Modern.az

Jurnalistlər də övladlarını ilk dəfə 1-ci sinfə apardılar - FOTOLAR  

Jurnalistlər də övladlarını ilk dəfə 1-ci sinfə apardılar - FOTOLAR   

15 Sentyabr 2017, 09:51

Yeni tədris ili başladı. Bu il – yeni tədris ilində ölkənin ümumtəhsil məktəblərində 1 445 049 şagird təhsil alacaq.  Birinci sinfə gedən şagirdlərin sayı isə 164 945 nəfərdir.

Təhsil Nazirliyinin məlumatına görə, 2017-2018-ci tədris ilinə ölkənin dövlət ümumtəhsil məktəbləri üçün ümumilikdə 241 adda 4 563 416 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub.

Bakıda isə ümumi təhsil məktəbləri üzrə I sinifə 46000-dən çox uşaq gedib. Cari tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə 395 773 şagird təhsil alacaq. Onlardan IX sinfində 27514, XI sinfində 19530, XII sinfində 635 şagird təhsil alacaq.

Modern.az-ın məlumatına görə, bu gün ilk dəfə təhsil ocağına qədəm qoyan uşaqlar arasında jurnalist övladları da var.
 


“Hafta.az” saytının əməkdaşı Naibə Qurbanovanın oğlu Sədi bu il ilk dəfə orta məktəbə qədəm qoyan 1-cilərdəndir.


“Oxu.az” saytının redaktoru Amil Hacıyev övladını - qızını 1-ci sinfə yola salan jurnalistlərdəndir.



Fransızdilli “Le Carrefour” qəzetinin baş redaktoru Zeynab Kazımovanın oğlu Yusif bu gün 1-ci sinfə gedib.


Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyevin oğlu Oğuzxan da bu il ilk dəfə 1-ci sinfə qədəm qoyub. Həmkarımızın övladı Bakı Slavyan Universitetinin nəzdindəki liseydə təhsil alacaq.



“Axar.az” saytının baş redaktoru Anar Niftəliyev qızı İncini 1-ci sinfə aparıb.


APA İnformasiya Agentilinin əməkdaşı Aqşin Rafiqoğlu qızı Zəhranı 1-ci sinfə yola salıb.


Dövlət Fitosanitar Nəzarət Xidmətinin mətbuat katibi Rövşən Ziyanın isə oğlu Ömər 6 yaşı tamam olduğundan 1-ci sinifdə dərslərə başlayıb.


“Report.az”ın əməkdaşı Namiq Hüseynov da qızı Fidanı 1-ci sinfə yola salan jurnalist valideynlərdəndir. 


Şair-jurnalist Əvəz Qurbanlının oğlu oğlu Güntayı da 1-ci sinifdə təhsilə başlayıb. 


"Azərxalça" ASC-nin mətbuat katibi Ləman Ələşrəfqızının övladı Nilufər bu il 1-ci sinfə yola salınan 6 yaşlılar arasındadır.


"Bakı xəbər" qəzetinin müxbiri Vidadi Ordahallı da qızını bu gün ilk dəfə dərsə - 1-ci sinfə aparıb.


"Yeniçağ.az"ın əməkdaşı Araz Zeynalovun oğlu Ramal bu gün 1-ci sifində təhsilə başlayıb


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Rəvan Soltanovun oğlu Harun Soltanzadə bu gün ilk dəfə məktəbə - 1-ci sinfə gedib.


Fins.az saytının baş redaktoru Əli Əhmədov bu gün oğlu Zülfüqar Əhmədzadəni 1-ci sinfə aparıb.


Sumqayıtda fəaliyyət göstərən “Xeberle.com” saytının baş redaktoru Elnur Ağayev qızı Gülsümü 1-ci sinfə yola salıb.


ATV telekanalının əməkdaşı Kərəm Ələsgərovun qardaşı oğlu Raul da bu gün 1-ci sinfə gedən uşaqlar arasındadır. 


Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ağa Cəfərlinin oğlu Rəşad Cəfərli bu gündən 1-ci sinif şagirdi olub.


Teleqraf.com saytının redaktoru 
Ruslan Xəlilin böyük övladı Toğrul 1-ci sinfə qədəm qoyub.


"Bizim Yol” qəzetinin əməkdaşı 
Rəşad Vaqifoğlunun qızı Gülay da 1-ci sinif şagirdi olub.


"İstiqlal.az" saytının rəhbəri Qadir İbrahimli oğlu Əlini 1-ci sinfə dərsə aparıb.


"Strateq.az" saytının redaktoru Zaur İbrahimlınin qızı Arzu da bu il ilk dəfə məktəbə qədəm qoyub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır