16 yanvar 2018, Çərşənbə
Ana Səhifə - ƏDƏBİYYAT - Layihələri AXC-ni dünyanın ən güclülərindən  birinə çevirəcəkdi -  Cümhuriyyətin ən kasıb naziri
Layihələri AXC-ni dünyanın ən güclülərindən  birinə çevirəcəkdi -  Cümhuriyyətin ən kasıb naziri
09.01.2018, 00:32

Artıq bir neçə aydan sonra Azərbaycan Cümhuriyyətinin yüzillik yubileyi tamam olacaq. Modern.az bu şanlı tarixlə bağlı hazırladığı “AXC-100” yazılar, araşdırmalar silsiləsini davam etdirir.

Bu dəfə Cümhuriyyətin ən uzunömürlü, belə deyək, Cümhuriyyət yaranandan devrildiyi günə qədər nazir postunda qalan yeganə dövlət xadimi Xudadat bəy Məlikaslanovdan danışacağıq:

 

İxtiraçı nazir 

 

Xudadat bəy Ağa bəy oğlu 1879-cu  ildə Şuşada  anadan olub. Elə ilk təhsilini də oradakı  real məktəbində (Şuşa Real Gimnaziyasında) alıb.

 

Xudadat bəy dövlət xadimi olmaqla yanaşı, həm də ixtiraçı-mühəndis və inşaat sahəsində ilk elm xadimlərindən biri olub. O, 1912-1917-ci illərdə Peterburq  elmi jurnallarında dəmir yollarının sonrakı perspektiv texniki inkişafı yolları haqqında bir sıra məqalələrlə çıxış edib.

 

1918-ci ildə Zaqafqaziya dəmir yolu tarixindən kitab nəşr etdirir.

Azərbaycan Cümhuriyyəti elan olunduqdan sonra, hökumətin birinci kabinetində dəmir yol, teleqraf və poçt naziri olur. İkinci, üçüncü, dördüncü kabinetlərdə dəmir yolu naziri, beşinci kabinetdə dəmir yolu eyni zamanda sənaye və ticarət naziri və həm də hökumətin birinci müavini olur. Eyni zamanda  Azərbaycan parlamentinin üzvü seçilib.

 

1919-cu ildə bilavasitə Məlik-Aslanovun iştirakı ilə dəmir yolunu kadrlarla təmin etmək üçün Bakıda dəmir yolu texnikumu açılır.

Sovet hakimiyyətinin ilk günlərində Məlik-Aslanov əvvəlcə tikinti komitəsində şöbə müdiri, sonra komitənin sədri olur. 1923-1933-cü illərdə Xalq Təsərrüfatı Şurasında, Dövlət Plan komissiyasında, işləmiş Politexnik İnstitutunda dekan olub. SSRİ-nin və Azərbaycanın müxtəlif elmi texniki cəmiyyətləri və komissiyalarının üzvü olur. İki monoqrafiya bir sıra elmi məqalələr nəşr etdirir.

Azərbaycanda dəmir yollarının inkişafında əvəzsiz xidmətlər göstərməyinə baxmayaraq, 1934-cü ildə əsassız ittihamlarla ikinci dəfə həbs olunur və 1935-ci ildə düşərgədə həlak olur. 

 

Bir həsir, bir Məmmədnəsir

 

Təqdim edəcəyimiz yazıda da əsasən, Məlikaslanovun həbsi və o ərəfədəki həyatı barəsində məlumat verəcəyik. Çünki ən stajlı nazir olmasına baxmayaraq, Məlikaslanovun necə ədalətli və sadə insan olması ən çox elə onun həbsi zamanı üzə çıxır. Çünki onu həbs edərkən, evində araşdırma aparırlar və görürlər ki…

Araşdırmaçı Lətif Şüküroğlunun arxivdən əldə etdiyi sənədə istinad edərək, araşdırma zamanı evindən nə tapıldığından xəbər tutaq:

Xudadat bəyin həbsi ilə bağlı arxivdəki 109 saylı anketdə qeyd olunub: “Xudadat bəy Ağa oğlu Məlikaslanov. Anadan olduğu yer Gəncə quberniyasının Şuşa qəzası, 1879-cu il təvəllüdlü, milliyyəti azərbaycanlı, türk, 42 yaş, Peterburqda yol mühəndisliyi institutunu bitirib, qohumları - anası Minə, Bakıda yaşayır, arvadı Mariya, Bakıda yaşayır, musiqi ilə məşğul olur, heç bir partiyanın üzvü olmayıb, iş yeri Zaqafqaziya dəmiryolu, sahə rəisi. Məlikaslanov 01.03.1917-ci ildən dəmiryolu sahəsində komissar vəzifəsində və sonra nazir işləyib, heç bir əmlakı olmayıb, məsuliyyətə cəlb edilməyib, hərbi xidmətə çağrılmayıb, 30 oktyabr 1920-ci ildə, xüsusi şöbənin orderi ilə İrəvan küçəsi ev 5-də həbs edilib. 11-ci ordunun komendantı Uvarov”.

 

 

Yəqin ki, anketdəki bir cümlə sizi də çox cəlb etdi - “Heç bir əmlakı olmayıb”.

 

Qeyd edək ki, o, ömrünün 4 ilə yaxın bir dövrünü yüksək vəzifələrdə keçirib və bütün bunlara rəğmən, hətta düşmənlər də belə onun heç bir əmlakı olmadığını yazmağa məcbur qalıblar.  

 

İstintaq-arxiv işində saxlanılan başqa bir sənədə  də nəzər yetirək:

“Həbs olunduğu 30 oktyabr 1920-ci ildə Xudadat bəy Ağa oğlu Məlikaslanovun mənzilində axtarış aparılır və heç nə tapılmır. Axtarışda İ.İsayevlə bərabər, Klenjevskaya Klavdiya və İvan İqnatyev iştirak ediblər. Xudadat bəy Ağa oğlu Məlikaslanovun 11-ci ordu yanında İnqilabi Hərbi Şuranın xüsusi şöbəsinin açdığı PS 20219 saylı istintaq işinin üstündə belə bir qeyd var: “Y.Mudrak, xüsusi şöbə, order №308”.

(mənbə: Lətif Şüküroğlu “Cümhuriyyət hökuməti repressiya məngənəsində”)

 

Bir danosun dedikləri

 

Biz Məlikaslanov haqqında, onun fəaliyyəti barəsində çox şeylər yaza bilərdik. Amma Xudadat bəyi ən yaxşı təqdim edəcək sənəd isə Cümhuriyyətin bir başqa naziri M.Hacınskinin həbsdə olan zaman onun əleyhinə verdiyi ifadədir. O ifadə Məlikaslanovun əleyhinə deyilsə də, biz orada Cümhuriyyət fədaisinin necə mükəmməl bir şəxsiyyət olduğunu görürük.

 

Məmmədhəsən Hacınski 29 dekabr 1930-cu ildə verdiyi ifadədə aşağıdakıları bildirirdi:

“Məlikaslanovu Müsavat hökuməti dövründən tanıyıram. Qatı millətçidir, 1919-cu və 1920-ci illərdə bolşeviklərlə saziş əleyhinə mübarizə aparıb və 28 apreldə bolşeviklərə qarşı silahlı müqavimət göstərmək tərəfdarı olub. Mən Dövlət Plan komitəsinə gələndə o, sənaye və nəqliyyat bölməsinin sədri idi. Bundan əlavə o, Zaqafqaziya dəmiryolunun idarə heyətinin üzvü, ASSR-in əksər müəssisələrində məsləhətçi idi, ASSR ali müəssisələrində böyük nüfuzu vardı və etibar edilirdi...

 

 

1926-cı ildə ASSR Xalq Komissarları Şurası məni Azərbaycan Dövlət Plan komitəsinə sədr təyin etdi, ancaq mən razılaşmadım və S.Orconikidzenin vasitəsi ilə qəranın dəyişdirilməsinə nail oldum. İmtinanın səbəblərindən biri bu idi ki, mən gərək Məlikaslanovu kənarlaşdıra idim. Onu dəmir yol və şosse yollarının tikintisi, elektrikləşdirmə və su təsərrüfatı maraqlandırırdı. O çox inadcıl və səbatlı adam idi, çoxları ilə məsləhətləşməyi sevirdi, ancaq həmişə özü bildiyi kimi edirdi. Onun bütün xalq təsərrüfatı məsələlərinə yanaşması dar milli məhdudiyyət dairəsində qalmırdı, hər bir addımı, hər bir tədbiri gələcək müstəqil Azərbaycanın mənafeyi naminə qiymətləndirirdi. Bu onun tərəfindən deyilirdi, yaxud fəaliyyətindən görünürdü, o, bu barədə məndən çox irəli getmişdi. Bir sıra faktları mən əvvəl göstərmişəm. 1928-ci ildə Kislovodskda mənimlə Volqa-Don kanalının layihəsi barədə danışarkən, o, dedi ki, bu kanalın Azərbaycanın gələcəyi üçün böyük əhəmiyyəti var. Bu kanal neft məhsullarını xarici bazara çıxarmaqda bizi Gürcüstanın asılılığından xilas edir. Belə bir söhbəti də xatırlayıram. Mən qatı rus millətçisi kimi tanıdığım professor Vasilyevə və onun əməkdaşlarına çox şübhəli yanaşırdım. Onun Muğanın və Milin suvarılması ilə bağlı işləri məndə ora rusların köçürülməsi ilə bağlı ciddi narahatlıq yaradırdı. Mən bu barədə Məlikaslanova dedim. Məlikaslanov Vasileyevə çox yaxşı münasibət göstərirdi. O dedi ki, layihə heç kimə mane olmur və gələcəkdə bu hazır bir sistemdir. Şabanov da bu cür fikirləşirdi. Bu da Azərbaycanın gələcəyi ilə bağlı idi ki, Məlikaslanov bir neçə dəfə mənimlə söhbətində bizim siyasi dostlarımız olduqlan üçün Gürcüstan ziyalıları ilə yaxın əlaqələr qurulması zərurətindən danışmışdı. Milli məqamlar Məlikaslanov üçün başlıca stimul idi. Culfa-Bakı dəmir yolunun tikintisi də yadımdadır, o, bu işi Müsavat hökuməti dövründən başlamışdı. Sovetləşmə dövründə bir müddət o ancaq bu işlə məşğul idi. Sonrakı dövrdə də, sonadək bu işin əsl ilhamçısı və vətənpərvəri idi. O, həmişə deyirdi: bu yolun tikintisinin vacib milli məqamı təkcə ondan ibarət deyil ki, bu dəmir yolu Azərbaycanın ucqar əyalətlərinə getmək imkanı verəcək, həmçinin, Naxçıvanı Azərbaycanla yaxınlaşdırıb, birləşdirəcək. Bu baxışlarla bütün ziyalılar, o cümlədən mən də şərik idim”.

 

E.Nihad


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Britaniyanın Avropa İttifaqında qalmaq şansı hələ var”
16.01.2018, 18:57

“Britaniyanın Avropa İttifaqında qalmaq şansı hələ var”

“Qarabağ” dünyanın ən yaxşı 100 komandası sırasında yer alıb
16.01.2018, 18:45

“Qarabağ” dünyanın ən yaxşı 100 komandası sırasında yer alıb

Avstriyada yeni hökumətə qarşı 20 minlik aksiya keçirildi
16.01.2018, 18:32

Avstriyada yeni hökumətə qarşı 20 minlik aksiya keçirildi

Bu ölkədə 5,9 bal gücündə zəlzələ baş verdi
16.01.2018, 18:26

Bu ölkədə 5,9 bal gücündə zəlzələ baş verdi

Azərbaycan diasporunun üzvünü oğurlayan şəxslər tutulub
16.01.2018, 18:20

Azərbaycan diasporunun üzvünü oğurlayan şəxslər tutulub

Prokurorluq orqanlarına işə qəbul üçün test keçiriləcək
16.01.2018, 18:09

Prokurorluq orqanlarına işə qəbul üçün test keçiriləcək

Komaya düşən deputatın müalicəsi üçün xaricdən həkimlər çağırıldı   
16.01.2018, 17:41

Komaya düşən deputatın müalicəsi üçün xaricdən həkimlər çağırıldı  

Banklarla bağlı Ekspert Qrupu yaradılır
16.01.2018, 17:25

Banklarla bağlı Ekspert Qrupu yaradılır

“Whatsapp”dan daha bir YENİLİK
16.01.2018, 17:16

“Whatsapp”dan daha bir YENİLİK

Köçkünlər yolu bağladılar - “Dövlətqaçqınkom” izahat verdi - FOTO   
16.01.2018, 17:13

Köçkünlər yolu bağladılar - “Dövlətqaçqınkom” izahat verdi - FOTO  

Manat və dolların sabahkı məzənnəsi
16.01.2018, 17:12

Manat və dolların sabahkı məzənnəsi

İlham Əliyev:
16.01.2018, 17:10

İlham Əliyev: "Türkiyə və Azərbaycan 2018-ci ildə də böyük layihələr həyata keçirəcək" - YENİLƏNİB

İstintaq Saakaşvilidən səs nümunələri götürüdü
16.01.2018, 17:04

İstintaq Saakaşvilidən səs nümunələri götürüdü

Xalq artisti reanimasiyaya yerləşdirildi
16.01.2018, 16:59

Xalq artisti reanimasiyaya yerləşdirildi

Məzunlara BDU və Vürçburq Universitetinin diplomları verildi
16.01.2018, 16:59

Məzunlara BDU və Vürçburq Universitetinin diplomları verildi

“Bu dəfə komediya olmayacaq” - Fatma Mahmudova
16.01.2018, 16:57

“Bu dəfə komediya olmayacaq” - Fatma Mahmudova

Məmmədyarov fransız tələbələri Azərbaycana təhsilə çağırdı
16.01.2018, 16:48

Məmmədyarov fransız tələbələri Azərbaycana təhsilə çağırdı

Gənc alimlərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı
16.01.2018, 16:48

Gənc alimlərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı

İsa Qəmbərin qardaşı onu Almaniyada müalicə etdirmək İSTƏYİR
16.01.2018, 16:22

İsa Qəmbərin qardaşı onu Almaniyada müalicə etdirmək İSTƏYİR

Azərbaycanda qanunsuz dini təbliğat aparan 142 nəfər məsuliyyətə cəlb olunub
16.01.2018, 16:09

Azərbaycanda qanunsuz dini təbliğat aparan 142 nəfər məsuliyyətə cəlb olunub

Ərdoğan və baş qərargah rəisi NATO-nu “topa tutdu”
16.01.2018, 16:03

Ərdoğan və baş qərargah rəisi NATO-nu “topa tutdu”

 İsa Qəmbər Elçibəydən sonra yeganə müxalifət lideridir - Sərdar Cəlaloğludan ŞOK iddia 
16.01.2018, 16:02

İsa Qəmbər Elçibəydən sonra yeganə müxalifət lideridir - Sərdar Cəlaloğludan ŞOK iddia 

Kiyevdə polislə etirazçılar arasında toqquşma olub
16.01.2018, 15:59

Kiyevdə polislə etirazçılar arasında toqquşma olub

Milli-mənəvi dəyərlərə zərbə vuranlar - Baş redaktorlar onları QINADILAR
16.01.2018, 15:55

Milli-mənəvi dəyərlərə zərbə vuranlar - Baş redaktorlar onları QINADILAR

Türkiyədə atışma: 2 ölü, 3 yaralı
16.01.2018, 15:38

Türkiyədə atışma: 2 ölü, 3 yaralı

Formula 1 Azərbaycan Qran Prisi beynəlxalq avtoidman sərgisində təmsil olunub
16.01.2018, 15:37

Formula 1 Azərbaycan Qran Prisi beynəlxalq avtoidman sərgisində təmsil olunub

Saakaşvili yenə ifadə verdi
16.01.2018, 15:18

Saakaşvili yenə ifadə verdi

İtkin alpinistləri tapmaq üçün Türkiyədən mütəxəssislər gəldi
16.01.2018, 15:17

İtkin alpinistləri tapmaq üçün Türkiyədən mütəxəssislər gəldi

“Cümhuriyyət ili”ndə Amnistiya aktının təşəbbüskarı KİM OLACAQ...   
16.01.2018, 15:05

“Cümhuriyyət ili”ndə Amnistiya aktının təşəbbüskarı KİM OLACAQ...  

“Orfoqrafiya sözlüyü hər bir azərbaycanlının evində olmalıdır”
16.01.2018, 15:02

“Orfoqrafiya sözlüyü hər bir azərbaycanlının evində olmalıdır”

DİM 10-cu siniflər üçün imtahan keçirdi
16.01.2018, 15:00

DİM 10-cu siniflər üçün imtahan keçirdi

Qulu Məhərrəmli Dilçilik İnstitutunun qərarına qarşı ÇIXDI
16.01.2018, 14:23

Qulu Məhərrəmli Dilçilik İnstitutunun qərarına qarşı ÇIXDI

Xalq artisti Çingiz Sadıxovla vida mərasimi keçirilib - FOTOLAR
16.01.2018, 14:12

Xalq artisti Çingiz Sadıxovla vida mərasimi keçirilib - FOTOLAR

Əsəd ordusu İdlibə hücuma keçdi - Moskva Ankara ilə razılaşmanı pozdu
16.01.2018, 14:11

Əsəd ordusu İdlibə hücuma keçdi - Moskva Ankara ilə razılaşmanı pozdu

Manatın hərracda qiyməti müəyyənləşdi
16.01.2018, 14:00

Manatın hərracda qiyməti müəyyənləşdi

ARXİV
SORĞU
Aylıq məvacibinizi ən çox nəyə xərcləyirsiniz?
- Ərzağa(54.7%)
- Geyimə(3.84%)
- Müalicəyə(5.98%)
- Kommunal xidmət haqlarına(12.3%)
- Təhsilə(2.13%)
- İstirahətə(1.28%)
- Kitaba(0.85%)
- Rüşvətə(4.70%)
- Əyləncəyə(0.42%)
- Digər şeylərə(13.6%)