21 sentyabr 2017, Cümə axşamı
Ana Səhifə - ÖLKƏ - “Bəzi məmurlar deputatlara təkəbbürlə baxırlar” - Millət vəkillərinə arxa çevirən VƏZİFƏLİ ŞƏXSLƏR  
“Bəzi məmurlar deputatlara təkəbbürlə baxırlar” - Millət vəkillərinə arxa çevirən VƏZİFƏLİ ŞƏXSLƏR  
11.09.2017, 16:14

“Milli Məclisin deputatının statusu haqqında” qanunun 14-cü maddəsində (Deputatın vəzifəli şəxslər tərəfindən təxirə salınmadan qəbul edilmək hüququ) göstərilib ki, deputat Azərbaycan  mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, məhkəmə hakimiyyəti orqanlarının, prokurorluq orqanlarının, yerli özünüidarə orqanlarının, dövlət müəssisələrinin, idarələrinin və təşkilatlarının vəzifəli şəxsləri tərəfindən təxirə salınmadan qəbul edilməlidir.

Maraqlıdır, deputatlar vəzifəli şəxslər tərəfindən təxirə salınmadan qəbul edilirlərmi?

Modern.az saytı bu sualla bir neçə deputata müraciət edib.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib ki, vəzifəsindən asılı olmayaraq, heç bir məmur deputatı təxirə salınmadan qəbul etməkdən imtina edə bilməz.

 

“Amma məmurların böyük bir qismi “Deputatın statusu haqqında” göstərilən maddəyə əməl etmir. Bəzən deputatın sorğusuna da cavab vermirlər. Hətta bəzilərinin xidməti telefonuna zəng edirsən, həmin məmurun özü yox, köməkçisi cavab verir. Ya da məmurla bizi telefon əlaqəsinə birləşdirmirlər. Hətta bəzi icra orqanlarının nümayəndələri deputatlara təkəbbürlə baxırlar. Bu hallar bizi çox narahat edir.
Mən çox az hallarda məmurlara müraciət edirəm. Amma belə hallara rast gəlmişəm. Mən 1990-1995-ci illərdə deputat olan zaman belə bir hadisələrlə rastlaşmamışdım. O, vaxt deputata böyük qayğı, sevgi vardı. İstənilən vəzifəli şəxs istəyirdi ki, deputatla münasibəti yaxşı olsun. İndi isə əksinədi. Belə şey olmaz axı. Bu haradan qaynaqlanır? Azərbaycanda yalnız prezident və deputatlar xalq tərəfində seçilir. Necə ola bilər ki, yüksək ad daşıyan, toxunulmazlıq hüququ olan deputatlara bəzi məmurlar tərəfindən etinasızlıq göstərilir?
Amma başqalarına çox böyük qayğı göstərirlər. Ona görə də hesab edirəm ki, deputatların hər biri bu məsələdə çox ciddi tədbirlər görməlidir. Çünki bəzi deputatların başqa yerdə işləri olduğuna görə onlara ehtiram olunur. Amma kimin ki, başqa yerdə səlahiyyətləri aşağıdır, onlara kifayət qədər ehtiram yoxdur. Əgər xalqımız, dövlətimiz bizə etimad göstərib deputat seçibsə, hər kəsin borucudur  ki, bizi eştsin. Deputatın nüfuzunun yüksək olması, xalqının nüfuzunun yüksək olması deməkdir”.

 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, onun məmurlarla görüşündə heç bir problem yoxdur.

 

“İstənilan zaman baş nazir Artur Rəsizadən tutmuş bütün nazirlərlə, hökumət üzvləri ilə telefon danışığı aparıram, görüşlər keçirirəm. Bu istiqamətdə elə bir ciddi problemim yoxdur”.

 

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc qeyd edib ki, parlament üzvü səlahiyyətlərini həyata keçirmək üçün müxtəlif dövlət, hökumət orqanlarının təmsilçilərilə görüşmələr, yazışmalar və digər xarakterli əlaqələr qurur.

 

“Bu, deputatın vəzifəsinin tələbidir. Deputat  ictimai problemləri parlamentin tribunalarına gətirir. Digər yandan, bu problemləri işıqlandırıb cəmiyyətin diqqətini çəkmədən real danışıqlarla məsələlərin aktuallığını həmin hökumət nümayəndələrinə izah etməklə həll yolları axtarır.
Bu illər ərzində yaxşı əməkdaşlıq formatı quran, parlament üzvlərinə meydan verən və onlarla təmasları nazirliyin işinin irəli getməsində mühüm vasitə sayan insanlar çox olub. Məsələyə bir qədər soyuq yanaşanlar da olub. Hesab edirəm ki, bu yerdə ümumiləşdirmək doğru olmaz. Həqiqətən də ötən dövr ərzində parlament üzvü kimi mənim  baş nazir Artur Rəsizadə və digər nazirlərlə on dəfələrlə görüşüm olub. Bütün bu görüşlərimin hamısı təmsil etdiyim Bərdə bölgəsi ilə əlaqədar olub. Görüşlər Bərdədəki sosial-iqtisadi durumu özündə ehtiva edib. Bu görüşlərin çox böyük faydası olub. Hesab edirəm ki, belə münasibət dövlət quruculuğu prosesində kiçik də olsa, mühüm damladır. Lakin ən başlıcası insanlarımızın bizim üzərimizə qoyduğu etimadı və öhdəliyi doğrultmaq üçün olan addımlardır”.

 

İnsan hüquqları komitəsi sədrinin müavini Yevda Abramov bildirib ki, onun məmurlarla görüşündə heç bir problem yoxdur.

 

“Mən ölkə rəhbərliyi, nazir, komitə sədriləri ilə rahat görüşlər keçirə bilirəm. Bu barədə heç bir problemim yoxdur. İstədiyim yerə zəng vurur, vaxt təyin edib, görüşürəm. Bəzi sorğularımın cavabları isə məni qane etmir”.

 


Mirmahmud KAZIMOĞLU
Xəbərin müəllifi

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İlham Əliyev BMT Baş katibi ilə görüşdü - Yenilənib, FOTO
21.09.2017, 01:03

İlham Əliyev BMT Baş katibi ilə görüşdü - Yenilənib, FOTO

ABŞ-da orta məktəbdə silahlı insident
21.09.2017, 00:42

ABŞ-da orta məktəbdə silahlı insident

Meksikada 3 günlük matəm elan edildi
21.09.2017, 00:27

Meksikada 3 günlük matəm elan edildi

Azərbaycan nefti bahalaşıb
20.09.2017, 23:58

Azərbaycan nefti bahalaşıb

Azərbaycan Qoşulmama Hərəkatının prinsiplərinə xüsusi diqqət ayırır
20.09.2017, 23:43

Azərbaycan Qoşulmama Hərəkatının prinsiplərinə xüsusi diqqət ayırır

Aşıq Ədalətin çəkildiyi və saz ifa etdiyi filmlər - “Çal, aşıq, komsomolun canı...”
20.09.2017, 23:26

Aşıq Ədalətin çəkildiyi və saz ifa etdiyi filmlər - “Çal, aşıq, komsomolun canı...”

Nikahdankənar uşaqlar ən çox bu rayonlarda doğulub
20.09.2017, 23:09

Nikahdankənar uşaqlar ən çox bu rayonlarda doğulub

Daşkəsən sakini həyat yoldaşı və qayınanasını bıçaqlayıb
20.09.2017, 22:53

Daşkəsən sakini həyat yoldaşı və qayınanasını bıçaqlayıb

Yaponiya yenidən silkələndi
20.09.2017, 22:38

Yaponiya yenidən silkələndi

İlham Əliyev Trampla görüşdü
20.09.2017, 22:23

İlham Əliyev Trampla görüşdü

FED uçot dərəcəsini dəyişmədi
20.09.2017, 22:15

FED uçot dərəcəsini dəyişmədi

Dar şalvar, sıx büshalter, hündürdaban ayaqqabılar – GEYİM VƏ SAĞLAMLIQ
20.09.2017, 22:06

Dar şalvar, sıx büshalter, hündürdaban ayaqqabılar – GEYİM VƏ SAĞLAMLIQ

"Bank əməkdaşı" təqaüdçüləri aldatdı - VİDEO
20.09.2017, 21:49

"Bank əməkdaşı" təqaüdçüləri aldatdı - VİDEO

Xanımların gözəl görünmək istəyi qarşısında ƏZİYYƏT ÇƏKƏN KİŞİLƏR
20.09.2017, 21:33

Xanımların gözəl görünmək istəyi qarşısında ƏZİYYƏT ÇƏKƏN KİŞİLƏR

20.09.2017, 21:17

"ABŞ beynəlxalq razılaşmaları pozur" - Ruhani

İlham Əliyev BMT-də çıxış etdi: Hərbi cinayətkarlardan biri Ermənistanın indiki prezidentidir - YENİLƏNİB-3
20.09.2017, 21:03

İlham Əliyev BMT-də çıxış etdi: Hərbi cinayətkarlardan biri Ermənistanın indiki prezidentidir - YENİLƏNİB-3

Dünya Bankının nümayəndələri DİM-də müzakirə apardı
20.09.2017, 20:49

Dünya Bankının nümayəndələri DİM-də müzakirə apardı

Xaçmazda meşə yanğını söndürülüb - Yenilənib
20.09.2017, 20:35

Xaçmazda meşə yanğını söndürülüb - Yenilənib

Erməni deputatlar sabah Bakıya gəlir
20.09.2017, 20:23

Erməni deputatlar sabah Bakıya gəlir

UEFA final oyunu üçün Bakını seçdi
20.09.2017, 20:07

UEFA final oyunu üçün Bakını seçdi

Hərbi Akademiyada elmi-praktik konfrans keçirilib
20.09.2017, 19:56

Hərbi Akademiyada elmi-praktik konfrans keçirilib

UEFA Super Kubokunun finalı İstanbulda keçiriləcək
20.09.2017, 18:57

UEFA Super Kubokunun finalı İstanbulda keçiriləcək

Moskvanın mərkəzində bomba həyəcanı
20.09.2017, 18:41

Moskvanın mərkəzində bomba həyəcanı

Tovuzda qəza: yaralananlar var
20.09.2017, 18:33

Tovuzda qəza: yaralananlar var

İlham Əliyev Malta Prezidentini təbrik edib
20.09.2017, 18:08

İlham Əliyev Malta Prezidentini təbrik edib

"Qarabağ" - “Roma” oyununa yalnız 2 manatlıq biletlər qalıb   
20.09.2017, 17:50

"Qarabağ" - “Roma” oyununa yalnız 2 manatlıq biletlər qalıb  

İraq kürdlərinin referendumu yeni müharibəyə səbəb olacaq
20.09.2017, 17:48

İraq kürdlərinin referendumu yeni müharibəyə səbəb olacaq

Qardaşının Üzeyir Hacıbəyliyə məktubu: “Borclular məni əldən saldı, arvadımdan çox utanıram”   
20.09.2017, 17:43

Qardaşının Üzeyir Hacıbəyliyə məktubu: “Borclular məni əldən saldı, arvadımdan çox utanıram”  

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ
20.09.2017, 17:29

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ

Məhkəmə-Hüquq Şurası dövlət orqanlarının təsnifat siyahısına daxil edilir   
20.09.2017, 17:27

Məhkəmə-Hüquq Şurası dövlət orqanlarının təsnifat siyahısına daxil edilir  

Bakı, yoxsa Madrid? - UEFA qərarı bu gün açıqlayır
20.09.2017, 17:17

Bakı, yoxsa Madrid? - UEFA qərarı bu gün açıqlayır

“Space”də maaşlar kəsilib? - Telekanaldan iddialara CAVAB VERİLDİ   
20.09.2017, 17:04

“Space”də maaşlar kəsilib? - Telekanaldan iddialara CAVAB VERİLDİ  

ADU-nun rektoru əcnəbilərlə görüşüb
20.09.2017, 17:00

ADU-nun rektoru əcnəbilərlə görüşüb

XİN: Qarabağa gedən konqresmenlər erməni lobbisindən asılıdır
20.09.2017, 16:58

XİN: Qarabağa gedən konqresmenlər erməni lobbisindən asılıdır

Universitetin klinikası tibbi xidmətlər təklif edir
20.09.2017, 16:56

Universitetin klinikası tibbi xidmətlər təklif edir

ARXİV
SORĞU
Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz?
- Bəli qəbul edirəm və Kərbəla şəhidlərinə mütləq yas saxlayacam (46.7%)
- Məhərrəmliyin şərtləri yalnız şiələr üçündür(8.98%)
- Bu şərtlərin heç birini qəbul etmirəm(13.1%)
- Məhərrəmlık əsl İslama ziddir(31.1%)