18 iyul 2018, Çərşənbə axşamı
Ana Səhifə - CƏMİYYƏT - “Qoçu” ifadəsinin maraqlı yaranma tarixçəsi- Köhnə Bakı xatirələri
“Qoçu” ifadəsinin maraqlı yaranma tarixçəsi- Köhnə Bakı xatirələri
17.12.2017, 00:35

XX əsrin əvvəllərindəki Bakıdan danışarkən tez-tez adıçəkilən şəxslərdən biri də qoçular olub. O dövrün araşdırıcıları Manaf Süleymanov, Qılman İlkin, Sara Aşurbəyli öz əsərlərində qoçulardan da bəhs ediblər.

 

Qoçular müəyyən məkan daxilində özlərini xüsusi nüfuz sahibi kimi qələmə verir, uyğun ərazinin əsas nəzarətçiləri kimi davranardılar. Doğrudur, mart soyqırımlarından əvvəl və sonra, eləcə də ermənilərin xalqa qarşı başqa üsyanları zamanı qoçular əllərinə silah alaraq, xalqı qoruyublar. Amma “kolleqaları”nın əksinə hərəkət edib, xalqı soyanlar da olub.

 

 

“Qoçu” ifadəsi necə formalaşdı?

 

Köhnə bakılı çəmbərəkəndli Kərbəlayı Gülü  ilk qoçu barəsində Manaf Süleymanova ətraflı danışıb: “Qobustan tərəfdən, Qoçu adında iyirmi - iyirmi beş yaşlarında bir gədə gəlmişdi Bakıya. Arabaçı idi. Bərkə-boşa düşüb, özünü göstərirdi. Çox güclü, həm də ötkəm idi. Söz tərs gələn kimi tərəf müqabili şapalaqlayırdı. Kürəyini yerə qoyan yox idi. Deyirdilər ki, həzrəti Əli əleyhisalam onu yuxuda kəmərbənd edib, kürəyində İmam Əlinin pəncəsinin, beş barmağının izi var.

 

Kimə şillə ilişdirərdi, hərif o dəqiqə yıxılardı. Bazulu gədə idi, qabağına heç kəs çıxmağa sürət etmirdi. Səsi zəhmli, gur idi. Deyirlər bir dəfə ram olmayan xam bir at gətirirlər. Haradan yanaşsan dişdiyirmiş, arxadan hənirti duyanda şıllaq atır, şahə qalxırmış. Hadisə yerinə Qoçu gəlir çıxır, qabağa keçib bərkdən bağırır, ata zərblə elə bir tutarlı şillə ilişdirir ki, heyvan başlayır əsim-əsim əsməyə... Hoppanır minir atın belinə, başlayır onu məhmizləməyə. At götürülür. Hamı deyir ki, at Qoçunu aparıb daşa, qayaya çaxıb öldürəcək. Dördbeş saatdan sonra Qoçu qayıdır, altındakı at da köpük içində. Qoçu özü ortaboy, arıq amma enlikürək gədə idi. Tapançaya, tüfəngə öyrənəndən sonra fəğan elədi... Ondan sonra kim ki, bir az xoruzlanırdı, deyirdilər ki, “adə, qoçusan?” “Zalım oğlu, qoçu deyilsən ki,”  “Mənim üçün qoçu olmayacaqsan ki!” O xislət adamlara “Qoçu” adı qoydular...

 

Qoçu portreti

 

Qoçuların sayının artmasına səbəb Bakının dövləti, şöhrəti idi. Gürcülər gəlirdi Bakıya, pul alıb dövlətli adamın müddəisini, düşmənini öldürürdülər. Bu minvalla daraşmışdılar Bakı varlılarının, tacirlərin, neft “xozeyinləri”nin canına, hədə-hərbə gəlib deyirdilər ki, filan qədər verməsən vurub öldürəcəyəm. Bakı “xozeyinləri” də təpərli, ötkəm cavanları yığıb hərəsinə bir-iki gözəl libas, papaq, çəkmə, tapança, patron, xəncər, beybut alırlar, həftə başı da ciblərinə filan qədər xərclik qoyurlar, deyirlər ki, Tiflisdən gələn lotu kintoların ayağını kəsin...

 

Varlıların hər birisinin öz qoçu dəstəsi vardı; qoçuların özlərinin də gözətçiləri olardı. Xüsusi geyimləri, bellərində xəncər, beybut, “afserski”  tapança, mauzer, nağan bağlayardılar. Qoçular bir-birilə yola getmir tez-tez savaşırdılar. Elə ki, başlayırdılar atışmağa, küçədə qaça-qaç düşürdü, konduktor, konkasürən atları qoyurdular başlı başına, qaçıb gizlənirdilər... Atlar hürkürdü, konka yoldan çıxırdı... Atışmada təsadüfən ölənlər də olurdu.

 

Kürən qoçunun aldığı dərs

 

Manaf Süleymanov köhnə Bakı ilə bağlı araşdırmalarının birində yazır:

“Bir qoçunun başına Qurubağda qəribə əhvalat gəlir. Şəhərdə tanınmış Kürən qoçu Qurubağda oturub ötüb-keçənlərə əziyyət verir, sataşır, kefi istəyəndə döyür, tapança ilə təhdid edirdi; camaat da onu görəndə yolunu dəyişdirib xatadan qaçırdı. Kürən qoçu salam verib ötən adamı söyüb incidirmiş ki, sən kimsən ki, mənə salam verirsən, salam verməyənləri döyürmüş ki, məni aya salmırsan. Harınlıqdan lap qudurmuşdu. Özü də çox yekəpər, həm də çox güclü imiş, yaxşı da nişan alırmış. Qoçubaşılar belə vaxtda ona baş qoşmaz, ötüb keçərdilər.

 

 

Realni məktəbin son sinif şagirdlərindən biri Qurubağdan keçəndə Kürən qoçu onun qabağını kəsib çənəsinin altını əlləyir; o zamanlar bu, çox böyük təhqir hesab edilirdi. Şagird pərt olur və evə gəlib əhvalatı anası Fatmaya danışır. Ana tapançanı doldurub verir oğluna və deyir ki, “bu saat get, onu öldür, - və qəzəblə əlavə edir, - öldürməsən, mən səni öldürəcəyəm”.

 

Oğlan əlində tapança qayıdır Qurubağa və Kürən qoçuya deyir ki, sən nə sürətlə mənim çənəmi əllədin, öldürəcəyəm səni. Kürən qoçu hırıldayıb oğlanı ələ salır və deyir: “Hünərin zar vur görüm... Sən yox, gərək dədən gələydi”.

 

Oğlan tətiyi basıb tapançadakı güllələrin altısını da qoçunun bədəninə boşaldır... Kürən qoçu elə oradaca ölür...

 

Nuru Paşanın zabiti və qoçu

 

Əliabbas Müznib xatirələrindən o dövrə aid çox maraqlı bir əhvalatı  təqdim edir:

“Türklər məni hərbi komendantlığa çağırdılar və minbaşı Tofiq bəyə katib təyin etdilər. Tofiq bəy tapşırdı ki, mənə xəbər verməmiş heç kimi kabinetə buraxma. Xunxar məhəlləli qoçu, başkəsən Malbaş Dadaş komendantlığa gəlib, birbaşa zabitin kabinetinə yönəldi. Mən qabağa yeriyib xahiş etdim ki, qoy özünə xəbər verim, sonra gir içəri. Malbaş qışqıra-qışqıra məni söydü. Bu vaxt Tofiq bəy özü qapını açıb, biz olan otağa keçdi: “Yahu, şu nə qeyli-qal?!”,- deyə Malbaşa acıqlandı. Mən fikirləşdim ki, türk zabiti gəldi-gedərdir. Malbaş isə kənddə qalacaq, mənə divan tutar. Vəziyyəti yüngülləşdirmək üçün astadan dedim: “Tofiq bəy, şu zat qoçudur”.

 

 Tofiq bəy tünd-tünd ona baxdı, dönüb məndən, təəccüblə xəbər aldı: - Qoçu? Yahu, bu nə biçim şey?

 

 Başa saldım ki, qoçu güclü, qolu-zorba adama deyirlər, kimi istəsə haqq-nahaq döyər, cəza verər... Tofiq bəy əlini döşünə vurub dedi:

- O bən. Qoçu bən.

 

Qapıdakı növbətçini çağırdı:

- Çavuş əfəndi, iki şər, subay səslə!

 

 Çavuş bir anda iki əsgər çağırdı. Tofiq bəy barmağı ilə Malbaşı göstərib, əmr etdi:

- Şu pəzəvəng hərifin sırtına hərəniz qırx zopa endirərsiniz, bən gediyorum, varmasam, bən qayıdana qədər davam edərsiz.

 

Çavuş arxadan Malbaşı qucaqlayaraq quş kimi qaldırdı, otaqdan çıxardı. Malbaş ha vurnuxdu, ha qol-qıç atdı, heç nə hasil olmadı. Naxır bulağı meydanının ortasında Malbaşın paltarını soyundurub üzü-qoylu yerə sərdilər. Əsgərlər növbə ilə zopalamağa başladılar. Malbaşın bağırtısı, yalan olmasın, Nardaranda eşidilirdi. Huşunu itirdi, qanı axa-axa cicimə uzadıb evinə apardılar. Türklər Bakıdan gedəndən bir il sonra da yaralarına təpitmə, məlhəm qoyurdular, yenə sağalmadı.

 

E. Nihad


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Mərkəzi Elmi Kitabxana jurnalistləri mükafatlandırdı   
18.07.2018, 14:47

Mərkəzi Elmi Kitabxana jurnalistləri mükafatlandırdı  

Türkiyədə yeni qanun qəbul edilir: Pul ver, əsgərliyə getmə
18.07.2018, 14:44

Türkiyədə yeni qanun qəbul edilir: Pul ver, əsgərliyə getmə

Sanatoriya tikdirəcəyi deyilən deputat Mahir Aslanov: “...səhv etmişəm”  
18.07.2018, 14:24

Sanatoriya tikdirəcəyi deyilən deputat Mahir Aslanov: “...səhv etmişəm”  

Xuliqanlar Paşinyanla MƏZƏLƏNDİLƏR - SƏS YAZISI
18.07.2018, 14:17

Xuliqanlar Paşinyanla MƏZƏLƏNDİLƏR - SƏS YAZISI

İtaliya prezidenti ATƏT-də Azərbaycanı dəstəkləyəcəklərinə söz verdi   
18.07.2018, 14:12

İtaliya prezidenti ATƏT-də Azərbaycanı dəstəkləyəcəklərinə söz verdi  

“Mattarellaya dedim ki, İtaliya şirkətləri üçün Azərbaycanda bütün qapılar açıqdır” - İlham Əliyev    
18.07.2018, 14:08

“Mattarellaya dedim ki, İtaliya şirkətləri üçün Azərbaycanda bütün qapılar açıqdır” - İlham Əliyev   

General yaralanan çavuşu təltif etdi
18.07.2018, 14:08

General yaralanan çavuşu təltif etdi

Şəlaləyə baxmağa gedənlərin başına daş düşdü
18.07.2018, 13:55

Şəlaləyə baxmağa gedənlərin başına daş düşdü

QHT TV Xəbərlər Bloku hazırladı - VİDEO
18.07.2018, 13:45

QHT TV Xəbərlər Bloku hazırladı - VİDEO

Müstəntiq qardaşını öldürən nişanlı qızı buraxmayacaq: “Ortada ölüm faktı var”
18.07.2018, 13:32

Müstəntiq qardaşını öldürən nişanlı qızı buraxmayacaq: “Ortada ölüm faktı var”

Bakı-Quba yolundakı qəzanın səbəbi AÇIQLANDI   
18.07.2018, 13:26

Bakı-Quba yolundakı qəzanın səbəbi AÇIQLANDI  

Tramp ABŞ-ı 3,9 milyard dollar xərcə salacaq
18.07.2018, 13:17

Tramp ABŞ-ı 3,9 milyard dollar xərcə salacaq

Sabahın HAVASI: 36 dərəcə isti olacaq
18.07.2018, 13:10

Sabahın HAVASI: 36 dərəcə isti olacaq

Baş nazir prezidentin qaldırdığı məsələlərlə bağlı Nazirlər Kabinetinin strukturlarına tapşırıq verdi
18.07.2018, 13:01

Baş nazir prezidentin qaldırdığı məsələlərlə bağlı Nazirlər Kabinetinin strukturlarına tapşırıq verdi

Paşinyan Qarabağ klanının daha bir üzvünü “vurdu”
18.07.2018, 13:00

Paşinyan Qarabağ klanının daha bir üzvünü “vurdu”

Ukraynadakı səfirliyimizin iqtisadi attaşesi: “Nazirlə razılığa gəlirik, qubernator məhəl qoymur” - MÜSAHİBƏ
18.07.2018, 12:47

Ukraynadakı səfirliyimizin iqtisadi attaşesi: “Nazirlə razılığa gəlirik, qubernator məhəl qoymur” - MÜSAHİBƏ

Üzən günəş panelləri sistemi ilə bağlı pilot layihə həyata keçiriləcək
18.07.2018, 12:37

Üzən günəş panelləri sistemi ilə bağlı pilot layihə həyata keçiriləcək

Ünvanlı sosial yardım üçün müraciət proseduru sadələşdirilir
18.07.2018, 12:29

Ünvanlı sosial yardım üçün müraciət proseduru sadələşdirilir

Gənc developerlər “AppLab”da öyrəndiklərini tətbiq etdilər
18.07.2018, 12:25

Gənc developerlər “AppLab”da öyrəndiklərini tətbiq etdilər

Tereza Mey növbədənkənar seçkilərə gedə bilər
18.07.2018, 12:14

Tereza Mey növbədənkənar seçkilərə gedə bilər

Bakıda qohumunu yumruqla vurub öldürən tutuldu
18.07.2018, 12:09

Bakıda qohumunu yumruqla vurub öldürən tutuldu

Azərbaycan və İtaliya prezidentləri bəyanat verdilər  
18.07.2018, 11:58

Azərbaycan və İtaliya prezidentləri bəyanat verdilər  

Bakı-Quba yolunda avtobus qəzası: 1 nəfər ölüb, 10 nəfər yaralanıb   
18.07.2018, 11:52

Bakı-Quba yolunda avtobus qəzası: 1 nəfər ölüb, 10 nəfər yaralanıb  

Siqaret kötüyü 5 qadının ölümünə səbəb oldu
18.07.2018, 11:49

Siqaret kötüyü 5 qadının ölümünə səbəb oldu

“Jurnalistlərin 3-cü binası 2020-də təhvil veriləcək”
18.07.2018, 11:47

“Jurnalistlərin 3-cü binası 2020-də təhvil veriləcək”

Mətbuat günü ilə bağlı Vikipediya-da 143 məqalə yaradıldı - VİDEO   
18.07.2018, 11:22

Mətbuat günü ilə bağlı Vikipediya-da 143 məqalə yaradıldı - VİDEO  

Vətəndaş özünü İcra Hakimiyyətin qarşısında yandırmaq istədi - SƏBƏB  
18.07.2018, 11:14

Vətəndaş özünü İcra Hakimiyyətin qarşısında yandırmaq istədi - SƏBƏB  

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda diqqətli olun
18.07.2018, 11:14

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda diqqətli olun

Müğənni Könül Kərimovanı aldadıb 32 min manatını alıblar - DƏLƏDUZLUQ
18.07.2018, 11:09

Müğənni Könül Kərimovanı aldadıb 32 min manatını alıblar - DƏLƏDUZLUQ

Bakıda biabırçı cinayət - Yaşlı qadını döydü, qarət etdi - FOTO
18.07.2018, 11:00

Bakıda biabırçı cinayət - Yaşlı qadını döydü, qarət etdi - FOTO

“Gənclərin dini məzhəblərə meyilliliyinə görə təhsil ocaqları da məsuliyyət daşıyır”- Deputat
18.07.2018, 10:59

“Gənclərin dini məzhəblərə meyilliliyinə görə təhsil ocaqları da məsuliyyət daşıyır”- Deputat

Elmar Vəliyevin mühafizəçisindən təzə xəbər var   
18.07.2018, 10:53

Elmar Vəliyevin mühafizəçisindən təzə xəbər var  

Azərbaycan və İtaliya prezidentlərinin görüşü olub
18.07.2018, 10:44

Azərbaycan və İtaliya prezidentlərinin görüşü olub

Sərhəddə 17 min “Marlboro” markalı siqaret aşkarlandı
18.07.2018, 10:42

Sərhəddə 17 min “Marlboro” markalı siqaret aşkarlandı

Dövlət Komitəsi Xəzərin sahillərini hasarlayanları şikayət etdi - Dənizə girişi bağlayanlar KİMLƏRDİR?
18.07.2018, 10:37

Dövlət Komitəsi Xəzərin sahillərini hasarlayanları şikayət etdi - Dənizə girişi bağlayanlar KİMLƏRDİR?

ARXİV