22 iyun 2018, Cümə
Ana Səhifə - ƏDƏBİYYAT - Sürgündə qurdlu yeməklə sağ qalan, dünya tarixinə düşən Cümhuriyyət fədaisi
Sürgündə qurdlu yeməklə sağ qalan, dünya tarixinə düşən Cümhuriyyət fədaisi
08.01.2018, 00:27

Modern.az Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə silsilə yazılarına davam edir. Bu dəfə Cümhuriyyət hökumətinin xaricə göndərdiyi tələbələrdən bəlkə də ən məşhuru, gənc olmasına baxmayaraq, Rəsulzadənin sevimli şairləri sırasında yer alan Əli Yusifdən danışacağıq.

 

DOSYE

 

Əli Cəlal oğlu Yusifzadə1900-cü ilin yanvarın 1-də Şuşa şəhərində doğulub. Yusifzadələr ailəsi Şuşanın sayılıb-seçilən nəsilindən olub. Soyadlarını da İbrahim xanın sarayında işləmiş Mirzə Yusifin adıdan alıblar. Mirzə Yusifin oğlu Mirzə Əliqulu, Mirzə Əliqulunun oğlanları Mirzə Ələkbər və Mirzə Abbas da şair və alim kimi tanınıb. Mirzə Ələkbərin Cavad, Cəlal, Camal, Cabbar, Səttar, Münəvvər və Sitarə adlı övladları olub. Onlardan Cəlal, Camal, Səttar müəllimlik edib. Ağaəlinin atası Cəlal qadaşlarından bədii, elmi yaradacılıqda, pedaqoji və ictimai-siyasi işlərdə fəallığı ilə seçilib.

 

Əli Yusifzadə dərslərini yaxşı oxumaqla yanaşı bədi yaradıcılıqla da məşğul olub. “Balıq və pişik” təmsili (“İşıq”, 1911, sayı 15, səh. 7), “Anaların təfavütü” hekayəsi (“İşıq”, 1911, sayı 26, 27 avqust, səh. 6), “Vətənim” şeiri ( “Məktəb”  1913, fevral) nəşr olunub.  Yazdıqlarını qəzet və jurnallarda çap etdirməklə yanaşı müsabiqələrdə də güçünü sınayıb.  1915-ci ildə Bakıdakı “Qurtuluş”  jurnalı “Qürub çağı bir yetimin məhkumluğu” mövzusunda müsabiqə elan edib. Əli Yusif də müsabiqəyə yazı göndərib.  Qaliblər  sırasında Cəfər Cabbarlı, Ümmgülsümlə yanaşı Əli Yusifzadə də olub.

 

Ən istedadlı tələbələrdən biri

 

Əli Yusifin ziyası Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra daha da parlayır. Atası - hamının hörmət etdiyi maarifçi-ziyalı Mirzə Cəlal onu uşaqlıqdan çox savadlı şəxs kimi yetişdirmişdi. 18 yaşında çatana qədər artıq bir neçə dildə sərbəst yazıb-oxuya bilirdi. Amma yenə də Qərb təhsilini əsas görürdü.

 

 

Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra ailələri Bakıya köçüb. Əli Yusif  “Yaşıl qələm”in, “Ədəbiyyat cəmiyyəti”nin işində fəal iştirak edib, “Azərbaycan”, “İstiqlal”, “Bəsirət”, “Qurtuluş yolu” qəzet və jurnallarında  müstəqillik, azadlıq ideyalarını tərənnüm edən məqalələr və şeirlər nəşr etdirib. Onun 1918-ci il dekabrın 7-də Azərbaycan Cümhuriyyəti Parlamentinin açılış günü münasibəti ilə “Azərbaycan” qəzetinin xüsusu buraxılşında çap olunan  “Prometey” məqaləsi böyük maraqla qarşılanıb. Bakıda yaşadığı dövrdə Məmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Əhməd Cavad, Mirzə Bala Məmmədzadə, Cəfər Cabbarlı, Dadaş Həsənov və b. ilə tanış olub:

 

Araşdırmaçı Əli Şamil Əli Yusifin xaricə təhsil üçün göndərilməsi barəsində faktı təsdiq edərək, bir-iki maraqlı əlavələr də edir:

 

“Əli Yusifzadənin adı Azərbaycan parlamentinin 1919-cu il 1 sentyabr qərarı ilə xarici ölkələrə oxumağa göndərilən tələbələrin siyahısına salınıb.  Lakin texniki səbəbdən tələbələrin göndərilməsi gecikdirilib. 1920-ci il yanvarın 12-də “İstiqlal” qəzetində Əli Yusifzadənin “Əlvida” şeiri dərc olunub. 14-də isə cümhuriyyət rəhbərlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin və valideynlərin iştirakı ilə tələbələrin təntənəli yola salma mərasimi təşkil edilib. Fevralın 11-də Parisə çatan tələbələri Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb. Əlimərdan bəy Topçubaşov tələbələr qarşısında çıxış edərək onlara nəsihətlər edib və uğurlar arzulayıb. Sonra tələbələr təhsil almaq üçün Avropanın müxtəlif şəhərlərinə yola salınıb.  Əli Yusifzadə  Parisdəki Ali Siyasi Elmlər Akademiyasınının Diplomatiya fakültəsinə daxil olub”.

 

Bolşevik məkri-həbs olunan poliqlot

 

1926-cı ilin fevral-mart aylarında Bakıda keçirilən Umimittifaq Birinci Türkoloji Qurultayda Əli Yusifzadə katib, atası  Mirzə Cəlal tərcüməçi kimi iştirak edib. Qurulyat başa çatandan üç gün sonra, yəni martın 8-də Azərbaycan Fovqəladə Komissiyasının (KQB) əməkdaşı Vasinin əmri ilə Əhməd Hacınski, Dadaş Həsənov və Əli Yusifzadə evlərində axtarış aparılmaqla həbs ediliblər:

“Əli Yusifzadənin evindən bir qovluq sənəd götürülüb. Həmin dövrdə Azərbaycanda rəhbər vəzifədə işləyənlərin bir qismi onların həbs olunmasının qarşısını almaq istəsələr də bacara bilməyiblər. Azərbaycan Dövlət Siyası İdarəsinin qərarı dəyişməz olub.

 

 

İstintaqı aparan Vasini Əli Yusifzadənin  “Türkoloji Qurultay keçirilən salona daxil olmları üçün neçə nəfərə və hansı əsasla sənəd veriməsi,  xaricdən dəvət olunmuş alimlərin siyahısını haradan alması” maraqlandırıb. Qurultayın katibi, 8 dildə danışmağı və yazmağı bacaran Əli Yusifzadənin istintaqını 1927-ci il fevralın 28-də başa çatdırılıb. Azərbaycan Dövlət Siyası İdarəsinin  istintaqına görə Dadaş Həsənov, Mövsüm İbrahimov, Cavad Axundov, Mir Bağır Seyidrzayev, Əli Yusifzadə, ümumiyyətlə 14 nəfərə güllələnməli olub. Onlara güllələnmə hökmü oxunur da. Lakin sonradan Əli Yusifzadənin və bəzi məhbusların güllələmə hökmü  10 il həbs cəzası ilə əvəzlənib.

 

Buzlu cəhənnəm-amansız həbs həyatı

 

Amma Əli Yusifin həbs həyatı elə-belə həbs deyildi. O, dünya tarixinin bəlkə də ən amansız sürgün yerinə - buzlu cəhənnəm olan Salovkiyə göndərilir. Əli Şamil bu dəhşətlər barəsində daha geniş məlumat verir:

 

“1927-ci il martın əvvəllərində Əli Yusifzadənin, İsfəndiyar Vəkillinin, Niyazi Muinin, Mehdi Sultanzadənin, Sadıq İmanənin, Nəsrulla İsrafilzadənin,  Muhsin bəy Bəkdəmirzadənin və b. daxil olduğu Azərbaycanlı məhbuslar qrupu Solovkiyə, Şimal Buzlu okeandakı Ağ dənizin Oneqa körfəzindəki adalardakı həbs düşərgələrinə gətiriblər. Bu qrupda əsasən zabit və maarifçi ziyalılar olub. Onları Baltik-Amur kanalının çəkilişində işlətməyə başlayırlar.

 

Əli Yusifzadə onlardan əvvəl gətirilmiş araşdırıcı, şair Əbdürrəhman Dai, Cabbar Kələntərli, B.Səfizadə, Muradxan Naxçıvani, Abbasqulu, B.Həmid Kəngərli, Səlimzadə və başqaları görüşüb. İlik donduran şaxtada işləməkdən, qurd düşmüş balıqdan hazırlanmış xörəkləri yeməkdən çox onları cinayətkarlarla bir yerədə saxlanması rahatsız edib.

 

 

Buna görə də Əli Yusifzadə həbs düşərgəsinə gəldikdən sonra siyasi dustaqlar arasında təbliğat işi aparmağa başlayıb. Bolşeviklərin qəddarlıqlarına qarşı duran, canilərlə bir həbsxanada qalmaq istəməyən, onlara siyasi məhbus statusu verilməsini tələb edən azərbaycanlı məhbuslar ilk dəfə siyasi tələblərlə kütləvi ölüm aclığı elan edib. Əli Yusifzadə Sovet Sosialist Respublikaları İttifaqında ilk dəfə siyasi məhbuslarının aclıq aksiyasının təşkil edənlərdən olub. 1927-ci ildə keçirilən aclığın 53-cü günü hərbiçi, gəncəli İbrahim Axundzadə, Qori Müəllimlər Seminariyasının məzunu, şəkili Əlövsər (Əfsər) Nəcəfov aclıq zamanı, hərbiçi Xasay Kərimzadə, həkim Cahangir Ağayev aclığın doğurduğu  xəstəlikdən dünyasını dəyişib. Şəhid olan dustaqların vəsiyyəti ilə aclıq aksiyası 56-cı gün dayandırılıb”.

 

 Dünyada qəddarlığı ilə ad çıxarmış bolşevik rəhbərliyi aclıq aksiyası iştirakçılarının tələblərinin bir qismini yerinə yetirməli olub. Siyasi məhbusları cinayətkar məhbuslardan ayırmaq məcburiyyətində qalıb. Bu açlıq aksiyası haqqında yazılan kitablar Çində, Amerikada çap olunub.

 

Sovet Sosialist Respublikaları İttifaqının həbsxanalarındakı ilk siyasi aclıq aksiyasının xəbəri Bakıya da gəlib çatıb. Aclıq aksiyasının təşkilatçılarından olan Əli Yusifzadənin atası Mirzə Cəlal Yusifzadə 1931-ci ildə, 72 yaşında Bakıda oğul həsrətilə dünyasını dəyişib.

 

Solovki adalarındakı həbs düşərgələrindəki vəziyyətlə tanış olmağa getmiş Maksim Qorki (Peşkov) və xanımına siyasi məhbuslar həbsxana nəzarətçilərindən gizli məktub ötürə bilib. Onlar bu məktubu Sovet İttifaqı Kommunst Partiyasının rəhbərlərinə, Stalinə çatdırıb. Bundan sonra həbsxanadakı siyasi məhkumlara qarşı sərt rejim nisbətən yumşaldılıb.

 

 

1935-ci ilin yanvarında Əli Yusifzadə həbsdən azad edilib. Lakin onun Azərbaycana dönməsinə icazə verilməyib. O, Özbəkistana sürgün edilib. 1937-ci ildə Əli Yusifzadə Daşkənddə yenidən həbs edilib. Uzun və işgəncəli istintaqdan sonra, yəni 1937-ci ilin avqustun 18-də həbsxanada güllələnib və cəsədi də gizlədilib.

 

Buzlu sonluq... Qarlı cəhənnəmdən bir gün

 

İndi biz sizinlə xəyalən də olsa, Əli Yusifin amansız işgəncələr gördüyü Salovkidəyik. Özü də 1927-ci ilin dəhşətli şaxtalarının ağalıq etdiyi Salovkidə... Bu elə bir zaman idi ki, burada dustaqlara heç bir güzəştlər edilmir, faciə insanları isə 40 dərəcədən çox şaxtanın altında yırtıq ayaqqabı, nazik və cırıq üst geyimləri ilə, ac qarınları və azarlı vücudları ilə dəhşətin oxşarı olan həyatı yaşamalı idilər. Bəziləri dözmür, meşəyə odun doğramaq üçün getdikləri zaman balta ilə özlərinə xətər yetirir, hətta əllərini, ayaqlarını kəsməkdən belə çəkinmirdilər. Sibir həkimlərinin narahatlığını görən həkimlər qərargah rəisinə məlumat verirlər. Qərargah rəisinin qərarı isə belə olur:

-Lazım gəlsə, əlləri və qolları kəsilmiş halda işləməlidirlər.

 

Beləcə, Salovkidə hər gün onlarla adam dünyasını dəyişirdi.

 

Əli Yusif də bu məqamda ora sürgün edilir. 10 il həbs cəzasına məruz qalan Əli Yusif  Azərbaycan və gürcü dustaqları ilə bərabər aclıq aksiyasının ideyasını verir və ona rəhbərlik edir. Salovkidə cəmi 4 sinif bitirmələrinə baxmayaraq, ali təhsilli ziyalılara qan udduran düşərgə zabitləri gözləmədikləri bir vəziyyətlə qarşılaşırlar. Onsuz da əziyyətlərin dəhşətlərinə tab gətirə bilməyən başqa dustaqlar da bunlara qoşulur. Günlərin birində 40 ukraynalı dustaq heç bir səbəbdən gecə vaxtı çölə çıxarılaraq 45 dərəcə şaxtada səhərə qədər işgəncəyə məruz qalırlar. Ağaoğlu Salovki xatirələrində bunları yazır:

“1927 sənəsinin qışında Solovkiyə Azərbaycan­dan 30 nəfərlik bir millətsevən qəfilə gətirilmişdi. Bunlar vəhşi rejimə təhəmmül etməyərək aclığa qərar verdilər.

 

...“Bu qrupun qəti ölüm qərarı Solovkidə bulunan bütün azərilər tərəfindən qəbul olundu və qrev ümumi bir şəkil aldı. Qrev tam 22 gün davam etdi. İnsanlar acından bütün-bütünə bir skletə döndülər. Haqlarında bir cüzi təhfifat yapıldısa da, demək olar ki, bu aclıq qrevlər heç bir şey dəyişmədi. Biləkis Azərbaycan, gürcü və ukrayna millətsevənlərinin bu inadla müqavimət və mücadilələrini Q.P.U. idarəsinin bunlar haqqında daha vəhşicəsinə və barbarcasına tədbirlər almağa sövq edirdi. Hər bir bəşəri, insani hiss və duyğulardan mərhum bulunan bolşeviklərdə insanın insanı tələblərinə qarşı vəhşi bir istehzadan başqa bir şey mövcud deyildir”.

 

Əli Yusifin həbsxanadakı dəhşətli rejimin əleyhinə qaldırdığı bu etiraz forması onun ən yaxın dostlarının, gəncəli İbrahim Axundzadənin və şəkili Əlövsət Nəcəfovun acından ölümünə səbəb olur.

 

Buna baxmayaraq, Əli Yusifdən başlayan bu etiraz sonradan başqa millətləri - qazax, qırğız, başqırd və dağıstanlıları da ayağa qaldırır.

 

Azərbaycan istiqlal şairi, mədəni nəslin nümayəndəsi Əli Yusif dünya siyasi tarixində ilk aclıq aksiyası edən insan kimi tarixə düşməklə yanaşı, vəhşi Solonikinin ilk qəddar düşməni olur.

 

1935-ci ilin yanvarında sürgündən azad edilir, amma yenə vətənə buraxılmır. Bir sürgündən çıxıb o biri  sürgünə düşür. 1937-ci ildə həbs olunur, elə həmin il də dünyasını dəyişir... 

 

Bu gün çox təəssüf ki, istiqlala öz həyatını qurban verən və  Rəsulzadə ideologiyasından dönməyən Əli Yusif insanlarımıza o qədər də tanış ad deyil. Fikrimizcə, bu etinasızlığın özü həm onun, həm də məsləkdaşlarının özü üçün ayrıca bir Salovkidir...

 

E.Nihad

 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Gürcüstanda daha 3 nazirlik ləğv olunacaq
22.06.2018, 00:59

Gürcüstanda daha 3 nazirlik ləğv olunacaq

Nazirlər Kabineti ezamiyyə xərclərinin normalarını artırdı
22.06.2018, 00:48

Nazirlər Kabineti ezamiyyə xərclərinin normalarını artırdı

Beş ayda Azərbaycana 7294 avtomobil idxal edilib
22.06.2018, 00:29

Beş ayda Azərbaycana 7294 avtomobil idxal edilib

Azərbaycan neftinin 1 bareli 76 dollara çatır
22.06.2018, 00:13

Azərbaycan neftinin 1 bareli 76 dollara çatır

Dünya Çempionatı-2018: Xorvatiya Argentinaya şans vermədi
21.06.2018, 23:57

Dünya Çempionatı-2018: Xorvatiya Argentinaya şans vermədi

Heydər Əliyev Mərkəzinin parkında yoqa məşğələsi - FOTOLAR
21.06.2018, 23:37

Heydər Əliyev Mərkəzinin parkında yoqa məşğələsi - FOTOLAR

Dünya Çempionatı-2018: Qırmızı vərəqə alan futbolçu ölümlə hədələnir
21.06.2018, 23:20

Dünya Çempionatı-2018: Qırmızı vərəqə alan futbolçu ölümlə hədələnir

“Azərbaycan vətəndaşları qul deyil” - Çingiz Qənizadə:
21.06.2018, 23:06

“Azərbaycan vətəndaşları qul deyil” - Çingiz Qənizadə:

Metroda döyülən şortikli qız axtarılır
21.06.2018, 22:53

Metroda döyülən şortikli qız axtarılır

Gecə klubunda atışma: 2 ölü
21.06.2018, 22:42

Gecə klubunda atışma: 2 ölü

Qardaş türmədə görüşünə gəlməyən qardaşını bıçaqladı
21.06.2018, 22:29

Qardaş türmədə görüşünə gəlməyən qardaşını bıçaqladı

Şəmkirdə musiqiçilər qəzaya düşdü
21.06.2018, 22:14

Şəmkirdə musiqiçilər qəzaya düşdü

Azərbaycanda narkotik istifadəçiləri arasında azyaşlılar da var
21.06.2018, 21:58

Azərbaycanda narkotik istifadəçiləri arasında azyaşlılar da var

Paşinyana qarşı qaldırılan cinayət işi bağlanıb
21.06.2018, 21:43

Paşinyana qarşı qaldırılan cinayət işi bağlanıb

Şirkət rəhbəri işdə məhəbbət məcarasına görə istefaya getdi
21.06.2018, 21:30

Şirkət rəhbəri işdə məhəbbət məcarasına görə istefaya getdi

Bakıda körpənin boğazından qəpik belə çıxarıldı - Video
21.06.2018, 21:16

Bakıda körpənin boğazından qəpik belə çıxarıldı - Video

Dünya Çempionatı-2018: Fransaya uduzan Peru üçün də çempionat bitdi - VİDEO
21.06.2018, 20:59

Dünya Çempionatı-2018: Fransaya uduzan Peru üçün də çempionat bitdi - VİDEO

UNEC rektoru Akif Əlizadənin təkliflərini dəstəklədi
21.06.2018, 20:44

UNEC rektoru Akif Əlizadənin təkliflərini dəstəklədi

 “Ovannisyan axmaq şərhləri ilə insanları təəccübləndirir”-Vaqif Dərgahlı   
21.06.2018, 20:27

 “Ovannisyan axmaq şərhləri ilə insanları təəccübləndirir”-Vaqif Dərgahlı  

“Qarabağ” bu qapıçıya 600 min ödəməyə hazırdır
21.06.2018, 20:15

“Qarabağ” bu qapıçıya 600 min ödəməyə hazırdır

“Araz” supermarketin işçisinin qətl səbəbi ...
21.06.2018, 20:01

“Araz” supermarketin işçisinin qətl səbəbi ...

Neftçalada 19 yaşlı gənc özünü asdı
21.06.2018, 20:00

Neftçalada 19 yaşlı gənc özünü asdı

Füzulidə raket hissəsi tapılıb - FOTO
21.06.2018, 19:45

Füzulidə raket hissəsi tapılıb - FOTO

BMT-nin qətnamələrinin icrası ATƏT-in Minsk qrupunun həmsədrlərinə həvalə edilib
21.06.2018, 19:34

BMT-nin qətnamələrinin icrası ATƏT-in Minsk qrupunun həmsədrlərinə həvalə edilib

Azərbaycanda sosial müdafiə və sosial təminat xərcləri 7%-ə yaxın artırılır
21.06.2018, 19:22

Azərbaycanda sosial müdafiə və sosial təminat xərcləri 7%-ə yaxın artırılır

Vahid Ələkbərovdan neftin qiyməti ilə bağlı PROQNOZ - 100 dollara çatmayacaq
21.06.2018, 19:05

Vahid Ələkbərovdan neftin qiyməti ilə bağlı PROQNOZ - 100 dollara çatmayacaq

Onlar UNEC-i seçir
21.06.2018, 18:51

Onlar UNEC-i seçir

Abşeronda piyadanı avtomobil vurub öldürdü
21.06.2018, 18:49

Abşeronda piyadanı avtomobil vurub öldürdü

Azərbaycanda universitetin girişində sütunlu tavan çöküb
21.06.2018, 18:43

Azərbaycanda universitetin girişində sütunlu tavan çöküb

Baş nazirin birinci müavini vəzifəsindən azad edildi
21.06.2018, 18:39

Baş nazirin birinci müavini vəzifəsindən azad edildi

Sumqayıtda məcburi köçkün ailələri üçün tikilən bina bu il YEKUNLAŞACAQ
21.06.2018, 18:32

Sumqayıtda məcburi köçkün ailələri üçün tikilən bina bu il YEKUNLAŞACAQ

Dəmirçi-Lahıc avtomobil yolunun tikintisinə 13,7 milyon manat ayrılıb
21.06.2018, 18:26

Dəmirçi-Lahıc avtomobil yolunun tikintisinə 13,7 milyon manat ayrılıb

64800 şagird üçün keçirilən buraxılış imtahanı başa çatıb
21.06.2018, 18:23

64800 şagird üçün keçirilən buraxılış imtahanı başa çatıb

İçərişəhərdə gənc rəssamlar üçün incəsənət müsabiqəsi
21.06.2018, 18:18

İçərişəhərdə gənc rəssamlar üçün incəsənət müsabiqəsi

Cocuq Mərcanlıya daha 50 ailə köçürülüb
21.06.2018, 18:14

Cocuq Mərcanlıya daha 50 ailə köçürülüb

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(15.0%)
Braziliya(24.5%)
Almaniya(11.3%)
İngiltərə(3.14%)
Portuqaliya(11.9%)
İspaniya(4.40%)
Fransa(5.03%)
Belçika(1.88%)
Seneqal(3.14%)
Rusiya(19.4%)