Modern.az

Gələn ilin dövlət büdcəsində dotasiyası azalan və artan RAYONLAR - SİYAHI  

Gələn ilin dövlət büdcəsində dotasiyası azalan və artan RAYONLAR - SİYAHI   

1 Noyabr 2017, 16:01

2017-ci illə müqayisədə 2018-ci ilin dövlət büdcəsi layihəsində dotasiyanın ayrılmasında 12 şəhər və rayon üzrə artım, 19 şəhər və rayon üzrə isə azalma nəzərdə tutulur.


Modern.az-ın
 məlumatına görə, bu barədə, “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının rəyinin xülasəsində qeyd edilib.


Əsas artımlar Füzuli rayonu üzrə 450 min manat və 17,9 %, Gədəbəy rayonu üzrə 263 min manat və ya 6,8 %, Samux rayonu üzrə 136 min manat və ya 7,4 %, Laçın rayonu üzrə 136 min manat və ya 3,7%,-dir.

Əsas azalmalar isə Kəlbəcər rayonu üzrə 583 min manat və ya 21,5 %, Cəbrayıl rayonu üzrə 292 min manat və ya 17,6 %, Tovuz rayonu üzrə 276 min manat və ya 9,3 %, Ağstafa rayonu üzə 191 min manat və ya 6,4 % nəzərdə tutulur.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü