22 iyul 2018, Bazar
Ana Səhifə - ÖLKƏ - Gürcü deputat Saakaşvilini pislədi, Rusiyanı qınadı, Qarabağı Abxaziyadan ayırdı, Sülh Platformasını müdafiə etdi - MÜSAHİBƏ
Gürcü deputat Saakaşvilini pislədi, Rusiyanı qınadı, Qarabağı Abxaziyadan ayırdı, Sülh Platformasını müdafiə etdi - MÜSAHİBƏ
28.11.2017, 09:37

Gürcüstan parlamentinin deputatı, “Gürcü Arzusu” fraksiyasının üzvü Dmitri Tskitişvili Modern.az-ın suallarını cavablandırıb.
 

- Bu yaxınlarda Gürcüstanda parlament seçkiləri keçirildi. Hazırda ölkədəki siyasi durum necədir?

- Təbii ki, seçkilərdən sonra müəyyən etirazlar oldu. Amma son parlametn seçkiləri Gürcüsatan cəmiyyətinin demokratikləşdiyini, demokratik institutların formalaşdığını sübit etdi. On il öncə, seçkilərtdə müşahidə olunan problemlər bu dəfə gözə dəymədi və beynəlxalq təşkilatların rəyi də bunu bir daha sübut edir. Seçkilər tam şəffaf keçib.


Gürcüstan tədricən öz siyasi, iqtisadi və sosial rifahını yüksəldir. İşsizliklə bağlı ciddi problem olsa da, son illər bu sahədə də ciddi addımlar atılıb. Digər məsələ isə ölkənin təhlükəsizliyi ilə bağlıdır. Tbilisi öz vətəndaşları üçün təhlükəsizlik zonaları yarada bilib və stabil şəkildə inkişaf edir. Konfliktli regionlarımız – Cənubi Osetiya və Abxaziyanın mövcudluğuna baxmayaraq, regionun ən təhlükəsiz ölkələrindən biri sayılırıq.
 

- Gürcüstan çoxmillətli ölkədir. Azərbaycan icmasının aktivliyini necə dəyərləndirirsiniz? Hələ də azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyasına mane olan məqamlar var?

- Çoxmillətlilik Gürcüstanın zənginliyidir. Min illər boyu ölkədə çox millət və xalqların nümayəndələri yaşayıb, məhz bu mulikultural şəraitdə ölkənin siyasi əsası qoyulub. Bu gün milli azlıqlar gürcü cəmiyyətinin önəmli qismini təşkil edir və onların ictimai-siyasi həyata inteqrasiyası hökumətin əsas prioritetlərindən sayılır.


Siyasi baxımdan inteqrasiya prosesi daha yaxşı gedir. Ölkə parlamentində azərbaycanlı deputatlar var. Onlar nəinki öz icmalarının müdafiəsində, insan haqlarının qorunmasında, həmçinin Gürcüstan dövlətçiliyinin inkişafında, təhlükəsizlik, sosial siyasət sferasında aktiv iştirakçılardır. Müxalifət partiyalarını təmsil edən azərbaycanlı deputatlar da var. Ümumilikdə, siyasi inteqrasiya baxımından heç bir problem yoxdur. Əsas sosial sfera ilə bağlı inteqrasiyanı tam həyata keçirməkdir.

- Gürcüstanda millətlərarası münasibətlər hansı vəziyyətdədir? Sirr deyil ki, ölkədə ən böyük etnik qruplar ermənilər və azərbaycanlılardır…

- Bu mənim sahəm olmasa da, ölkə vətəndaşı, bir müşahidəçi kimi deyə bilərəm ki, zaman-zaman yaranan xırda məişət məsələlərini çıxmaq şərtilə, ölkədə situasiya stabildir. Gürcüstan hökuməti öz vətəndaşlarının sülh və əmin-amanlıq şəraitində yaşamasında maraqlıdır. Bu mənada azərbaycanlı və erməni icmaları biri-biri ilə sülh şəraitində yaşayır. Gürcüstan hökuməti ölkədaxili prosesləri gərginləşdirəcək addımların qarşısını qətiyyətlə alacaq.

- Azərbaycanlılarla ermənilərin iştirakı ilə yaardılan “Ermənistan Azərbaycan Sülh Platforması”nın ilk qurultayı Tbilisidə keçirilib. Sizcə, bu simvolik addım fonunda Gürcüstanın Qarabağ münaqişəsində, iki qonşu ölkə arasında münasibətlərin nizamlanmasında önəmli rolo ola bilərmi? Rəsmi Tbilisi Sülh Platformasına hansı münasibəti səgiləyir?

-Təəssüf ki, bu Platforma haqda ilk dəfə sizdən eşidirəm. Təbii ki, Gürcüstan bu məsələdə çox pozitiv rol oynaya bilər. Tərəflərin istəyi olsa, Gürcüstan effektiv platform rolunda çıxış edə bilər. Amma təkrar edirəm ki, bu yalnız hər iki tərəfin istəyi ilə baş tuta bilər. Biz dialoq tərəfdayırıq, nə qədər çətin mövzular olsa da, tərəflər ilk növbədə bu yöndə addımlarını birləşdirməlidir. Xüsusən, bizim də yerləşdiyimiz Cənubi Qafqaz region üçün bu proses çox əhəmiyyət daşıyır. Biz Qafqazda sülhün olmasında maraqlıyıq. Bu fonda, Sülh Platformasının yaradılmasını müsbət addım kimi dəyərləndirirəm.


- Bəs Gürcüstan Qarabağ münaqişəsində vasitəçi ola bilərmi?


- Düşünmürəm ki, Gürcüstan uğurlu platform ola bilər. Danışıqlar, diskussiyalar üçün məkan ola bilər. Amma vasitəçi olmaq üçün hər iki tərəfin istəyi, uzunmüddətli beynəlxalq danışıqlar və s. baş verməlidir. Birtərəfli olaraq, Gürcüstan münaqişəsinin həllində pozitiv rol oynamaqda maraqlıdır.


- Həm Gürcüstan, həm də Azərbaycan ərazi bütövlüyünün pozulması faktı ilə üzləşib. Sizcə, ərazi bütövlüyünü bərpa etmək üçün hansı addımlar atılmalıdır?

- Hesab edirəm ki, istənilən halda, bu münaqişələr sülh yolu ilə, danışıqlarla həll olunmalıdır. Hərb yolu, güc yolu ilə bu məsələlər həll olunmayacaq və mən prinsipial olaraq buna qarşıyam. Spesifik fərqləri olduğu üçün mən Gürcüstanın ərazi probleminin Dağlıq Qarabağdan fərqli tutacam. Abxaziya və Cənubi Osetiya münaqişələrinin həllində Gürcüstan birtərəfli olaraq sülh şəraitində yaşamağa çalışır. Dialoqun yaranması üçün münbit şərait yaratsaq da, Rusiyanın aşkar müdaxiləsinə görə bu regionlar Gürcüstandan ayrı saxlanılır. Tərəfimizdən konstruktiv dialoq addımları atılsa da, Rusiya təəssüf ki, buna getmir. Amma istənilən halda, Gürcüstan məsələlərin hərbi yolla həllinə qarşıdır və ərazilərin tədricən reinteqrasiya olunmasında maraqlıdır. Başa düşürük ki, bu məsələ tezliklə həllini tapmayacaq. Ancaq biz min illər boyu abxaz və osetinlərlə bir dövlətdə yaşamışıq.

- Sizcə bu münaqişənin alovlanmasında hansı maraqlar var?

- Təbii ki, səbəblər çoxdur. Amma Rusiyanın həm 1990-cı illərdə, həm də 2008-ci ildə münaqişəyə müdaxiləsi vəziyyəti daha da pisləşdirib. Burada əsas təqsirkar Rusiyadır.

- Siz Abxaziya və Cənubi Osetiya münaqişələrini Dağlıq Qarabağ münaqişəsindən ayrı tutdunuz. Fərq nədədir ki?


- Mən konfliktoloq deyiləm. Münaqişəni detallı araşdırmamışam. Hər iki məsələyə eyni siyasi qiyməti verməkdə çətinlik çəkirəm. Ona görə, bu mənim üçün fərqli çəki dərəcələrindədir.

- Gürcüstanın sabiq prezidenti Ukraynada siyasi gündəmin qəhrəmanıdır. Onun Gürcüstana deportasiya olunacağı bildirilir. Gürcüstan cəmiyyəti və hakimiyyəti Mixail Saakaşvilini izləyirmi?


- Gürcüstan hüquq-mühafizə orqanları onu axtarır, yəni o cinayətkardır. Siyasi baxımdan isə o, gürcü cəmiyyəti üçün maraq kəst etmir, ötmüş günlərdə qalır. Onun  dövründə çox işlər görülüb, dəyişikliklər gerçəkləşib. Son 10-11 il ərzində Saakaşvili Gürcüstanda önəmli faktor olsa da, hazırda siyasi dividendlərini tam itirib. Böyük ümidlərlə hakimiyyətə gəlsə də, Saakaşvili dönəmi Gürcüstan üçün korrupsiya qalmaqalları, həbsxana işgəncələri, siyasi həbslər və müharibə ilə yadda qaldı. Saakaşvili Gürcüstan üçün keçmiş mərhələdir. Hətta onun yaratdığı Vahid Milli Hərəkat Partiyası da daxili çəkişmələr səbəbindən ikiyə parlaçanıb.

- Mixail Saakaşvili prezident kimi son açıqlamalarında “Gürcü Arzusu” koalisiyasının planlaşdırdığı kütləvi amnistiya qərarını kəskin pisləşmişdi. O həmin amnistiya nəticəsində ölkənin ərazi bütövlüyünə təhlükə yaradan şəxslərdən xüsusən cavaxetiyalı fəal Vaaqn Çaxalyanın adını çəkmişdi. Sizcə, Çaxalyanın azad olunmasından sonra Cavaxetiyada situasiya gərginləşməyə doğru gedib?

- Açığı həmin amnistiyanı yaxşı xatırlasam da, Çaxalyanı yadıma sala bilmirəm. Düşünürəm ki, həmin kütləvi amnisiya Saakaşvili dövründə ona qarşı çıxan siyasi opponentlərinin azadlığa qovuşması üçün idi. Onun dövründə Gürcüstan Avropada məhkum sayına görə lider idi. Həbsxanalarda 22 min insan var idi. Hazırda isə bu rəqəmi 9 minə qədər azalıb. Saakaşvili hökuməti hər kəsə qarşı sıfır tolerantlıq siyasəti elan etmişdi. “Gürzü Arzusu” isə bu sərt siyasəti yumşaltdı, haqsız məhkum olunan şəxlsəri azadlığa qovuşdurdu. Cavaxetiyadakı vəziyyətə gəlincə, hansısa sosial problemlər olsa da, millətlərarası münasibətlər həmişə yaxşıdır. Ölkədəki siyasi problemlərdən isə tək ermənilər, azərbaycanlılar, yaxud gürcülər deyil, bütün xalqlar eyni dərəcədə əziyyət çəkir. Bu problemlərin həlli üçün də Gürcüstanın uzunmüddətli strategiyası mövcuddur.

- Soruşmaq istərdik, Cənubi Qafqazı 30 il sonra necə təsəvvür edirsiniz?

- Cənubi Qafqazın gələcəyini ərazi mübahisələrinin olmadığı demokratik ölkələrin qonşuluğu kimi təsəvvür edirəm. Şiddət və zorakılığın olmadığı halda, Cənubi Qafqaz ölkələri birgə səylərlə tərəqqi və inkişafa asanlıqla nail ola bilər. Əsas arzum regionda hərbi əməliyyatların aparılmamasından ibartədir.


Vüqar İSMAYILOV
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Dövlətimiz mətbuatın inkişafına hərtərəfli şərait yaradıb - NAZİR
22.07.2018, 16:10

Dövlətimiz mətbuatın inkişafına hərtərəfli şərait yaradıb - NAZİR

   AzEdu.az-ın ucqar kənd şagirdlərinə paylayacağı kitabların qəbulu davam edir - Son bir neçə gün
22.07.2018, 15:49

  AzEdu.az-ın ucqar kənd şagirdlərinə paylayacağı kitabların qəbulu davam edir - Son bir neçə gün

Azərbaycanda 5 yaşlı uşaq ögey atası tərəfindən döyülərək öldürüldü
22.07.2018, 15:26

Azərbaycanda 5 yaşlı uşaq ögey atası tərəfindən döyülərək öldürüldü

“Bəkirin də bir arzusu vardı…” - Vəfat edən qazinin vəzifəli qardaşı
22.07.2018, 14:50

“Bəkirin də bir arzusu vardı…” - Vəfat edən qazinin vəzifəli qardaşı

Millət vəkili mətbuat işçilərini və jurnalistləri təbrik etdi   
22.07.2018, 14:26

Millət vəkili mətbuat işçilərini və jurnalistləri təbrik etdi  

Azərbaycanda toyda kütləvi zəhərlənmə - 5-i UŞAQDIR
22.07.2018, 14:10

Azərbaycanda toyda kütləvi zəhərlənmə - 5-i UŞAQDIR

"Jurnalistlər təkziblə bağlı materiallardan yayınırlar"  - Hadi Rəcəbli
22.07.2018, 14:00

"Jurnalistlər təkziblə bağlı materiallardan yayınırlar"  - Hadi Rəcəbli

Sabahın HAVASI küləkli və yağışlı olacaq
22.07.2018, 13:51

Sabahın HAVASI küləkli və yağışlı olacaq

Gürcüstan patriarxının halı pisləşib
22.07.2018, 13:43

Gürcüstan patriarxının halı pisləşib

Şamaxıda kütləvi dava - ağır yaralılar var
22.07.2018, 13:31

Şamaxıda kütləvi dava - ağır yaralılar var

Metrodan istifadə edənlərin sayı artıb
22.07.2018, 13:20

Metrodan istifadə edənlərin sayı artıb

İranda güclü ZƏLZƏLƏ
22.07.2018, 13:14

İranda güclü ZƏLZƏLƏ

Azərbaycanlı hakim-inspektor Ermənistan komandasının oyununda
22.07.2018, 13:06

Azərbaycanlı hakim-inspektor Ermənistan komandasının oyununda

Qarabağ qazisi vəfat etdi – VƏZİFƏLİ ŞƏXSİN QARDAŞIDIR
22.07.2018, 13:03

Qarabağ qazisi vəfat etdi – VƏZİFƏLİ ŞƏXSİN QARDAŞIDIR

Avropa Liqasının oyunu Əliyar Ağayevə tapşırıldı
22.07.2018, 12:45

Avropa Liqasının oyunu Əliyar Ağayevə tapşırıldı

Cəlilabadda dəhşət: 2 qardaş öldü
22.07.2018, 12:36

Cəlilabadda dəhşət: 2 qardaş öldü

Mətbuatın işıqlı başlanğıcı
22.07.2018, 12:15

Mətbuatın işıqlı başlanğıcı

ADAU-da 1-ci Beynəlxalq Yay Məktəbi davam edir - FOTOLAR  
22.07.2018, 11:50

ADAU-da 1-ci Beynəlxalq Yay Məktəbi davam edir - FOTOLAR  

Ölkə üzrə istixanaların sayı AÇIQLANDI
22.07.2018, 11:34

Ölkə üzrə istixanaların sayı AÇIQLANDI

38 yaşlı kişi özünü asdı - SALYANDA
22.07.2018, 11:20

38 yaşlı kişi özünü asdı - SALYANDA

Cibində 1 manatı olmayan “bomj” 200 min manatlıq heroinlə tutuldu... - AZƏRBAYCANDA
22.07.2018, 11:09

Cibində 1 manatı olmayan “bomj” 200 min manatlıq heroinlə tutuldu... - AZƏRBAYCANDA

Prezident İlham Əliyev - jurnalistlərin yaxın dostu, mətbuatın böyük hamisi
22.07.2018, 10:58

Prezident İlham Əliyev - jurnalistlərin yaxın dostu, mətbuatın böyük hamisi

Hansı ölkə vətəndaşlığı neçəyə satır? - SİYAHI
22.07.2018, 10:42

Hansı ölkə vətəndaşlığı neçəyə satır? - SİYAHI

Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi
22.07.2018, 10:29

Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi

Dənizdə batan 4 nəfər xilas edilib
22.07.2018, 10:21

Dənizdə batan 4 nəfər xilas edilib

"Instagram"da yenilik
22.07.2018, 10:16

"Instagram"da yenilik

FHN iki nəfəri xilas etdi
22.07.2018, 10:03

FHN iki nəfəri xilas etdi

Yaponiyada orta ömür həddi rekord səviyyəyə çatıb
22.07.2018, 09:50

Yaponiyada orta ömür həddi rekord səviyyəyə çatıb

22.07.2018, 09:45

"Azərbaycan Beynəlxalq Enerji Agentliyinin çox dəyərli tərəfdaşdır" - Fatih Birol

Cəbhədə gərgin gecə: Düşmən iriçaplı pulemyotlardan istifadə etdi
22.07.2018, 09:30

Cəbhədə gərgin gecə: Düşmən iriçaplı pulemyotlardan istifadə etdi

“Qarabağ”a yeni hücumçu transfer edildi
22.07.2018, 09:15

“Qarabağ”a yeni hücumçu transfer edildi

Çimərliklərə üz tutanlar - EHTİYATLI OLUN
22.07.2018, 09:00

Çimərliklərə üz tutanlar - EHTİYATLI OLUN

Yeniyetmə dərmandan zəhərlənib
22.07.2018, 00:58

Yeniyetmə dərmandan zəhərlənib

Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi
22.07.2018, 00:33

Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi

Şimali Koreya iqtisadiyyatı kəskin dərəcə aşağı düşüb
22.07.2018, 00:21

Şimali Koreya iqtisadiyyatı kəskin dərəcə aşağı düşüb

ARXİV