏBƏR: qəbul proqramları təsdiqləndi  

ARXİV