Modern.az

Ən fədakar tərəfdar... - Azərbaycanlı jurnalist “Beşiktaş”ın stadionunda - REPORTAJ  

Ən fədakar tərəfdar... - Azərbaycanlı jurnalist “Beşiktaş”ın stadionunda - REPORTAJ   

Mədəni̇yyət

4 Noyabr 2017, 12:38

Hər şeydən əvvəl onu qeyd edim ki, Modern.az saytı üçün bu reportajı “Beşiktaş”ın azarkeşi olaraq yazmıram. 

Son günlər Azərbaycanda futbola xüsusi diqqət artıb. Özəlliklə “Qarabağ” klubunun əldə etdiyi nailiyyətlər futbola bir neçə aspektdən baxmağı tələb edir. Biz "Neftçi" klubunun möhtəşəm oyun dönəmini uzaq keçmişdə yaşamamışıq. Yaranan durğunluğun "Qarabağ"la canlanması bir daha göstərdi ki, futbol yalnız top qovmaq deyil, öz sahəsində ciddi bir siyasətdir...

Amma sirr deyil ki, bizim futbol klubları az qazancla çalışır. Sponsorlar və oyunlardan gələn qazanc. Mən idman müxbiri deyiləm və hər hansı yanlışım olarsa, bu sahənin peşəkarlarının əfvinə sığınıram. Mənim üçün maraqlı olan budur: klublar necə qazanır və stadionalarında şərait necədir... 

Bu reportajda Türkiyənin ən aparıcı klublarından biri olan “Beşıktaş”ın stadionundan və tərəfdarların klubu dəstəkləmək üçün yardımlarından danışacam. Eyni zamanda, klubun əlavə qazanc əldə etmək üçün gördüyü işlərdən bəhs edəcəm. 
 

"Yaşıl ştad" 


23 noyabr 1947-ci ildə ilk oyunu ilə “İnönü Stadionu”na çıxan “Beşiktaş” klubu Süleyman Seba, Hakkı Yetən, Sanlı Sarıalioğlu, Rasim Kara, Rıza Çalımbay, Metin Ali Feyyaz və bir çox  dəyərli ismlərlə anılır. 

2012-ci ildə “Gənclərbirliyi”nə qarşı keçiridiyi oyunla “İnönü Stadionu”na vida edən “Beşiktaş”  Fikrət Ormanın başçılıgı ilə köhnə stadionu yıxaraq, “Vodafone Park”ı inşa etdi. “Beşiktaş”lıların 1065 gün sürən stadion həsrəti 11 aprel 2016-cı il tarixində “Beşiktaş” – “Bursaspor” qarşılaşmasıyla sona yetdi. Bu yeni stadionun memarı Bünyamin Dermandır. 

Bu "Yaşıl stad"da bir çox özəlliklər var. Məsələn, stadionun damına düşən yağış suları saxlanıla və istifadə edilə bilər. Onunla gündə 500 kVt saat elektrik enejisi istehsal oluna bilir. Beləliklə, özünə tələb olunan elektrik enerjisini istehsal edəcək bir stadion qurulub. Bütün auditoriya (41903 nəfər) eyni anda internetə qoşula bilər. Bundan əlavə, oyunun bütün məlumatları stadiondakı azarkeşlərlə dərhal paylaşılır. Və hesab edirəm ki, bu stadion bir texnologiya bazası olaraq çox irəlidədir. 
Bəli, bu stadionda konsertlərdə verilməsi mümkündür. Stadionda 2 restoran da var. Və bir çox mağaza.

Oturacaqların üstü tamamilə örtülüdür... Digər xüsusiyyətləri - C90 baxış bucağı, qatlana bilən oturacaqlar, örtük altından istilik sistemi, ikimərtəbəli tribuna, 600 ədəd tutumu olan açıq və qapalı avtopark, VIP otaqlar, əlil azarkeşlər üçün oturacaqlar (81 əlil oturacağı + 81 müşayiətçi) və s.
 

Stadion dəniz səviyyəsindən 5 m aşağıdır ki, bu da mənim üçün çox maraqlı idi. Bu stadionda ən son texnologiyalar idmanla birləşib və məncə burda bacarıqlı olmamaq mümkün deyil. 
 


 
"Şərəf ziyarəti" 
 

Stadion necə qazanc əldə edir? Məsələn, matç günlərindən əlavə stadionu görmək istəyən tərəfdarlara klub şərait yaradıb. Stadionu bələdçilərlə bərabər gəzirsən. Gəzmədən öncə təbii olaraq  bilet alınır. 15 lirə yalnız stadionu gəzmək,  30 lirə (cəmi 30 manat) ilə həm stadionu, həm də “Beşiktaş” müzeyini gəzmək olur. Stadionun texniki özəlliklırini yazdıq, diqətimi çəkən əngəlli vətəndaşlar üçün ayrılan yerlər oldu. Matçı izləməyə gələn əlil vətəndaş öncədən bununla bağlı internet üzərindən məlumat verir. Bu şəxslər özəl olaraq matça alınır, yerlərinə qədər müşayiət olunur.

Yaşıl sahəyə gedənə qədər klub haqqında hər köşədə məlumatlarla rastlaşırsan. "Şərəf ziyarəti" adlandırılan bu turlarda oyunçuların otaqlarını zyarət edir, onların qalibiyyət və məğlubiyyətin həyacanını yaşadığı otaqlarında özəl əşyalarını görmək imkanı əldə edirsən. Bundan başqa, media mənsubları üçün çox geniş məkan ayrılıb və jurnalistlər onlara lazım olan bütün texnalogiyalarla təmin edilib. Mətbuat tribunasının tutumu 186 nəfərlikdir.

Stadionda jurnalistlərə ayrılan yerlərdən əlavə mərkəzi binada media nümayəndlərinin dincəlməsi, materialarının hazırlanması və oyunçularla müsahibələr almaları üçün şərait yaradılıb.
Eyni zamanda, matçlardan sonra mətbuat konfransının keçrilməsi üçün konfrans zalı var. Stadionu ziyarətə gələnlər hətta burda kiçik mətbuat konfransı belə, keçirə bilərlər.

Ziyarətçilər gəzintini əyləncəli etmək üçün tərəfdarı olduqları klubu nə qədər tanıdıqlarını test edə bilərlər. Ziyarətçilər burda pul ödəməklə oyunçuların imzalı formalarını əldə edə bilər, eyni zamanda, fotomontajla sevdikləri oyunçularla şəkil çəkdirə bilərlər. Təbii ki, bu maddi dəstək sayılır və ödənişlər klubun balansına keçir. 

“Beşiktaş” muzeyi


Yuxarıda qeyd etdiyim kimi, muzey ödənişlidir. İkimərtəbəli muzeydə 100 kubok, 200-dən çox top, forma, bayraq, plakatlar saxlanılır. Muzeydə “Beşiktaş”ın tarixini əks etdirən vidoçarxlar yer alır. Ulduz oyunçularla dijital olaraq futbol oynama, karaoke otaqları var. “Beşiktaş”ın ünlü ismləri ilə telefon əlaqəsi yatamaq kimi özəllikləri olan muzeydə görmə əngəlli tərəfdarlar da unudulmayıb. Onların həssaslığına uyğun olaraq xüsusi sistem yaradılıb və gözdən əlillər muzeydə olan hər bir eksponatı hiss edə bilirlər. Digər əngəlli vətəndaşlar da muzey çalışanlarının yardımı ilə xüsusi sistemlə gəzdirilirlər. Muzeydə uşaqlar üçün xüsusi yerlər var və balaca azarkeşlər onlar üçün ayrılmış “Beşiktaş” topları ilə oynaya bilərlər. Balacalara xüsusi nəzarətçilər ayrılır. 



Beşiktaş” azarkeşləri
 

“Beşiktaş” mağazaları məncə kluba böyük qazanc gətirir. Mağazalardan həm böyüklər, həm də kiciklər üçün istənilın geyim alına bilər. Keyfiyyətli məhsulların qiyməti standartlardan baha olsa belə, tərəfdarlar klublarına yardım məqsədi ilə burdan mütamadi alış-veriş edirlər.
Onu da qeyd edim ki, “Beşiktaş”lılar hətta bunlar olmasa belə, ən sadiq tərəfdarlar sayılırlar. Belə ki, onlar klubun çətin dönəmlərində 10 lirəlik “Beşiktaş” köynəklərini 50 lirəyə alaraq, fədakarlıqlarını göstəriblər...

Məncə bu, ibrətamiz fədəkarlıqlardı! Azərbaycanda futbolun inkişafı mənə görə, öncə tərəfdarın sadiqliyindən başlayır....



Məhsəti Şərif,
Türkiyə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü