18 dekabr 2017, Bazar ertəsi
Ana Səhifə - CƏMİYYƏT - İndiki gənclər qeysəriyyə doğuşu istəyir - Baş mama-ginekoloq SƏBƏBLƏRİ açıqladı  
İndiki gənclər qeysəriyyə doğuşu istəyir - Baş mama-ginekoloq SƏBƏBLƏRİ açıqladı  
17.11.2017, 09:48

Azərbaycanda qeysəriyyə kəsiyi əməliyyatlarının sayı artıb. Belə ki, ötən il ərzində Azərbaycanda 158 051 doğuş zamanı qadınlar operativ müdaxiləyə məruz qalıblar.

Modern.az saytı rəsmi rəqəmlərə istinadən son on ilin göstəricilərini təqdim edir.

2007-ci il - 11574;
2008-ci il - 15646;
2009-cu il - 19270;
2010-cu il - 22746;
2011-ci il - 25960;
2012-ci il - 30794;
2013-cü il - 28954;
2014-cü il - 30561;
2015-ci il - 45942;
2016-cı il 46555.


2000-ci ildə isə qeysəriyyə kəsiyinin sayı çox az - 3017 olub. Məlumat üçün bildirək ki, hazırda ümumi doğuşların 29, 5 faizi qeysəriyyə kəsiyinin payına düşür.

 

Bəzi həkimlər qeysəriyyə kəsiyinə göstəriş üçün çanaq darlığını əsas gətirirlər. Onlar bildirir ki, getdikcə qadınların çanağında darlaşma baş verir, bu üzdən də qeysəriyyə kəsiyilə dünyaya uşaq gətirən qadınların sayı artır.

 

Qeysəriyyə kəsiyi nə vaxt mütləq göstərişdir?

 

Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova Modern.az-a danışarkən bu fikirlə razılaşmayıb:

“Dünyada qeysəriyyə kəsiyinə görə əmsal 15-50%-dir. Azərbaycanda isə bu əmsal 19-20% arasındadır. Bu da orta Avropa rəqəmlərinə uyğundur. Amma biz çalışırıq ki, bu rəqəmləri aşağı salaq. Ümumilikdə qeysəriyyə kəsiyi üçün göstərişlər müxtəlif olur. Bu göstərişlər Səhiyyə Nazirliyi, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş klinik protokollarda öz əksini tapıb. Bu göstərişlər mütləq və nisbi olmaqla 5 qrupa bölünür. Amma dar çanaqlıq yalnız klinik darlıq olduqda əməliyyata qəbul edilir. Doğuş zamanı əgər uşağın ölçülərilə ananın çanağının ölçüləri uyğun gəlmirsə, buna kliniki dar çanaq deyilir. Elə çanaqlar var ki, quruluşca normal olsa da, doğuş göstəriş olmur. Çünki bətndə inkişaf edən uşağın çəkisi 4 kiloqramdan çox olur. Onda əlbəttə ki, uşağın doğum yollarını keçib-keçməyəcəyini müəyyən etmək lazım gəlir. Biz ehtimal edirik ki, keçə bilər. Amma ola bilər ki, doğuş zamanı uşaq o yoldan keçməsin. Yaxud bəzən döl başının sümükləri konfiqurasiya olunur, baxmayaraq ki, çəkisi 4 kiloqramdan çoxdur. Onun baş sümükləri o qədər yumşaqdır ki, doğuş çox rahat şəkildə icra olunur. Amma bunu təyin etmək üçün qadın mütləq doğuşa buraxılmalıdır. Əgər, hər şey qaydasındadırsa, normal doğuş olacaq. Yox, əgər 2-4 saat ərzində gözləməyimizə baxmayaraq, döl başı irəliləmirsə, buna klinik dar çanaq diaqnozu qoyuruq və qeysəriyyə əməliyyatına götürürük”.

 

Dar çanaq və doğuş...

 

S.Məmmədova bildirib ki, klinik dar çanağın bir neçə növləri var:


“Döl başı adətən bükülmüş vəziyyətdə olanda kiçik əmgək nahiyyəsilə kiçik çəp ölçü ilə doğum yollarından keçir. Uşağın başı həmişə dizinə baxmalıdır. Amma döl başı müxtəlif səbəblərdən bir qədər açılmış vəziyyətdə ola bilər. Açılmış dərəcənin də 3 dərəcəsi var: əgər döl başı düzgün olmayan açılış vəziyyətdədirsə, deyirlər üfüqə baxır, göyə baxır və ulduzları sayır. Bu açılmış 3 vəziyyətdə o, doğum yollarından böyük və orta çəp ölçülərlə keçir. Bu zaman klinik dar çanaq yaranır”.

 

Normal çanaq ölçüləri

Baş mama-ginekoloq bildirir ki, qadının çanağının normal ölçüsü 11 santimetrdir:

“Amma təbiətdə anatomik dar çanaq da var. Normalda hər bir qadının kiçik çanağının girəcəyinin düz ölçüsü olur. Kök, arıq, uzun, qısa boyluluğundan asılı olmayaraq,  bütün qadınlarda bu ölçü 11 santimetrdir. Kiçik çanağın girəcək müstəvisi 11 santimetrdən kiçik olarsa, bu, dar çanaqdır. Dar çanağın özünün də dərəcələri var. 11sm-dən 9, 5 sm-ə qədər I dərəcəli darlıq sayılır. Adətən uşağın çəkisi 3 kiloqrama qədər, qadının özü güclü və gənc olanda doğuş rahat şəkildə baş verir. II dərəcli dar çanağın ölçüləri 9,5 santimetrdən 7,5 santimetrə qədərdir. Burada çanağın girəcəyi o qədər dar olur ki, döl başı ora daxil ola bilmir. Ölçüləri 7,5 santimetrdən aşağı olan çanaqlar III, IV dərəcəli darlıqdır və çox az rast gəlinən hallardır. Bu cür çanaqlara sahib qadınlar üçün qeysəriyyə kəsiyi birbaşa göstərişdir”.

 

“Dar çanaq kök-arıq, uzun-qısalığa baxmır”

 

S.Məmmədovanın sözlərinə görə, qadının uşağı normal doğuşla, yoxsa qeysəriyyə kəsiyilə dünyaya gətirəcəyinə dair qərar hamiləliyin 38-ci həftəsində verilir:

 

“Allah tərəfindən hər bir qadına 46 xromosom bəxş edilib. Bu xromosomlarda qadının sümüyünün, qolunun, ayağının və s. quruluşu proqramlaşıb. Bunlar bioloji qanunlardır və bunu dəyişə bilmərik. Ola bilsin biz kökələ bilərik, arıqlaya bilərik, amma bu çanağın ölçülərinə təsir etmir. Çanaq nə böyüyür, nə kiçilir. Allah sənin boyunu-buxununu, sümüklərini necə yaradıbsa, ömrünün sonuna qədər də elə qalır. Sadəcə qocalanda kalsium yuyulub gedir deyə sümüklər kövrəkləşir, boy nisbətən kiçilir, çanaq əyilir. Burada uşaqlıqdakı xəstəliklər istisna təşkil edir. Əgər uşaqlar körpəlikdə raxit xəstəliyini keçiriblərsə, onlarda yastı raxitlik dar çanaq əmələ gəlir. Onun da özünün xüsusiyyətləri var: adi yastı dar çanaq və yastı raxistik dar çanaq. Bunlarda ciftin qopması, dölyanı mayenin axması, quruluq və s. problemlər yoxdursa, düzgün idarə olunarsa, doğuş mümkündür. Həkim o doğuşu səbirlə, lazımi şəkildə idarə etməlidir”.

 

Qeysəriyyənin artmasının əsas səbəbi

 

Respublikanın baş ginekoloqu deyir ki, bu gün Azərbaycanda qeysəriyyə kəsiyinin artması dar çanağa görə yox, təkrar çapığa görədir:

“İlk dəfə qeysəriyyə əməliyyatı ilə ana olan qadınların növbəti dəfə uşaqlığını itirməməsi üçün yenidən qeysəriyyə kəsiyinə müraciət edir. Bunun hesabına da qeysəriyyə kəsiyinin göstəricilərində artım müşahidə olunur. Bunun dar çanaqla əlaqəsi yoxdur. Qeysəriyyə kəsiyinin artım səbəbi təkrar çapıqlardır. Yəni qadın ilk uşağını qeysəriyyə kəsiyi ilə dünyaya gətiribsə, növbəti hamiləlikləri zamanı da əməliyyatla ana olur”.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycanda ilk dəfə “Çay, çəltik və sitrus meyvələri” festivalı - VİDEO
18.12.2017, 20:38

Azərbaycanda ilk dəfə “Çay, çəltik və sitrus meyvələri” festivalı - VİDEO

Azərbaycan “Tatra” markalı yük maşını istehsal edəcək
18.12.2017, 20:27

Azərbaycan “Tatra” markalı yük maşını istehsal edəcək

Uşaqların evdən qaçma səbəbləri açıqlandı
18.12.2017, 20:14

Uşaqların evdən qaçma səbəbləri açıqlandı

Azərbaycan Tacikistana yeni səfir göndərir
18.12.2017, 20:02

Azərbaycan Tacikistana yeni səfir göndərir

Oqtay Əsədov: “Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın inkişafında maraqlıdır”
18.12.2017, 19:51

Oqtay Əsədov: “Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın inkişafında maraqlıdır”

Gənç vokal ifaçısının daha bir uğuru
18.12.2017, 18:55

Gənç vokal ifaçısının daha bir uğuru

Parlamentə gözyaşardcı qazla hücum oldu
18.12.2017, 18:44

Parlamentə gözyaşardcı qazla hücum oldu

Elmar Məmmədyarov Avropa Parlamentinin deputatı ilə görüşüb
18.12.2017, 18:32

Elmar Məmmədyarov Avropa Parlamentinin deputatı ilə görüşüb

Bankomatdan oğurluq etmək istəyən şəxs saxlanıldı
18.12.2017, 18:26

Bankomatdan oğurluq etmək istəyən şəxs saxlanıldı

Dövlət qulluğuna imtahan verənlərin yaş tərkibi AÇIQLANDI
18.12.2017, 18:17

Dövlət qulluğuna imtahan verənlərin yaş tərkibi AÇIQLANDI

Turizm Şurasının altıncı iclası keçirilib
18.12.2017, 18:05

Turizm Şurasının altıncı iclası keçirilib

Qənirə Paşayevadan onkoloji xəstəliyi olan jurnalistlə bağlı YENİ XƏBƏR
18.12.2017, 18:01

Qənirə Paşayevadan onkoloji xəstəliyi olan jurnalistlə bağlı YENİ XƏBƏR

Anar Məmmədovun federasiyasında İSTEFALAR - külli miqdarda borcu var
18.12.2017, 17:52

Anar Məmmədovun federasiyasında İSTEFALAR - külli miqdarda borcu var

Güləş məşqçisinə prezident təqaüdü verildi
18.12.2017, 17:41

Güləş məşqçisinə prezident təqaüdü verildi

Prezident idmanın inkişafında xidmətləri olan şəxsləri təltif etdi - SİYAHI
18.12.2017, 17:37

Prezident idmanın inkişafında xidmətləri olan şəxsləri təltif etdi - SİYAHI

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
18.12.2017, 17:22

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Bioloji Təbabət Klinikasından jurnalistlərə ENDİRİM - 50 faiz güzəşt
18.12.2017, 17:16

Bioloji Təbabət Klinikasından jurnalistlərə ENDİRİM - 50 faiz güzəşt

Elmar Məmmədyarov Doroxini qəbul etdi
18.12.2017, 17:11

Elmar Məmmədyarov Doroxini qəbul etdi

Almaniyada keçmiş rəqiblər koalision hökumət quracaq
18.12.2017, 17:08

Almaniyada keçmiş rəqiblər koalision hökumət quracaq

Bakıda tikinti şirkətlərinin rəhbərləri həbs edildi
18.12.2017, 17:03

Bakıda tikinti şirkətlərinin rəhbərləri həbs edildi

İlham Əliyev “Euronews”un suallarını cavablandırdı
18.12.2017, 16:58

İlham Əliyev “Euronews”un suallarını cavablandırdı

2017-ci ildə vəfat edən dünya MƏŞHURLARI
18.12.2017, 16:46

2017-ci ildə vəfat edən dünya MƏŞHURLARI

Sudan KİV-ləri AZƏRTAC ilə əməkdaşlığa can atır
18.12.2017, 16:36

Sudan KİV-ləri AZƏRTAC ilə əməkdaşlığa can atır

Rusiyadan ABŞ-a tələb: “Avropadan nüvə başlıqlarını çıxardın”
18.12.2017, 16:17

Rusiyadan ABŞ-a tələb: “Avropadan nüvə başlıqlarını çıxardın”

Prezident Zabit Səmədova mənzil verdi
18.12.2017, 16:03

Prezident Zabit Səmədova mənzil verdi

Azercell-lə “Karyerada ilk addım”
18.12.2017, 15:47

Azercell-lə “Karyerada ilk addım”

Universitetlərdə rektor seçkisi keçirilsə, nə baş verər...   
18.12.2017, 15:41

Universitetlərdə rektor seçkisi keçirilsə, nə baş verər...  

Ermənistanda hərbi xidmətdən imtina edən gənclər aclığa başladılar
18.12.2017, 15:40

Ermənistanda hərbi xidmətdən imtina edən gənclər aclığa başladılar

Quba və Xaçmazda “ağ ölüm” əleyhinə maarifləndirici tədbirlər keçirilib
18.12.2017, 15:28

Quba və Xaçmazda “ağ ölüm” əleyhinə maarifləndirici tədbirlər keçirilib

Mətbuat Şurası “qara siyahı”dakı KİV-lərin ümumi sayını açıqladı
18.12.2017, 15:18

Mətbuat Şurası “qara siyahı”dakı KİV-lərin ümumi sayını açıqladı

Tərtərin 11 kəndinə içməli su verildi
18.12.2017, 15:15

Tərtərin 11 kəndinə içməli su verildi

Rusiya Yaxın Şərqdə güclənəcək, ABŞ qıcıqlanacaq - HESABAT
18.12.2017, 15:14

Rusiya Yaxın Şərqdə güclənəcək, ABŞ qıcıqlanacaq - HESABAT

Səudiyyə Ərəbistanının müharibə videosuna İrandan QARŞILIQ - VİDEO
18.12.2017, 14:58

Səudiyyə Ərəbistanının müharibə videosuna İrandan QARŞILIQ - VİDEO

İlham Əliyev “Qarabağ”ın oyunlarından DANIŞDI  
18.12.2017, 14:49

İlham Əliyev “Qarabağ”ın oyunlarından DANIŞDI  

Dünyanın ən ucqar qəsəbəsi  - FOTOLAR
18.12.2017, 14:35

Dünyanın ən ucqar qəsəbəsi  - FOTOLAR

ARXİV
SORĞU
Xaricdəki hansı iş adamı Azərbaycana daha çox bağlıdır?
Vahid Ələkbərov(0.15%)
Araz Ağalarov (11.7%)
Mübariz Mənsimov (19.3%)
Fərhad Əhmədov(12.0%)
Füzuli Məmmədov(53.2%)
Telman İsmayılov (0.11%)
İsgəndər Xəlilov(0.07%)
Vaqif Məmişov(0.07%)
Heç biri(2.03%)
Digərləri(1.01%)