21 avqust 2018, Çərşənbə
Ana Səhifə - CƏMİYYƏT - Bəs zindan necədir, qaranlıq zindan? – SİYASİLƏRİN MƏHBƏS HƏYATI...
Bəs zindan necədir, qaranlıq zindan? – SİYASİLƏRİN MƏHBƏS HƏYATI...
21.10.2017, 22:11

Həbsxana qapıları bəzən dövlət başçılarının, tanınmış siyasətçilərin üzünə də geniş açılır, soyuq divarlar, dəmir barmaqlıqlar onları ən adi məhkumlar kimi qəbul edir.

Modern.az saytı həbsxana həyatı yaşayan dövlət başçıları haqqında yazını təqdim edir.

İlk kommunist dövlətinin yaradıcısı və rəhbəri olmuş Vladimir İliç Lenin hakimiyyətin dəyişilməsi uğrunda apardığı mübarizəyə və təbliğat işlərinə görə 1895-ci ildə həbs olunub. Fəal siyasətçi bir il dəmir barmaqlıqlar arasında qaldıqdan sonra üç il müddətinə sürgünə göndərilib. Birinci Dünya müharibəsi başlananda Vladimir İliç Rusiyanın xeyrinə cəsusluqda şübhəli bilinərək Avstriya jandarmı tərəfindən növbəti dəfə həbs olunub. Avstriya parlamentinin üzvü Adlerin müdaxiləsindən sonra o, 1914-cü il avqustun 6-da azadlığa buraxılıb.

 

 

İosif Stalin nə az, nə çox düz altı dəfə həbsxanaların “qonağı” olub. O yalnız bir dəfə siyasi baxışlarına görə həbs olunub. Digər həbslər isə əsasən soyğunçuluqla bağlı olub. Partiyanın maddi rifahının yaxşılaşması naminə Stalin istənilən cinayətlərə əl atıb. 20-ci əsrin soyğunçuluqla bağlı ən böyük cinayətlərinin biri də Stalinin adı ilə bağlıdır. Yaxın dostu Kamo ilə Tiflisdə 250 mun rublun oğurlanması dövrün ən səsli-küylü hadisələrindən biri olub və həmin məbləğ o dövr üçün fantastik rəqəm sayılıb. Stalinin cinayət “yaradıcılığı”nın ən pik nöqtəsi isə “İkinci Nikolay” gəmisinə hücumu olub.

 

 

Həbsxana divarlara arasına düşən siyasi liderlərdən biri də Adolf Hitlerdir. 1923-cü il noyabrın 8-də Münhen qiyamındakı təşkilatçılığına görə, Hitler 1923-cü ilin noyabrından 1924-cü ilin dekabrına qədər Landsberq türməsində cəza çəkib.

Hitler türmənin ən rahat və şəraitli kamerasında saxlanılıb. Hətta onun kamerasını başqa məhbuslar təmizləyib. Cəza müddətində vaxtını boş keçirməyən Hitler türmədə olarkən “Mənim mübarizəm” kitabını qələmə alıb.

 

 

26 iyul 1953-cü ildə Batista rejiminin devrilməsinə başçılıq edən 26 yaşlı Fidel Kastro məğlubiyyətə uğradıqdan sonra bir müddət gizlənsə də, həmin ilin avqustun 1-də həbs olunub. Məhkəmə Kastronu 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. “Tarix mənə haqq qazandıracaq”,- deyən siyasətçi dörd il dəmir barmaqlıqlar arasında qaldıqdan sonra 1955-ci ildə azadlığa buraxılıb.

 

 

Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti Nelson Mandelanın həbsxana həyatı daha uzun çəkib. Dəfələrlə həbs olunan Mandela 1956-cı ildə dövlətə xəyanətdə ittiham olunub, 1961-ci ildə bəraət alıb. Afrika Milli Konqresinə liderlik edən Nelson Mandela 1964-cü ildə ömürlük həbs cəzasına məhkum olunub. 1990-cı ildə həbsdən buraxılıb və yenidən Afrika Milli Konqresinin lideri seçilib.

 

 

1999-2013-cü illərdə Venesuela prezidenti olmuş Uqo Çaves 1992-ci ildə başçılıq etdiyi hərbi çeviriliş uğursuzluqla nəticələndikdən sonra özü dövlət orqanlarına təslim olub. Hadisənin bütün məsuliyyətini öz üzərinə götürən Çaves silahları yerə qoyması ilə bağlı tərəfdaşlarına müraciət edib. Fevralın 4-də günorta saatlarında Çaves televiziya ilə canlı yayımda təslim olmağının səbəblərini açıqlayaraq vurğulayıb ki, qan tökülməmək naminə bu addımı atır. Daha sonra o bəyan edib ki, onlar öz mübarizələrini davam etdirəcəklər. Könüllü təslim olan Çaves və silahdaşları iki il həbsxana həyatı yaşayıblar.

 

 

Yuqoslaviyanın ilk prezidenti olmuş İosip Broz Titonun həyatından da həbsxana yan keçməyib. Hələ gənclik illərindən fəal inqilabi hərəkata qoşulan Tito Birinci Dünya müharibəsi illəri dövründə bir neçə dəfə həbs olunub. Kifayət qədər çevik insan olan İosip Broz Tito Yuqoslaviya türmələrindən qaşmağa da müvəffəq olub. Cəza müddəti zamanı o siyasi bilgilərini artırıb.

 

 

1998-2001-ci illərdə Filippinin 13-cü prezidenti olmuş Cozef Estrada daha böyük ittihamlarla həbsxanaya göndərilib. O, 2000-ci ilin oktyabr ayında korrupsiya ilə bağlı ittiham olunub. Filippin Ali Məhkəməsi ölkə başçısını dövlət əmlakını mənimsəməkdə və korrupsiyada təqsirli bilərək onu ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Ancaq bir neçə aydan sonra ölkənin yeni prezidenti Cozef Estradaya amnistiya tətbiq edərək azadlığa buraxıb.

 

 

1979-2003-cü illərdə İraqın 5-ci prezidenti olmuş Səddam Hüseynin aqibəti daha ağır olub. 2003-cü ildə ABŞ və Böyük Britaniyanın rəhbərliyi altındakı çoxmillətli koalisiya qoşunlarının İraqı işğal etməsi nəticəsində hakimiyyətdən devrilmiş Səddam Hüseyn Bağdaddan qaçıb gizlənsə də dekabr ayında həbs edilərək həbsxanaya salınıb.

 

 

Səddam Hüseyn 2006-cı il dekabrın 30-da isə İraq Ali Məhkəməsinin qərarına əsasən asılaraq edam edilib.


İlham Cəmiloğlu
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Qazax sakini intihara cəhd etdi
21.08.2018, 20:01

Qazax sakini intihara cəhd etdi

Bakı Fond Birjasının dövriyyəsi 2,4 dəfə artıb
21.08.2018, 19:51

Bakı Fond Birjasının dövriyyəsi 2,4 dəfə artıb

Mərkəzi Bank dolların məzənnəsi barədə
21.08.2018, 19:41

Mərkəzi Bank dolların məzənnəsi barədə

İsveçdə qırıcı təyyarə quşlarla toqquşduqdan sonra qəzaya uğrayıb
21.08.2018, 19:33

İsveçdə qırıcı təyyarə quşlarla toqquşduqdan sonra qəzaya uğrayıb

Gəncədə mikroavtobusla yük avtomobili toqquşub - xəsarət alanlar var
21.08.2018, 19:24

Gəncədə mikroavtobusla yük avtomobili toqquşub - xəsarət alanlar var

Naxçıvan Dövlət Nəqliyyat Xidmətinə rəis təyin edilib
21.08.2018, 19:14

Naxçıvan Dövlət Nəqliyyat Xidmətinə rəis təyin edilib

İrana gedən Azərbaycan vətəndaşlarının sayı artıb - 31 faiz
21.08.2018, 19:04

İrana gedən Azərbaycan vətəndaşlarının sayı artıb - 31 faiz

Almaniyadakı soydaşlarımız Angela Merkelə müraciət etdi - Qarabağ münaqişəsi ilə bağlı
21.08.2018, 18:54

Almaniyadakı soydaşlarımız Angela Merkelə müraciət etdi - Qarabağ münaqişəsi ilə bağlı

Problem yaradan qanunsuz miqrantlar ölkələrinə geri göndəriləcək - Xüsusi seçimlərdən sonra
21.08.2018, 18:40

Problem yaradan qanunsuz miqrantlar ölkələrinə geri göndəriləcək - Xüsusi seçimlərdən sonra

Bakı 2019-cu ildə gimnastika üzrə iki Avropa çempionatına ev sahibliyi edəcək
21.08.2018, 18:30

Bakı 2019-cu ildə gimnastika üzrə iki Avropa çempionatına ev sahibliyi edəcək

İlin 7 ayı ərzində Azərbaycana gələn turistlərin sayı açıqlanıb
21.08.2018, 18:20

İlin 7 ayı ərzində Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Məhərrəm ayının başlama vaxtı açıqlandı
21.08.2018, 18:10

Məhərrəm ayının başlama vaxtı açıqlandı

Nəticələr AÇIQLANDI - 25 nəfər İlahiyyat İnstitutuna qəbul oldu
21.08.2018, 17:56

Nəticələr AÇIQLANDI - 25 nəfər İlahiyyat İnstitutuna qəbul oldu

Prezident Qusarda yol tikintisinə 4,1 milyon manat ayırıb
21.08.2018, 17:50

Prezident Qusarda yol tikintisinə 4,1 milyon manat ayırıb

Lavrov sanksiyalardan danışdı
21.08.2018, 17:40

Lavrov sanksiyalardan danışdı

Komitə sədri: “Gənclərlə bağlı qanunvericilikdə ciddi dəyişiklikləri vacib sayırıq” – MÜSAHİBƏ
21.08.2018, 17:35

Komitə sədri: “Gənclərlə bağlı qanunvericilikdə ciddi dəyişiklikləri vacib sayırıq” – MÜSAHİBƏ

Nazir rektorla görüşdü
21.08.2018, 17:24

Nazir rektorla görüşdü

Azercell beynəlxalq qurumların diqqətində   
21.08.2018, 17:21

Azercell beynəlxalq qurumların diqqətində  

Ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyatı şənbə və bazar günləri də aparılacaq
21.08.2018, 17:17

Ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyatı şənbə və bazar günləri də aparılacaq

Alimlər TƏŞVİŞDƏ – Nəhəng buz təbəqəsi ƏRİYİR
21.08.2018, 17:12

Alimlər TƏŞVİŞDƏ – Nəhəng buz təbəqəsi ƏRİYİR

Döyüş təyyarəsi quşla toqquşdu
21.08.2018, 17:09

Döyüş təyyarəsi quşla toqquşdu

Hindistanda 1 milyon insan təxliyə olundu
21.08.2018, 17:07

Hindistanda 1 milyon insan təxliyə olundu

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ
21.08.2018, 17:02

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ

Moskva Dövlət Universitetinin Bakı filialı işçi axtarır
21.08.2018, 16:38

Moskva Dövlət Universitetinin Bakı filialı işçi axtarır

Kömür hazırlayan şəxs 300 manat CƏRİMƏLƏNDİ
21.08.2018, 16:33

Kömür hazırlayan şəxs 300 manat CƏRİMƏLƏNDİ

Yarmarkalar bu gündən fəaliyyətə başlayır
21.08.2018, 16:24

Yarmarkalar bu gündən fəaliyyətə başlayır

Roma Papası kilsədə seksual zorakılığa məruz qalanlarla görüşəcək   
21.08.2018, 16:23

Roma Papası kilsədə seksual zorakılığa məruz qalanlarla görüşəcək  

Sözün sayəsində dünyanı dolaşdım
21.08.2018, 16:18

Sözün sayəsində dünyanı dolaşdım

Texniki baxışdan keçməyən 122 sürücü cərimələndi
21.08.2018, 16:00

Texniki baxışdan keçməyən 122 sürücü cərimələndi

S-400-lər Türkiyəyə vaxtında çatdırılacaq
21.08.2018, 15:43

S-400-lər Türkiyəyə vaxtında çatdırılacaq

Bakıda və Sumqayıtda qətl törədən 5 nəfər saxlanıldı
21.08.2018, 15:39

Bakıda və Sumqayıtda qətl törədən 5 nəfər saxlanıldı

Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlandı
21.08.2018, 15:38

Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlandı

Kanadanın baş naziri yenə seçkilərə qatılacaq
21.08.2018, 15:16

Kanadanın baş naziri yenə seçkilərə qatılacaq

Bakıya gətirilən 70-dən çox qurbanlıq qoyun tələf oldu -FOTOLAR
21.08.2018, 15:16

Bakıya gətirilən 70-dən çox qurbanlıq qoyun tələf oldu -FOTOLAR

ABŞ-ın Türkiyədəki səfirliyini atəşə tutanların fotosu yayıldı
21.08.2018, 15:02

ABŞ-ın Türkiyədəki səfirliyini atəşə tutanların fotosu yayıldı

ARXİV