23 noyabr 2017, Cümə axşamı
Ana Səhifə - MƏDƏNİYYƏT - SSRİ-də bütün kişilərin sevimlisinə çevrilən MARİANNA - Məşhur aktrisa 65 yaşa çatdı - FOTO
SSRİ-də bütün kişilərin sevimlisinə çevrilən MARİANNA - Məşhur aktrisa 65 yaşa çatdı - FOTO +
19.10.2017, 15:45

Veronika Kastro… Yaşlı və orta nəsil bu adı yəqin ki, yaxşı xatrılayır… 80-ci illərdə bütün keçmiş SSRİ məkanında yayımlanan “Varlılar da ağlayır” teleserialının baş qəhrəmanını oynayan meksikalı aktrisa və müğənni...

80-ci illərin sonlarında yayımına icazə verilən Meksika serialları keçmiş SSRİ-də, sonralar isə postsovet məkanında geniş tamaşaçı kütləsi topladı. Kiçikdən böyüyə qədər hər kəs uzaq Latın Amerikasında cərəyan edən sevgi əhvalatlarını böyük həyəcan içində izləyirdi. O dövrdə serialların baş qəhrəmanlarının Azərbaycanda da çoxsaylı fanat ordusu yaranmışdı.


Veronika Kastro həmin ulduz aktrisalardan biri idi. Bu gün – 19 oktyabrda o, 65 illik yubileyini qeyd edir. Sovet tamaşaçıları onu “Varlılar da ağlayır” serialından Marianna kimi tanıyırlar.

1979-cu ildə istehsal olunmuş telenovella 80-ci illərin sonlarında bütün SSRİ-də böyük tamaşaçı auditoriyası toplamışdı.

Serialda qulluqçu Marianna Vilyareal atasını itirəndən sonra, ögey anası onu evdən qovur. Böyük bir sərvətin varisi olduğundan xəbərsiz olan bu biçarə qız səadəti üçün paytaxta gəlir. Sadəlövh Mariannanın başına min cür müsibətlər gəlir. Bütün Latın Amerikan seriallarında olduğu kimi, bu ekran əsərində də baş qadın qəhrəmanı kişilər öz aralarında bölə bilmirlər.

Veronika Kasto “Varlılar da ağlayır” serialında çəkilərkən 153 sm boya, 48 kiloqram çəkiyə malik zərif aktrisa idi.  Bu serial onu bütün dünyaya tanıtdı.

O zaman ilk 8 seriyadan sonra SSRİ-də televiziyaya rəhbərlik edənlər serialın yayımını dayandırmaq barədə qərar versələr də, “Ostankino”ya yağan tamaşaçı məktubları onları fikrindən daşındırdı. Nəticədə “Varlılar da ağlayır” serialının bütün 248 seriyası sovet teleməkanında yayımlandı.

“Varlılar da ağlayır” telenovellası hətta dünya miqyasında da serial sektorunun inkişafında bir trampilin rolunu oynadı. Hazırda serial bazarında özünəməxsus yer tutan Türkiyədə də o vaxtlar bu serial geniş izlənilirdi, hətta bir neçə faciəyə belə səbəb olmuşdu. Bu barədə Orxan Pamuk "Qar" romanında yazıb:

“Qarsda dindar qızlar baş örtüsü geyindiklərinə görə universitetə buraxılmırlar. Artıq qızlardan bəziləri intihar etmişdi. Qarsa jurnalist kimi gəlmiş K.A. intihar etmiş qızlardan birinin ailəsi ilə söhbət zamanı öyrənir ki, qız intihardan qabaq " Marianna" serialına baxıb, bundan sonra otağına keçib intihar edib. Yəqin ki, sevgisi uğrunda mübarizə aparan Mariannanın cəsarəti ilə özünün çarəsizliyini müqayisə etdikdən sonra çıxış yolunu intiharda görmüşdü bədbəxt qızcığaz”.

Veronika Kastro 1952-ci ildə Mexiko şəhərində anadan olub.

Veronika ilk dəfə 16 yaşında "Caballero" jurnalında çılpaq göründü.

Marianna rolunu oynadığı  “Varlılar da ağlayır” serialından sonra isə onun ulduzu parladı. Şöhrəti bütün Latın Amerikasına, İspaniyaya, Fransaya, SSRİ-yə yayıldı. On il sonra isə daha bir serialla – bir zamanlar “Varlılar da ağlayır” qədər sevib baxılan“Vəhşi Qızılgül” ilə şöhrətlənən Veronika keçmiş SSRİ-də də bütün kişilərin sevimlisinə çevrilmişdi.

Veronika Kastro 1992-ci ildə Rusiyaya gələndə isə onu burada təntənə ilə qarşıladılar. Elə bil hansıa bir prezident Rusiyaya gəlmşdi.



Bu gün 65 yaşını qeyd edən aktrisa hazırda kosmetik mağazalar şəbəkəsindən ibarət böyük biznes imperiyaya malikdir. Bundan başqa, 16 mahnı diski buraxan aktrisa Latın Amerikasında böyük fanat ordusu toplayıb. O heç zaman ərdə olmayıb. İndi də subaydır. Buna baxmayaraq, müxtəlif kişilərdən 2 oğul övladı var. Onların böyüyü Kristian, balacası Maykl Meksikada tanınmış müğənnidirlər.

Onun böyük oğlu Kristian 1974-cü ildə anası hələ populyar ulduz olmayan zaman doğulub. Uzun illər uşağın atasının kimliyini gizli saxlayan akstrisa müəyyən vaxtdan sonra komik aktyor Manuel Valdesin Kristianın atası olduğunu etiraf edib.

Maraqlıdır ki, Veronika Kastro öz övladlarının boşanmasına da səbəb olub. Belə ki, onun böyük oğlu Kristianın paraqvaylı aktrisa Qabriella Bo, sonradan isə argentinalı Valeri Libermanla boşanması Veronikanın tələbi ilə baş verib.

“Valeri ilə bir-birimizi ilk baxışdan sevmədik. Bu qadınla evli olan şəxsin öz oğlum olduğunu qəbul etmək istəmirdim”, - deyə aktrisa müsahibəsində bildirib.

 

Şayiələrə görə aktrisanın kiçik oğlu Mayklın da 8 il görüşdüyü rəssam Paolo Fernandeslə münasibətlərini yarımçıq saxlaması anası ilə bağlı olub.

 

65 yaşlı aktrisa tez-tez plastik cərrahın xidmətlərindən yararlandığını deyir və bu günə qədər keçmiş sovet respublikalarından ona müxtəlif hədiyyə və suvenirlərin göndərildiyini etiraf edir.


Vüqar İSMAYILOV
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Ağahüseyn
19.10.2017, 11:50

O serialın adı "Vəhşi Qızılgül" yox, "Vəhşi Roza"dır. Çünki obrazın adı Rozadır. Qızılgül o vaxt deyilə bilər ki, söhbət qızılgül çiçəyindən və yaxud qızılgül gülündən getsin. Axı film Azərbaycanda çəkilməyib. Bir də ki, adlar dildən dilə tərcümə olunmur, onlar olduğu kimi səslənir...

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Yaponiyada qrip əleyhinə dərmanlar qadağan edilə bilər - ilginc SƏBƏB
23.11.2017, 09:25

Yaponiyada qrip əleyhinə dərmanlar qadağan edilə bilər - ilginc SƏBƏB

İlham Əliyev bu gün Brüsselə gedir
23.11.2017, 09:19

İlham Əliyev bu gün Brüsselə gedir

Bu gün AvroLiqada 5-ci tur keçiriləcək - TƏQVİM   
23.11.2017, 09:09

Bu gün AvroLiqada 5-ci tur keçiriləcək - TƏQVİM  

Milli Məclis büdcə müzakirələrini bu gün yekunlaşdıracaq
23.11.2017, 09:07

Milli Məclis büdcə müzakirələrini bu gün yekunlaşdıracaq

Çempionlar Liqasında 5-ci tur yekunlaşdı - NƏTİCƏLƏR
23.11.2017, 09:03

Çempionlar Liqasında 5-ci tur yekunlaşdı - NƏTİCƏLƏR

Şamaxı Astrofizika Rəsədxanasının direktoru: “Asrtoloqların hamısı cəfəngiyyat danışır”
23.11.2017, 08:54

Şamaxı Astrofizika Rəsədxanasının direktoru: “Asrtoloqların hamısı cəfəngiyyat danışır”

Onun özü yox, əməlləri danışır...   
23.11.2017, 08:38

Onun özü yox, əməlləri danışır...  

Yol polisinin “pərdə-plyonka tələbi”nə məhəl qoymayan 796 sürücüyə cərimə kəsildi   
23.11.2017, 08:30

Yol polisinin “pərdə-plyonka tələbi”nə məhəl qoymayan 796 sürücüyə cərimə kəsildi  

Manat və dolların bugünkü MƏZƏNNƏSİ   
23.11.2017, 08:28

Manat və dolların bugünkü MƏZƏNNƏSİ  

Türkiyədə güclü zəlzələ oldu
23.11.2017, 01:22

Türkiyədə güclü zəlzələ oldu

Terrorçulara aid silah laboratoriyası məhv edilib
23.11.2017, 00:56

Terrorçulara aid silah laboratoriyası məhv edilib

Kapitanın hakimdən penalti xahişi
23.11.2017, 00:36

Kapitanın hakimdən penalti xahişi

Jurnalist Natiq Qədimov dünyasını dəyişib
23.11.2017, 00:21

Jurnalist Natiq Qədimov dünyasını dəyişib

"Meydanda məğlub olsaq da, mübarizədə uduzmadıq" - Qurban Qurbanov
23.11.2017, 00:12

"Meydanda məğlub olsaq da, mübarizədə uduzmadıq" - Qurban Qurbanov

Ukraynada otelə silahlı hücumda azərbaycanlılar döyüldü
22.11.2017, 23:56

Ukraynada otelə silahlı hücumda azərbaycanlılar döyüldü

Baş məşqçi penalti ilə bağlı sualdan yayındı
22.11.2017, 23:41

Baş məşqçi penalti ilə bağlı sualdan yayındı

Mühafizə polisinin avtomobili qəzaya düşdü
22.11.2017, 23:22

Mühafizə polisinin avtomobili qəzaya düşdü

Qapısı açıq vəziyyətdə sərnişin daşıyan avtobuslar - Video
22.11.2017, 23:07

Qapısı açıq vəziyyətdə sərnişin daşıyan avtobuslar - Video

"Qarabağ" "Çelsi"yə məğlub oldu: 0:4,  Yenilənib
22.11.2017, 22:49

"Qarabağ" "Çelsi"yə məğlub oldu: 0:4,  Yenilənib

Azərbaycanda “premium klass” mühərrik yağı istehsal ediləcək
22.11.2017, 22:21

Azərbaycanda “premium klass” mühərrik yağı istehsal ediləcək

Azərbaycanda bu canlı balıqlar gömrük idxal rüsumundan azad edilir
22.11.2017, 22:10

Azərbaycanda bu canlı balıqlar gömrük idxal rüsumundan azad edilir

Yuxunuz ərşə çəkilibsə, SƏBƏBİNİ MƏTBƏXDƏ AXTARIN
22.11.2017, 21:53

Yuxunuz ərşə çəkilibsə, SƏBƏBİNİ MƏTBƏXDƏ AXTARIN

Əfqanıstanda üç Gürcüstan hərbçisi yaralanıb
22.11.2017, 21:45

Əfqanıstanda üç Gürcüstan hərbçisi yaralanıb

Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü yekunlaşdı
22.11.2017, 21:14

Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü yekunlaşdı

Uzunömürlü olmağın yeni sirri – Həm asan, həm də sərfəli...   
22.11.2017, 20:54

Uzunömürlü olmağın yeni sirri – Həm asan, həm də sərfəli...  

Tərtərdə zəlzələ məktəb və uşaq bağçasını qəzalı vəziyyətə salıb
22.11.2017, 20:43

Tərtərdə zəlzələ məktəb və uşaq bağçasını qəzalı vəziyyətə salıb

Sürücülərə şad xəbər: Hərəkət bərpa olunur
22.11.2017, 20:26

Sürücülərə şad xəbər: Hərəkət bərpa olunur

Bu rayonlara qar yağdı
22.11.2017, 20:16

Bu rayonlara qar yağdı

"Qarabağ"la "Çelsi"nin start heyəti açıqlandı
22.11.2017, 20:02

"Qarabağ"la "Çelsi"nin start heyəti açıqlandı

Tbilisidə antiterror əməliyyatı
22.11.2017, 19:51

Tbilisidə antiterror əməliyyatı

Qızılgül və qərənfilin kiloqramı üçün 1 dollar idxal rüsumu alınacaq
22.11.2017, 18:59

Qızılgül və qərənfilin kiloqramı üçün 1 dollar idxal rüsumu alınacaq

Nazir: Bakı-Astara dəmir yolu köçürüləcək
22.11.2017, 18:43

Nazir: Bakı-Astara dəmir yolu köçürüləcək

Ramiz Mehdiyev MDB təhlükəsizlik şuraları katiblərinin görüşündə çıxış edib
22.11.2017, 18:31

Ramiz Mehdiyev MDB təhlükəsizlik şuraları katiblərinin görüşündə çıxış edib

Baş bankir: “Manatın məzənnəsi və onun taleyi ...”
22.11.2017, 18:21

Baş bankir: “Manatın məzənnəsi və onun taleyi ...”

Nazir ev təminatı HAQDA: “5 il ərzində problem həllini tapacaq”
22.11.2017, 18:17

Nazir ev təminatı HAQDA: “5 il ərzində problem həllini tapacaq”

ARXİV