20 noyabr 2017, Bazar ertəsi
Ana Səhifə - ÖLKƏ - Cəbrayıl işğaldan 1 gün ƏVVƏL: “Tibb bacısı üzümüzə gülə-gülə ermənilərə işləyirdi”
Cəbrayıl işğaldan 1 gün ƏVVƏL: “Tibb bacısı üzümüzə gülə-gülə ermənilərə işləyirdi”
22.08.2017, 11:04

Sabah  Cəbrayılın  Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 24-cü ili tamam olacaq. Belə ki, rayon 1993-cü ilin 23 avqustunda  işğal olunub.

 

Ərazisi 1050 kvadrat kilometr olan Cəbrayılın Ermənistan Silahlı Qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb.

 

Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib.

 

Erməni işğalçıları ilə döyüşlərdə 180 nəfər həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.

 

Modern.az saytı  “1993-cü ilin o günü” layihəsini davam etdirir. Müsahibimiz həmin vaxtlarda idman cəmiyyətinin sədri olan Ramiz İmanovdur.  O, 1993-cü ilin 22 avqustunu ürək ağrısı ilə xatırlayır..

 

“Rayonu tərk etmək barədə düşünmürdük”

 

“Avqustun 22-si artıq Cəbrayılda tutqun ab-hava vardı. İnsanlar nə barədə düşünməyi belə unutmuşdular. Vəziyyət heç də yaxşı deyildi. Əslində, avqust ayının 15-nə qədər Cəbrayılda insanların əhvalı çox yaxşı idi. Heç kəs Cəbrayılı itirmək qorxusunu yaşamırdı. Amma ayın 15-də “Daşbaşı” postunun ələ keçirilməsi bütün ümidləri puç etdi. Rayonun qida və enerji problemi yox idi. Həm də yay vaxtı idi. İnsanların da çöhrəsində  təbəssüm vardı. Onlar rayonu tərk etmək barədə heç vaxt düşünmədilər. Sadəcə, qadınları və uşaqları aşağı kəndlərə köçürmüşdük. Hər kəs öz işində-gücündə idi”

 

Qadının belini tövlədə qırıb öldürmüşdülər...

 

Müsahibimiz  bəzi dəhşətli hadisələrə şahidlik etdiyini deyir. Danışdıqca, qəhər onu boğurdu.

 

“O zamanlar idman cəmiyyətinin sədri idim. “Xudafərin” futbol komandasına başçılıq edirdim. Həmin vaxtlarda uşaqlardan 25 nəfər götürüb həftədə 2-3 dəfə posta gedirdik. Növbə çəkirdim. Həm də o vaxt komandir müavini kimi çalışırdım.

 

Səhərə qədər erməni postu ilə üz-üzə qalırdıq. Elə birinci dəfə “Daşbaşı” postunun ələ keçirilməsi ilə Cəbrayılın “beli qırıldı”. O hadisə yadıma düşəndə indi də özümə gələ bilmirəm. Postdakı əsgərlərimizin başını bədənindən ayırmışdılar. Birini də diri-diri yandırmışdılar. Bir hadisə də yadımdan çıxmır. Kənd qadınlarından birinin tövlədə belini qırıb öldürmüşdülər. Bu cür dəhşətli hadisələrin şahidi olmuşam. İndi də danışdıqca əllərim əsir”

 

“Düşmən tərəfi yaxşı silahlanmışdı”

 

Ramiz İmanovun sözlərinə görə Cəbrayılın müdafiəsinə qoşulan könüllülər çox idi.

“Əldəqayırma toplarımız vardı. Onunla erməni hücumlarına qarşı müqavimət göstərməyə çalışırdıq. Halbuki o topla nə etmək olardı ki! Yadımdadır ki, Cəbrayılın müdafiəsinə Azərbaycanın müxtəlif bölgələrindən gəlmişdilər. Qubadan, Qusardan Gəncədən xeyli könüllülər köməyə gəlmişdilər. Amma silahsız nə edə bilərdik ki! Düşmən tərəf çox yaxşı silahlanmışdı”

 

“Daşnaksütyun” partiyasına pul ötürürmüş”

 

Cəbrayıldan olan məcburi köçkün həmin vaxt rayonda yaşayan iki ermənidən də söz açıb.

“Cəbrayılda cəmi 2 erməni vardı. Biri tibb bacısı, biri də çəkməçi idi. Roza adlı tibb bacısı üzümüzə gülə-gülə ermənilərə işləyirmiş. Bütün məlumatları düşmən tərəfə ötürürmüş. Bu illər ərzində Roza adlı erməninin nə işlər gördüyündən xəbərimiz olmayıb. Həmin erməni qadın “Daşnaksütyun” partiyasına Cəbrayıl kassasından pul köçürürmüş. Halbuki, özünü Cəbrayılda özünü bilici kimi aparırdı”

 

“Hümbətovun dəstəsi zorakılıq halları törədirdi”

 

Müsahibimiz Əlikram Hümbətovun dəstəsinin günahsız insanlara qarşı zor işlətdiyini ürək ağrısı ilə danışır.

 “Əlikram Hümbətovun dəstəsi Füzuli tərəfi qoruyurdu. Avqustun 8-də o öz qoşunlarını Füzuli tərəfdən çəkir və gedib cənubda qondarma “Talış Muğan Respublikası”nın yarandığını elan edir. Əslində, Əlikram Hümbətov pozuculuq işləri ilə məşğul olurdu. Separatçı qüvvələrin sayı çoxaldığından heç cür dövlətdən kömək istəyə bilmirdik.

 

Aləm bir-birinə dəymişdi. Həmin vaxtlar belə bir xəbər də eşitdik. Əmim oğlu Füzulinin aşağı kəndlərində yaşayırdı. Deyir ki, Əlikram Hümbətovun dəstəsi kənd qızlarına hücum edirdi. Bir dəfə Hümbətovun tankçı dəstəsi kənd qızlarından birini zorlamışdı. Qızın atasının ürəyi partlayıb ölmüşdü. Sonra bizim uşaqlar həmin tankı tapa bildilər. Ona görə də həmin dövrlərdə içimizdə olan separatçı qüvvələr erməni xislətlərini göstərirdilər”


Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
20.11.2017, 00:57

"Bu nə tərbiyəsizlik, nə əxlaqsızlıq?" - Deputatdan kəskin reaksiya

Robert Muqabe xalqa müraciətində istefadan danışmadı - Yenilənib
20.11.2017, 00:34

Robert Muqabe xalqa müraciətində istefadan danışmadı - Yenilənib

“Faiq Azərbaycan kişisinin namusuna düşən ləkədir”
20.11.2017, 00:17

“Faiq Azərbaycan kişisinin namusuna düşən ləkədir”

26 ildir çözülməyən Qarakənd faciəsi...
20.11.2017, 00:01

26 ildir çözülməyən Qarakənd faciəsi...

Avropa İttifaqı Ermənistandan Metsamor AES-i bağlamağı tələb edir
19.11.2017, 23:31

Avropa İttifaqı Ermənistandan Metsamor AES-i bağlamağı tələb edir

Ərdoğanın mühafizəçiləri qəzaya düşdü: 4 yaralı
19.11.2017, 23:12

Ərdoğanın mühafizəçiləri qəzaya düşdü: 4 yaralı

Xərçəng diaqnozu qoyulan kral xəstəxanaya yerləşdirildi
19.11.2017, 22:56

Xərçəng diaqnozu qoyulan kral xəstəxanaya yerləşdirildi

"Qarabağ münaqişəsinin həllində irəliləyişi təmin etməkdə maraqlıyıq" - Sergey Lavrov
19.11.2017, 22:42

"Qarabağ münaqişəsinin həllində irəliləyişi təmin etməkdə maraqlıyıq" - Sergey Lavrov

Yol qəzasında sürücü gözlərini itirdi
19.11.2017, 22:22

Yol qəzasında sürücü gözlərini itirdi

İlham Əliyev:
19.11.2017, 22:06

İlham Əliyev: "Azərbaycan bu münaqişənin tezliklə nizamlanmasında son dərəcə maraqlıdır"

Cəlilabadda bıçaqlanma
19.11.2017, 21:47

Cəlilabadda bıçaqlanma

Humanitar yardım almaq istəyən 15 nəfər öldü
19.11.2017, 21:17

Humanitar yardım almaq istəyən 15 nəfər öldü

15 yaşında qıza elçi gedərkən, hara baxırdız?! Reytinq cədvəlinə?!
19.11.2017, 20:59

15 yaşında qıza elçi gedərkən, hara baxırdız?! Reytinq cədvəlinə?!

"Neftçi" doğma meydanda "Qəbələ"yə uduzdu
19.11.2017, 20:46

"Neftçi" doğma meydanda "Qəbələ"yə uduzdu

Göygöldə ağır qəza: 1 ölü, 6 yaralı
19.11.2017, 20:30

Göygöldə ağır qəza: 1 ölü, 6 yaralı

İtaliyada 4,7 bal gücündə zəlzələ oldu
19.11.2017, 20:16

İtaliyada 4,7 bal gücündə zəlzələ oldu

Saakaşvili baş nazir olmağa hazırlaşır
19.11.2017, 20:02

Saakaşvili baş nazir olmağa hazırlaşır

İlham Əliyev Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19.11.2017, 19:50

İlham Əliyev Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Qaxda dağlıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB
19.11.2017, 18:01

Qaxda dağlıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB

“Mercedes” işıq dirəyinə çırpıldı: ölən və xəsarət alan var - SİYƏZƏNDƏ
19.11.2017, 17:35

“Mercedes” işıq dirəyinə çırpıldı: ölən və xəsarət alan var - SİYƏZƏNDƏ

Ermənistan ordusunda növbəti FƏRARİLİK    
19.11.2017, 16:51

Ermənistan ordusunda növbəti FƏRARİLİK    

93 yaşlı prezident Zimbabve hakim partiyasının rəhbəri postundan kənarlaşdırılıb
19.11.2017, 16:37

93 yaşlı prezident Zimbabve hakim partiyasının rəhbəri postundan kənarlaşdırılıb

Abxaziya dəmir yolunun açılmasına dair danışıqlar: “Azərbaycanın şərti var ki, silah daşınmasın...”   
19.11.2017, 15:37

Abxaziya dəmir yolunun açılmasına dair danışıqlar: “Azərbaycanın şərti var ki, silah daşınmasın...”  

Bu il ölkəyə 532 mindən çox mobil telefon gətirilib
19.11.2017, 15:19

Bu il ölkəyə 532 mindən çox mobil telefon gətirilib

6 meyit Azərbaycana qaytarılıb - Qızıl Xaç Komitəsinin HESABATI
19.11.2017, 14:48

6 meyit Azərbaycana qaytarılıb - Qızıl Xaç Komitəsinin HESABATI

Lavrov İrəvanda Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivini müzakirə edəcək
19.11.2017, 14:37

Lavrov İrəvanda Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivini müzakirə edəcək

Ucarda pambıq tayası yanıb
19.11.2017, 14:24

Ucarda pambıq tayası yanıb

“Azəristilik” SÖZ VERDİ: “Sabahdan bütün mənzillərdə istilik olacaq”
19.11.2017, 14:14

“Azəristilik” SÖZ VERDİ: “Sabahdan bütün mənzillərdə istilik olacaq”

“Made in Azerbaijan” brendi ilə Rusiyaya məhsullar ixrac olunacaq
19.11.2017, 13:30

“Made in Azerbaijan” brendi ilə Rusiyaya məhsullar ixrac olunacaq

Fransada polis 3 nəfəri qətlə yetirib
19.11.2017, 12:40

Fransada polis 3 nəfəri qətlə yetirib

Sabaha olan hava PROQNOZU
19.11.2017, 12:28

Sabaha olan hava PROQNOZU

İmişlidə avtoqəza: ölən və yaralananlar var
19.11.2017, 11:43

İmişlidə avtoqəza: ölən və yaralananlar var

Komanda-qərargah oyunları çərçivəsində Naxçıvan Qarnizonu fəaliyyətlərini davam etdirir - FOTO - VİDEO
19.11.2017, 11:25

Komanda-qərargah oyunları çərçivəsində Naxçıvan Qarnizonu fəaliyyətlərini davam etdirir - FOTO - VİDEO

“Evrascon” ASC-nin avtomobili beton dirəyə çırpılıb, ölən və yaralanan var - SALYANDA
19.11.2017, 11:07

“Evrascon” ASC-nin avtomobili beton dirəyə çırpılıb, ölən və yaralanan var - SALYANDA

Plagiat faktlarla  bağlı hansı müraciətlər daxil olub?- RƏSMİ
19.11.2017, 11:04

Plagiat faktlarla  bağlı hansı müraciətlər daxil olub?- RƏSMİ

ARXİV