Modern.az

Dönüş  nöqtəsi

Dönüş  nöqtəsi

Ədəbi̇yyat

19 Yanvar 2018, 14:18

“Xlqımız haqlı olaraq onun milli mənliyini qorumaq  üçün öz  canlarından keçməyə hazır olan övladları ilə fəxr edir”               HEYDƏR ƏLİYEV

(Azərbaycan Respublikası Pezidentinin Azərbaycan XXI əsrin,üçüncü minilliyin ayrıcında yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətindən) 

Bakı - Azərbaycanın qüruru və fəxri! Dünyanın ən qədim xalqlarından sayılan azərbaycanlıların iftixar şəhəri!  Qoca Qafqazın ən böyük paytaxt şəhəri!

Bütöv bir xalqın qəhrəmanlıq şahidinə çevrilmiş bu şəhərin tarixində möhtəşəm qələbələrlə yanaşı faciəli günlər də olmuşdur. Azərbaycanın ən yeni tarixində belə bir  həyacan və təşviş dolu qanlı-qadalı gün 1990-cı ilin yanvarında  yaşandı. Həmin gün qəlbi azadlıq eşqi ilə döyünən Azərbaycan xalqı müstəqillik uğrunda şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirərək öz şanlı tarixinin yeni parlaq səhifəsini yazdı!

Ötən əsrin 80-ci illərin sonunda Azərbaycanda baş verən ictimai-siyasi proseslər elə sürətlə inkişaf edirdi ki, hadisələrin qorxulu məcrada davam etməyəcəyinə heç kəs zəmanət verə bilməzdi.

Dağlıq Qarabağ məsələsi ilə əlaqədar Mərkəzi hakimiyyətin Azərbaycana qarşı qərəzli siyasəti, respublika rəhbərliyinin xalqın taleyinə nümayişkaranə laqeydliyi və imperiya siyasətini dəstəklənməsi geniş xalq kütlələri içərisində haqlı etirazlara səbəb olurdu. SSRİ adlı böyük bir məkanda gedən proseslər tədricən İttifaq rəhbərliyinin nəzarətindən çıxırdı. Mərkəzdən qaçma qüvvəsi getdikcə güclənirdi. Müttəfiq respublikaların tezliklə müstəqillik əldə edəcəkləri gün artıq uzaqda deyildi.

 Belə bir vaxtda Bakıda öz haqqını tələb edən azadlıq mücadiləsinə qoşulmuş silahsız ölkə vətəndaşlarına divan tutulması şər qüvvəsi kimi tanınmış böyük bir imperiyanın işğalçılıq siyasətinin  davamı idi. Faciə ərəfəsində respublikanın başqa bölgələrində də vəziyyət gərgin idi. Respublikanın 11 rayonunda izdihamlı mitinqlər keçirilirdi. Mərkəz öz yerli əlaltılarının köməyi ilə  radikallaşmağa məcbur etdiyi xalqa divan tutmaq üçün münasib şərait yarada bilmişdi. Moskva Naxçıvanda da xalqa divan tutmaq məqsədi ilə fövqəladə vəziyyət elan edilməsi üçün təzyiqlər göstərirdi. Lakin bütün səhdlərə baxmayaraq, o buna nail ola bilmədi. Xalqın tələbi ilə Naxçıvan MSSR Ali Soveti yanvarın 19-da Muxtar Respublikanın SSRİ tərkibindən çıxması haqqında qərar qəbul etdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə fövqəladə vəziyyət elan edilmədən Bakıya Sovet ordusu dəstələrini yeridilməsi  misli görünməmiş vəhşiliklərlə həyata keçirildi. Dövlət öz vətəndaşlarına - əliyalın milki əhaliyə silah qaldırdı. Dağlıq Qarabağın zorla əlindən qoparılıb alınmasına dinc yolla etiraz edən əhaliyə qəddarcasına divan tutuldu. Yalnız cinayət başa çatandan  sonra - ertəsi gün fövqəladə vəziyyət barədə fərman elan edildi.. Bu qanlı aksiya nəticəsində  Bakıda və respublikanın rayonlarında  131 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə  həbs olundu. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri, milis nəfərləri də var idi.Bu sözün həqiqi mənasında  “ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş” qanlı cinayət idi (HEYDƏR ƏLİYEV, 20 Yanvar faciəsinin 13-cü ildönümünə həsr olunmuş mərasimdə nitqindən, 19 yanvar 2003-cü il).

Xalqımızın mənəvi sıxıntı məngənəsində boğulduğu belə dərin, siyasi və mənəvi böhran keçirdiyi vaxtda Heydər Əliyevin 20 Yanvar faciəsi ilə əlaqədar respublikamızın Moskvadakı nümayəndəliyində verdiyi bəyanat azərbaycanlıları kimsəsizlik xofundan qurtardı. Xalq onun tapdalanmış haqqının müdafiə etmək cəsarətində olan öz cəsur, Böyük oğlunu gördü. Bütün dünya  Heydər Əliyevin bəyanatından, Azərbaycanda baş verən olaylardan xəbər tutdu.


20 Yanvar faciəsinin bir sıra səbəbləri və dərin tarixi kökləri var idi. M.Qorbaçovun “yenidənqurma” cəhdləri o dövrdə baş verən hadisələrin inkişafını yalnız sürətləndirdi. Mərkəzin sovet imperiyasını qoruyub saxlamaq, milli respublikalarda oyuncaq rejimləri möhkəmlətmək, “yenidənqurma” haqqında şüarlar altında sərhədləri dəyişdirmək, respublika rəhbərinin xəyanətkar fəaliyyəti əsas səbəblərdən hesab olunsa da dini, Qafqazda möhkəmlənmək amilləri   az rol oynamamışdır.

Bütöv bir xalqa qarşı törədilmiş, misli görünməmiş 20 Yanvar  faciəsi göz önündə olsa da o vaxtkı respublika rəhbərliyi baş vermiş hadisəni  hər vasitə ilə ört-basdır etməyə cəhd göstərirdi. Faciədən iki gün sonra yanvarın 22-də çağrılmış respublika Ali Sovetinin sessiyasında ölkənin əksər siyasi rəhbərlərinin iştirak etməməsi də onların xalqın taleyinə biganə qaldıqlarının əyani subutu idi ..

Təəssüflər olsun ki, Azərbaycan Xalq Cəbhəsi faciəyə siyasi qiymət verilməsini dəfələrlə tələb etsə də hakimiyyətdə olduğu dövrdə bu imkandan istifadə etmədi. Hadisə ilə bağlı yaradılan Deputut  istintaq komissiyası da  qarşısında duran vəzifənin öhdəsindən layiqincə gələ  bilmədi..

O dövrdə İttifaqın bir sıra bölgələrində, Tbilisində, Baltikyanı respublikalarda baş vermiş hadisələr SSRİ Xalq Deputatları səviyyəsində müzakirə edilsə də 20 Yanvar faciəsi unutqanlığa məhkum edilmişdi.

Azərbaycanın dövlət strukturları tərəfindən isə hadisəyə ilk dəfə  siyasi qiymət 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən verildi . Heydər Əliyevin işləyib hazırladığı “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” adlı qərarda deyilirdi:

 “Yanvar faciələrinin səbəbkarlarının - istər ittifaq, istərsə də respublika rəhbər partiya, sovet, hüquq-mühafizə orqanı işçilərinin, hərbçilərin bu günədək aşkar edilib qanunla məsuliyyətə cəlb olunmaması xalqda dərin hiddət və etiraz doğurmuşdur.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bütün bunları işğalçı və dəqiq düşünülmüş hərbi təcavüz kimi qiymətləndirərək insan hüquqları bəyannaməsinin kobud şəkildə pozulması kimi nəzərdə tutaraq qərar alır:

1. 1990-cı ilin yanvar ayında Bakı şəhərində törədilmiş qanlı hadisələr Azərbaycan SSRİ-in suveren hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi qiymətləndirilsin.

2. Dinc əhaliyə, silahsız kütləyə, heç bir müqavimət göstərməyən günahsız adamlara qarşı müasir silahla, hərbi texnika ilə zorakılıq edilməsi, qocaların, qadınların, uşaqların qətlə yetirilməsi Azərbaycan xalqına qarşı açıq təcavüz kimi ittiham edilsin.

3. Bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, Bakı faciələrinə Azərbaycan SSRİ ali hakimiyyət orqanları tərəfindən siyasi qiymət verilməməsi, bununla əlaqədar yaradılmış Xüsusi Deputat Komissiyasının işinin qeyri-müəyyən səbəblərdən başa çatdırılmaması, qanlı hadisələrin günahkarlarının aşkara çıxarılıb qanuni məsuliyyətə verilməməsinə qəti etiraz olunsun.

Azərbaycan SSRİ Ali Sovetindən tələb edilsin ki, ən qısa müddətdə həmin məsələni parlamentin müzakirəsinə çıxarsın.

4. Bu qərar qəbul edilən andan 20 Yanvar günü hər il Naxçıvan Muxtar Respublikasında Milli matəm günü kimi qeyd edilsin.

5. Azərbaycan SSRİ Ali Sovetindən xahiş edilsin ki, 20 Yanvar günü hər il Azərbaycan SSR-də Milli matəm günü kimi qeyd edilsin”.

Xalqımıza qarşı törədilmiş 20 Yanvar faciəsi ətrafında hökm sürən xəyanət sukutunu məhz Heydər Əliyev mütamadi yararaq prinsipial xadim kimi öz haqq səsini ucaldırdı. O, Ali Sovetin 1991-ci il 7 mart tarixli iclasında cıxış edərək deyir :

‘‘ Bir ildən artıqdır ki, Azərbaycanın paytaxtı fövqəladə vəziyyət şəraitində yaşayır. Bizim sessiyamız da bu şəraitdə keçirilir.  Bir ildən artıqdır ki, Azərbaycan xalqı şəhidlərə matəm saxlayır. Respublikanın şəhərlərində, qəsəbələrində, kəndlərində  şəhidlərin xatirəsinə abidələr ucaldır. Fəqət, qatillər indiyə qədər aşkar olunmayıb. Buna heç vəchlə bəraət qazandırmaq olmaz. Bu məsələ müzakirə olunmalıdır. 20 Yanvar faciəsinə Ali Sovetin sessiyası siyasi qiymət verməlidir, onun günahkarlarını müəyyən etməlidir. ”

6 ay sonra Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin 29 avqust 1991-ci il tarixli sessesiyasında bu məsələyə yenidən qayıdır:

“20 Yanvar faciəsi dövründən il yarımdan çox vaxt keçir. Bu gün burada da, bu salonda cürbəcür söhbətlər gedir. Bir qrup bir fikirdədir, məndən qabaq çıxış edən Rəhimov başqa fikirdədir. Mən sual verirəm, Ali Sovetin sədri Elmira Qafarovaya, Azərbaycan prezidenti Ayaz Mütəllibova: nə üçün indiyə qədər bu məsələyə siyasi qiymət verilməyib? Bu məsələnin həm siyasi tərəfi var, həm hüquqi tərəfi var. Bu məsələyə dərhal siyasi qiymət vermək olardı. O ki, qaldı hüquqi cəhəti, ayrı-ayrı adamların məsuliyyətə cəlb olunması, onu şübhəsiz ki, istintaq yolu ilə aydınlaşdırmaq lazımdır. Buna siyasi qiymət verilmədiyinə görə başqa tədbirlər həyata keçirmək mümkün olmur.”

Faciə ilə  əlaqədar Heydər Əliyevin SSRİ Nazirlər Kabinetinə ünvanladığı 1991-ci il 19 iyun tarixli məktubunda deyilirdi:

“Yanvar hadisələrində yüzlərlə adam öldürüldü və şikəst edildi.

Artıq il yarım keçib. Nəinki bu dəhşətli cainayətlərin hamıya çoxdan məlum olan günahkarları izə çıxarılmayıb, əksinə, bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid  edirlər ki, zaman keçdikcə bu faciə  unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil”.

20 Yanvar hadisələri yalnız Heydər Əliyev respublikada yenidən hakimiyyətə qayıtdıqdan sonar öz əsil siyasi qiymətini aldı. 1994-cü il yanvarın 5-də Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ölkənin Ali qanunvericilik orqanına 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi tövsiyyə olundu. Milli Məclisin bir neçə gün davam edən xüsusi sessiyasında yanvar hadisələrinin əsas səbəbləri açıqlanaraq faciənin günahkarları aşkar edildi.

Xalqımızın tarixinə qanlı faciə kimi daxil olmuş 20 Yanvar hadisələrinin müzakirə olunduğu elə bir məqamda da bəzi siyasətbazlar öz ambisiyalarından əl çəkmək istəmir, faciəyə hüquqi-siyasi qiymət verilməsinə mane olmağa çalışırdılar. Onların bu cəhdlərinə baxmayaraq   sessiyada 20 yanvar faciəsi ilə əlaqədar parlamentin 1994-cü il 29 mart tarixli qərarı qəbul edildi.

Qərarda deyilirdi:
 

“Hquqi əsası olmadan Bakıda fövqəladə vəziyyət elan edilməsi, Silahlı Qüvvələrin şəhərə soxulub heç bir müqavimətlə üzləşmədən ağır texnika və məhvedici silahlar vasitəsilə dinc əhaliyə qəddarcasına divan tutması Azərbaycan xalqına qarşı cinayət olmuşdur...

Əsas məqsəd Azərbaycanda xalq hərəkatına zərbə vurmaq, mövcud olan rejimin dağılmasına yol verməmək və istiqlaliyyət uğrunda mübarizə aparan qüvvələri məhv etmək olmuşdur.

Sessiyada baş verən hadisələr  senari müəllifi olduğum “Dönüş nöqtəsi” adlı sənədli  fiımdə öz geniş əksini tapmışdır. Filmin hüquq məsləhətçisi Səfa Mirzəyevdir. Sovet imperiyasının 1990-cı ilin soyuq yanvar günlərində Azərbaycana qarşı törətdiyi misli görünməmiş bu vəhşiliklər nə qədər dəhşətli olsa da xalqımızın iradəsini sındıra onun azadlıq istəyini boğa bilmədi. Şəhidlərin ruhu ilə silahlanmış Azərbaycan öz istiqlaliyyətinə doğru daha qətiyyətlə və əzmkarlıqla irəliləyərək XX əsrin sonunda yenidən öz müqəddəs amalına  müstəqilliyinə qovuşdu.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə azərbaycanlılara qarşı  işlədilmiş  cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı yönəldilmiş  ən qanlı terror aktlarından biri idi. Həmin gün tariximizə faciə kimi daxil olsa da Heydər Əliyevin təbirincə desək “ ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi oldu”.




Mehman Qayıbov
                                                                                                                

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı