26 aprel 2018, Cümə axşamı
Ana Səhifə - İQTİSADİYYAT - Azərbaycanda yeni olan texnologiya – Faydalıdır yoxsa ziyanlı?
Azərbaycanda yeni olan texnologiya – Faydalıdır yoxsa ziyanlı?
09.12.2017, 11:46

 

Hazırda dünyada trend olan innovativ yeniliklərdən biri də virtual reallıq texnologiyalarıdır.

 

Xarici mediada hər gün virtual reallıq (virtual reality) və artırılmış reallıq (augmented reality)  texnologiyaları üzərində müxtəlif oyun və məhsullarının hazırlanması ilə bağlı məlumatları oxuyuruq.

 

Belə ki, artıq nəhəng informasiya texnologiyaları şirkətləri bu sahəyə daha çox diqqət ayırır və  getdikcə rəqabətin kəskinləşdiyini nəzərə alaraq özlərinə bu istiqamətdə yer tutmaq üçün böyük məbləğlərdə yatırımlar edir.

 

Hətta bu yaxınlarında Facebook-un qurucusu Mark Zuckerberg  də virtual reallıq texnologiyalarının sürətlə inkişaf etdiyini vurğulayaraq qarşıdakı 10 ildə bu sahəyə  3 milyard dollardan çox investisiya qoymaq məcburiyyətində olduğunu açıqlayıb. 

 

Son dövrlər Azərbaycanda da bu istiqamətdə ciddi addımlar atılır. Belə ki, gənclərimiz virtual reallıq texnologiyaları ilə bağlı yerli məhsullar hazırlayaraq bazara təqdim edir.

 

Oyun tərtibatçısı Bakir Omarov Modern.az-a açıqlamasında Azərbaycanda bu bazarın hələ təzə-təzə yaranmağa başladığını qeyd edib.

 

“Dünyada “FunZone”lar yaradılıb ki, insanlar ilk dəfə bu oyunlarla belə tanış olurlar. Sonra is öz eynəklərini alıb evlərində istifadə edirlər. Amerika, Kanada, İngiltərə artıq bu mərhələdədir. Azərbaycan isə hələki birinci mərhələdədir. Alış-veriş mərkəzlərimizdə virtual reallıq oyunları var. Ümumiyyətlə, gəlir baxımından da virtual reallıq oyunları o qədər də məşhur deyil. Amerikada bir fərd aya 5-10 min dollar qazanırsa, onun üçün 600-700 dollar verib virtual eynək almaq elə də problem deyil. Azərbaycanda yerli bazardan almağa çalışsaz, bu qiymət 2000-3000 manat arası dəyişir. Ortalama maaşa baxanda inanmıram ki, bizdə  kimsə gedib bu qiymətə eynəkləri alsın”.

 

Tərtibatçı deyir ki, bu eynəklərə əyləncə sevənlərin və zəngin insanların tələbatı daha çoxdur.

“Oyun zonalarına isə necə ki “Playstation”a gedirlər eləcə də gedib virtual oyunlar oynayırlar. Məsələn, “Paintball” oynayırsınızsa, hamı eynəkləri taxır, komanda-komandaya qarşı oynayır və əylənirlər”

 

Bakir Omarov studiyada hazırladıqları oyunları xarici auditoriyaya ünvanladıqlarını vurğulayıb.

 

“Azərbaycan bazarında heç bir gəlir mənbəyi görmürük. Ona görə də oyun yaradanda xaricilərin istəkləri və xarici bazarda olan boşluqları nəzərə alırıq. Xarici marketoloqlarla məsləhətləşirik.

 

“Mad West” oyununu sırf xarici marketoloqlar işləyib. Söhbət 19-cu əsr Amerikasından getdiyinə görə, ünvanlandığımız əsas bazar Amerika bazarıdır. Kommersiya məqsədlidir və gələcəkdə bizə gəlir gətirəcək. Gəlirlərimiz və uğurlarımız artıqdan sonra sosial layihə olaraq Azərbaycana, onun tarixinə aid bir neçə oyunlar yaradacağıq. Dünyada tanındıqdan sonra, bu oyunları dünya bazarına çıxartmaq da rahat olacaq. Amma əvvəlcə Azəbaycana aid oyun çıxarmaq səhv olardı. Çünki biri var sizi bir neçə insan tanıyır, biri də var dünyada tanınırsan. Sizi tanıdıqdan sonra sizə güvənirlər və Azərbaycana aid çıxardığınız oyun daha geniş auditoriyaya çatır”.

 

Müsahibimiz bu oyunların müstəb və mənfi tərəflərindən də söz açıb:

 

“Yaş məhdudiyyətini nəzərə almasaq şiddət, qorxu, ölüm olan oyunları uşaq oynayarsa, təbii ki, ona yaxşı təsir etməyəcək. Biri var uşaq monitorda kimisə öldürür, biri də var bunu öz gözləri qarşısında görür. Virtual reallıq oyunlarının özəlliyi də bundan ibarətdir. Oyunla reallığı aid etmək çətindir.

 

Biz  aylardır aparatlarla işləyirik, hətta özümüz bilə-bilə ki, bu oyundur, hətta biz  də çaşırıq. Elə bilirik ki, əsl həyatdır. Eynəyi taxdıqdan sonra insan çaşıb gedib divara da dəyə bilər. Siz atəş açanda diksinib qışqıra da bilərsiniz. Bu normal hallardır. Beyin həmin an üçün oyunla realı ayıra bilmir. Bu böyüklərə də ziyan ola bilər. Ona görə də oyunlar yaş qruplarına ayrılır. Ümumiyyətlə, həkimlər uşaqlara bu oyunları məsləhət görmürlər.  Eynəklər uşaq gözlərinə ziyandır. Ona görə12-13 yaşından yuxarı hər kəs rahatlıqla bu oyunları oynaya bilər”.

Tərtibatçı eynəklərin düzgün istifadə edildiyi təqdirdə gözlərə heç bir ziyanının olmadığını söylədi.

 

“Valideynlər hər zaman uşaqlara deyirdi ki, monitorlara yaxın oturmayın, ziyandır. Bir yandan və o dövr üçün bu düz idi. Amma texnologiya inkişaf etdikcə xüsusilə də virtual reallıq oyunlarında monitorun gözə yaxın olmasının gözlərə heç bir ziyanı yoxdur. Bizim istifadə etdiyimiz “HTC” şirkətinin eynəkləridir. Bu eynəkləri istehsal etməmişdən öncə milyonlarla dollar xərcləyib həkimlərlə, professorlarla işləyiblər ki, bu gözlərə ziyan etməsin. Hətta saatlarla oynasalar belə. Amerika bazarında əgər hər hansı bir məhsulu bazara çıxardırsansa, onu sağlamlıq baxımından sertifikatlaşdırmaq lazımdır. Əgər sizin məhsulunuz 1% də olsa bədənə ziyan vurursa, bu sertifikatı almaq  çox çətin məsələdir. “HTC” bu sertifikatı ala bilibsə, bu da eynəklərin heç bir ziyanının olmadığının göstəricisidir. Günə 3-4 saat istifadə etmək məsləhət görülür.

 

Bu oyunlar oyun sahəsinin inkişafı deməkdir. İnsanların oyunlardan ala biləcəyi müsbət yükün çoxlamasını təmin edir. Biri var “maus”la nəyisə idarə edəsiz, biri də var virtual reallıqda. Özüm oyun yarada-yarada atəş açmaq üzrə məşq edirdim. Bu yaxınlarda bir poliqonda sertifikat almışam. Oyundan sonra mənim atıcılıq qabiliyyətim yüksəlib. Tək atıcılıq yox, məntiqi, reaksiyanı da inkişaf etdirir. İnsanlar var ki futbol üzrə, qapıçılıq üzrə, tenis üzrə məşqlər edirlər. Mənfi cəhətləri çox azdır. Düzgün istifadə olunursa, heç bir ziyanı yoxdur.

İkinci ildir ki, şirkətimiz fəaliyyət göstərr. 300.000 istifadəçimiz var. 100-lərlə ölkələrdə “TOP100-500”ə düşmüşük”.

 

Qeyd edək ki, bu sahəyə həvəsi olan gənclər “Azərbaycan Oyun Tərtibatçıları Assosiasiyası”na qatıla bilərlər. Assosiasiya gələn ildən fəaliyyətə başlayacaq və gənc oyun tərtibatçılatı üçün çox sayda imkanlar yaradacaq.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Dünyanın ən varlı terror təşkilatı məlum oldu  
26.04.2018, 00:12

Dünyanın ən varlı terror təşkilatı məlum oldu  

Türkiyədə silahlı toqquşma: 1 şəhid, 4 yaralı   
26.04.2018, 00:09

Türkiyədə silahlı toqquşma: 1 şəhid, 4 yaralı  

Putin Sarkisyana zəng vurub
26.04.2018, 00:07

Putin Sarkisyana zəng vurub

Nalbandyan Moskvaya getdi
26.04.2018, 00:01

Nalbandyan Moskvaya getdi

Azərbaycan  Cümhuriyyətinin 100 illiyi ilə bağlı yeni medal təsis edilir
25.04.2018, 23:10

Azərbaycan  Cümhuriyyətinin 100 illiyi ilə bağlı yeni medal təsis edilir

Azərbaycan nefti yenə bahalaşdı
25.04.2018, 23:00

Azərbaycan nefti yenə bahalaşdı

Azərbaycanlı professor beynəlxalq  mükafata layiq görülüb
25.04.2018, 21:41

Azərbaycanlı professor beynəlxalq  mükafata layiq görülüb

Rəsmi Moskva Ermənistandakı vəziyyətə münasibət bildirdi
25.04.2018, 21:35

Rəsmi Moskva Ermənistandakı vəziyyətə münasibət bildirdi

ATƏT-in baş katibi Azərbaycan prezidentini təbrik edib
25.04.2018, 21:05

ATƏT-in baş katibi Azərbaycan prezidentini təbrik edib

Avropanın ən çox və ən az  borcu olan ölkələri bunlardır 
25.04.2018, 21:00

Avropanın ən çox və ən az  borcu olan ölkələri bunlardır 

FİFA-nın prezidenti "Qarabağ"ı təbrik edib
25.04.2018, 20:54

FİFA-nın prezidenti "Qarabağ"ı təbrik edib

Ermənistanda hakim koalisiya dağılıb
25.04.2018, 20:53

Ermənistanda hakim koalisiya dağılıb

Bakıda 6500-ə yaxın şagird “İnformatika” fənnini yeni formatda öyrənir
25.04.2018, 20:48

Bakıda 6500-ə yaxın şagird “İnformatika” fənnini yeni formatda öyrənir

AŞPA azərbaycanlı məcburi köçkünlərə dair qətnamə qəbul edib
25.04.2018, 20:35

AŞPA azərbaycanlı məcburi köçkünlərə dair qətnamə qəbul edib

Bakının bu hissələrində sabah qaz olmayacaq
25.04.2018, 20:26

Bakının bu hissələrində sabah qaz olmayacaq

Azərbaycanda yeni növ avtomobil və gəmi yanacağı istehsal ediləcək
25.04.2018, 20:14

Azərbaycanda yeni növ avtomobil və gəmi yanacağı istehsal ediləcək

“Qaçqınkom” Gəncədəki yanğınla bağlı açıqlama verdi
25.04.2018, 18:53

“Qaçqınkom” Gəncədəki yanğınla bağlı açıqlama verdi

Məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın olub
25.04.2018, 18:44

Məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın olub

“Fenerbahçe” – “Beşiktaş” oyunu qaldığı yerdən davam etdiriləcək
25.04.2018, 18:31

“Fenerbahçe” – “Beşiktaş” oyunu qaldığı yerdən davam etdiriləcək

Zakir Həsənov Çinə səfər edəcək
25.04.2018, 18:25

Zakir Həsənov Çinə səfər edəcək

Salyanda 28 yaşlı gənc özünü bıçaqlayaraq öldürüb
25.04.2018, 18:14

Salyanda 28 yaşlı gənc özünü bıçaqlayaraq öldürüb

“Böhtan atan şəxs öz vicdanı və Allah qarşısında məsuliyyət daşıyır...”
25.04.2018, 18:05

“Böhtan atan şəxs öz vicdanı və Allah qarşısında məsuliyyət daşıyır...”

İlham Əliyevin Türkiyə səfəri başa çatdı
25.04.2018, 17:57

İlham Əliyevin Türkiyə səfəri başa çatdı

PA işçiləri üçün tikilən  yaşayış kompleksi gələn ilin payızında istifadəyə veriləcək
25.04.2018, 17:55

PA işçiləri üçün tikilən  yaşayış kompleksi gələn ilin payızında istifadəyə veriləcək

Bu yolda hərəkət məhdudlaşdırılacaq   
25.04.2018, 17:43

Bu yolda hərəkət məhdudlaşdırılacaq  

DİN Bakıda məktəblinin zorlanması xəbərinə münasibət bildirdi
25.04.2018, 17:25

DİN Bakıda məktəblinin zorlanması xəbərinə münasibət bildirdi

Yerevanın mərkəzinə zirehli texnika yeridildi
25.04.2018, 17:18

Yerevanın mərkəzinə zirehli texnika yeridildi

Manatın sabahkı MƏZƏNNƏSİ 
25.04.2018, 17:15

Manatın sabahkı MƏZƏNNƏSİ 

“Onlar Prezidentin etimadını doğruldacaqlar”    
25.04.2018, 16:45

“Onlar Prezidentin etimadını doğruldacaqlar”  

Bakıda daha bir piyada ölümü
25.04.2018, 16:34

Bakıda daha bir piyada ölümü

İlham Əliyev Ankaradan dünyaya mesaj verdi 
25.04.2018, 16:28

İlham Əliyev Ankaradan dünyaya mesaj verdi 

Yarımçıq qalmış “Fənərbağça" - "Beşiktaş" matçı barədə son qərar verildi   
25.04.2018, 16:28

Yarımçıq qalmış “Fənərbağça" - "Beşiktaş" matçı barədə son qərar verildi  

Prezidentin sərəncamı 11193 nəfərə şamil olunacaq - AÇIQLAMA   
25.04.2018, 16:15

Prezidentin sərəncamı 11193 nəfərə şamil olunacaq - AÇIQLAMA  

Ermənistanda 10-a yaxın partiya Paşinyanı dəstəklədi
25.04.2018, 16:13

Ermənistanda 10-a yaxın partiya Paşinyanı dəstəklədi

İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü - YENİLƏNİB 
25.04.2018, 16:12

İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü - YENİLƏNİB 

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(5.68%)
İmtahan qiymətləri normalıdr(4.54%)
İmtahan qiymətləri aşağıdır(2.27%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(70.4%)
İmtahan qiymətləri azaldılmalıdır(5.68%)
İmtahan qiymətləri artırılmalıdır(11.3%)