Modern.az

Daha bir dövlət universitetində təhsil haqları artırılacaq

Daha bir dövlət universitetində təhsil haqları artırılacaq

Ölkə

8 İyul 2011, 16:00

Ali təhsil müəssisələrində təhsil haqlarının artırılması ilə bağlı xəbəri istər tələbələr, istərsə də abitruyentlər narazılıqla qarşılayıb. Hamı təhsil haqlarının artımının əhalinin hazırki maddi vəziyyətinə uyğun olmadığı qənaətindədir. Və o da qeyd olunur ki, hazırda təhsil haqları  universitetlərdə verilən təhsilin keyfiyyəti ilə müqayisədə olduqca yüksəkdir. Yəni təhsil haqları artırılır, təhsilin keyfiyyəti isə yox. Bəs universitetlər bu barədə nə düşünür. Bu dəfə artırılan təhsil haqqlarının müqabilində tələbələr nə qazanacaq?   

Bakı Dövlət Universiteti rektorunun maliyə-sosial məsələlər üzrə müşaviri Məzahir Sultanov  Modern.az-a bildirib ki, universitetdə təhsil haqları bütün ixtisaslar üzrə 100-150 manat məbləğində artırılıb:
“Biz təhsil haqlarını digər universitetlər kimi köklü sürətdə qaldırmamışıq. Başqa universitetlərə baxıram birdən-birə 1000 manatdan 1500, 2000 manata qaldırıblar. Bizdə isə cəmi 100-150 manat artırılıb”.
Bu artımın təhsilin keyfiyyətinə təsir edib-etməyəcəyinə gəlincə, M.Sultanov deyib ki, bu addımın təhsilin keyfiyyətinə təsir olacaq.
“Təhsilhaqlarının artımı unuversitetdə bir sıra müsbət dəyişikliklərə səbəb olacaq. Müəllimlərin maaşı artırılacaq, universitetin elmi-texniki bazası yeni avadanlıqlarla təchiz olunacaq, maddi-texniki baza yeniləşəcək”-deyən M Sultanov bütün bunların keçirilən dərslərə müsbət təsir göstərəcəyi qənaətindədir.

Azərbaycan Dillər Universitetinin baş mühasibi Abuzər İsgəndərov bildirib ki, universitetdə bu il üçün təhsil haqlarında hər hansı bir artım olmayıb.
“Hazırki vəziyyət bizi qane edir. Dillər Universitetində təhsil haqları o qədər də aşağı deyil, ancaq bəzi ixtisaslar var ki, onlarda olan təhsil haqları universitet xərclərini ödəmir”-deyən A.İsgəndərov əlavə edib ki, Dillər Universitetində də təhsil haqlarının artırılması istisna hal deyil. 
Belə ki, gələn ildən bu universitetdə əsasən beynəlxalq münasibətlər, tərcümə, pedoqoji ixtisaslarda təhsil haqları artırıla bilər, eləcə də magistr pilləsində də qiymət artımı ehtimalı var.

Sədaqət SÜLEYMANOVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü